< ၂ ယောဟနး 1 >

1 ဟေ အဘိရုစိတေ ကုရိယေ, တွာံ တဝ ပုတြာံၑ္စ ပြတိ ပြာစီနော'ဟံ ပတြံ လိခါမိ၊
Mən ağsaqqaldan həqiqətə görə sevdiyim seçilmiş xanıma və onun övladlarına salam! Yalnız mən deyil, həqiqəti dərk edənlərin hamısı sizi sevir.
2 သတျမတာဒ် ယုၐ္မာသု မမ ပြေမာသ္တိ ကေဝလံ မမ နဟိ ကိန္တု သတျမတဇ္ဉာနာံ သရွွေၐာမေဝ၊ ယတး သတျမတမ် အသ္မာသု တိၐ္ဌတျနန္တကာလံ ယာဝစ္စာသ္မာသု သ္ထာသျတိ၊ (aiōn g165)
Çünki həqiqət daxilimizdə qalır və əbədi olaraq bizimlə olacaq. (aiōn g165)
3 ပိတုရီၑွရာတ် တတ္ပိတုး ပုတြာတ် ပြဘော ရျီၑုခြီၐ္ဋာစ္စ ပြာပျော 'နုဂြဟး ကၖပါ ၑာန္တိၑ္စ သတျတာပြေမဘျာံ သာရ္ဒ္ဓံ ယုၐ္မာန် အဓိတိၐ္ဌတု၊
Ata Allahdan və Atanın Oğlu İsa Məsihdən olan lütf, mərhəmət, sülh də həqiqət və məhəbbət əsasında bizimlə olacaq.
4 ဝယံ ပိတၖတော ယာမ် အာဇ္ဉာံ ပြာပ္တဝန္တသ္တဒနုသာရေဏ တဝ ကေစိဒ် အာတ္မဇား သတျမတမ် အာစရန္တျေတသျ ပြမာဏံ ပြာပျာဟံ ဘၖၑမ် အာနန္ဒိတဝါန်၊
Sənin övladlarının arasında Atadan aldığımız əmrə uyğun olaraq həqiqətə görə həyat sürənlərə rast gələndə çox sevindim.
5 သာမ္ပြတဉ္စ ဟေ ကုရိယေ, နဝီနာံ ကာဉ္စိဒ် အာဇ္ဉာံ န လိခန္နဟမ် အာဒိတော လဗ္ဓာမ် အာဇ္ဉာံ လိခန် တွာမ် ဣဒံ ဝိနယေ ယဒ် အသ္မာဘိး ပရသ္ပရံ ပြေမ ကရ္တ္တဝျံ၊
Ey xanım, indi də səndən xahiş edirəm ki, bir-birimizi sevək. Sənə yazdığım yeni bir əmr deyil, əvvəldən bəri malik olduğumuz əmrdir.
6 အပရံ ပြေမဲတေန ပြကာၑတေ ယဒ် ဝယံ တသျာဇ္ဉာ အာစရေမ၊ အာဒိတော ယုၐ္မာဘိ ရျာ ၑြုတာ သေယမ် အာဇ္ဉာ သာ စ ယုၐ္မာဘိရာစရိတဝျာ၊
Məhəbbət Atanın əmrlərinə görə həyat sürməyimizi tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə həyat sürəsiniz.
7 ယတော ဗဟဝး ပြဝဉ္စကာ ဇဂတ် ပြဝိၑျ ယီၑုခြီၐ္ဋော နရာဝတာရော ဘူတွာဂတ ဧတတ် နာင်္ဂီကုရွွန္တိ သ ဧဝ ပြဝဉ္စကး ခြီၐ္ဋာရိၑ္စာသ္တိ၊
Çünki dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Məsihin cismən gəldiyini iqrar etmir. Bunu edən şəxs yalançı və Məsih əleyhdarıdır.
8 အသ္မာကံ ၑြမော ယတ် ပဏ္ဍၑြမော န ဘဝေတ် ကိန္တု သမ္ပူရ္ဏံ ဝေတနမသ္မာဘိ ရ္လဘျေတ တဒရ္ထံ သွာနဓိ သာဝဓာနာ ဘဝတး၊
Özünüzü qoruyun ki, bizim çəkdiyimiz zəhməti bada verməyib tam mükafatı əldə edəsiniz.
9 ယး ကၑ္စိဒ် ဝိပထဂါမီ ဘူတွာ ခြီၐ္ဋသျ ၑိက္ၐာယာံ န တိၐ္ဌတိ သ ဤၑွရံ န ဓာရယတိ ခြီၐ္ဋသျ ၑိဇ္ဉာယာံ ယသ္တိၐ္ဌတိ သ ပိတရံ ပုတြဉ္စ ဓာရယတိ၊
Həddi aşıb Məsihin təliminə sadiq qalmayan hər kəs Allaha malik deyil, həmin təlimə sadiq qalan kəs isə həm Ataya, həm də Oğula malikdir.
10 ယး ကၑ္စိဒ် ယုၐ္မတ္သန္နိဓိမာဂစ္ဆန် ၑိက္ၐာမေနာံ နာနယတိ သ ယုၐ္မာဘိး သွဝေၑ္မနိ န ဂၖဟျတာံ တဝ မင်္ဂလံ ဘူယာဒိတိ ဝါဂပိ တသ္မဲ န ကထျတာံ၊
Əgər bir kəs yanınıza gəlib sizə bu təlimi öyrətməsə, onu qonaq qəbul etməyin və onunla salamlaşmayın.
11 ယတသ္တဝ မင်္ဂလံ ဘူယာဒိတိ ဝါစံ ယး ကၑ္စိတ် တသ္မဲ ကထယတိ သ တသျ ဒုၐ္ကရ္မ္မဏာမ် အံၑီ ဘဝတိ၊
Çünki onunla salamlaşan kəs onun şər əməllərinə şərik olur.
12 ယုၐ္မာန် ပြတိ မယာ ဗဟူနိ လေခိတဝျာနိ ကိန္တု ပတြမသီဘျာံ တတ် ကရ္တ္တုံ နေစ္ဆာမိ, ယတော 'သ္မာကမ် အာနန္ဒော ယထာ သမ္ပူရ္ဏော ဘဝိၐျတိ တထာ ယုၐ္မတ္သမီပမုပသ္ထာယာဟံ သမ္မုခီဘူယ ယုၐ္မာဘိး သမ္ဘာၐိၐျ ဣတိ ပြတျာၑာ မမာသ္တေ၊
Sizə yazılası çox sözüm var, amma bunları kağız və mürəkkəblə bildirmək istəmədim. Lakin ümid edirəm ki, özüm yanınıza gəlib sizinlə üz-üzə söhbət edim və beləcə sevincimiz tamam olsun.
13 တဝါဘိရုစိတာယာ ဘဂိနျာ ဗာလကာသ္တွာံ နမသ္ကာရံ ဇ္ဉာပယန္တိ၊ အာမေန်၊
Sənin seçilmiş bacının övladları sənə salam göndərir.

< ၂ ယောဟနး 1 >