< လူကး 18 >
1 အပရဉ္စ လောကဲရက္လာန္တဲ ရ္နိရန္တရံ ပြာရ္ထယိတဝျမ် ဣတျာၑယေန ယီၑုနာ ဒၖၐ္ဋာန္တ ဧကး ကထိတး၊
İsa şagirdlərinə daim dua etmək və heç ruhdan düşməmək lazım olduğu barədə bir məsəl çəkdi.
2 ကုတြစိန္နဂရေ ကၑ္စိတ် ပြာဍွိဝါက အာသီတ် သ ဤၑွရာန္နာဗိဘေတ် မာနုၐာံၑ္စ နာမနျတ၊
O dedi: «Bir şəhərdə Allahdan qorxmayan və adamlara hörmət etməyən bir hakim var idi.
3 အထ တတ္ပုရဝါသိနီ ကာစိဒွိဓဝါ တတ္သမီပမေတျ ဝိဝါဒိနာ သဟ မမ ဝိဝါဒံ ပရိၐ္ကုရွွိတိ နိဝေဒယာမာသ၊
Elə həmin şəhərdə bir dul qadın da var idi. Qadın hey onun yanına gələrək deyərdi: “Rəqibimlə olan işimdə mənim haqqımı qoru”.
4 တတး သ ပြာဍွိဝါကး ကိယဒ္ဒိနာနိ န တဒင်္ဂီကၖတဝါန် ပၑ္စာစ္စိတ္တေ စိန္တယာမာသ, ယဒျပီၑွရာန္န ဗိဘေမိ မနုၐျာနပိ န မနျေ
Amma hakim bir müddət bunu etmək istəmədi, sonra isə öz-özünə dedi: “Hərçənd mən nə Allahdan qorxur, nə də adamlara hörmət edirəm,
5 တထာပျေၐာ ဝိဓဝါ မာံ က္လိၑ္နာတိ တသ္မာဒသျာ ဝိဝါဒံ ပရိၐ္ကရိၐျာမိ နောစေတ် သာ သဒါဂတျ မာံ ဝျဂြံ ကရိၐျတိ၊
bu qadın mənim zəhləmi tökdüyü üçün onun haqqını qoruyum ki, bir də gəlib baş-qulağımı aparmasın”».
6 ပၑ္စာတ် ပြဘုရဝဒဒ် အသာဝနျာယပြာဍွိဝါကော ယဒါဟ တတြ မနော နိဓဓွံ၊
Rəbb sözünə belə davam etdi: «Ədalətsiz hakimin nə dediyini dinləyin.
7 ဤၑွရသျ ယေ 'ဘိရုစိတလောကာ ဒိဝါနိၑံ ပြာရ္ထယန္တေ သ ဗဟုဒိနာနိ ဝိလမ္ဗျာပိ တေၐာံ ဝိဝါဒါန် ကိံ န ပရိၐ္ကရိၐျတိ?
Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi?
8 ယုၐ္မာနဟံ ဝဒါမိ တွရယာ ပရိၐ္ကရိၐျတိ, ကိန္တု ယဒါ မနုၐျပုတြ အာဂမိၐျတိ တဒါ ပၖထိဝျာံ ကိမီဒၖၑံ ဝိၑွာသံ ပြာပ္သျတိ?
Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
9 ယေ သွာန် ဓာရ္မ္မိကာန် ဇ္ဉာတွာ ပရာန် တုစ္ဆီကုရွွန္တိ ဧတာဒၖဂ္ဘျး, ကိယဒ္ဘျ ဣမံ ဒၖၐ္ဋာန္တံ ကထယာမာသ၊
Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi:
10 ဧကး ဖိရူၑျပရး ကရသဉ္စာယီ ဒွါဝိမော် ပြာရ္ထယိတုံ မန္ဒိရံ ဂတော်၊
«Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi.
11 တတော'သော် ဖိရူၑျေကပါရ္ၑွေ တိၐ္ဌန် ဟေ ဤၑွရ အဟမနျလောကဝတ် လောဌယိတာနျာယီ ပါရဒါရိကၑ္စ န ဘဝါမိ အသျ ကရသဉ္စာယိနသ္တုလျၑ္စ န, တသ္မာတ္တွာံ ဓနျံ ဝဒါမိ၊
Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm.
12 သပ္တသု ဒိနေၐု ဒိနဒွယမုပဝသာမိ သရွွသမ္ပတ္တေ ရ္ဒၑမာံၑံ ဒဒါမိ စ, ဧတတ္ကထာံ ကထယန် ပြာရ္ထယာမာသ၊
Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”.
13 ကိန္တု သ ကရသဉ္စာယိ ဒူရေ တိၐ္ဌန် သွရ္ဂံ ဒြၐ္ဋုံ နေစ္ဆန် ဝက္ၐသိ ကရာဃာတံ ကုရွွန် ဟေ ဤၑွရ ပါပိၐ္ဌံ မာံ ဒယသွ, ဣတ္ထံ ပြာရ္ထယာမာသ၊
Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!”
14 ယုၐ္မာနဟံ ဝဒါမိ, တယောရ္ဒွယော ရ္မဓျေ ကေဝလး ကရသဉ္စာယီ ပုဏျဝတ္တွေန ဂဏိတော နိဇဂၖဟံ ဇဂါမ, ယတော ယး ကၑ္စိတ် သွမုန္နမယတိ သ နာမယိၐျတေ ကိန္တု ယး ကၑ္စိတ် သွံ နမယတိ သ ဥန္နမယိၐျတေ၊
Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».
15 အထ ၑိၑူနာံ ဂါတြသ္ပရ္ၑာရ္ထံ လောကာသ္တာန် တသျ သမီပမာနိနျုး ၑိၐျာသ္တဒ် ဒၖၐ္ဋွာနေတၖန် တရ္ဇယာမာသုး,
Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər.
16 ကိန္တု ယီၑုသ္တာနာဟူယ ဇဂါဒ, မန္နိကဋမ် အာဂန္တုံ ၑိၑူန် အနုဇာနီဓွံ တာံၑ္စ မာ ဝါရယတ; ယတ ဤၑွရရာဇျာဓိကာရိဏ ဧၐာံ သဒၖၑား၊
Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.
17 အဟံ ယုၐ္မာန် ယထာရ္ထံ ဝဒါမိ, ယော ဇနး ၑိၑေား သဒၖၑော ဘူတွာ ဤၑွရရာဇျံ န ဂၖဟ္လာတိ သ ကေနာပိ ပြကာရေဏ တတ် ပြဝေၐ္ဋုံ န ၑက္နောတိ၊
Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».
18 အပရမ် ဧကောဓိပတိသ္တံ ပပြစ္ဆ, ဟေ ပရမဂုရော, အနန္တာယုၐး ပြာပ္တယေ မယာ ကိံ ကရ္တ္တဝျံ? (aiōnios )
Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» (aiōnios )
19 ယီၑုရုဝါစ, မာံ ကုတး ပရမံ ဝဒသိ? ဤၑွရံ ဝိနာ ကောပိ ပရမော န ဘဝတိ၊
İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.
20 ပရဒါရာန် မာ ဂစ္ဆ, နရံ မာ ဇဟိ, မာ စောရယ, မိထျာသာက္ၐျံ မာ ဒေဟိ, မာတရံ ပိတရဉ္စ သံမနျသွ, ဧတာ ယာ အာဇ္ဉား သန္တိ တာသ္တွံ ဇာနာသိ၊
Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”».
21 တဒါ သ ဥဝါစ, ဗာလျကာလာတ် သရွွာ ဧတာ အာစရာမိ၊
Bu adamsa dedi: «Bunların hamısına gəncliyimdən bəri riayət edirəm».
22 ဣတိ ကထာံ ၑြုတွာ ယီၑုသ္တမဝဒတ်, တထာပိ တဝဲကံ ကရ္မ္မ နျူနမာသ္တေ, နိဇံ သရွွသွံ ဝိကြီယ ဒရိဒြေဘျော ဝိတရ, တသ္မာတ် သွရ္ဂေ ဓနံ ပြာပ္သျသိ; တတ အာဂတျ မမာနုဂါမီ ဘဝ၊
İsa bunu eşidib ona dedi: «Sənin bir şeyin çatışmır: nəyin varsa, satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».
23 ကိန္တွေတာံ ကထာံ ၑြုတွာ သောဓိပတိး ၑုၑောစ, ယတသ္တသျ ဗဟုဓနမာသီတ်၊
Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü, çünki çox varlı idi.
24 တဒါ ယီၑုသ္တမတိၑောကာနွိတံ ဒၖၐ္ဋွာ ဇဂါဒ, ဓနဝတာမ် ဤၑွရရာဇျပြဝေၑး ကီဒၖဂ် ဒုၐ္ကရး၊
İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!
25 ဤၑွရရာဇျေ ဓနိနး ပြဝေၑာတ် သူစေၑ္ဆိဒြေဏ မဟာင်္ဂသျ ဂမနာဂမနေ သုကရေ၊
Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».
26 ၑြောတာရး ပပြစ္ဆုသ္တရှိ ကေန ပရိတြာဏံ ပြာပ္သျတေ?
Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?»
27 သ ဥက္တဝါန်, ယန် မာနုၐေဏာၑကျံ တဒ် ဤၑွရေဏ ၑကျံ၊
O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür».
28 တဒါ ပိတရ ဥဝါစ, ပၑျ ဝယံ သရွွသွံ ပရိတျဇျ တဝ ပၑ္စာဒ္ဂါမိနော'ဘဝါမ၊
Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».
29 တတး သ ဥဝါစ, ယုၐ္မာနဟံ ယထာရ္ထံ ဝဒါမိ, ဤၑွရရာဇျာရ္ထံ ဂၖဟံ ပိတရော် ဘြာတၖဂဏံ ဇာယာံ သန္တာနာံၑ္စ တျက္တဝါ
İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki,
30 ဣဟ ကာလေ တတော'ဓိကံ ပရကာလေ 'နန္တာယုၑ္စ န ပြာပ္သျတိ လောက ဤဒၖၑး ကောပိ နာသ္တိ၊ (aiōn , aiōnios )
bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın». (aiōn , aiōnios )
31 အနန္တရံ သ ဒွါဒၑၑိၐျာနာဟူယ ဗဘာၐေ, ပၑျတ ဝယံ ယိရူၑာလမ္နဂရံ ယာမး, တသ္မာတ် မနုၐျပုတြေ ဘဝိၐျဒွါဒိဘိရုက္တံ ယဒသ္တိ တဒနုရူပံ တံ ပြတိ ဃဋိၐျတေ;
İsa On İki şagirdi kənara çəkib onlara dedi: «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu üçün peyğəmbərlər vasitəsilə yazılanların hamısı tam yerinə yetəcək.
32 ဝသ္တုတသ္တု သော'နျဒေၑီယာနာံ ဟသ္တေၐု သမရ္ပယိၐျတေ, တေ တမုပဟသိၐျန္တိ, အနျာယမာစရိၐျန္တိ တဒွပုၐိ နိၐ္ဌီဝံ နိက္ၐေပ္သျန္တိ, ကၑာဘိး ပြဟၖတျ တံ ဟနိၐျန္တိ စ,
Çünki O, başqa millətlərə təslim ediləcək. Onlar Onu ələ salıb təhqir edəcək, Ona tüpürəcək
33 ကိန္တု တၖတီယဒိနေ သ ၑ္မၑာနာဒ် ဥတ္ထာသျတိ၊
və qamçılayıb öldürəcəklər. O, üçüncü gün diriləcək».
34 ဧတသျား ကထာယာ အဘိပြာယံ ကိဉ္စိဒပိ တေ ဗောဒ္ဓုံ န ၑေကုး တေၐာံ နိကဋေ'သ္ပၐ္ဋတဝါတ် တသျဲတာသာံ ကထာနာမ် အာၑယံ တေ ဇ္ဉာတုံ န ၑေကုၑ္စ၊
Amma şagirdlər bu sözlərdən heç bir şey başa düşmədilər. Bu sözlər onlar üçün gizli saxlandı və onlar deyilənləri anlamırdılar.
35 အထ တသ္မိန် ယိရီဟေား ပုရသျာန္တိကံ ပြာပ္တေ ကၑ္စိဒန္ဓး ပထး ပါရ္ၑွ ဥပဝိၑျ ဘိက္ၐာမ် အကရောတ္
İsa Yerixoya yaxınlaşanda bir kor adam yol kənarında oturub dilənirdi.
36 သ လောကသမူဟသျ ဂမနၑဗ္ဒံ ၑြုတွာ တတ္ကာရဏံ ပၖၐ္ဋဝါန်၊
Yanından çoxlu adamın keçdiyini eşitdikdə soruşdu: «Nə olub?»
37 နာသရတီယယီၑုရျာတီတိ လောကဲရုက္တေ သ ဥစ္စဲရွက္တုမာရေဘေ,
Ona xəbər verdilər: «Nazaretli İsa buradan keçir».
38 ဟေ ဒါယူဒး သန္တာန ယီၑော မာံ ဒယသွ၊
Onda o qışqırdı: «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!»
39 တတောဂြဂါမိနသ္တံ မော်နီ တိၐ္ဌေတိ တရ္ဇယာမာသုး ကိန္တု သ ပုနာရုဝန် ဥဝါစ, ဟေ ဒါယူဒး သန္တာန မာံ ဒယသွ၊
Qabaqda gedənlər ona qadağan edib susdurmaq istəsələr də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.
40 တဒါ ယီၑုး သ္ထဂိတော ဘူတွာ သွာန္တိကေ တမာနေတုမ် အာဒိဒေၑ၊
İsa dayanıb əmr etdi ki, onu yanına gətirsinlər. Adam yaxınlaşarkən İsa ondan soruşdu:
41 တတး သ တသျာန္တိကမ် အာဂမတ်, တဒါ သ တံ ပပြစ္ဆ, တွံ ကိမိစ္ဆသိ? တွဒရ္ထမဟံ ကိံ ကရိၐျာမိ? သ ဥက္တဝါန်, ဟေ ပြဘော'ဟံ ဒြၐ္ဋုံ လဘဲ၊
«Nə istəyirsən, sənin üçün edim?» O dedi: «Ya Rəbb, gözlərim açılsın».
42 တဒါ ယီၑုရုဝါစ, ဒၖၐ္ဋိၑက္တိံ ဂၖဟာဏ တဝ ပြတျယသ္တွာံ သွသ္ထံ ကၖတဝါန်၊
İsa ona dedi: «Qoy gözlərin açılsın, imanın səni xilas etdi».
43 တတသ္တတ္က္ၐဏာတ် တသျ စက္ၐုၐီ ပြသန္နေ; တသ္မာတ် သ ဤၑွရံ ဓနျံ ဝဒန် တတ္ပၑ္စာဒ် ယယော်, တဒါလောကျ သရွွေ လောကာ ဤၑွရံ ပြၑံသိတုမ် အာရေဘိရေ၊
Həmin an bu adamın gözləri açıldı və o, Allahı izzətləndirərək İsanın ardınca getdi. Bunu görən bütün xalq Allaha həmdlər etdi.