< မာရ္ကး 13 >

1 အနန္တရံ မန္ဒိရာဒ် ဗဟိရ္ဂမနကာလေ တသျ ၑိၐျာဏာမေကသ္တံ ဝျာဟၖတဝါန် ဟေ ဂုရော ပၑျတု ကီဒၖၑား ပါၐာဏား ကီဒၖက် စ နိစယနံ၊
İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl binalardır!»
2 တဒါ ယီၑုသ္တမ် အဝဒတ် တွံ ကိမေတဒ် ဗၖဟန္နိစယနံ ပၑျသိ? အသျဲကပါၐာဏောပိ ဒွိတီယပါၐာဏောပရိ န သ္ထာသျတိ သရွွေ 'ဓးက္ၐေပ္သျန္တေ၊
İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».
3 အထ ယသ္မိန် ကာလေ ဇဲတုန္ဂိရော် မန္ဒိရသျ သမ္မုခေ သ သမုပဝိၐ္ဋသ္တသ္မိန် ကာလေ ပိတရော ယာကူဗ် ယောဟန် အာန္ဒြိယၑ္စဲတေ တံ ရဟသိ ပပြစ္ဆုး,
İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda soruşdu:
4 ဧတာ ဃဋနား ကဒါ ဘဝိၐျန္တိ? တထဲတတ္သရွွာသာံ သိဒ္ဓျုပကြမသျ ဝါ ကိံ စိဟ္နံ? တဒသ္မဘျံ ကထယတု ဘဝါန်၊
«Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə olanda hansı əlamətlər olacaq?»
5 တတော ယာၑုသ္တာန် ဝက္တုမာရေဘေ, ကောပိ ယထာ ယုၐ္မာန် န ဘြာမယတိ တထာတြ ယူယံ သာဝဓာနာ ဘဝတ၊
İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın.
6 ယတး ခြီၐ္ဋောဟမိတိ ကထယိတွာ မမ နာမ္နာနေကေ သမာဂတျ လောကာနာံ ဘြမံ ဇနယိၐျန္တိ;
Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq.
7 ကိန္တု ယူယံ ရဏသျ ဝါရ္တ္တာံ ရဏာဍမ္ဗရဉ္စ ၑြုတွာ မာ ဝျာကုလာ ဘဝတ, ဃဋနာ ဧတာ အဝၑျမ္မာဝိနျး; ကိန္တွာပါတတော န ယုဂါန္တော ဘဝိၐျတိ၊
Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.
8 ဒေၑသျ ဝိပက္ၐတယာ ဒေၑော ရာဇျသျ ဝိပက္ၐတယာ စ ရာဇျမုတ္ထာသျတိ, တထာ သ္ထာနေ သ္ထာနေ ဘူမိကမ္ပော ဒုရ္ဘိက္ၐံ မဟာက္လေၑာၑ္စ သမုပသ္ထာသျန္တိ, သရွွ ဧတေ ဒုးခသျာရမ္ဘား၊
Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.
9 ကိန္တု ယူယမ် အာတ္မာရ္ထေ သာဝဓာနာသ္တိၐ္ဌတ, ယတော လောကာ ရာဇသဘာယာံ ယုၐ္မာန် သမရ္ပယိၐျန္တိ, တထာ ဘဇနဂၖဟေ ပြဟရိၐျန္တိ; ယူယံ မဒရ္ထေ ဒေၑာဓိပါန် ဘူပါံၑ္စ ပြတိ သာက္ၐျဒါနာယ တေၐာံ သမ္မုခေ ဥပသ္ထာပယိၐျဓွေ၊
Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız.
10 ၑေၐီဘဝနာတ် ပူရွွံ သရွွာန် ဒေၑီယာန် ပြတိ သုသံဝါဒး ပြစာရယိၐျတေ၊
Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır.
11 ကိန္တု ယဒါ တေ ယုၐ္မာန် ဓၖတွာ သမရ္ပယိၐျန္တိ တဒါ ယူယံ ယဒျဒ် ဥတ္တရံ ဒါသျထ, တဒဂြ တသျ ဝိဝေစနံ မာ ကုရုတ တဒရ္ထံ ကိဉ္စိဒပိ မာ စိန္တယတ စ, တဒါနီံ ယုၐ္မာကံ မနးသု ယဒျဒ် ဝါကျမ် ဥပသ္ထာပယိၐျတေ တဒေဝ ဝဒိၐျထ, ယတော ယူယံ န တဒွက္တာရး ကိန္တု ပဝိတြ အာတ္မာ တသျ ဝက္တာ၊
Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur.
12 တဒါ ဘြာတာ ဘြာတရံ ပိတာ ပုတြံ ဃာတနာရ္ထံ ပရဟသ္တေၐု သမရ္ပယိၐျတေ, တထာ ပတျာနိ မာတာပိတြော ရွိပက္ၐတယာ တော် ဃာတယိၐျန္တိ၊
Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək.
13 မမ နာမဟေတေား သရွွေၐာံ သဝိဓေ ယူယံ ဇုဂုပ္သိတာ ဘဝိၐျထ, ကိန္တု ယး ကၑ္စိတ် ၑေၐပရျျန္တံ ဓဲရျျမ် အာလမ္ဗိၐျတေ သဧဝ ပရိတြာသျတေ၊
Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.
14 ဒါနိယေလ္ဘဝိၐျဒွါဒိနာ ပြောက္တံ သရွွနာၑိ ဇုဂုပ္သိတဉ္စ ဝသ္တု ယဒါ တွယောဂျသ္ထာနေ ဝိဒျမာနံ ဒြက္ၐထ (ယော ဇနး ပဌတိ သ ဗုဓျတာံ) တဒါ ယေ ယိဟူဒီယဒေၑေ တိၐ္ဌန္တိ တေ မဟီဓြံ ပြတိ ပလာယန္တာံ;
Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın.
15 တထာ ယော နရော ဂၖဟောပရိ တိၐ္ဌတိ သ ဂၖဟမဓျံ နာဝရောဟတု, တထာ ကိမပိ ဝသ္တု ဂြဟီတုံ မဓျေဂၖဟံ န ပြဝိၑတု;
Damda olan evindən nə isə götürmək üçün aşağı enib evinə girməsin.
16 တထာ စ ယော နရး က္ၐေတြေ တိၐ္ဌတိ သောပိ သွဝသ္တြံ ဂြဟီတုံ ပရာဝၖတျ န ဝြဇတု၊
Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın.
17 တဒါနီံ ဂရ္ဗ္ဘဝတီနာံ သ္တနျဒါတြီဏာဉ္စ ယောၐိတာံ ဒုရ္ဂတိ ရ္ဘဝိၐျတိ၊
Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına!
18 ယုၐ္မာကံ ပလာယနံ ၑီတကာလေ ယထာ န ဘဝတိ တဒရ္ထံ ပြာရ္ထယဓွံ၊
Dua edin ki, bu hadisə qış fəslində baş verməsin.
19 ယတသ္တဒါ ယာဒၖၑီ ဒုရ္ဃဋနာ ဃဋိၐျတေ တာဒၖၑီ ဒုရ္ဃဋနာ ဤၑွရသၖၐ္ဋေး ပြထမမာရဘျာဒျ ယာဝတ် ကဒါပိ န ဇာတာ န ဇနိၐျတေ စ၊
Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da.
20 အပရဉ္စ ပရမေၑွရော ယဒိ တသျ သမယသျ သံက္ၐေပံ န ကရောတိ တရှိ ကသျာပိ ပြာဏဘၖတော ရက္ၐာ ဘဝိတုံ န ၑက္ၐျတိ, ကိန္တု ယာန် ဇနာန် မနောနီတာန် အကရောတ် တေၐာံ သွမနောနီတာနာံ ဟေတေား သ တဒနေဟသံ သံက္ၐေပ္သျတိ၊
Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.
21 အနျစ္စ ပၑျတ ခြီၐ္ဋောတြ သ္ထာနေ ဝါ တတြ သ္ထာနေ ဝိဒျတေ, တသ္မိန္ကာလေ ယဒိ ကၑ္စိဒ် ယုၐ္မာန် ဧတာဒၖၑံ ဝါကျံ ဝျာဟရတိ, တရှိ တသ္မိန် ဝါကျေ ဘဲဝ ဝိၑွသိတ၊
O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın.
22 ယတောနေကေ မိထျာခြီၐ္ဋာ မိထျာဘဝိၐျဒွါဒိနၑ္စ သမုပသ္ထာယ ဗဟူနိ စိဟ္နာနျဒ္ဘုတာနိ ကရ္မ္မာဏိ စ ဒရ္ၑယိၐျန္တိ; တထာ ယဒိ သမ္ဘဝတိ တရှိ မနောနီတလောကာနာမပိ မိထျာမတိံ ဇနယိၐျန္တိ၊
Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.
23 ပၑျတ ဃဋနာတး ပူရွွံ သရွွကာရျျသျ ဝါရ္တ္တာံ ယုၐ္မဘျမဒါမ်, ယူယံ သာဝဓာနာသ္တိၐ္ဌတ၊
Amma siz ehtiyatlı olun! Bax Mən sizə hər şeyi əvvəlcədən söyləmişəm.
24 အပရဉ္စ တသျ က္လေၑကာလသျာဝျဝဟိတေ ပရကာလေ ဘာသ္ကရး သာန္ဓကာရော ဘဝိၐျတိ တထဲဝ စန္ဒြၑ္စန္ဒြိကာံ န ဒါသျတိ၊
Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş tutulacaq, Ay nurunu saçmayacaq,
25 နဘးသ္ထာနိ နက္ၐတြာဏိ ပတိၐျန္တိ, ဝျောမမဏ္ဍလသ္ထာ ဂြဟာၑ္စ ဝိစလိၐျန္တိ၊
Ulduzlar göydən töküləcək, Səma cisimləri lərzəyə gələcək.
26 တဒါနီံ မဟာပရာကြမေဏ မဟဲၑွရျျေဏ စ မေဃမာရုဟျ သမာယာန္တံ မာနဝသုတံ မာနဝါး သမီက္ၐိၐျန္တေ၊
O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək.
27 အနျစ္စ သ နိဇဒူတာန် ပြဟိတျ နဘောဘူမျေား သီမာံ ယာဝဒ် ဇဂတၑ္စတုရ္ဒိဂ္ဘျး သွမနောနီတလောကာန် သံဂြဟီၐျတိ၊
Onda Bəşər Oğlu mələklərini göndərəcək və yer üzünün ucundan göyün ucuna qədər dörd külək istiqamətindən Öz seçdiklərini toplayacaq.
28 ဥဍုမ္ဗရတရော ရ္ဒၖၐ္ဋာန္တံ ၑိက္ၐဓွံ ယဒေါဍုမ္ဗရသျ တရော ရ္နဝီနား ၑာခါ ဇာယန္တေ ပလ္လဝါဒီနိ စ ရ္နိဂစ္ဆန္တိ, တဒါ နိဒါဃကာလး သဝိဓော ဘဝတီတိ ယူယံ ဇ္ဉာတုံ ၑက္နုထ၊
Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır.
29 တဒွဒ် ဧတာ ဃဋနာ ဒၖၐ္ဋွာ သ ကာလော ဒွါရျျုပသ္ထိတ ဣတိ ဇာနီတ၊
Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.
30 ယုၐ္မာနဟံ ယထာရ္ထံ ဝဒါမိ, အာဓုနိကလောကာနာံ ဂမနာတ် ပူရွွံ တာနိ သရွွာဏိ ဃဋိၐျန္တေ၊
Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.
31 ဒျာဝါပၖထိဝျော ရွိစလိတယေား သတျော ရ္မဒီယာ ဝါဏီ န ဝိစလိၐျတိ၊
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
32 အပရဉ္စ သွရ္ဂသ္ထဒူတဂဏော ဝါ ပုတြော ဝါ တာတာဒနျး ကောပိ တံ ဒိဝသံ တံ ဒဏ္ဍံ ဝါ န ဇ္ဉာပယတိ၊
Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.
33 အတး သ သမယး ကဒါ ဘဝိၐျတိ, ဧတဇ္ဇ္ဉာနာဘာဝါဒ် ယူယံ သာဝဓာနာသ္တိၐ္ဌတ, သတရ္ကာၑ္စ ဘူတွာ ပြာရ္ထယဓွံ;
Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.
34 ယဒွတ် ကၑ္စိတ် ပုမာန် သွနိဝေၑနာဒ် ဒူရဒေၑံ ပြတိ ယာတြာကရဏကာလေ ဒါသေၐု သွကာရျျသျ ဘာရမရ္ပယိတွာ သရွွာန် သွေ သွေ ကရ္မ္မဏိ နိယောဇယတိ; အပရံ ဒေါ်ဝါရိကံ ဇာဂရိတုံ သမာဒိၑျ ယာတိ, တဒွန် နရပုတြး၊
Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun.
35 ဂၖဟပတိး သာယံကာလေ နိၑီထေ ဝါ တၖတီယယာမေ ဝါ ပြာတးကာလေ ဝါ ကဒါဂမိၐျတိ တဒ် ယူယံ န ဇာနီထ;
Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz.
36 သ ဟဌာဒါဂတျ ယထာ ယုၐ္မာန် နိဒြိတာန် န ပၑျတိ, တဒရ္ထံ ဇာဂရိတာသ္တိၐ္ဌတ၊
Qoy o qəfil gəlib sizi yatan görməsin.
37 ယုၐ္မာနဟံ ယဒ် ဝဒါမိ တဒေဝ သရွွာန် ဝဒါမိ, ဇာဂရိတာသ္တိၐ္ဌတေတိ၊
Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»

< မာရ္ကး 13 >