< Danilo 11 >

1 I ja prve godine Darija Midijanina stadoh da mu pomožem, i da ga potkrijepim.
Mən Midiyalı Daranın padşahlığının birinci ilində ona dayaq olmaq və onu qorumaq üçün yanında qaldım.
2 A sada æu ti kazati istinu. Evo, još æe tri cara nastati u Persiji; i èetvrti æe biti bogatiji od svijeh, i kad se ukrijepi bogatstvom svojim, sve æe podignuti na Grèko carstvo.
İndi həqiqəti sənə bildirirəm: Fars ölkəsində daha üç padşah olacaq. Dördüncüsünün isə hamısından çox var-dövləti olacaq və bunun hesabına qüvvətlənəndə hamını Yunan padşahlığına qarşı qaldıracaq.
3 Potom æe nastati silan car, i vladaæe velikom državom i radiæe što hoæe.
Sonra igid bir padşah gələcək, çox qüdrətli hökmdar olacaq və öz istədiyini edəcək.
4 A kako nestane, rasuæe se carstvo njegovo i razdijeliæe se u èetiri vjetra nebeska, ne meðu natražje njegovo niti s vlašæu s kojom je on vladao, jer æe se carstvo njegovo ukinuti i dopasti drugima a ne njima.
Ancaq onun gəldiyi vaxt padşahlığı dağılıb göylərin dörd küləyinin səmtinə bölünəcək, onun nəslinə keçməyəcək və hökmranlığı kimi güclü olmayacaq. Çünki onun padşahlığı dağılacaq və nəslindən olmayan adamlara qalacaq.
5 I car južni osiliæe, i jedan od knezova njegovijeh, i biæe silniji od njega, i vladaæe, i država æe njegova biti velika.
Cənub padşahı güclənəcək, ancaq sərkərdələrindən biri ondan daha güclü olacaq, hökmranlıq edəcək və qüdrətli hökmdar olacaq.
6 I poslije nekoliko godina oni æe se oprijateljiti, i kæi južnoga cara doæi æe k caru sjevernom da uèini pogodbu; ali ona neæe saèuvati sile mišici, niti æe se on održati s mišicom svojom, nego æe biti predana i ona i oni koji je dovedu i sin njezin i onaj koji joj bude pomagao u to vrijeme.
Ancaq bir neçə ildən sonra onlar razılığa gələcək. Cənub padşahının qızı şimal padşahının yanına gedəcək ki, sülh sazişi bağlasın. Amma bu qadın öz mövqeyini saxlaya bilməyəcək. Şimal padşahının ömrü də, hakimiyyəti də uzun sürməyəcək. Qadın, onu müşayiət edənlər, atası və o vaxt ona dayaq duranlar təslim ediləcək.
7 Potom æe od izdanka iz korijena njezina nastati jedan na mjesto njegovo, koji æe doæi s vojskom svojom i udariti na gradove cara sjevernoga, i biæe ih i osvojiæe ih.
Lakin o qadının nəslindən biri cənub padşahının yerinə keçəcək. O, şimal padşahının ordusuna hücum edib onun qalasına girəcək. Onlarla vuruşub üstün gələcək.
8 I bogove æe njihove i knezove njihove sa zakladima njihovijem dragocjenijem zlatnijem i srebrnijem odnijeti u ropstvo u Misir, i ostaæe nekoliko godina jaèi od cara sjevernoga.
Hətta onların allahlarını, tökmə bütlərini qiymətli qızıl və gümüş qabları ilə birlikdə Misirə çəkib aparacaq. Bir neçə il ərzində şimal padşahını rahat buraxacaq.
9 I tako æe car južni doæi u svoje carstvo, i vratiæe se u svoju zemlju.
Hərçənd o da cənub padşahının ölkəsinə hücum edəcək, ancaq öz torpağına qayıdacaq.
10 Ali æe sinovi njegovi zaratiti, i skupiæe veliku vojsku; i jedan æe doæi iznenada, i poplaviti i proæi; i vrativši se ratovaæe do grada njegova.
Sonra şimal padşahının oğulları silahlanıb çoxlu qoşun toplayacaq. Qoşun sel kimi gəlib keçəcək və irəliləyərək cənub padşahının qalasına hücum edəcək.
11 Tada æe se razljutiti car južni, i izaæi æe i ratovaæe s njim, s carem sjevernijem, i podignuæe veliku vojsku, te æe mu biti data u ruke vojska.
Cənub padşahı qəzəblənib çıxacaq və onunla – şimal padşahı ilə vuruşacaq. O da böyük bir qoşun çıxaracaq, lakin bu qoşun cənub padşahına təslim ediləcək.
12 I kad razbije vojsku, ponijeæe se srce njegovo, i pobiæe tisuæe, ali se neæe ukrijepiti.
Qoşun məğlub olanda cənub padşahı ürəyi qürrələnərək on minlərlə adamı həlak edəcək, ancaq qələbəsi uzun sürməyəcək.
13 Jer æe car sjeverni opet dignuti vojsku veæu od prve; i poslije nekoliko godina doæi æe s velikom vojskom i s velikim blagom.
Çünki şimal padşahı qayıdıb əvvəlkindən daha böyük qoşun çıxaracaq və bir neçə ildən sonra tam silahlanmış böyük bir ordu ilə gələcək.
14 I u to æe vrijeme mnogi ustati na cara južnoga; i zlikovci od tvojega naroda podignuæe se da se potvrdi utvara, i popadaæe.
O zaman bir çoxu cənub padşahına qarşı çıxacaq. Görüntü yerinə yetsin deyə sənin xalqından qoluzorlular da ayağa qalxacaq, ancaq uğur qazanmayacaq.
15 I doæi æe car sjeverni, i naèiniæe opkope, i uzeæe tvrde gradove, i mišice južnoga cara neæe odoljeti ni izabrani narod njegov, niti æe biti sile da se opre.
Şimal padşahı gəlib hasarlara torpaq yığaraq istehkamlı şəhəri alacaq. Cənubun qüvvələri onun qarşısında tab gətirməyəcək, seçmə qoşunu da müqavimət göstərə bilməyəcək.
16 I onaj došav na nj èiniæe što hoæe, i neæe biti nikoga da mu se opre; i ustaviæe se u krasnoj zemlji, koju æe potrti svojom rukom.
İstilaçı şimal padşahı istədiyini edəcək və heç kəs onun qarşısında dura bilməyəcək. Gözəl ölkədə bir müddət qalacaq və oranı viran etməyə qadir olacaq.
17 Potom æe okrenuti da doðe sa silom svega carstva svojega, ali æe se pogoditi s njim, i daæe mu kæer za ženu da bi ga upropastio, ali se ona neæe držati, niti æe biti s njim.
Şimal padşahı ölkəsinin bütün qüvvələri ilə birgə gəlməyi qərara alacaq. Sülh sazişinin şərtlərini təklif edib yerinə yetirəcək və cənub padşahlığını məhv etmək üçün ona gənc bir arvad verəcək, ancaq hiyləsi baş tutmayacaq və ona kömək olmayacaq.
18 Potom æe se okrenuti na ostrva, i osvojiæe mnoga; ali æe jedan vojvoda prekinuti sramotu koju èini, i oboriæe na nj sramotu njegovu.
Sonra nəzərini sahil ölkələrinə çevirəcək və onların çoxunu alacaq. Ancaq bir sərkərdə onun etdiyi təhqirə son qoyacaq, hətta təhqirini öz başına gətirəcək.
19 Potom æe se okrenuti ka gradovima svoje zemlje, i spotaknuæe se i pašæe, i neæe se više naæi.
Sonra nəzərini öz ölkəsinin qalalarına tərəf çevirəcək. Ancaq büdrəyib yıxılacaq və ondan bir əsər qalmayacaq.
20 I na njegovo æe mjesto nastati koji æe poslati nastojnika u slavi carskoj; ali æe za malo dana poginuti bez gnjeva i bez boja.
Onun yerinə keçən padşah padşahlıq izzəti üçün öz vergiyığanını göndərəcək, ancaq az müddət sonra o da həlak olacaq. Amma bu, üsyan yaxud müharibə zamanı olmayacaq.
21 A na njegovo æe mjesto doæi neznatan èovjek, kome nije namijenjena èast carska; ali æe doæi mirno i osvojiæe carstvo laskanjem.
Onun yerinə padşahlıq izzətinə layiq olmayan namərd bir adam keçəcək. O gözlənilmədən gəlib yaltaqlıqla hakimiyyəti qəsb edəcək.
22 I mišice koje plave on æe poplaviti i polomiti, pa i kneza s kojim je uèinio vjeru.
Sel kimi istilaçı qoşunlar onun önündən silinib-süpürüləcək, onlar da, əhdin başçısı da məhv olacaq.
23 Jer udruživši se s njim uèiniæe prijevaru, i došavši nadvladaæe s malo naroda.
Onunla ittifaq bağlandıqdan sonra o hiylə işlədəcək və gəlib kiçik bir millətlə güc qazanacaq.
24 I doæi æe mirno u rodna mjesta u zemlji, i uèiniæe što ni ocevi njegovi ni ocevi otaca njegovijeh ne uèiniše, razdijeliæe im plijen i grabež i blago, i smišljaæe misli na gradove, za neko vrijeme.
O gözlənilmədən ən münbit torpaqları istila edəcək, atalarının və babalarının görmədiyi işləri görəcək. Talan və qarət olunmuş mal-dövləti adamlarına paylayacaq və qalalara hücum etmək niyyətində olacaq, amma bu uzun sürməyəcək.
25 Potom æe podignuti silu svoju i srce svoje na cara južnoga s velikom vojskom; i car æe južni doæi u boj s velikom i vrlo silnom vojskom; ali neæe odoljeti, jer æe mu se èiniti nevjera.
Sonra güc və cəsarət toplayıb böyük bir qoşunla cənub padşahına qarşı çıxacaq. Cənub padşahı da böyük və çox güclü bir ordu ilə döyüşə girəcək, ancaq müqavimət göstərə bilməyəcək, çünki ona qarşı qəsd quracaqlar.
26 I koji jedu hljeb njegov satræe ga; vojska æe njegova poplaviti, i mnogi æe pasti pobijeni.
Onunla bir süfrədə oturanlar onu məhv edəcək. Ordusu silinib-süpürüləcək və çoxlu tələfat olacaq.
27 I srce æe obojice careva raditi o zlu, i za jednijem æe stolom lagati; ali se neæe izvršiti; jer æe kraj još biti u odreðeno vrijeme.
Bu padşahların hər ikisinin ürəyində pislik olacaq və bir süfrə arxasında yalan danışacaqlar. Ancaq heç bir şey baş tutmayacaq, çünki onların sonu müəyyən vaxtda olacaq.
28 I tako æe se vratiti u svoju zemlju s velikim blagom; i srce æe se njegovo obratiti na sveti zavjet, i kad izvrši, vratiæe se u svoju zemlju.
Şimal padşahı böyük sərvətlə öz ölkəsinə qayıdacaq. Onun müqəddəs əhdə qarşı pis niyyəti olacaq və hərəkətə gəlib öz ölkəsinə dönəcək.
29 U odreðeno æe vrijeme opet doæi na jug; ali drugi put neæe biti kao prvi put.
Müəyyən bir vaxt yenə cənubu istila edəcək, ancaq nəticə əvvəlki kimi olmayacaq.
30 Jer æe doæi na nj laðe Kitejske, i on æe se ojaditi, te æe se vratiti; i razljutiæe se na sveti zavjet, i izvršiæe; i vrativši se složiæe se s onima koji ostavljaju sveti zavjet.
Kittim gəmiləri ona qarşı gələcək və o, ruhdan düşüb geri dönəcək. Qəzəblənib müqəddəs əhdə qarşı çıxacaq və yenə müqəddəs əhdə xəyanət edənlərlə yaxşı davranacaq.
31 I vojska æe stajati uza nj, i oskvrniæe svetinju u gradu, i ukinuti žrtvu svagdašnju i postaviæe gnusobu pustošnu.
Onun göndərdiyi qoşunlar qalxıb qalanı – Müqəddəs məkanı murdarlayacaq, daimi yandırma qurbanını dayandıracaq və viranəlik gətirən iyrənc şeyi orada qoyacaqlar.
32 I koji su bezbožni prema zavjetu, on æe ih laskanjem otpaditi; ali narod koji poznaje Boga svojega ohrabriæe se i izvršiæe.
O, əhdə xəyanət edənləri yaltaqlıqla yoldan azdıracaq, lakin öz Allahını tanıyan xalq qüvvətlənib hərəkətə gələcək.
33 I razumni u narodu nauèiæe mnoge, i padaæe od maèa i ognja, ropstva i grabeža mnogo vremena.
Xalqın ağıllı adamları çoxunu öyrədəcək, ancaq bir müddət qılıncla öldürüləcək, yandırılacaq, əsir düşəcək və qarət ediləcəklər.
34 Ali padajuæi dobiæe malu pomoæ; i mnogi æe pristati s njima dvolièeæi.
Onlar məğlub olanda bir qədər kömək alacaqlar, ancaq çox adam riyakarcasına onlara qoşulacaq.
35 I od razumnijeh æe pasti neki da bi se okušali i oèistili i ubijelili do roka, jer æe još biti rok.
Ağıllı adamlardan bəzisi həlak olacaq ki, qalanları axır zamana qədər paklanıb təmizlənsin və ləkəsiz olsun. Çünki axır zaman yenə də müəyyən vaxtda olacaq.
36 I taj æe car èiniti što hoæe, i podignuæe se i uzvisiæe se iznad svakoga boga, i èudno æe govoriti na Boga nad bogovima, i biæe sreæan dokle se ne svrši gnjev, jer æe se izvršiti što je odreðeno.
Bu padşah istədiyini edəcək, qürurlanaraq özünü bütün allahlardan üstün sayacaq, allahlar Allahına qarşı eşidilməmiş küfr söyləyəcək və Allahın qəzəbi icra olunana qədər uğur qazanacaq, çünki müəyyən edilən şey yerinə yetməlidir.
37 Neæe mariti ni za bogove svojih otaca ni za ljubav žensku, niti æe za koga boga mariti, nego æe se uzvišivati nada sve.
Heç bir allaha – nə öz atalarının allahlarına, nə də qadınların sevdiyi ilahəyə ehtiram göstərməyəcək, çünki özünü bütün allahlardan üstün sayacaq.
38 I na mjesto Boga najsilnijega slaviæe boga kojega oci njegovi ne znaše, slaviæe zlatom i srebrom i dragim kamenjem i zakladima.
Ancaq onun əvəzinə qalalar allahını izzətləndirəcək, atalarının tanımadığı bir allahı qızıl, gümüş, qiymətli daşlar və gözəl əşyalarla izzətləndirəcək.
39 I uèiniæe da gradovi Boga najsilnijega budu boga tuðega; koje pozna umnožiæe im slavu i uèiniæe ih gospodarima nad mnogima i razdijeliæe zemlju mjesto plate.
O, yad allaha ümid etməklə ən güclü qalalara hücum edəcək. Onu qəbul edənləri həddindən artıq izzətləndirəcək, çoxlu adama başçı qoyacaq və mükafat olaraq torpağı bölüşdürəcək.
40 A u pošljednje vrijeme južni æe se car pobiti s njim; i car æe sjeverni udariti na nj kao vihor s kolima i konjicima i s mnogim laðama, i ušavši u zemlje poplaviæe i proæi.
Axır zamanda isə cənub padşahı onunla vuruşacaq. Şimal padşahı öz döyüş arabaları, atlıları və çoxlu gəmiləri ilə qasırğa kimi onun üstünə hücum çəkəcək, müxtəlif ölkələri istila edəcək və onlardan sel kimi keçəcək.
41 I doæi æe u krasnu zemlju, i mnogi æe propasti, a ove æe se izbaviti od njegovijeh ruku: Edomska, Moavska i glavni dio sinova Amonovijeh.
Gözəl ölkəyə də girəcək. Çoxlu ölkə işğal olunacaq, ancaq Edom, Moav və Ammonluların başçıları onun əlindən qurtaracaq.
42 I posegnuæe rukom svojom na zemlje, i zemlja Misirska neæe umaknuti.
O, müxtəlif ölkələrə zərbə vuracaq, Misir ölkəsi də xilas ola bilməyəcək.
43 I osvojiæe blago u zlatu i u srebru i sve zaklade Misirske; i Livijani i Etiopljani iæi æe za njim.
Misirin qızıl-gümüş xəzinələrini və bütün sərvətlərini ələ keçirəcək. Liviyalılar və Kuşlular da ona tabe olacaq.
44 Ali æe ga glasovi s istoka i sa sjevera smesti, te æe izaæi s velikim gnjevom da pogubi i zatre mnoge.
Ancaq şərqdən və şimaldan gələn xəbərlər onu narahat edəcək. Bir çoxlarını öldürüb məhv etmək üçün böyük qızğınlıqla yola düşəcək.
45 I razapeæe šatore dvora svojega meðu morima na krasnoj svetoj gori; i kad doðe k svome kraju, niko mu neæe pomoæi.
Öz padşah çadırlarını dənizlə gözəl müqəddəs dağın arasında quracaq. Ancaq onun aqibəti çatacaq və heç kəs ona kömək edə bilməyəcək.

< Danilo 11 >