< လူကး 21 >

1 အထ ဓနိလောကာ ဘာဏ္ဍာဂါရေ ဓနံ နိက္ၐိပန္တိ သ တဒေဝ ပၑျတိ,
İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü.
2 ဧတရှိ ကာစိဒ္ဒီနာ ဝိဓဝါ ပဏဒွယံ နိက္ၐိပတိ တဒ် ဒဒရ္ၑ၊
Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı.
3 တတော ယီၑုရုဝါစ ယုၐ္မာနဟံ ယထာရ္ထံ ဝဒါမိ, ဒရိဒြေယံ ဝိဓဝါ သရွွေဘျောဓိကံ နျက္ၐေပ္သီတ်,
İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı.
4 ယတောနျေ သွပြာဇျဓနေဘျ ဤၑွရာယ ကိဉ္စိတ် နျက္ၐေပ္သုး, ကိန္တု ဒရိဒြေယံ ဝိဓဝါ ဒိနယာပနာရ္ထံ သွသျ ယတ် ကိဉ္စိတ် သ္ထိတံ တတ် သရွွံ နျက္ၐေပ္သီတ်၊
Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».
5 အပရဉ္စ ဥတ္တမပြသ္တရဲရုတ္သၖၐ္ဋဝျဲၑ္စ မန္ဒိရံ သုၑောဘတေတရာံ ကဲၑ္စိဒိတျုက္တေ သ ပြတျုဝါစ
Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi:
6 ယူယံ ယဒိဒံ နိစယနံ ပၑျထ, အသျ ပါၐာဏဲကောပျနျပါၐာဏောပရိ န သ္ထာသျတိ, သရွွေ ဘူသာဒ္ဘဝိၐျန္တိ ကာလောယမာယာတိ၊
«Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq».
7 တဒါ တေ ပပြစ္ဆုး, ဟေ ဂုရော ဃဋနေဒၖၑီ ကဒါ ဘဝိၐျတိ? ဃဋနာယာ ဧတသျသၑ္စိဟ္နံ ဝါ ကိံ ဘဝိၐျတိ?
Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?»
8 တဒါ သ ဇဂါဒ, သာဝဓာနာ ဘဝတ ယထာ ယုၐ္မာကံ ဘြမံ ကောပိ န ဇနယတိ, ခီၐ္ဋောဟမိတျုက္တွာ မမ နာမြာ ဗဟဝ ဥပသ္ထာသျန္တိ သ ကာလး ပြာယေဏောပသ္ထိတး, တေၐာံ ပၑ္စာန္မာ ဂစ္ဆတ၊
İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin.
9 ယုဒ္ဓသျောပပ္လဝသျ စ ဝါရ္တ္တာံ ၑြုတွာ မာ ၑင်္ကဓွံ, ယတး ပြထမမ် ဧတာ ဃဋနာ အဝၑျံ ဘဝိၐျန္တိ ကိန္တု နာပါတေ ယုဂါန္တော ဘဝိၐျတိ၊
Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək».
10 အပရဉ္စ ကထယာမာသ, တဒါ ဒေၑသျ ဝိပက္ၐတွေန ဒေၑော ရာဇျသျ ဝိပက္ၐတွေန ရာဇျမ် ဥတ္ထာသျတိ,
Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq.
11 နာနာသ္ထာနေၐု မဟာဘူကမ္ပော ဒုရ္ဘိက္ၐံ မာရီ စ ဘဝိၐျန္တိ, တထာ ဝျောမမဏ္ဍလသျ ဘယင်္ကရဒရ္ၑနာနျၑ္စရျျလက္ၐဏာနိ စ ပြကာၑယိၐျန္တေ၊
Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq.
12 ကိန္တု သရွွာသာမေတာသာံ ဃဋနာနာံ ပူရွွံ လောကာ ယုၐ္မာန် ဓၖတွာ တာဍယိၐျန္တိ, ဘဇနာလယေ ကာရာယာဉ္စ သမရ္ပယိၐျန္တိ မမ နာမကာရဏာဒ် ယုၐ္မာန် ဘူပါနာံ ၑာသကာနာဉ္စ သမ္မုခံ နေၐျန္တိ စ၊
Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar.
13 သာက္ၐျာရ္ထမ် ဧတာနိ ယုၐ္မာန် ပြတိ ဃဋိၐျန္တေ၊
Bu işlər şəhadət etdiyiniz vaxt olacaq.
14 တဒါ ကိမုတ္တရံ ဝက္တဝျမ် ဧတတ် န စိန္တယိၐျာမ ဣတိ မနးသု နိၑ္စိတနုတ၊
Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz.
15 ဝိပက္ၐာ ယသ္မာတ် ကိမပျုတ္တရမ် အာပတ္တိဉ္စ ကရ္တ္တုံ န ၑက္ၐျန္တိ တာဒၖၑံ ဝါက္ပဋုတွံ ဇ္ဉာနဉ္စ ယုၐ္မဘျံ ဒါသျာမိ၊
Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək.
16 ကိဉ္စ ယူယံ ပိတြာ မာတြာ ဘြာတြာ ဗန္ဓုနာ ဇ္ဉာတျာ ကုဋုမ္ဗေန စ ပရကရေၐု သမရ္ပယိၐျဓွေ; တတသ္တေ ယုၐ္မာကံ ကဉ္စန ကဉ္စန ဃာတယိၐျန္တိ၊
Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək.
17 မမ နာမ္နး ကာရဏာတ် သရွွဲ ရ္မနုၐျဲ ရျူယမ် ၒတီယိၐျဓွေ၊
Mənim adıma görə hamı sizə nifrət edəcək.
18 ကိန္တု ယုၐ္မာကံ ၑိရးကေၑဲကောပိ န ဝိနံက္ၐျတိ,
Amma başınızdan bir tük belə, əskik olmayacaq.
19 တသ္မာဒေဝ ဓဲရျျမဝလမ္ဗျ သွသွပြာဏာန် ရက္ၐတ၊
Dayanıb dözməklə canlarınızı qurtarın.
20 အပရဉ္စ ယိရူၑာလမ္ပုရံ သဲနျဝေၐ္ဋိတံ ဝိလောကျ တသျောစ္ဆိန္နတာယား သမယး သမီပ ဣတျဝဂမိၐျထ၊
Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.
21 တဒါ ယိဟူဒါဒေၑသ္ထာ လောကား ပရွွတံ ပလာယန္တာံ, ယေ စ နဂရေ တိၐ္ဌန္တိ တေ ဒေၑာန္တရံ ပလာယန္တာ, ယေ စ ဂြာမေ တိၐ္ဌန္တိ တေ နဂရံ န ပြဝိၑန္တု,
O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin.
22 ယတသ္တဒါ သမုစိတဒဏ္ဍနာယ ဓရ္မ္မပုသ္တကေ ယာနိ သရွွာဏိ လိခိတာနိ တာနိ သဖလာနိ ဘဝိၐျန္တိ၊
Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin.
23 ကိန္တု ယာ ယာသ္တဒါ ဂရ္ဘဝတျး သ္တနျဒါဝျၑ္စ တာမာံ ဒုရ္ဂတိ ရ္ဘဝိၐျတိ, ယတ ဧတာလ္လောကာန် ပြတိ ကောပေါ ဒေၑေ စ ဝိၐမဒုရ္ဂတိ ရ္ဃဋိၐျတေ၊
Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq.
24 ဝသ္တုတသ္တု တေ ခင်္ဂဓာရပရိဝွင်္ဂံ လပ္သျန္တေ ဗဒ္ဓါး သန္တး သရွွဒေၑေၐု နာယိၐျန္တေ စ ကိဉ္စာနျဒေၑီယာနာံ သမယောပသ္ထိတိပရျျန္တံ ယိရူၑာလမ္ပုရံ တဲး ပဒတလဲ ရ္ဒလယိၐျတေ၊
Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.
25 သူရျျစန္ဒြနက္ၐတြေၐု လက္ၐဏာဒိ ဘဝိၐျန္တိ, ဘုဝိ သရွွဒေၑီယာနာံ ဒုးခံ စိန္တာ စ သိန္ဓော် ဝီစီနာံ တရ္ဇနံ ဂရ္ဇနဉ္စ ဘဝိၐျန္တိ၊
Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək.
26 ဘူဘော် ဘာဝိဃဋနာံ စိန္တယိတွာ မနုဇာ ဘိယာမၖတကလ္ပာ ဘဝိၐျန္တိ, ယတော ဝျောမမဏ္ဍလေ တေဇသွိနော ဒေါလာယမာနာ ဘဝိၐျန္တိ၊
İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək.
27 တဒါ ပရာကြမေဏာ မဟာတေဇသာ စ မေဃာရူဎံ မနုၐျပုတြမ် အာယာန္တံ ဒြက္ၐျန္တိ၊
O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək.
28 ကိန္တွေတာသာံ ဃဋနာနာမာရမ္ဘေ သတိ ယူယံ မသ္တကာနျုတ္တောလျ ဦရ္ဒဓွံ ဒြက္ၐျထ, ယတော ယုၐ္မာကံ မုက္တေး ကာလး သဝိဓော ဘဝိၐျတိ၊
Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».
29 တတသ္တေနဲတဒၖၐ္ဋာန္တကထာ ကထိတာ, ပၑျတ ဥဍုမ္ဗရာဒိဝၖက္ၐာဏာံ
İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın:
30 နဝီနပတြာဏိ ဇာတာနီတိ ဒၖၐ္ဋွာ နိဒါဝကာလ ဥပသ္ထိတ ဣတိ ယထာ ယူယံ ဇ္ဉာတုံ ၑက္နုထ,
onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır.
31 တထာ သရွွာသာမာသာံ ဃဋနာနာမ် အာရမ္ဘေ ဒၖၐ္ဋေ သတီၑွရသျ ရာဇတွံ နိကဋမ် ဣတျပိ ဇ္ဉာသျထ၊
Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb.
32 ယုၐ္မာနဟံ ယထာရ္ထံ ဝဒါမိ, ဝိဒျမာနလောကာနာမေၐာံ ဂမနာတ် ပူရွွမ် ဧတာနိ ဃဋိၐျန္တေ၊
Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.
33 နဘောဘုဝေါရ္လောပေါ ဘဝိၐျတိ မမ ဝါက် တု ကဒါပိ လုပ္တာ န ဘဝိၐျတိ၊
Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.
34 အတဧဝ ဝိၐမာၑနေန ပါနေန စ သာံမာရိကစိန္တာဘိၑ္စ ယုၐ္မာကံ စိတ္တေၐု မတ္တေၐု တဒ္ဒိနမ် အကသ္မာဒ် ယုၐ္မာန် ပြတိ ယထာ နောပတိၐ္ဌတိ တဒရ္ထံ သွေၐု သာဝဓာနာသ္တိၐ္ဌတ၊
Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.
35 ပၖထိဝီသ္ထသရွွလောကာန် ပြတိ တဒ္ဒိနမ် ဥန္မာထ ဣဝ ဥပသ္ထာသျတိ၊
Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək.
36 ယထာ ယူယမ် ဧတဒ္ဘါဝိဃဋနာ ဥတ္တရ္တ္တုံ မနုဇသုတသျ သမ္မုခေ သံသ္ထာတုဉ္စ ယောဂျာ ဘဝထ ကာရဏာဒသ္မာတ် သာဝဓာနား သန္တော နိရန္တရံ ပြာရ္ထယဓွံ၊
Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun».
37 အပရဉ္စ သ ဒိဝါ မန္ဒိရ ဥပဒိၑျ ရာစဲ ဇဲတုနာဒြိံ ဂတွာတိၐ္ဌတ်၊
İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi.
38 တတး ပြတျူၐေ လာကာသ္တတ္ကထာံ ၑြောတုံ မန္ဒိရေ တဒန္တိကမ် အာဂစ္ဆန်၊
Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi.

< လူကး 21 >