< မာရ္ကး 12 >

1 အနန္တရံ ယီၑု ရ္ဒၖၐ္ဋာန္တေန တေဘျး ကထယိတုမာရေဘေ, ကၑ္စိဒေကော ဒြာက္ၐာက္ၐေတြံ ဝိဓာယ တစ္စတုရ္ဒိက္ၐု ဝါရဏီံ ကၖတွာ တန္မဓျေ ဒြာက္ၐာပေၐဏကုဏ္ဍမ် အခနတ်, တထာ တသျ ဂဍမပိ နိရ္မ္မိတဝါန် တတသ္တတ္က္ၐေတြံ ကၖၐီဝလေၐု သမရ္ပျ ဒူရဒေၑံ ဇဂါမ၊
İsa məsəllər söyləyib onlarla danışmağa başladı: «Bir adam üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi.
2 တဒနန္တရံ ဖလကာလေ ကၖၐီဝလေဘျော ဒြာက္ၐာက္ၐေတြဖလာနိ ပြာပ္တုံ တေၐာံ သဝိဓေ ဘၖတျမ် ဧကံ ပြာဟိဏောတ်၊
Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, üzüm bağının məhsulundan bir qədərini onlardan alsın.
3 ကိန္တု ကၖၐီဝလာသ္တံ ဓၖတွာ ပြဟၖတျ ရိက္တဟသ္တံ ဝိသသၖဇုး၊
Lakin bağbanlar qulu tutub döydülər və əliboş geri qaytardılar.
4 တတး သ ပုနရနျမေကံ ဘၖတျံ ပြၐယာမာသ, ကိန္တု တေ ကၖၐီဝလား ပါၐာဏာဃာတဲသ္တသျ ၑိရော ဘင်္က္တွာ သာပမာနံ တံ ဝျသရ္ဇန်၊
Bağ sahibi onların yanına yenə başqa bir qul göndərdi. Onun da başını vurub yardılar və biabır etdilər.
5 တတး ပရံ သောပရံ ဒါသံ ပြာဟိဏောတ် တဒါ တေ တံ ဇဃ္နုး, ဧဝမ် အနေကေၐာံ ကသျစိတ် ပြဟာရး ကသျစိဒ် ဝဓၑ္စ တဲး ကၖတး၊
Başqasını göndərdi, onu isə öldürdülər. O, çox adam göndərdi, onlardan bəzisini döydülər, bəzisini isə öldürdülər.
6 တတး ပရံ မယာ သွပုတြေ ပြဟိတေ တေ တမဝၑျံ သမ္မံသျန္တေ, ဣတျုက္တွာဝၑေၐေ တေၐာံ သန္နိဓော် နိဇပြိယမ် အဒွိတီယံ ပုတြံ ပြေၐယာမာသ၊
Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi. “Oğluma hörmət edərlər” deyərək axırda onu onların yanına göndərdi.
7 ကိန္တု ကၖၐီဝလား ပရသ္ပရံ ဇဂဒုး, ဧၐ ဥတ္တရာဓိကာရီ, အာဂစ္ဆတ ဝယမေနံ ဟန္မသ္တထာ ကၖတေ 'ဓိကာရောယမ် အသ္မာကံ ဘဝိၐျတိ၊
Bağbanlarsa bir-birlərinə dedilər: “Varis budur. Gəlin onu öldürək, onda miras bizə qalacaq”.
8 တတသ္တံ ဓၖတွာ ဟတွာ ဒြာက္ၐာက္ၐေတြာဒ် ဗဟိး ပြာက္ၐိပန်၊
Beləcə onu tutub öldürdülər və bağdan kənara atdılar.
9 အနေနာသော် ဒြာက္ၐာက္ၐေတြပတိး ကိံ ကရိၐျတိ? သ ဧတျ တာန် ကၖၐီဝလာန် သံဟတျ တတ္က္ၐေတြမ် အနျေၐု ကၖၐီဝလေၐု သမရ္ပယိၐျတိ၊
Beləliklə, bağ sahibi nə edəcək? Gəlib bağbanları həlak edəcək və bağı başqalarına verəcək.
10 အပရဉ္စ, "သ္ထပတယး ကရိၐျန္တိ ဂြာဝါဏံ ယန္တု တုစ္ဆကံ၊ ပြာဓာနပြသ္တရး ကောဏေ သ ဧဝ သံဘဝိၐျတိ၊
Məgər siz bu Müqəddəs Yazını oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub.
11 ဧတတ် ကရ္မ္မ ပရေၑသျာံဒ္ဘုတံ နော ဒၖၐ္ဋိတော ဘဝေတ်။ " ဣမာံ ၑာသ္တြီယာံ လိပိံ ယူယံ ကိံ နာပါဌိၐ္ဋ?
Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir”».
12 တဒါနီံ သ တာနုဒ္ဒိၑျ တာံ ဒၖၐ္ဋာန္တကထာံ ကထိတဝါန်, တ ဣတ္ထံ ဗုဒွွာ တံ ဓရ္တ္တာမုဒျတား, ကိန္တု လောကေဘျော ဗိဘျုး, တဒနန္တရံ တေ တံ ဝိဟာယ ဝဝြဇုး၊
Yəhudi rəhbərləri başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də İsanı tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular. Beləcə Onu tərk edib getdilər.
13 အပရဉ္စ တေ တသျ ဝါကျဒေါၐံ ဓရ္တ္တာံ ကတိပယာန် ဖိရူၑိနော ဟေရောဒီယာံၑ္စ လောကာန် တဒန္တိကံ ပြေၐယာမာသုး၊
Sonra İsanı dediyi sözlərlə tələyə salmaq üçün fariseylərdən və hirodçulardan bəzisini Onun yanına göndərdilər.
14 တ အာဂတျ တမဝဒန်, ဟေ ဂုရော ဘဝါန် တထျဘာၐီ ကသျာပျနုရောဓံ န မနျတေ, ပက္ၐပါတဉ္စ န ကရောတိ, ယထာရ္ထတ ဤၑွရီယံ မာရ္ဂံ ဒရ္ၑယတိ ဝယမေတတ် ပြဇာနီမး, ကဲသရာယ ကရော ဒေယော န ဝါံ? ဝယံ ဒါသျာမော န ဝါ?
Onlar gəlib İsaya dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan və Allahın yolunu həqiqətə görə öyrədirsən. Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox? Biz vergi verək ya yox?»
15 ကိန္တု သ တေၐာံ ကပဋံ ဇ္ဉာတွာ ဇဂါဒ, ကုတော မာံ ပရီက္ၐဓွေ? ဧကံ မုဒြာပါဒံ သမာနီယ မာံ ဒရ္ၑယတ၊
Onların ikiüzlülüyünü bilən İsa dedi: «Məni niyə sınağa çəkirsiniz? Mənə bir dinar gətirin, baxım».
16 တဒါ တဲရေကသ္မိန် မုဒြာပါဒေ သမာနီတေ သ တာန် ပပြစ္ဆ, အတြ လိခိတံ နာမ မူရ္တ္တိ ရွာ ကသျ? တေ ပြတျူစုး, ကဲသရသျ၊
Onlar da gətirdilər. İsa soruşdu: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» Ona dedilər: «Qeysərin».
17 တဒါ ယီၑုရဝဒတ် တရှိ ကဲသရသျ ဒြဝျာဏိ ကဲသရာယ ဒတ္တ, ဤၑွရသျ ဒြဝျာဏိ တု ဤၑွရာယ ဒတ္တ; တတသ္တေ ဝိသ္မယံ မေနိရေ၊
İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». Onlar İsanın sözlərinə heyrətləndilər.
18 အထ မၖတာနာမုတ္ထာနံ ယေ န မနျန္တေ တေ သိဒူကိနော ယီၑေား သမီပမာဂတျ တံ ပပြစ္ဆုး;
Dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:
19 ဟေ ဂုရော ကၑ္စိဇ္ဇနော ယဒိ နိးသန္တတိး သန် ဘာရျျာယာံ သတျာံ မြိယတေ တရှိ တသျ ဘြာတာ တသျ ဘာရျျာံ ဂၖဟီတွာ ဘြာတု ရွံၑောတ္ပတ္တိံ ကရိၐျတိ, ဝျဝသ္ထာမိမာံ မူသာ အသ္မာန် ပြတိ ဝျလိခတ်၊
«Müəllim, Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın qardaşı ölsə, arvadı dul qalsa, amma övladı olmazsa, o biri qardaş bu dul arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”.
20 ကိန္တု ကေစိတ် သပ္တ ဘြာတရ အာသန်, တတသ္တေၐာံ ဇျေၐ္ဌဘြာတာ ဝိဝဟျ နိးသန္တတိး သန် အမြိယတ၊
Yeddi qardaş var idi. Birincisi bir arvad aldı, amma övladı olmadan öldü.
21 တတော ဒွိတီယော ဘြာတာ တာံ သ္တြိယမဂၖဟဏတ် ကိန္တု သောပိ နိးသန္တတိး သန် အမြိယတ; အထ တၖတီယောပိ ဘြာတာ တာဒၖၑောဘဝတ်၊
Bu arvadı ikinci qardaş aldı, o da özündən sonra övlad qoymadan öldü, üçüncüsü də,
22 ဣတ္ထံ သပ္တဲဝ ဘြာတရသ္တာံ သ္တြိယံ ဂၖဟီတွာ နိးသန္တာနား သန္တော'မြိယန္တ, သရွွၑေၐေ သာပိ သ္တြီ မြိယတေ သ္မ၊
hətta yeddincisinə qədər belə etdi, amma övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü.
23 အထ မၖတာနာမုတ္ထာနကာလေ ယဒါ တ ဥတ္ထာသျန္တိ တဒါ တေၐာံ ကသျ ဘာရျျာ သာ ဘဝိၐျတိ? ယတသ္တေ သပ္တဲဝ တာံ ဝျဝဟန်၊
Qiyamət günündə, ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».
24 တတော ယီၑုး ပြတျုဝါစ ၑာသ္တြမ် ဤၑွရၑက္တိဉ္စ ယူယမဇ္ဉာတွာ ကိမဘြာမျတ န?
İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmi?
25 မၖတလောကာနာမုတ္ထာနံ သတိ တေ န ဝိဝဟန္တိ ဝါဂ္ဒတ္တာ အပိ န ဘဝန္တိ, ကိန္တု သွရ္ဂီယဒူတာနာံ သဒၖၑာ ဘဝန္တိ၊
İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.
26 ပုနၑ္စ "အဟမ် ဣဗြာဟီမ ဤၑွရ ဣသှာက ဤၑွရော ယာကူဗၑ္စေၑွရး" ယာမိမာံ ကထာံ သ္တမ္ဗမဓျေ တိၐ္ဌန် ဤၑွရော မူသာမဝါဒီတ် မၖတာနာမုတ္ထာနာရ္ထေ သာ ကထာ မူသာလိခိတေ ပုသ္တကေ ကိံ ယုၐ္မာဘိ ရ္နာပါဌိ?
Bəs ölülərin dirildiyinə gəlincə, Musanın kitabındakı kolla bağlı əhvalatda Allahın necə ona “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” dediyini oxumamısınızmı?
27 ဤၑွရော ဇီဝတာံ ပြဘုး ကိန္တု မၖတာနာံ ပြဘု ရ္န ဘဝတိ, တသ္မာဒ္ဓေတော ရျူယံ မဟာဘြမေဏ တိၐ္ဌထ၊
Allah ölülərin deyil, dirilərin Allahıdır. Beləliklə, siz çox yanılırsınız».
28 ဧတရှိ ဧကောဓျာပက ဧတျ တေၐာမိတ္ထံ ဝိစာရံ ၑုၑြာဝ; ယီၑုသ္တေၐာံ ဝါကျသျ သဒုတ္တရံ ဒတ္တဝါန် ဣတိ ဗုဒွွာ တံ ပၖၐ္ဋဝါန် သရွွာသာမ် အာဇ္ဉာနာံ ကာ ၑြေၐ္ဌာ? တတော ယီၑုး ပြတျုဝါစ,
İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?»
29 "ဟေ ဣသြာယေလ္လောကာ အဝဓတ္တ, အသ္မာကံ ပြဘုး ပရမေၑွရ ဧက ဧဝ,
İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.
30 ယူယံ သရွွန္တးကရဏဲး သရွွပြာဏဲး သရွွစိတ္တဲး သရွွၑက္တိဘိၑ္စ တသ္မိန် ပြဘော် ပရမေၑွရေ ပြီယဓွံ," ဣတျာဇ္ဉာ ၑြေၐ္ဌာ၊
Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”.
31 တထာ "သွပြတိဝါသိနိ သွဝတ် ပြေမ ကုရုဓွံ," ဧၐာ ယာ ဒွိတီယာဇ္ဉာ သာ တာဒၖၑီ; ဧတာဘျာံ ဒွါဘျာမ် အာဇ္ဉာဘျာမ် အနျာ ကာပျာဇ္ဉာ ၑြေၐ္ဌာ နာသ္တိ၊
İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur».
32 တဒါ သောဓျာပကသ္တမဝဒတ်, ဟေ ဂုရော သတျံ ဘဝါန် ယထာရ္ထံ ပြောက္တဝါန် ယတ ဧကသ္မာဒ် ဤၑွရာဒ် အနျော ဒွိတီယ ဤၑွရော နာသ္တိ;
İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur.
33 အပရံ သရွွာန္တးကရဏဲး သရွွပြာဏဲး သရွွစိတ္တဲး သရွွၑက္တိဘိၑ္စ ဤၑွရေ ပြေမကရဏံ တထာ သွမီပဝါသိနိ သွဝတ် ပြေမကရဏဉ္စ သရွွေဘျော ဟောမဗလိဒါနာဒိဘျး ၑြၐ္ဌံ ဘဝတိ၊
Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir».
34 တတော ယီၑုး သုဗုဒ္ဓေရိဝ တသျေဒမ် ဥတ္တရံ ၑြုတွာ တံ ဘာၐိတဝါန် တွမီၑွရသျ ရာဇျာန္န ဒူရောသိ၊ ဣတး ပရံ တေန သဟ ကသျာပိ ဝါကျသျ ဝိစာရံ ကရ္တ္တာံ ကသျာပိ ပြဂလ္ဘတာ န ဇာတာ၊
Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi.
35 အနန္တရံ မဓျေမန္ဒိရမ် ဥပဒိၑန် ယီၑုရိမံ ပြၑ္နံ စကာရ, အဓျာပကာ အဘိၐိက္တံ (တာရကံ) ကုတော ဒါယူဒး သန္တာနံ ဝဒန္တိ?
İsa məbəddə təlim öyrədərək belə sual verdi: «Niyə ilahiyyatçılar Məsih Davudun Oğludur deyirlər?
36 သွယံ ဒါယူဒ် ပဝိတြသျာတ္မန အာဝေၑေနေဒံ ကထယာမာသ၊ ယထာ၊ "မမ ပြဘုမိဒံ ဝါကျဝဒတ် ပရမေၑွရး၊ တဝ ၑတြူနဟံ ယာဝတ် ပါဒပီဌံ ကရောမိ န၊ တာဝတ် ကာလံ မဒီယေ တွံ ဒက္ၐပါရ္ၑွ် ဥပါဝိၑ၊ "
Davud özü Müqəddəs Ruh vasitəsilə “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına salanadək Sağımda otur›” deyib.
37 ယဒိ ဒါယူဒ် တံ ပြဘူံ ဝဒတိ တရှိ ကထံ သ တသျ သန္တာနော ဘဝိတုမရှတိ? ဣတရေ လောကာသ္တတ္ကထာံ ၑြုတွာနနန္ဒုး၊
Davud özü Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?» Böyük izdiham sevinclə Ona qulaq asırdı.
38 တဒါနီံ သ တာနုပဒိၑျ ကထိတဝါန် ယေ နရာ ဒီရ္ဃပရိဓေယာနိ ဟဋ္ဋေ ဝိပနော် စ
İsa təlim öyrədərək dedi: «İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi, bazar meydanlarında salam almağı,
39 လောကကၖတနမသ္ကာရာန် ဘဇနဂၖဟေ ပြဓာနာသနာနိ ဘောဇနကာလေ ပြဓာနသ္ထာနာနိ စ ကာင်္က္ၐန္တေ;
sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı xoşlayarlar.
40 ဝိဓဝါနာံ သရွွသွံ ဂြသိတွာ ဆလာဒ် ဒီရ္ဃကာလံ ပြာရ္ထယန္တေ တေဘျ ဥပါဓျာယေဘျး သာဝဓာနာ ဘဝတ; တေ'ဓိကတရာန် ဒဏ္ဍာန် ပြာပ္သျန္တိ၊
Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».
41 တဒနန္တရံ လောကာ ဘာဏ္ဍာဂါရေ မုဒြာ ယထာ နိက္ၐိပန္တိ ဘာဏ္ဍာဂါရသျ သမ္မုခေ သမုပဝိၑျ ယီၑုသ္တဒဝလုလောက; တဒါနီံ ဗဟဝေါ ဓနိနသ္တသျ မဓျေ ဗဟူနိ ဓနာနိ နိရက္ၐိပန်၊
İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı.
42 ပၑ္စာဒ် ဧကာ ဒရိဒြာ ဝိဓဝါ သမာဂတျ ဒွိပဏမူလျာံ မုဒြဲကာံ တတြ နိရက္ၐိပတ်၊
Bir kasıb dul qadın da gəlib bir kodrant məbləğində iki lepton pul atdı.
43 တဒါ ယီၑုး ၑိၐျာန် အာဟူယ ကထိတဝါန် ယုၐ္မာနဟံ ယထာရ္ထံ ဝဒါမိ ယေ ယေ ဘာဏ္ဍာဂါရေ'သ္မိန ဓနာနိ နိးက္ၐိပန္တိ သ္မ တေဘျး သရွွေဘျ ဣယံ ဝိဓဝါ ဒရိဒြာဓိကမ် နိးက္ၐိပတိ သ္မ၊
İsa şagirdlərini yanına çağırıb onlara dedi: «Sizə doğrusunu deyirəm: bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı.
44 ယတသ္တေ ပြဘူတဓနသျ ကိဉ္စိတ် နိရက္ၐိပန် ကိန္တု ဒီနေယံ သွဒိနယာပနယောဂျံ ကိဉ္စိဒပိ န သ္ထာပယိတွာ သရွွသွံ နိရက္ၐိပတ်၊
Çünki onların hamısı varlarının artıqlığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».

< မာရ္ကး 12 >