< ယာကူဗး 3 >
1 ဟေ မမ ဘြာတရး, ၑိက္ၐကဲရသ္မာဘိ ရ္ဂုရုတရဒဏ္ဍော လပ္သျတ ဣတိ ဇ္ဉာတွာ ယူယမ် အနေကေ ၑိက္ၐကာ မာ ဘဝတ၊
Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın.
2 ယတး သရွွေ ဝယံ ဗဟုဝိၐယေၐု သ္ခလာမး, ယး ကၑ္စိဒ် ဝါကျေ န သ္ခလတိ သ သိဒ္ဓပုရုၐး ကၖတ္သ္နံ ဝၑီကရ္တ္တုံ သမရ္ထၑ္စာသ္တိ၊
Çünki hamımız çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır.
3 ပၑျတ ဝယမ် အၑွာန် ဝၑီကရ္တ္တုံ တေၐာံ ဝက္တြေၐု ခလီနာန် နိဓာယ တေၐာံ ကၖတ္သ္နံ ၑရီရမ် အနုဝရ္တ္တယာမး၊
Bizə itaət etsinlər deyə atların ağzına yüyən taxırıq, beləcə bütün bədənlərini döndəririk.
4 ပၑျတ ယေ ပေါတာ အတီဝ ဗၖဟဒါကာရား ပြစဏ္ဍဝါတဲၑ္စ စာလိတာသ္တေ'ပိ ကရ္ဏဓာရသျ မနော'ဘိမတာဒ် အတိက္ၐုဒြေဏ ကရ္ဏေန ဝါဉ္ဆိတံ သ္ထာနံ ပြတျနုဝရ္တ္တန္တေ၊
Bax gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü haraya istəyirsə, kiçicik bir sükanla oraya dönür.
5 တဒွဒ် ရသနာပိ က္ၐုဒြတရာင်္ဂံ သန္တီ ဒရ္ပဝါကျာနိ ဘာၐတေ၊ ပၑျ ကီဒၖင်္မဟာရဏျံ ဒဟျတေ 'လ္ပေန ဝဟ္နိနာ၊
Dil də elədir, bədənin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır!
6 ရသနာပိ ဘဝေဒ် ဝဟ္နိရဓရ္မ္မရူပပိၐ္ဋပေ၊ အသ္မဒင်္ဂေၐု ရသနာ တာဒၖၑံ သန္တိၐ္ဌတိ သာ ကၖတ္သ္နံ ဒေဟံ ကလင်္ကယတိ သၖၐ္ဋိရထသျ စကြံ ပြဇွလယတိ နရကာနလေန ဇွလတိ စ၊ (Geenna )
Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. (Geenna )
7 ပၑုပက္ၐျုရောဂဇလစရာဏာံ သရွွေၐာံ သွဘာဝေါ ဒမယိတုံ ၑကျတေ မာနုၐိကသွဘာဝေန ဒမယာဉ္စကြေ စ၊
Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir.
8 ကိန္တု မာနဝါနာံ ကေနာပိ ဇိဟွာ ဒမယိတုံ န ၑကျတေ သာ န နိဝါရျျမ် အနိၐ္ဋံ ဟလာဟလဝိၐေဏ ပူရ္ဏာ စ၊
Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur.
9 တယာ ဝယံ ပိတရမ် ဤၑွရံ ဓနျံ ဝဒါမး, တယာ စေၑွရသျ သာဒၖၑျေ သၖၐ္ဋာန် မာနဝါန် ၑပါမး၊
Dilimizlə Rəbb Ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik.
10 ဧကသ္မာဒ် ဝဒနာဒ် ဓနျဝါဒၑာပေါ် နိရ္ဂစ္ဆတး၊ ဟေ မမ ဘြာတရး, ဧတာဒၖၑံ န ကရ္တ္တဝျံ၊
Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır.
11 ပြသြဝဏး ကိမ် ဧကသ္မာတ် ဆိဒြာတ် မိၐ္ဋံ တိက္တဉ္စ တောယံ နိရ္ဂမယတိ?
Bir bulağın eyni gözündən şirin və acı su çıxarmı?
12 ဟေ မမ ဘြာတရး, ဥဍုမ္ဗရတရုး ကိံ ဇိတဖလာနိ ဒြာက္ၐာလတာ ဝါ ကိမ် ဥဍုမ္ဗရဖလာနိ ဖလိတုံ ၑက္နောတိ? တဒွဒ် ဧကး ပြသြဝဏော လဝဏမိၐ္ဋေ တောယေ နိရ္ဂမယိတုံ န ၑက္နောတိ၊
Qardaşlarım, əncir ağacı zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin su gələ bilməz.
13 ယုၐ္မာကံ မဓျေ ဇ္ဉာနီ သုဗောဓၑ္စ က အာသ္တေ? တသျ ကရ္မ္မာဏိ ဇ္ဉာနမူလကမၖဒုတာယုက္တာနီတိ သဒါစာရာတ် သ ပြမာဏယတု၊
Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin.
14 ကိန္တု ယုၐ္မဒန္တးကရဏမဓျေ ယဒိ တိက္တေရ္ၐျာ ဝိဝါဒေစ္ဆာ စ ဝိဒျတေ တရှိ သတျမတသျ ဝိရုဒ္ဓံ န ၑ္လာဃဓွံ နစာနၖတံ ကထယတ၊
Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin.
15 တာဒၖၑံ ဇ္ဉာနမ် ဦရ္ဒ္ဓွာဒ် အာဂတံ နဟိ ကိန္တု ပါရ္ထိဝံ ၑရီရိ ဘော်တိကဉ္စ၊
Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir.
16 ယတော ဟေတောရီရ္ၐျာ ဝိဝါဒေစ္ဆာ စ ယတြ ဝေဒျေတေ တတြဲဝ ကလဟး သရွွံ ဒုၐ္ကၖတဉ္စ ဝိဒျတေ၊
Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır.
17 ကိန္တူရ္ဒ္ဓွာဒ် အာဂတံ ယတ် ဇ္ဉာနံ တတ် ပြထမံ ၑုစိ တတး ပရံ ၑာန္တံ က္ၐာန္တမ် အာၑုသန္ဓေယံ ဒယာဒိသတ္ဖလဲး ပရိပူရ္ဏမ် အသန္ဒိဂ္ဓံ နိၐ္ကပဋဉ္စ ဘဝတိ၊
Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır.
18 ၑာန္တျာစာရိဘိး ၑာန္တျာ ဓရ္မ္မဖလံ ရောပျတေ၊
Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir.