< ၂ ပိတရး 2 >
1 အပရံ ပူရွွကာလေ ယထာ လောကာနာံ မဓျေ မိထျာဘဝိၐျဒွါဒိန ဥပါတိၐ္ဌန် တထာ ယုၐ္မာကံ မဓျေ'ပိ မိထျာၑိက္ၐကာ ဥပသ္ထာသျန္တိ, တေ သွေၐာံ ကြေတာရံ ပြဘုမ် အနင်္ဂီကၖတျ သတွရံ ဝိနာၑံ သွေၐု ဝရ္တ္တယန္တိ ဝိနာၑကဝဲဓရ္မ္မျံ ဂုပ္တံ ယုၐ္မန္မဓျမ် အာနေၐျန္တိ၊
Amma Allahın xalqı arasında yalançı peyğəmbərlər də ortaya çıxdı. Eləcə də sizin aranızda yanlış təlim yayanlar ortaya çıxacaq. Bunlar hətta özlərini satın alan Sahibini inkar edib gizlicə aranıza dağıdıcı və təfriqəçi təlim gətirəcəklər. Belələri öz başlarına tezliklə həlak gətirəcək.
2 တတော 'နေကေၐု တေၐာံ ဝိနာၑကမာရ္ဂံ ဂတေၐု တေဘျး သတျမာရ္ဂသျ နိန္ဒာ သမ္ဘဝိၐျတိ၊
Hətta çoxları onların pozğunluğuna qoşulacaq və onların üzündən həqiqət yoluna küfr ediləcək.
3 အပရဉ္စ တေ လောဘာတ် ကာပဋျဝါကျဲ ရျုၐ္မတ္တော လာဘံ ကရိၐျန္တေ ကိန္တု တေၐာံ ပုရာတနဒဏ္ဍာဇ္ဉာ န ဝိလမ္ဗတေ တေၐာံ ဝိနာၑၑ္စ န နိဒြာတိ၊
Tamahkarlıqlarından uydurma sözlərlə sizi istismar edəcəklər. Onların mühakiməsi çoxdan davam edir və həlakı hazırdır.
4 ဤၑွရး ကၖတပါပါန် ဒူတာန် န က္ၐမိတွာ တိမိရၑၖင်္ခလဲး ပါတာလေ ရုဒ္ဓွာ ဝိစာရာရ္ထံ သမရ္ပိတဝါန်၊ (Tartaroō )
Çünki Allah günahkar mələkləri cəzasız qoymadı, onları qiyamət gününə qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı. (Tartaroō )
5 ပုရာတနံ သံသာရမပိ န က္ၐမိတွာ တံ ဒုၐ္ဋာနာံ သံသာရံ ဇလာပ္လာဝနေန မဇ္ဇယိတွာ သပ္တဇနဲး သဟိတံ ဓရ္မ္မပြစာရကံ နောဟံ ရက္ၐိတဝါန်၊
O, allahsız adamların yaşadığı qədim dünyaya daşqın göndərərək o dünyanı cəzasız qoymadı, amma səkkiz nəfəri, o cümlədən, salehliyi bəyan edən Nuhu qoruyub saxladı.
6 သိဒေါမမ် အမောရာ စေတိနာမကေ နဂရေ ဘဝိၐျတာံ ဒုၐ္ဋာနာံ ဒၖၐ္ဋာန္တံ ဝိဓာယ ဘသ္မီကၖတျ ဝိနာၑေန ဒဏ္ဍိတဝါန်;
O, Sodom və Homorra şəhərlərini yandırıb-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsız adamlara nümunə göstərdi.
7 ကိန္တု တဲး ကုတ္သိတဝျဘိစာရိဘိ ရ္ဒုၐ္ဋာတ္မဘိး က္လိၐ္ဋံ ဓာရ္မ္မိကံ လောဋံ ရက္ၐိတဝါန်၊
Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən saleh Lutu isə qurtardı.
8 သ ဓာရ္မ္မိကော ဇနသ္တေၐာံ မဓျေ နိဝသန် သွီယဒၖၐ္ဋိၑြောတြဂေါစရေဘျသ္တေၐာမ် အဓရ္မ္မာစာရေဘျး သွကီယဓာရ္မ္မိကမနသိ ဒိနေ ဒိနေ တပ္တဝါန်၊
Çünki onların arasında yaşayan bu saleh insan günbəgün onların qanunsuz əməllərini görüb-eşidib öz saleh ruhunda iztirab çəkirdi.
9 ပြဘု ရ္ဘက္တာန် ပရီက္ၐာဒ် ဥဒ္ဓရ္တ္တုံ ဝိစာရဒိနဉ္စ ယာဝဒ် ဒဏ္ဍျာမာနာန် အဓာရ္မ္မိကာန် ရောဒ္ဓုံ ပါရယတိ,
Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir.
10 ဝိၑေၐတော ယေ 'မေဓျာဘိလာၐာတ် ၑာရီရိကသုခမ် အနုဂစ္ဆန္တိ ကရ္တၖတွပဒါနိ စာဝဇာနန္တိ တာနေဝ (ရောဒ္ဓုံ ပါရယတိ၊ ) တေ ဒုးသာဟသိနး ပြဂလ္ဘာၑ္စ၊
O, xüsusilə, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdırlar, ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar.
11 အပရံ ဗလဂေါ်ရဝါဘျာံ ၑြေၐ္ဌာ ဒိဝျဒူတား ပြဘေား သန္နိဓော် ယေၐာံ ဝဲပရီတျေန နိန္ဒာသူစကံ ဝိစာရံ န ကုရွွန္တိ တေၐာမ် ဥစ္စပဒသ္ထာနာံ နိန္ဒနာဒ် ဣမေ န ဘီတား၊
Halbuki onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə ehtişamlı varlıqlara şər ataraq ittiham etməz.
12 ကိန္တု ယေ ဗုဒ္ဓိဟီနား ပြကၖတာ ဇန္တဝေါ ဓရ္တ္တဝျတာယဲ ဝိနာၑျတာယဲ စ ဇာယန္တေ တတ္သဒၖၑာ ဣမေ ယန္န ဗုဓျန္တေ တတ် နိန္ဒန္တး သွကီယဝိနာၑျတယာ ဝိနံက္ၐျန္တိ သွီယာဓရ္မ္မသျ ဖလံ ပြာပ္သျန္တိ စ၊
Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə şər atırlar. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcəklər.
13 တေ ဒိဝါ ပြကၖၐ္ဋဘောဇနံ သုခံ မနျန္တေ နိဇဆလဲး သုခဘောဂိနး သန္တော ယုၐ္မာဘိး သာရ္ဒ္ဓံ ဘောဇနံ ကုရွွန္တး ကလင်္ကိနော ဒေါၐိဏၑ္စ ဘဝန္တိ၊
Etdikləri zərərin əvəzini alacaqlar. Gündüz kef çəkməyi əyləncə sayırlar. Sizinlə yeyib-içərkən sanki aranızda ləkələr və nöqsanlar olaraq öz hiylələrindən zövq alırlar.
14 တေၐာံ လောစနာနိ ပရဒါရာကာင်္က္ၐီဏိ ပါပေ စာၑြာန္တာနိ တေ စဉ္စလာနိ မနာံသိ မောဟယန္တိ လောဘေ တတ္ပရမနသး သန္တိ စ၊
Onların gözləri zina ilə doludur, günahdan doymurlar. Qərarsız insanları yoldan çıxarırlar. Ürəkləri tamahkarlığa alışdırılmış lənətli insanlardır.
15 တေ ၑာပဂြသ္တာ ဝံၑား သရလမာရ္ဂံ ဝိဟာယ ဗိယောရပုတြသျ ဗိလိယမသျ ဝိပထေန ဝြဇန္တော ဘြာန္တာ အဘဝန်၊ သ ဗိလိယမော 'ပျဓရ္မ္မာတ် ပြာပျေ ပါရိတောၐိကေ'ပြီယတ,
Haqsızlıqla əldə etdiyi qazancı sevən Beor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar.
16 ကိန္တု နိဇာပရာဓာဒ် ဘရ္တ္သနာမ် အလဘတ ယတော ဝစနၑက္တိဟီနံ ဝါဟနံ မာနုၐိကဂိရမ် ဥစ္စာရျျ ဘဝိၐျဒွါဒိန ဥန္မတ္တတာမ် အဗာဓတ၊
Bilam işlədiyi günaha görə ifşa olundu: dilsiz-ağızsız eşşək insan səsi ilə danışıb bu peyğəmbəri dəlilik etməkdən çəkindirdi.
17 ဣမေ နိရ္ဇလာနိ ပြသြဝဏာနိ ပြစဏ္ဍဝါယုနာ စာလိတာ မေဃာၑ္စ တေၐာံ ကၖတေ နိတျသ္ထာယီ ဃောရတရာန္ဓကာရး သဉ္စိတော 'သ္တိ၊ ()
Bu insanlar susuz bulaqlar, qasırğanın dağıtdığı buludlar kimidir. Allah qatı qaranlığı onlar üçün saxlayır.
18 ယေ စ ဇနာ ဘြာန္တျာစာရိဂဏာတ် ကၖစ္ဆြေဏောဒ္ဓၖတာသ္တာန် ဣမေ 'ပရိမိတဒရ္ပကထာ ဘာၐမာဏား ၑာရီရိကသုခါဘိလာၐဲး ကာမကြီဍာဘိၑ္စ မောဟယန္တိ၊
Çünki boş və lovğa sözlər söyləyərək səhv yolla gedənlərin arasından çətinliklə qaçanları cismani ehtiraslarla və əxlaqsızlıqla yoldan azdırırlar.
19 တေဘျး သွာဓီနတာံ ပြတိဇ္ဉာယ သွယံ ဝိနာၑျတာယာ ဒါသာ ဘဝန္တိ, ယတး, ယော ယေနဲဝ ပရာဇိဂျေ သ ဇာတသ္တသျ ကိင်္ကရး၊
Onlara azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olarsa, onun köləsi olar.
20 တြာတုး ပြဘော ရျီၑုခြီၐ္ဋသျ ဇ္ဉာနေန သံသာရသျ မလေဘျ ဥဒ္ဓၖတာ ယေ ပုနသ္တေၐု နိမဇ္ဇျ ပရာဇီယန္တေ တေၐာံ ပြထမဒၑာတး ၑေၐဒၑာ ကုတ္သိတာ ဘဝတိ၊
Rəbbimiz və Xilaskarımız İsa Məsihi tanımaqla dünyanın çirkabından qaçdıqdan sonra yenə həmin işlərlə məşğul olub məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar.
21 တေၐာံ ပက္ၐေ ဓရ္မ္မပထသျ ဇ္ဉာနာပြာပ္တိ ရွရံ န စ နိရ္ဒ္ဒိၐ္ဋာတ် ပဝိတြဝိဓိမာရ္ဂာတ် ဇ္ဉာနပြာပ္တာနာံ ပရာဝရ္တ္တနံ၊
Çünki salehlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs əmrdən geri dönməkdənsə bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı.
22 ကိန္တု ယေယံ သတျာ ဒၖၐ္ဋာန္တကထာ သဲဝ တေၐု ဖလိတဝတီ, ယထာ, ကုက္ကုရး သွီယဝါန္တာယ ဝျာဝရ္တ္တတေ ပုနး ပုနး၊ လုဌိတုံ ကရ္ဒ္ဒမေ တဒွတ် က္ၐာလိတၑ္စဲဝ ၑူကရး။
Bu doğru məsəllərdə deyilənlər onların öz başına gəldi: «İt öz qusuntusuna qayıdar» və «çimdirilmiş donuz palçıqda ağnamağa qayıdar».