< ပြေရိတား 2 >
1 အပရဉ္စ နိသ္တာရောတ္သဝါတ် ပရံ ပဉ္စာၑတ္တမေ ဒိနေ သမုပသ္ထိတေ သတိ တေ သရွွေ ဧကာစိတ္တီဘူယ သ္ထာန ဧကသ္မိန် မိလိတာ အာသန်၊
Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı.
2 ဧတသ္မိန္နေဝ သမယေ'ကသ္မာဒ် အာကာၑာတ် ပြစဏ္ဍာတျုဂြဝါယေား ၑဗ္ဒဝဒ် ဧကး ၑဗ္ဒ အာဂတျ ယသ္မိန် ဂၖဟေ တ ဥပါဝိၑန် တဒ် ဂၖဟံ သမသ္တံ ဝျာပ္နောတ်၊
Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü.
3 တတး ပရံ ဝဟ္နိၑိခါသွရူပါ ဇိဟွား ပြတျက္ၐီဘူယ ဝိဘက္တား သတျး ပြတိဇနောရ္ဒ္ဓွေ သ္ထဂိတာ အဘူဝန်၊
Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür.
4 တသ္မာတ် သရွွေ ပဝိတြေဏာတ္မနာ ပရိပူရ္ဏား သန္တ အာတ္မာ ယထာ ဝါစိတဝါန် တဒနုသာရေဏာနျဒေၑီယာနာံ ဘာၐာ ဥက္တဝန္တး၊
Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.
5 တသ္မိန် သမယေ ပၖထိဝီသ္ထသရွွဒေၑေဘျော ယိဟူဒီယမတာဝလမ္ဗိနော ဘက္တလောကာ ယိရူၑာလမိ ပြာဝသန်;
Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar.
6 တသျား ကထာယား ကိံဝဒန္တျာ ဇာတတွာတ် သရွွေ လောကာ မိလိတွာ နိဇနိဇဘာၐယာ ၑိၐျာဏာံ ကထာကထနံ ၑြုတွာ သမုဒွိဂ္နာ အဘဝန်၊
Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı.
7 သရွွဧဝ ဝိသ္မယာပန္နာ အာၑ္စရျျာနွိတာၑ္စ သန္တး ပရသ္ပရံ ဥက္တဝန္တး ပၑျတ ယေ ကထာံ ကထယန္တိ တေ သရွွေ ဂါလီလီယလောကား ကိံ န ဘဝန္တိ?
Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi?
8 တရှိ ဝယံ ပြတျေကၑး သွသွဇန္မဒေၑီယဘာၐာဘိး ကထာ ဧတေၐာံ ၑၖဏုမး ကိမိဒံ?
Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik?
9 ပါရ္ထီ-မာဒီ-အရာမ္နဟရယိမ္ဒေၑနိဝါသိမနော ယိဟူဒါ-ကပ္ပဒကိယာ-ပန္တ-အာၑိယာ-
Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində,
10 ဖြုဂိယာ-ပမ္ဖုလိယာ-မိသရနိဝါသိနး ကုရီဏီနိကဋဝရ္တ္တိလူဗီယပြဒေၑနိဝါသိနော ရောမနဂရာဒ် အာဂတာ ယိဟူဒီယလောကာ ယိဟူဒီယမတဂြာဟိဏး ကြီတီယာ အရာဗီယာဒယော လောကာၑ္စ ယေ ဝယမ္
Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan
11 အသ္မာကံ နိဇနိဇဘာၐာဘိရေတေၐာမ် ဤၑွရီယမဟာကရ္မ္မဝျာချာနံ ၑၖဏုမး၊
Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır».
12 ဣတ္ထံ တေ သရွွဧဝ ဝိသ္မယာပန္နား သန္ဒိဂ္ဓစိတ္တား သန္တး ပရသ္ပရမူစုး, အသျ ကော ဘာဝး?
Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?»
13 အပရေ ကေစိတ် ပရိဟသျ ကထိတဝန္တ ဧတေ နဝီနဒြာက္ၐာရသေန မတ္တာ အဘဝန်၊
Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».
14 တဒါ ပိတရ ဧကာဒၑဘိ ရ္ဇနဲး သာကံ တိၐ္ဌန် တာလ္လောကာန် ဥစ္စဲးကာရမ် အဝဒတ်, ဟေ ယိဟူဒီယာ ဟေ ယိရူၑာလမ္နိဝါသိနး သရွွေ, အဝဓာနံ ကၖတွာ မဒီယဝါကျံ ဗုဓျဓွံ၊
Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın.
15 ဣဒါနီမ် ဧကယာမာဒ် အဓိကာ ဝေလာ နာသ္တိ တသ္မာဒ် ယူယံ ယဒ် အနုမာထ မာနဝါ ဣမေ မဒျပါနေန မတ္တာသ္တန္န၊
Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır.
16 ကိန္တု ယောယေလ္ဘဝိၐျဒွက္တြဲတဒွါကျမုက္တံ ယထာ,
Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir.
17 ဤၑွရး ကထယာမာသ ယုဂါန္တသမယေ တွဟမ်၊ ဝရ္ၐိၐျာမိ သွမာတ္မာနံ သရွွပြာဏျုပရိ ဓြုဝမ်၊ ဘာဝိဝါကျံ ဝဒိၐျန္တိ ကနျား ပုတြာၑ္စ ဝသ္တုတး၊ ပြတျာဒေၑဉ္စ ပြာပ္သျန္တိ ယုၐ္မာကံ ယုဝမာနဝါး၊ တထာ ပြာစီနလောကာသ္တု သွပ္နာန် ဒြက္ၐျန္တိ နိၑ္စိတံ၊
Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək.
18 ဝရ္ၐိၐျာမိ တဒါတ္မာနံ ဒါသဒါသီဇနောပိရိ၊ တေနဲဝ ဘာဝိဝါကျံ တေ ဝဒိၐျန္တိ ဟိ သရွွၑး၊
O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək.
19 ဦရ္ဒ္ဓွသ္ထေ ဂဂဏေ စဲဝ နီစသ္ထေ ပၖထိဝီတလေ၊ ၑောဏိတာနိ ဗၖဟဒ္ဘါနူန် ဃနဓူမာဒိကာနိ စ၊ စိဟ္နာနိ ဒရ္ၑယိၐျာမိ မဟာၑ္စရျျကြိယာသ္တထာ၊
Yuxarıda – göylərdə xariqələr, Aşağıda – yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü buxarları görünəcək.
20 မဟာဘယာနကသျဲဝ တဒ္ဒိနသျ ပရေၑိတုး၊ ပုရာဂမာဒ် ရဝိး ကၖၐ္ဏော ရက္တၑ္စန္ဒြော ဘဝိၐျတး၊
Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.
21 ကိန္တု ယး ပရမေၑသျ နာမ္နိ သမ္ပြာရ္ထယိၐျတေ၊ သဧဝ မနုဇော နူနံ ပရိတြာတော ဘဝိၐျတိ။
Rəbbin adını çağıran hər kəs xilas olacaq”.
22 အတော ဟေ ဣသြာယေလွံၑီယလောကား သရွွေ ကထာယာမေတသျာမ် မနော နိဓဒ္ဓွံ နာသရတီယော ယီၑုရီၑွရသျ မနောနီတး ပုမာန် ဧတဒ် ဤၑွရသ္တတ္ကၖတဲရာၑ္စရျျာဒ္ဘုတကရ္မ္မဘိ ရ္လက္ၐဏဲၑ္စ ယုၐ္မာကံ သာက္ၐာဒေဝ ပြတိပါဒိတဝါန် ဣတိ ယူယံ ဇာနီထ၊
Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir.
23 တသ္မိန် ယီၑော် ဤၑွရသျ ပူရွွနိၑ္စိတမန္တြဏာနိရူပဏာနုသာရေဏ မၖတျော် သမရ္ပိတေ သတိ ယူယံ တံ ဓၖတွာ ဒုၐ္ဋလောကာနာံ ဟသ္တဲး ကြုၑေ ဝိဓိတွာဟတ၊
Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz.
24 ကိန္တွီၑွရသ္တံ နိဓနသျ ဗန္ဓနာန္မောစယိတွာ ဥဒသ္ထာပယတ် ယတး သ မၖတျုနာ ဗဒ္ဓသ္တိၐ္ဌတီတိ န သမ္ဘဝတိ၊
Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi.
25 ဧတသ္တိန် ဒါယူဒပိ ကထိတဝါန် ယထာ, သရွွဒါ မမ သာက္ၐာတ္တံ သ္ထာပယ ပရမေၑွရံ၊ သ္ထိတေ မဒ္ဒက္ၐိဏေ တသ္မိန် သ္ခလိၐျာမိ တွဟံ နဟိ၊
Davud da Onun barəsində demişdi: “Rəbbə həmişə üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram.
26 အာနန္ဒိၐျတိ တဒ္ဓေတော ရ္မာမကီနံ မနသ္တု ဝဲ၊ အာဟ္လာဒိၐျတိ ဇိဟွာပိ မဒီယာ တု တထဲဝ စ၊ ပြတျာၑယာ ၑရီရန္တု မဒီယံ ဝဲၑယိၐျတေ၊
Elə bunun üçün qəlbim sevinir, dilim şad olur, Cismim belə, ümidlə yaşayır.
27 ပရလောကေ ယတော ဟေတောသ္တွံ မာံ နဲဝ ဟိ တျက္ၐျသိ၊ သွကီယံ ပုဏျဝန္တံ တွံ က္ၐယိတုံ နဲဝ ဒါသျသိ၊ ဧဝံ ဇီဝနမာရ္ဂံ တွံ မာမေဝ ဒရ္ၑယိၐျသိ၊ (Hadēs )
Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan. (Hadēs )
28 သွသမ္မုခေ ယ အာနန္ဒော ဒက္ၐိဏေ သွသျ ယတ် သုခံ၊ အနန္တံ တေန မာံ ပူရ္ဏံ ကရိၐျသိ န သံၑယး။
Mənə həyat yolunu öyrədirsən, Hüzurunda mənə doyunca sevinc verirsən”.
29 ဟေ ဘြာတရော'သ္မာကံ တသျ ပူရွွပုရုၐသျ ဒါယူဒး ကထာံ သ္ပၐ္ဋံ ကထယိတုံ မာမ် အနုမနျဓွံ, သ ပြာဏာန် တျက္တွာ ၑ္မၑာနေ သ္ထာပိတောဘဝဒ် အဒျာပိ တတ် ၑ္မၑာနမ် အသ္မာကံ သန္နိဓော် ဝိဒျတေ၊
Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır.
30 ဖလတော လော်ကိကဘာဝေန ဒါယူဒေါ ဝံၑေ ခြီၐ္ဋံ ဇန္မ ဂြာဟယိတွာ တသျဲဝ သိံဟာသနေ သမုဝေၐ္ဋုံ တမုတ္ထာပယိၐျတိ ပရမေၑွရး ၑပထံ ကုတွာ ဒါယူဒး သမီပ ဣမမ် အင်္ဂီကာရံ ကၖတဝါန်,
Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi.
31 ဣတိ ဇ္ဉာတွာ ဒါယူဒ် ဘဝိၐျဒွါဒီ သန် ဘဝိၐျတ္ကာလီယဇ္ဉာနေန ခြီၐ္ဋောတ္ထာနေ ကထာမိမာံ ကထယာမာသ ယထာ တသျာတ္မာ ပရလောကေ န တျက္ၐျတေ တသျ ၑရီရဉ္စ န က္ၐေၐျတိ; (Hadēs )
Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah Onu ölülər diyarına atmaz, Cismini çürüməyə qoymaz. (Hadēs )
32 အတး ပရမေၑွရ ဧနံ ယီၑုံ ၑ္မၑာနာဒ် ဥဒသ္ထာပယတ် တတြ ဝယံ သရွွေ သာက္ၐိဏ အာသ္မဟေ၊
Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq.
33 သ ဤၑွရသျ ဒက္ၐိဏကရေဏောန္နတိံ ပြာပျ ပဝိတြ အာတ္မိန ပိတာ ယမင်္ဂီကာရံ ကၖတဝါန် တသျ ဖလံ ပြာပျ ယတ် ပၑျထ ၑၖဏုထ စ တဒဝရ္ၐတ်၊
Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü.
34 ယတော ဒါယူဒ် သွရ္ဂံ နာရုရောဟ ကိန္တု သွယမ် ဣမာံ ကထာမ် အကထယဒ် ယထာ, မမ ပြဘုမိဒံ ဝါကျမဝဒတ် ပရမေၑွရး၊
Davud özü göylərə qalxmadı, amma belə dedi: “Rəbb mənim Ağama dedi:
35 တဝ ၑတြူနဟံ ယာဝတ် ပါဒပီဌံ ကရောမိ န၊ တာဝတ် ကာလံ မဒီယေ တွံ ဒက္ၐဝါရ္ၑွ ဥပါဝိၑ၊
‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur›”.
36 အတော ယံ ယီၑုံ ယူယံ ကြုၑေ'ဟတ ပရမေၑွရသ္တံ ပြဘုတွာဘိၐိက္တတွပဒေ နျယုံက္တေတိ ဣသြာယေလီယာ လောကာ နိၑ္စိတံ ဇာနန္တု၊
Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir».
37 ဧတာဒၖၑီံ ကထာံ ၑြုတွာ တေၐာံ ဟၖဒယာနာံ ဝိဒီရ္ဏတွာတ် တေ ပိတရာယ တဒနျပြေရိတေဘျၑ္စ ကထိတဝန္တး, ဟေ ဘြာတၖဂဏ ဝယံ ကိံ ကရိၐျာမး?
Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?»
38 တတး ပိတရး ပြတျဝဒဒ် ယူယံ သရွွေ သွံ သွံ မနး ပရိဝရ္တ္တယဓွံ တထာ ပါပမောစနာရ္ထံ ယီၑုခြီၐ္ဋသျ နာမ္နာ မဇ္ဇိတာၑ္စ ဘဝတ, တသ္မာဒ် ဒါနရူပံ ပရိတြမ် အာတ္မာနံ လပ္သျထ၊
Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız.
39 ယတော ယုၐ္မာကံ ယုၐ္မတ္သန္တာနာနာဉ္စ ဒူရသ္ထသရွွလောကာနာဉ္စ နိမိတ္တမ် အရ္ထာဒ် အသ္မာကံ ပြဘုး ပရမေၑွရော ယာဝတော လာကာန် အာဟွာသျတိ တေၐာံ သရွွေၐာံ နိမိတ္တမ် အယမင်္ဂီကာရ အာသ္တေ၊
Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür».
40 ဧတဒနျာဘိ ရ္ဗဟုကထာဘိး ပြမာဏံ ဒတွာကထယတ် ဧတေဘျော ဝိပထဂါမိဘျော ဝရ္တ္တမာနလောကေဘျး သွာန် ရက္ၐတ၊
Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun».
41 တတး ပရံ ယေ သာနန္ဒာသ္တာံ ကထာမ် အဂၖဟ္လန် တေ မဇ္ဇိတာ အဘဝန်၊ တသ္မိန် ဒိဝသေ ပြာယေဏ တြီဏိ သဟသြာဏိ လောကာသ္တေၐာံ သပက္ၐား သန္တး
Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu.
42 ပြေရိတာနာမ် ဥပဒေၑေ သင်္ဂတော် ပူပဘဉ္ဇနေ ပြာရ္ထနာသု စ မနးသံယောဂံ ကၖတွာတိၐ္ဌန်၊
Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər.
43 ပြေရိတဲ ရ္နာနာပြကာရလက္ၐဏေၐု မဟာၑ္စရျျကရ္မမသု စ ဒရ္ၑိတေၐု သရွွလောကာနာံ ဘယမုပသ္ထိတံ၊
Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi.
44 ဝိၑွာသကာရိဏး သရွွ စ သဟ တိၐ္ဌနတး၊ သွေၐာံ သရွွား သမ္ပတ္တီး သာဓာရဏျေန သ္ထာပယိတွာဘုဉ္ဇတ၊
İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi.
45 ဖလတော ဂၖဟာဏိ ဒြဝျာဏိ စ သရွွာဏိ ဝိကြီယ သရွွေၐာံ သွသွပြယောဇနာနုသာရေဏ ဝိဘဇျ သရွွေဘျော'ဒဒန်၊
Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar;
46 သရွွ ဧကစိတ္တီဘူယ ဒိနေ ဒိနေ မန္ဒိရေ သန္တိၐ္ဌမာနာ ဂၖဟေ ဂၖဟေ စ ပူပါနဘဉ္ဇန္တ ဤၑွရသျ ဓနျဝါဒံ ကုရွွန္တော လောကဲး သမာဒၖတား ပရမာနန္ဒေန သရလာန္တးကရဏေန ဘောဇနံ ပါနဉ္စကုရွွန်၊
hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər.
47 ပရမေၑွရော ဒိနေ ဒိနေ ပရိတြာဏဘာဇနဲ ရ္မဏ္ဍလီမ် အဝရ္ဒ္ဓယတ်၊
Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu.