< ပြေရိတား 17 >

1 ပေါ်လသီလော် အာမ္ဖိပလျာပလ္လောနိယာနဂရာဘျာံ ဂတွာ ယတြ ယိဟူဒီယာနာံ ဘဇနဘဝနမေကမ် အာသ္တေ တတြ ထိၐလနီကီနဂရ ဥပသ္ထိတော်၊
Onlar Amfipolis və Apolloniyadan keçərək Salonikə gəldilər. Burada bir Yəhudi sinaqoqu var idi.
2 တဒါ ပေါ်လး သွာစာရာနုသာရေဏ တေၐာံ သမီပံ ဂတွာ ဝိၑြာမဝါရတြယေ တဲး သာရ္ဒ္ဓံ ဓရ္မ္မပုသ္တကီယကထာယာ ဝိစာရံ ကၖတဝါန်၊
Paul adətinə görə Yəhudilərin yanına gedib üç Şənbə dalbadal onlarla Müqəddəs Yazılar üstündə mübahisə etdi,
3 ဖလတး ခြီၐ္ဋေန ဒုးခဘောဂး ကရ္တ္တဝျး ၑ္မၑာနဒုတ္ထာနဉ္စ ကရ္တ္တဝျံ ယုၐ္မာကံ သန္နိဓော် ယသျ ယီၑေား ပြသ္တာဝံ ကရောမိ သ ဤၑွရေဏာဘိၐိက္တး သ ဧတား ကထား ပြကာၑျ ပြမာဏံ ဒတွာ သ္ထိရီကၖတဝါန်၊
şərh və sübut göstərdi ki, Məsihin əzab çəkərək ölüb ölülər arasından dirilməsi lazım idi və dedi: «Sizə elan etməkdə olduğum bu İsa Məsihdir!»
4 တသ္မာတ် တေၐာံ ကတိပယဇနာ အနျဒေၑီယာ ဗဟဝေါ ဘက္တလောကာ ဗဟျး ပြဓာနနာရျျၑ္စ ဝိၑွသျ ပေါ်လသီလယေား ပၑ္စာဒ္ဂါမိနော ဇာတား၊
Yəhudilərdən bəziləri, mömin Yunanların böyük bir hissəsi, bir çox nüfuzlu qadınlar buna əmin oldu və Paulla Silaya qoşuldu.
5 ကိန္တု ဝိၑွာသဟီနာ ယိဟူဒီယလောကာ ဤရ္ၐျယာ ပရိပူရ္ဏား သန္တော ဟဋဋ္သျ ကတိနယလမ္ပဋလောကာန် သင်္ဂိနး ကၖတွာ ဇနတယာ နဂရမဓျေ မဟာကလဟံ ကၖတွာ ယာသောနော ဂၖဟမ် အာကြမျ ပြေရိတာန် ဓၖတွာ လောကနိဝဟသျ သမီပမ် အာနေတုံ စေၐ္ဋိတဝန္တး၊
Yəhudilərin buna paxıllığı tutdu. Meydana yığılan camaatın içərisində olan bəzi şər adamlardan bir izdiham toplayıb şəhərdə qarışıqlıq saldılar. Paulla Silanı xalqın önünə çıxarmaq məqsədi ilə Yasonun evinə hücum etdilər.
6 တေၐာမုဒ္ဒေၑမ် အပြာပျ စ ယာသောနံ ကတိပယာန် ဘြာတၖံၑ္စ ဓၖတွာ နဂရာဓိပတီနာံ နိကဋမာနီယ ပြောစ္စဲး ကထိတဝန္တော ယေ မနုၐျာ ဇဂဒုဒွါဋိတဝန္တသ္တေ 'တြာပျုပသ္ထိတား သန္တိ,
Onları tapmayanda Yasonla bəzi imanlı qardaşları sürüyə-sürüyə şəhər başçılarının qarşısına gətirib hay-küy saldılar: «Dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı.
7 ဧၐ ယာသောန် အာတိထျံ ကၖတွာ တာန် ဂၖဟီတဝါန်၊ ယီၑုနာမက ဧကော ရာဇသ္တီတိ ကထယန္တသ္တေ ကဲသရသျာဇ္ဉာဝိရုဒ္ဓံ ကရ္မ္မ ကုရွွတိ၊
Yason onları öz evinə qəbul edib. Bunların hamısı qeysərin fərmanlarının əksinə gedib deyir ki, İsa adlı başqa bir padşah var».
8 တေၐာံ ကထာမိမာံ ၑြုတွာ လောကနိဝဟော နဂရာဓိပတယၑ္စ သမုဒွိဂ္နာ အဘဝန်၊
Bu sözləri eşidən izdiham və şəhər başçıları lərzəyə düşdülər.
9 တဒါ ယာသောနသ္တဒနျေၐာဉ္စ ဓနဒဏ္ဍံ ဂၖဟီတွာ တာန် ပရိတျက္တဝန္တး၊
Nəhayət, başçılar təminat alaraq Yason və digərlərini azad etdilər.
10 တတး ပရံ ဘြာတၖဂဏော ရဇနျာံ ပေါ်လသီလော် ၑီဃြံ ဗိရယာနဂရံ ပြေၐိတဝါန် တော် တတြောပသ္ထာယ ယိဟူဒီယာနာံ ဘဇနဘဝနံ ဂတဝန္တော်၊
İmanlı bacı-qardaşlar isə gecə olan kimi Paulla Silanı dərhal Veriya şəhərinə göndərdilər. Onlar oraya çatarkən Yəhudilərin sinaqoquna getdilər.
11 တတြသ္ထာ လောကား ထိၐလနီကီသ္ထလောကေဘျော မဟာတ္မာန အာသန် ယတ ဣတ္ထံ ဘဝတိ န ဝေတိ ဇ္ဉာတုံ ဒိနေ ဒိနေ ဓရ္မ္မဂြန္ထသျာလောစနာံ ကၖတွာ သွဲရံ ကထာမ် အဂၖဟ္လန်၊
Veriyadakı Yəhudilərsə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu düzgün təlimdirmi?» deyə yoxlayırdılar.
12 တသ္မာဒ် အနေကေ ယိဟူဒီယာ အနျဒေၑီယာနာံ မာနျာ သ္တြိယး ပုရုၐာၑ္စာနေကေ ဝျၑွသန်၊
Beləliklə, onların arasından xeyli adam, həmçinin çoxlu hörmətli Yunan qadınları və kişiləri iman etdilər.
13 ကိန္တု ဗိရယာနဂရေ ပေါ်လေနေၑွရီယာ ကထာ ပြစာရျျတ ဣတိ ထိၐလနီကီသ္ထာ ယိဟူဒီယာ ဇ္ဉာတွာ တတ္သ္ထာနမပျာဂတျ လောကာနာံ ကုပြဝၖတ္တိမ် အဇနယန်၊
Lakin Salonikdəki Yəhudilər Paulun Veriyada da Allahın kəlamını elan etdiyini biləndə oraya getdilər və xalqı qızışdırıb lərzəyə saldılar.
14 အတဧဝ တသ္မာတ် သ္ထာနာတ် သမုဒြေဏ ယာန္တီတိ ဒရ္ၑယိတွာ ဘြာတရး က္ၐိပြံ ပေါ်လံ ပြာဟိဏွန် ကိန္တု သီလတီမထိယော် တတြ သ္ထိတဝန္တော်၊
Bundan sonra imanlı bacı-qardaşlar Paulu dərhal dəniz sahilinə gedən yolla göndərdilər. Sila ilə Timotey isə Veriyada qaldı.
15 တတး ပရံ ပေါ်လသျ မာရ္ဂဒရ္ၑကာသ္တမ် အာထီနီနဂရ ဥပသ္ထာပယန် ပၑ္စာဒ် ယုဝါံ တူရ္ဏမ် ဧတတ် သ္ထာနံ အာဂမိၐျထး သီလတီမထိယော် ပြတီမာမ် အာဇ္ဉာံ ပြာပျ တေ ပြတျာဂတား၊
Paulu yola salanlar onu Afinaya qədər ötürdülər. Sonra Paul onlara əmr verdi ki, geri qayıdıb Sila ilə Timoteyi təcili surətdə onun yanına göndərsinlər.
16 ပေါ်လ အာထီနီနဂရေ တာဝပေက္ၐျ တိၐ္ဌန် တန္နဂရံ ပြတိမာဘိး ပရိပူရ္ဏံ ဒၖၐ္ဋွာ သန္တပ္တဟၖဒယော 'ဘဝတ်၊
Onları Afinada gözləyən Paul gördü ki, şəhər bütlərlə doludur. Bundan ötrü onun ürəyi çox narahat oldu.
17 တတး သ ဘဇနဘဝနေ ယာန် ယိဟူဒီယာန် ဘက္တလောကာံၑ္စ ဟဋ္ဋေ စ ယာန် အပၑျတ် တဲး သဟ ပြတိဒိနံ ဝိစာရိတဝါန်၊
Buna görə sinaqoqda Yəhudilərlə və mömin Yunanlarla, hər gün bazar meydanında rastlaşdığı insanlarla mübahisə edirdi.
18 ကိန္တွိပိကူရီယမတဂြဟိဏး သ္တောယိကီယမတဂြာဟိဏၑ္စ ကိယန္တော ဇနာသ္တေန သာရ္ဒ္ဓံ ဝျဝဒန္တ၊ တတြ ကေစိဒ် အကထယန် ဧၐ ဝါစာလး ကိံ ဝက္တုမ် ဣစ္ဆတိ? အပရေ ကေစိဒ် ဧၐ ဇနး ကေၐာဉ္စိဒ် ဝိဒေၑီယဒေဝါနာံ ပြစာရက ဣတျနုမီယတေ ယတး သ ယီၑုမ် ဥတ္ထိတိဉ္စ ပြစာရယတ်၊
Epikürçü və Stoist fəlsəfi cərəyanından olanların bəziləri onunla mübahisəyə girişdi. Kimisi deyir: «Bu boşboğaz nə demək istəyir?» Kimisi də deyir: «Deyəsən bu yad allahların təbliğatçısıdır». Çünki Paul İsa və dirilmə ilə bağlı Müjdəni yaymaqda idi.
19 တေ တမ် အရေယပါဂနာမ ဝိစာရသ္ထာနမ် အာနီယ ပြာဝေါစန် ဣဒံ ယန္နဝီနံ မတံ တွံ ပြာစီကၑ ဣဒံ ကီဒၖၑံ ဧတဒ် အသ္မာန် ၑြာဝယ;
Onlar Paulu götürüb Areopaq məşvərətinə gətirdilər. Ondan soruşdular: «Sənin yaydığın bu yeni təlimin nə olduğunu bilmək olarmı?
20 ယာမိမာမ် အသမ္ဘဝကထာမ် အသ္မာကံ ကရ္ဏဂေါစရီကၖတဝါန် အသျာ ဘာဝါရ္ထး က ဣတိ ဝယံ ဇ္ဉာတုမ် ဣစ္ဆာမး၊
Çünki qulağımız öyrəşmədiyi şeyləri bizə eşitdirirsən. İndi bunların mənasını bilmək istəyirik».
21 တဒါထီနီနိဝါသိနသ္တန္နဂရပြဝါသိနၑ္စ ကေဝလံ ကသျာၑ္စန နဝီနကထာယား ၑြဝဏေန ပြစာရဏေန စ ကာလမ် အယာပယန်၊
Bütün Afinalılar və şəhərdəki yadellilər vaxtlarını yalnız yeni fikirləri söyləyərək və qulaq asaraq keçirirdilər.
22 ပေါ်လော'ရေယပါဂသျ မဓျေ တိၐ္ဌန် ဧတာံ ကထာံ ပြစာရိတဝါန်, ဟေ အာထီနီယလောကာ ယူယံ သရွွထာ ဒေဝပူဇာယာမ် အာသက္တာ ဣတျဟ ပြတျက္ၐံ ပၑျာမိ၊
Paul Areopaqın qarşısına çıxıb belə söylədi: «Ey Afinalılar, sizin hər cəhətdən çox pərəstişkar olduğunuzu görürəm.
23 ယတး ပရျျဋနကာလေ ယုၐ္မာကံ ပူဇနီယာနိ ပၑျန် ‘အဝိဇ္ဉာတေၑွရာယ’ ဧတလ္လိပိယုက္တာံ ယဇ္ဉဝေဒီမေကာံ ဒၖၐ္ဋဝါန်; အတော န ဝိဒိတွာ ယံ ပူဇယဓွေ တသျဲဝ တတွံ ယုၐ္မာန် ပြတိ ပြစာရယာမိ၊
Belə ki mən ətrafda gəzəndə səcdəgahlarınıza diqqətlə nəzər salarkən bir qurbangaha da rast gəldim ki, onun üstündə yazılmışdı: “Naməlum Allaha məxsus”. Tanımadan ibadət etdiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm.
24 ဇဂတော ဇဂတ္သ္ထာနာံ သရွွဝသ္တူနာဉ္စ သြၐ္ဋာ ယ ဤၑွရး သ သွရ္ဂပၖထိဝျောရေကာဓိပတိး သန် ကရနိရ္မ္မိတမန္ဒိရေၐု န နိဝသတိ;
Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin-göyün Sahibi olan Allah əllə tikilən məbədlərdə yaşamaz.
25 သ ဧဝ သရွွေဘျော ဇီဝနံ ပြာဏာန် သရွွသာမဂြီၑ္စ ပြဒဒါတိ; အတဧဝ သ ကသျာၑ္စိတ် သာမဂျြာ အဘာဝဟေတော ရ္မနုၐျာဏာံ ဟသ္တဲး သေဝိတော ဘဝတီတိ န၊
İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur!
26 သ ဘူမဏ္ဍလေ နိဝါသာရ္ထမ် ဧကသ္မာတ် ၑောဏိတာတ် သရွွာန် မနုၐျာန် သၖၐ္ဋွာ တေၐာံ ပူရွွနိရူပိတသမယံ ဝသတိသီမာဉ္စ နိရစိနောတ်;
Allah bütün bəşəriyyətin millətlərini bir insandan yaratdı ki, bütün yer üzərində yaşasınlar. Yaşamaq üçün onlara zaman və məkan təyin etdi ki,
27 တသ္မာတ် လောကဲး ကေနာပိ ပြကာရေဏ မၖဂယိတွာ ပရမေၑွရသျ တတွံ ပြာပ္တုံ တသျ ဂဝေၐဏံ ကရဏီယမ်၊
Onu axtarsınlar, yəni kor əllərini sürtə-sürtə yol axtardığı kimi axtarıb Onu tapa bilsinlər. Əslində Allah heç birimizdən uzaq deyil.
28 ကိန္တု သော'သ္မာကံ ကသ္မာစ္စိဒပိ ဒူရေ တိၐ္ဌတီတိ နဟိ, ဝယံ တေန နိၑွသနပြၑွသနဂမနာဂမနပြာဏဓာရဏာနိ ကုရ္မ္မး, ပုနၑ္စ ယုၐ္မာကမေဝ ကတိပယား ကဝယး ကထယန္တိ ‘တသျ ဝံၑာ ဝယံ သ္မော ဟိ’ ဣတိ၊
“Axı biz Onda yaşayırıq, hərəkət edirik, mövcuduq”. Bəzi şairlərinizin dediyi kimi: “Biz də Onun nəslindənik”.
29 အတဧဝ ယဒိ ဝယမ် ဤၑွရသျ ဝံၑာ ဘဝါမသ္တရှိ မနုၐျဲ ရွိဒျယာ ကော်ၑလေန စ တက္ၐိတံ သွရ္ဏံ ရူပျံ ဒၖၐဒ် ဝဲတေၐာမီၑွရတွမ် အသ္မာဘိ ရ္န ဇ္ဉာတဝျံ၊
Demək biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, İlahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, gümüş yaxud daşdan düzəldilən bir şeyə bənzəyir.
30 တေၐာံ ပူရွွီယလောကာနာမ် အဇ္ဉာနတာံ ပြတီၑွရော ယဒျပိ နာဝါဓတ္တ တထာပီဒါနီံ သရွွတြ သရွွာန် မနး ပရိဝရ္တ္တယိတုမ် အာဇ္ဉာပယတိ,
Allah cəhalət zamanlarında buna göz yumdu, amma indi hər yerdə hamının tövbə etməsini insanlara əmr edir.
31 ယတး သွနိယုက္တေန ပုရုၐေဏ ယဒါ သ ပၖထိဝီသ္ထာနာံ သရွွလောကာနာံ ဝိစာရံ ကရိၐျတိ တဒ္ဒိနံ နျရူပယတ်; တသျ ၑ္မၑာနောတ္ထာပနေန တသ္မိန် သရွွေဘျး ပြမာဏံ ပြာဒါတ်၊
Çünki Allah Öz seçdiyi Şəxs vasitəsilə dünyanı ədalətlə mühakimə edəcəyi günü təyin edib. Onu ölülər arasından diriltməklə hamının qarşısında bunu təsdiq edib».
32 တဒါ ၑ္မၑာနာဒ် ဥတ္ထာနသျ ကထာံ ၑြုတွာ ကေစိဒ် ဥပါဟမန်, ကေစိဒဝဒန် ဧနာံ ကထာံ ပုနရပိ တွတ္တး ၑြောၐျာမး၊
Ölülərin dirilməsi ilə bağlı sözləri eşidən kimi bəziləri onu ələ saldı, kimisi də belə dedi: «Bu barədə səndən bir daha eşitmək istəyirik».
33 တတး ပေါ်လသ္တေၐာံ သမီပါတ် ပြသ္ထိတဝါန်၊
Beləliklə, Paul onların arasından çıxıb getdi.
34 တထာပိ ကေစိလ္လောကာသ္တေန သာရ္ဒ္ဓံ မိလိတွာ ဝျၑွသန် တေၐာံ မဓျေ 'ရေယပါဂီယဒိယနုသိယော ဒါမာရီနာမာ ကာစိန္နာရီ ကိယန္တော နရာၑ္စာသန်၊
Bir neçə insan isə ona qoşulub iman gətirdi. Bunların arasında Areopaq üzvü Dionis, Damaris adlı bir qadın və başqaları da var idi.

< ပြေရိတား 17 >