< လူကး 2 >

1 အပရဉ္စ တသ္မိန် ကာလေ ရာဇျသျ သရွွေၐာံ လောကာနာံ နာမာနိ လေခယိတုမ် အဂသ္တကဲသရ အာဇ္ဉာပယာမာသ၊
O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma keçirmək barəsində fərman verdi.
2 တဒနုသာရေဏ ကုရီဏိယနာမနိ သုရိယာဒေၑသျ ၑာသကေ သတိ နာမလေခနံ ပြာရေဘေ၊
Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi.
3 အတော ဟေတော ရ္နာမ လေခိတုံ သရွွေ ဇနား သွီယံ သွီယံ နဂရံ ဇဂ္မုး၊
Hamı siyahıya alınmaq üçün öz şəhərinə yollandı.
4 တဒါနီံ ယူၐဖ် နာမ လေခိတုံ ဝါဂ္ဒတ္တယာ သွဘာရျျယာ ဂရ္ဗ္ဘဝတျာ မရိယမာ သဟ သွယံ ဒါယူဒး သဇာတိဝံၑ ဣတိ ကာရဏာဒ် ဂါလီလ္ပြဒေၑသျ နာသရတ္နဂရာဒ္
Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı.
5 ယိဟူဒါပြဒေၑသျ ဗဲတ္လေဟမာချံ ဒါယူဒ္နဂရံ ဇဂါမ၊
O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi.
6 အနျစ္စ တတြ သ္ထာနေ တယောသ္တိၐ္ဌတေား သတော ရ္မရိယမး ပြသူတိကာလ ဥပသ္ထိတေ
Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı.
7 သာ တံ ပြထမသုတံ ပြာသောၐ္ဋ ကိန္တု တသ္မိန် ဝါသဂၖဟေ သ္ထာနာဘာဝါဒ် ဗာလကံ ဝသ္တြေဏ ဝေၐ္ဋယိတွာ ဂေါၑာလာယာံ သ္ထာပယာမာသ၊
O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.
8 အနန္တရံ ယေ ကိယန္တော မေၐပါလကား သွမေၐဝြဇရက္ၐာယဲ တတ္ပြဒေၑေ သ္ထိတွာ ရဇနျာံ ပြာန္တရေ ပြဟရိဏး ကရ္မ္မ ကုရွွန္တိ,
O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi.
9 တေၐာံ သမီပံ ပရမေၑွရသျ ဒူတ အာဂတျောပတသ္ထော်; တဒါ စတုၐ္ပာရ္ၑွေ ပရမေၑွရသျ တေဇသး ပြကာၑိတတွာတ် တေ'တိၑၑင်္ကိရေ၊
Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü.
10 တဒါ သ ဒူတ ဥဝါစ မာ ဘဲၐ္ဋ ပၑျတာဒျ ဒါယူဒး ပုရေ ယုၐ္မန္နိမိတ္တံ တြာတာ ပြဘုး ခြီၐ္ဋော'ဇနိၐ္ဋ,
Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm.
11 သရွွေၐာံ လောကာနာံ မဟာနန္ဒဇနကမ် ဣမံ မင်္ဂလဝၖတ္တာန္တံ ယုၐ္မာန် ဇ္ဉာပယာမိ၊
Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir.
12 ယူယံ (တတ္သ္ထာနံ ဂတွာ) ဝသ္တြဝေၐ္ဋိတံ တံ ဗာလကံ ဂေါၑာလာယာံ ၑယနံ ဒြက္ၐျထ ယုၐ္မာန် ပြတီဒံ စိဟ္နံ ဘဝိၐျတိ၊
Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız».
13 ဒူတ ဣမာံ ကထာံ ကထိတဝတိ တတြာကသ္မာတ် သွရ္ဂီယား ပၖတနာ အာဂတျ ကထာမ် ဣမာံ ကထယိတွေၑွရသျ ဂုဏာနနွဝါဒိၐုး, ယထာ,
Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi:
14 သရွွောရ္ဒွွသ္ထဲရီၑွရသျ မဟိမာ သမ္ပြကာၑျတာံ၊ ၑာန္တိရ္ဘူယာတ် ပၖထိဝျာသ္တု သန္တောၐၑ္စ နရာန် ပြတိ။
«Ən ucalarda Allaha izzət, Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!»
15 တတး ပရံ တေၐာံ သန္နိဓေ ရ္ဒူတဂဏေ သွရ္ဂံ ဂတေ မေၐပါလကား ပရသ္ပရမ် အဝေစန် အာဂစ္ဆတ ပြဘုး ပရမေၑွရော ယာံ ဃဋနာံ ဇ္ဉာပိတဝါန် တသျာ ယာထရျံ ဇ္ဉာတုံ ဝယမဓုနာ ဗဲတ္လေဟမ္ပုရံ ယာမး၊
Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: «Gəlin Bet-Lexemə gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni görək».
16 ပၑ္စာတ် တေ တူရ္ဏံ ဝြဇိတွာ မရိယမံ ယူၐဖံ ဂေါၑာလာယာံ ၑယနံ ဗာလကဉ္စ ဒဒၖၑုး၊
Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar.
17 ဣတ္ထံ ဒၖၐ္ဋွာ ဗာလကသျာရ္ထေ ပြောက္တာံ သရွွကထာံ တေ ပြာစာရယာဉ္စကြုး၊
Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər.
18 တတော ယေ လောကာ မေၐရက္ၐကာဏာံ ဝဒနေဘျသ္တာံ ဝါရ္တ္တာံ ၑုၑြုဝုသ္တေ မဟာၑ္စရျျံ မေနိရေ၊
Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi.
19 ကိန္တု မရိယမ် ဧတတ္သရွွဃဋနာနာံ တာတ္ပရျျံ ဝိဝိစျ မနသိ သ္ထာပယာမာသ၊
Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı.
20 တတ္ပၑ္စာဒ် ဒူတဝိဇ္ဉပ္တာနုရူပံ ၑြုတွာ ဒၖၐ္ဋွာ စ မေၐပါလကာ ဤၑွရသျ ဂုဏာနုဝါဒံ ဓနျဝါဒဉ္စ ကုရွွာဏား ပရာဝၖတျ ယယုး၊
Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi.
21 အထ ဗာလကသျ တွက္ဆေဒနကာလေ'ၐ္ဋမဒိဝသေ သမုပသ္ထိတေ တသျ ဂရ္ဗ္ဘသ္ထိတေး ပုရွွံ သွရ္ဂီယဒူတော ယထာဇ္ဉာပယတ် တဒနုရူပံ တေ တန္နာမဓေယံ ယီၑုရိတိ စကြိရေ၊
Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi.
22 တတး ပရံ မူသာလိခိတဝျဝသ္ထာယာ အနုသာရေဏ မရိယမး ၑုစိတွကာလ ဥပသ္ထိတေ,
Musanın Qanununa görə paklanma dövrü tamamlanandan sonra Yusiflə Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər,
23 "ပြထမဇး သရွွး ပုရုၐသန္တာနး ပရမေၑွရေ သမရ္ပျတာံ," ဣတိ ပရမေၑွရသျ ဝျဝသ္ထယာ
necə ki Rəbbin Qanununda yazılıb: «Bətndən ilk doğulan bütün oğlanlar Rəbb üçün müqəddəs sayılsın».
24 ယီၑုံ ပရမေၑွရေ သမရ္ပယိတုမ် ၑာသ္တြီယဝိဓျုက္တံ ကပေါတဒွယံ ပါရာဝတၑာဝကဒွယံ ဝါ ဗလိံ ဒါတုံ တေ တံ ဂၖဟီတွာ ယိရူၑာလမမ် အာယယုး၊
Həmçinin onlar qurban təqdim etdilər, necə ki Rəbbin Qanununda əmr olunub: «İki qumru quşu yaxud iki göyərçin balası».
25 ယိရူၑာလမ္ပုရနိဝါသီ ၑိမိယောန္နာမာ ဓာရ္မ္မိက ဧက အာသီတ် သ ဣသြာယေလး သာန္တွနာမပေက္ၐျ တသ္ထော် ကိဉ္စ ပဝိတြ အာတ္မာ တသ္မိန္နာဝိရ္ဘူတး၊
O vaxt Yerusəlimdə Şimeon adlı bir adam var idi. O, saleh və mömin idi. İsrailə təsəlli veriləcəyini gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi.
26 အပရံ ပြဘုဏာ ပရမေၑွရေဏာဘိၐိက္တေ တြာတရိ တွယာ န ဒၖၐ္ဋေ တွံ န မရိၐျသီတိ ဝါကျံ ပဝိတြေဏ အာတ္မနာ တသ္မ ပြာကထျတ၊
Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini görməyincə ölməyəcək.
27 အပရဉ္စ ယဒါ ယီၑေား ပိတာ မာတာ စ တဒရ္ထံ ဝျဝသ္ထာနုရူပံ ကရ္မ္မ ကရ္တ္တုံ တံ မန္ဒိရမ် အာနိနျတုသ္တဒါ
Beləliklə, Şimeon Ruhdan ilham alıb məbədə gəldi. Körpənin ata-anası Qanunda qoyulan adətə əməl etmək üçün Körpə İsanı məbədə gətirəndə
28 ၑိမိယောန် အာတ္မန အာကရ္ၐဏေန မန္ဒိရမာဂတျ တံ ကြောဍေ နိဓာယ ဤၑွရသျ ဓနျဝါဒံ ကၖတွာ ကထယာမာသ, ယထာ,
Şimeon Körpəni qucağına götürdü və Allaha alqış edərək belə dedi:
29 ဟေ ပြဘော တဝ ဒါသောယံ နိဇဝါကျာနုသာရတး၊ ဣဒါနီန္တု သကလျာဏော ဘဝတာ သံဝိသၖဇျတာမ်၊
«Ey Pərvərdigar, indi Sənin sözünə görə Mən – Sənin qulun arxayın ölə bilərəm.
30 ယတး သကလဒေၑသျ ဒီပ္တယေ ဒီပ္တိရူပကံ၊
Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası, Millətlərə aşkar edən nuru, Xalqın İsrail üçün də izzəti Öz gözlərimlə gördüm».
31 ဣသြာယေလီယလောကသျ မဟာဂေါ်ရဝရူပကံ၊
32 ယံ တြာယကံ ဇနာနာန္တု သမ္မုခေ တွမဇီဇနး၊ သဧဝ ဝိဒျတေ'သ္မာကံ ဓြဝံ နယနနဂေါစရေ။
33 တဒါနီံ တေနောက္တာ ဧတား သကလား ကထား ၑြုတွာ တသျ မာတာ ယူၐဖ် စ ဝိသ္မယံ မေနာတေ၊
Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi.
34 တတး ပရံ ၑိမိယောန် တေဘျ အာၑိၐံ ဒတ္တွာ တန္မာတရံ မရိယမမ် ဥဝါစ, ပၑျ ဣသြာယေလော ဝံၑမဓျေ ဗဟူနာံ ပါတနာယောတ္ထာပနာယ စ တထာ ဝိရောဓပါတြံ ဘဝိတုံ, ဗဟူနာံ ဂုပ္တမနောဂတာနာံ ပြကဋီကရဏာယ ဗာလကောယံ နိယုက္တောသ္တိ၊
Şimeon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub.
35 တသ္မာတ် တဝါပိ ပြာဏား ၑူလေန ဝျတ္သျန္တေ၊
Sənin köksünə isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün olacaq».
36 အပရဉ္စ အာၑေရသျ ဝံၑီယဖိနူယေလော ဒုဟိတာ ဟန္နာချာ အတိဇရတီ ဘဝိၐျဒွါဒိနျေကာ ယာ ဝိဝါဟာတ် ပရံ သပ္တ ဝတ္သရာန် ပတျာ သဟ နျဝသတ် တတော ဝိဓဝါ ဘူတွာ စတုရၑီတိဝရ္ၐဝယးပရျျနတံ
Orada Aşer qəbiləsindən olan Penuel qızı Xanna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı.
37 မန္ဒိရေ သ္ထိတွာ ပြာရ္ထနောပဝါသဲရ္ဒိဝါနိၑမ် ဤၑွရမ် အသေဝတ သာပိ သ္တြီ တသ္မိန် သမယေ မန္ဒိရမာဂတျ
Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi.
38 ပရမေၑွရသျ ဓနျဝါဒံ စကာရ, ယိရူၑာလမ္ပုရဝါသိနော ယာဝန္တော လောကာ မုက္တိမပေက္ၐျ သ္ထိတာသ္တာန် ယီၑောရွၖတ္တာန္တံ ဇ္ဉာပယာမာသ၊
Xanna da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin satın alınmasını gözləyən bütün adamlara Körpə İsa barədə nəql etməyə başladı.
39 ဣတ္ထံ ပရမေၑွရသျ ဝျဝသ္ထာနုသာရေဏ သရွွေၐု ကရ္မ္မသု ကၖတေၐု တော် ပုနၑ္စ ဂါလီလော နာသရတ္နာမကံ နိဇနဂရံ ပြတသ္ထာတေ၊
Yusiflə Məryəm Rəbbin Qanununa əsasən hər şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz şəhərləri olan Nazaretə qayıtdı.
40 တတ္ပၑ္စာဒ် ဗာလကး ၑရီရေဏ ဝၖဒ္ဓိမေတျ ဇ္ဉာနေန ပရိပူရ္ဏ အာတ္မနာ ၑက္တိမာံၑ္စ ဘဝိတုမာရေဘေ တထာ တသ္မိန် ဤၑွရာနုဂြဟော ဗဘူဝ၊
Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi.
41 တသျ ပိတာ မာတာ စ ပြတိဝရ္ၐံ နိသ္တာရောတ္သဝသမယေ ယိရူၑာလမမ် အဂစ္ဆတာမ်၊
Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi.
42 အပရဉ္စ ယီၑော် ဒွါဒၑဝရ္ၐဝယသ္ကေ သတိ တော် ပရွွသမယသျ ရီတျနုသာရေဏ ယိရူၑာလမံ ဂတွာ
İsanın on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər.
43 ပါရွွဏံ သမ္ပာဒျ ပုနရပိ ဝျာဃုယျ ယာတး ကိန္တု ယီၑုရ္ဗာလကော ယိရူၑာလမိ တိၐ္ဌတိ၊ ယူၐဖ် တန္မာတာ စ တဒ် အဝိဒိတွာ
Bayram qurtarandan sonra onlar evə yollandılar. Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi.
44 သ သင်္ဂိဘိး သဟ ဝိဒျတ ဧတစ္စ ဗုဒွွာ ဒိနဲကဂမျမာရ္ဂံ ဇဂ္မတုး၊ ကိန္တု ၑေၐေ ဇ္ဉာတိဗန္ဓူနာံ သမီပေ မၖဂယိတွာ တဒုဒ္ဒေၑမပြာပျ
Onlar İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa başladılar.
45 တော် ပုနရပိ ယိရူၑာလမမ် ပရာဝၖတျာဂတျ တံ မၖဂယာဉ္စကြတုး၊
Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar.
46 အထ ဒိနတြယာတ် ပရံ ပဏ္ဍိတာနာံ မဓျေ တေၐာံ ကထား ၑၖဏွန် တတ္တွံ ပၖစ္ဆံၑ္စ မန္ဒိရေ သမုပဝိၐ္ဋး သ တာဘျာံ ဒၖၐ္ဋး၊
Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi.
47 တဒါ တသျ ဗုဒ္ဓျာ ပြတျုတ္တရဲၑ္စ သရွွေ ၑြောတာရော ဝိသ္မယမာပဒျန္တေ၊
Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat qalırdı.
48 တာဒၖၑံ ဒၖၐ္ဋွာ တသျ ဇနကော ဇနနီ စ စမစ္စကြတုး ကိဉ္စ တသျ မာတာ တမဝဒတ်, ဟေ ပုတြ, ကထမာဝါံ ပြတီတ္ထံ သမာစရသ္တွမ်? ပၑျ တဝ ပိတာဟဉ္စ ၑောကာကုလော် သန္တော် တွာမနွိစ္ဆာဝး သ္မ၊
Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: «Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq».
49 တတး သောဝဒတ် ကုတော မာမ် အနွဲစ္ဆတံ? ပိတုရ္ဂၖဟေ မယာ သ္ထာတဝျမ် ဧတတ် ကိံ ယုဝါဘျာံ န ဇ္ဉာယတေ?
İsa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?»
50 ကိန္တု တော် တသျဲတဒွါကျသျ တာတ္ပရျျံ ဗောဒ္ဓုံ နာၑက္နုတာံ၊
Amma onlar Onun nə demək istədiyini başa düşmədilər.
51 တတး ပရံ သ တာဘျာံ သဟ နာသရတံ ဂတွာ တယောရွၑီဘူတသ္တသ္ထော် ကိန္တု သရွွာ ဧတား ကထာသ္တသျ မာတာ မနသိ သ္ထာပယာမာသ၊
Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı.
52 အထ ယီၑော ရ္ဗုဒ္ဓိး ၑရီရဉ္စ တထာ တသ္မိန် ဤၑွရသျ မာနဝါနာဉ္စာနုဂြဟော ဝရ္ဒ္ဓိတုမ် အာရေဘေ၊
İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.

< လူကး 2 >