< ယောဟနး 1 >
1 အာဒေါ် ဝါဒ အာသီတ် သ စ ဝါဒ ဤၑွရေဏ သာရ္ဓမာသီတ် သ ဝါဒး သွယမီၑွရ ဧဝ၊
Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi.
O, başlanğıcda Allahla birlikdə idi.
3 တေန သရွွံ ဝသ္တု သသၖဇေ သရွွေၐု သၖၐ္ဋဝသ္တုၐု ကိမပိ ဝသ္တု တေနာသၖၐ္ဋံ နာသ္တိ၊
Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı.
4 သ ဇီဝနသျာကာရး, တစ္စ ဇီဝနံ မနုၐျာဏာံ ဇျောတိး
Həyat Onda idi və bu həyat insanların nuru idi.
5 တဇ္ဇျောတိရန္ဓကာရေ ပြစကာၑေ ကိန္တွန္ဓကာရသ္တန္န ဇဂြာဟ၊
Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.
6 ယောဟန် နာမက ဧကော မနုဇ ဤၑွရေဏ ပြေၐယာဉ္စကြေ၊
Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi.
7 တဒွါရာ ယထာ သရွွေ ဝိၑွသန္တိ တဒရ္ထံ သ တဇ္ဇျောတိၐိ ပြမာဏံ ဒါတုံ သာက္ၐိသွရူပေါ ဘူတွာဂမတ်,
O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin.
8 သ သွယံ တဇ္ဇျောတိ ရ္န ကိန္တု တဇ္ဇျောတိၐိ ပြမာဏံ ဒါတုမာဂမတ်၊
O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi.
9 ဇဂတျာဂတျ ယး သရွွမနုဇေဘျော ဒီပ္တိံ ဒဒါတိ တဒေဝ သတျဇျောတိး၊
Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.
10 သ ယဇ္ဇဂဒသၖဇတ် တန္မဒျ ဧဝ သ အာသီတ် ကိန္တု ဇဂတော လောကာသ္တံ နာဇာနန်၊
O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı.
11 နိဇာဓိကာရံ သ အာဂစ္ဆတ် ကိန္တု ပြဇာသ္တံ နာဂၖဟ္လန်၊
Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi.
12 တထာပိ ယေ ယေ တမဂၖဟ္လန် အရ္ထာတ် တသျ နာမ္နိ ဝျၑွသန် တေဘျ ဤၑွရသျ ပုတြာ ဘဝိတုမ် အဓိကာရမ် အဒဒါတ်၊
Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.
13 တေၐာံ ဇနိး ၑောဏိတာန္န ၑာရီရိကာဘိလာၐာန္န မာနဝါနာမိစ္ဆာတော န ကိန္တွီၑွရာဒဘဝတ်၊
Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.
14 သ ဝါဒေါ မနုၐျရူပေဏာဝတီရျျ သတျတာနုဂြဟာဘျာံ ပရိပူရ္ဏး သန် သာရ္ဓမ် အသ္မာဘိ ရ္နျဝသတ် တတး ပိတုရဒွိတီယပုတြသျ ယောဂျော ယော မဟိမာ တံ မဟိမာနံ တသျာပၑျာမ၊
Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
15 တတော ယောဟနပိ ပြစာရျျ သာက္ၐျမိဒံ ဒတ္တဝါန် ယော မမ ပၑ္စာဒ် အာဂမိၐျတိ သ မတ္တော ဂုရုတရး; ယတော မတ္ပူရွွံ သ ဝိဒျမာန အာသီတ်; ယဒရ္ထမ် အဟံ သာက္ၐျမိဒမ် အဒါံ သ ဧၐး၊
Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur».
16 အပရဉ္စ တသျ ပူရ္ဏတာယာ ဝယံ သရွွေ ကြမၑး ကြမၑောနုဂြဟံ ပြာပ္တား၊
Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
17 မူသာဒွါရာ ဝျဝသ္ထာ ဒတ္တာ ကိန္တွနုဂြဟး သတျတွဉ္စ ယီၑုခြီၐ္ဋဒွါရာ သမုပါတိၐ္ဌတာံ၊
Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi.
18 ကောပိ မနုဇ ဤၑွရံ ကဒါပိ နာပၑျတ် ကိန္တု ပိတုး ကြောဍသ္ထော'ဒွိတီယး ပုတြသ္တံ ပြကာၑယတ်၊
Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.
19 တွံ ကး? ဣတိ ဝါကျံ ပြေၐ္ဋုံ ယဒါ ယိဟူဒီယလောကာ ယာဇကာန် လေဝိလောကာံၑ္စ ယိရူၑာလမော ယောဟနး သမီပေ ပြေၐယာမာသုး,
Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi:
20 တဒါ သ သွီကၖတဝါန် နာပဟ္နူတဝါန် နာဟမ် အဘိၐိက္တ ဣတျင်္ဂီကၖတဝါန်၊
o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi.
21 တဒါ တေ'ပၖစ္ဆန် တရှိ ကော ဘဝါန်? ကိံ ဧလိယး? သောဝဒတ် န; တတသ္တေ'ပၖစ္ဆန် တရှိ ဘဝါန် သ ဘဝိၐျဒွါဒီ? သောဝဒတ် နာဟံ သး၊
Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi.
22 တဒါ တေ'ပၖစ္ဆန် တရှိ ဘဝါန် ကး? ဝယံ ဂတွာ ပြေရကာန် တွယိ ကိံ ဝက္ၐျာမး? သွသ္မိန် ကိံ ဝဒသိ?
Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?»
23 တဒါ သောဝဒတ်၊ ပရမေၑသျ ပန္ထာနံ ပရိၐ္ကုရုတ သရွွတး၊ ဣတီဒံ ပြာန္တရေ ဝါကျံ ဝဒတး ကသျစိဒြဝး၊ ကထာမိမာံ ယသ္မိန် ယိၑယိယော ဘဝိၐျဒွါဒီ လိခိတဝါန် သောဟမ်၊
Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm».
24 ယေ ပြေၐိတာသ္တေ ဖိရူၑိလောကား၊
Göndərilən bəzi fariseylər
25 တဒါ တေ'ပၖစ္ဆန် ယဒိ နာဘိၐိက္တောသိ ဧလိယောသိ န သ ဘဝိၐျဒွါဒျပိ နာသိ စ, တရှိ လောကာန် မဇ္ဇယသိ ကုတး?
Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?»
26 တတော ယောဟန် ပြတျဝေါစတ်, တောယေ'ဟံ မဇ္ဇယာမီတိ သတျံ ကိန္တု ယံ ယူယံ န ဇာနီထ တာဒၖၑ ဧကော ဇနော ယုၐ္မာကံ မဓျ ဥပတိၐ္ဌတိ၊
Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm».
27 သ မတ္ပၑ္စာဒ် အာဂတောပိ မတ္ပူရွွံ ဝရ္တ္တမာန အာသီတ် တသျ ပါဒုကာဗန္ဓနံ မောစယိတုမပိ နာဟံ ယောဂျောသ္မိ၊
28 ယရ္ဒ္ဒနနဒျား ပါရသ္ထဗဲထဗာရာယာံ ယသ္မိန္သ္ထာနေ ယောဟနမဇ္ဇယတ် တသ္မိန သ္ထာနေ သရွွမေတဒ် အဃဋတ၊
Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi.
29 ပရေ'ဟနိ ယောဟန် သွနိကဋမာဂစ္ဆန္တံ ယိၑုံ ဝိလောကျ ပြာဝေါစတ် ဇဂတး ပါပမောစကမ် ဤၑွရသျ မေၐၑာဝကံ ပၑျတ၊
Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur!
30 ယော မမ ပၑ္စာဒါဂမိၐျတိ သ မတ္တော ဂုရုတရး, ယတော ဟေတောရ္မတ္ပူရွွံ သော'ဝရ္တ္တတ ယသ္မိန္နဟံ ကထာမိမာံ ကထိတဝါန် သ ဧဝါယံ၊
“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur.
31 အပရံ နာဟမေနံ ပြတျဘိဇ္ဉာတဝါန် ကိန္တု ဣသြာယေလ္လောကာ ဧနံ ယထာ ပရိစိနွန္တိ တဒဘိပြာယေဏာဟံ ဇလေ မဇ္ဇယိတုမာဂစ္ဆမ်၊
Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim».
32 ပုနၑ္စ ယောဟနပရမေကံ ပြမာဏံ ဒတွာ ကထိတဝါန် ဝိဟာယသး ကပေါတဝဒ် အဝတရန္တမာတ္မာနမ် အသျောပရျျဝတိၐ္ဌန္တံ စ ဒၖၐ္ဋဝါနဟမ်၊
Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı.
33 နာဟမေနံ ပြတျဘိဇ္ဉာတဝါန် ဣတိ သတျံ ကိန္တု ယော ဇလေ မဇ္ဇယိတုံ မာံ ပြဲရယတ် သ ဧဝေမာံ ကထာမကထယတ် ယသျောပရျျာတ္မာနမ် အဝတရန္တမ် အဝတိၐ္ဌန္တဉ္စ ဒြက္ၐယသိ သဧဝ ပဝိတြေ အာတ္မနိ မဇ္ဇယိၐျတိ၊
Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”.
34 အဝသ္တန္နိရီက္ၐျာယမ် ဤၑွရသျ တနယ ဣတိ ပြမာဏံ ဒဒါမိ၊
Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm».
35 ပရေ'ဟနိ ယောဟန် ဒွါဘျာံ ၑိၐျာဘျာံ သာရ္ဒ္ဓေံ တိၐ္ဌန္
Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi.
36 ယိၑုံ ဂစ္ဆန္တံ ဝိလောကျ ဂဒိတဝါန်, ဤၑွရသျ မေၐၑာဝကံ ပၑျတံ၊
İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!»
37 ဣမာံ ကထာံ ၑြုတွာ ဒွေါ် ၑိၐျော် ယီၑေား ပၑ္စာဒ် ဤယတုး၊
Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi.
38 တတော ယီၑုး ပရာဝၖတျ တော် ပၑ္စာဒ် အာဂစ္ဆန္တော် ဒၖၐ္ဋွာ ပၖၐ္ဋဝါန် ယုဝါံ ကိံ ဂဝေၑယထး? တာဝပၖစ္ဆတာံ ဟေ ရဗ္ဗိ အရ္ထာတ် ဟေ ဂုရော ဘဝါန် ကုတြ တိၐ္ဌတိ?
İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir.
39 တတး သောဝါဒိတ် ဧတျ ပၑျတံ၊ တတော ဒိဝသသျ တၖတီယပြဟရသျ ဂတတွာတ် တော် တဒ္ဒိနံ တသျ သင်္ဂေ'သ္ထာတာံ၊
İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi.
40 ယော် ဒွေါ် ယောဟနော ဝါကျံ ၑြုတွာ ယိၑေား ပၑ္စာဒ် အာဂမတာံ တယေား ၑိမောန္ပိတရသျ ဘြာတာ အာန္ဒြိယး
Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi.
41 သ ဣတွာ ပြထမံ နိဇသောဒရံ ၑိမောနံ သာက္ၐာတ္ပြာပျ ကထိတဝါန် ဝယံ ခြီၐ္ဋမ် အရ္ထာတ် အဘိၐိက္တပုရုၐံ သာက္ၐာတ္ကၖတဝန္တး၊
Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir.
42 ပၑ္စာတ် သ တံ ယိၑေား သမီပမ် အာနယတ်၊ တဒါ ယီၑုသ္တံ ဒၖၐ္ဋွာဝဒတ် တွံ ယူနသး ပုတြး ၑိမောန် ကိန္တု တွန္နာမဓေယံ ကဲဖား ဝါ ပိတရး အရ္ထာတ် ပြသ္တရော ဘဝိၐျတိ၊
Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir.
43 ပရေ'ဟနိ ယီၑော် ဂါလီလံ ဂန္တုံ နိၑ္စိတစေတသိ သတိ ဖိလိပနာမာနံ ဇနံ သာက္ၐာတ္ပြာပျာဝေါစတ် မမ ပၑ္စာဒ် အာဂစ္ဆ၊
Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi.
44 ဗဲတ္သဲဒါနာမ္နိ ယသ္မိန် ဂြာမေ ပိတရာန္ဒြိယယောရွာသ အာသီတ် တသ္မိန် ဂြာမေ တသျ ဖိလိပသျ ဝသတိရာသီတ်၊
Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi.
45 ပၑ္စာတ် ဖိလိပေါ နိထနေလံ သာက္ၐာတ္ပြာပျာဝဒတ် မူသာ ဝျဝသ္ထာ ဂြန္ထေ ဘဝိၐျဒွါဒိနာံ ဂြန္ထေၐု စ ယသျာချာနံ လိခိတမာသ္တေ တံ ယူၐဖး ပုတြံ နာသရတီယံ ယီၑုံ သာက္ၐာဒ် အကာရ္ၐ္မ ဝယံ၊
Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq».
46 တဒါ နိထနေလ် ကထိတဝါန် နာသရန္နဂရာတ ကိံ ကၑ္စိဒုတ္တမ ဥတ္ပန္တုံ ၑက္နောတိ? တတး ဖိလိပေါ 'ဝေါစတ် ဧတျ ပၑျ၊
Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi.
47 အပရဉ္စ ယီၑုး သွသျ သမီပံ တမ် အာဂစ္ဆန္တံ ဒၖၐ္ဋွာ ဝျာဟၖတဝါန်, ပၑျာယံ နိၐ္ကပဋး သတျ ဣသြာယေလ္လောကး၊
İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir».
48 တတး သောဝဒဒ်, ဘဝါန် မာံ ကထံ ပြတျဘိဇာနာတိ? ယီၑုရဝါဒီတ် ဖိလိပသျ အာဟွာနာတ် ပူရွွံ ယဒါ တွမုဍုမ္ဗရသျ တရောရ္မူလေ'သ္ထာသ္တဒါ တွာမဒရ္ၑမ်၊
Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm».
49 နိထနေလ် အစကထတ်, ဟေ ဂုရော ဘဝါန် နိတာန္တမ် ဤၑွရသျ ပုတြောသိ, ဘဝါန် ဣသြာယေလွံၑသျ ရာဇာ၊
Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!»
50 တတော ယီၑု ရွျာဟရတ်, တွာမုဍုမ္ဗရသျ ပါဒပသျ မူလေ ဒၖၐ္ဋဝါနာဟံ မမဲတသ္မာဒွါကျာတ် ကိံ တွံ ဝျၑွသီး? ဧတသ္မာဒပျာၑ္စရျျာဏိ ကာရျျာဏိ ဒြက္ၐျသိ၊
İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən».
51 အနျစ္စာဝါဒီဒ် ယုၐ္မာနဟံ ယထာရ္ထံ ဝဒါမိ, ဣတး ပရံ မောစိတေ မေဃဒွါရေ တသ္မာန္မနုဇသူနုနာ ဤၑွရသျ ဒူတဂဏမ် အဝရောဟန္တမာရောဟန္တဉ္စ ဒြက္ၐျထ၊
Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».