< ၂ ကရိန္ထိနး 2 >

1 အပရဉ္စာဟံ ပုနး ၑောကာယ ယုၐ္မတ္သန္နိဓိံ န ဂမိၐျာမီတိ မနသိ နိရစဲၐံ၊
Mən sizi kədərləndirməmək üçün qərara aldım ki, yenə yanınıza gəlməyim.
2 ယသ္မာဒ် အဟံ ယဒိ ယုၐ္မာန် ၑောကယုက္တာန် ကရောမိ တရှိ မယာ ယး ၑောကယုက္တီကၖတသ္တံ ဝိနာ ကေနာပရေဏာဟံ ဟရ္ၐယိၐျေ?
Çünki sizi kədərləndirsəm, kədərləndirdiyim sizlərdən başqa məni kim şadlandıracaq?
3 မမ ယော ဟရ္ၐး သ ယုၐ္မာကံ သရွွေၐာံ ဟရ္ၐ ဧဝေတိ နိၑ္စိတံ မယာဗောဓိ; အတဧဝ ယဲရဟံ ဟရ္ၐယိတဝျသ္တဲ ရ္မဒုပသ္ထိတိသမယေ ယန္မမ ၑောကော န ဇာယေတ တဒရ္ထမေဝ ယုၐ္မဘျမ် ဧတာဒၖၑံ ပတြံ မယာ လိခိတံ၊
Bunu yazmışdım ki, gəldiyim zaman məni sevindirəsi insanlar kədərləndirməsin. Hamınıza inanıram ki, mənim sevincim hər birinizin sevincidir.
4 ဝသ္တုတသ္တု ဗဟုက္လေၑသျ မနးပီဍာယာၑ္စ သမယေ'ဟံ ဗဟွၑြုပါတေန ပတြမေကံ လိခိတဝါန် ယုၐ္မာကံ ၑောကာရ္ထံ တန္နဟိ ကိန္တု ယုၐ္မာသု မဒီယပြေမဗာဟုလျသျ ဇ္ဉာပနာရ္ထံ၊
Kədərləndirmək üçün deyil, sizə bəslədiyim hədsiz məhəbbəti dərk edəsiniz deyə sizə böyük əziyyət, ürək ağrısı və göz yaşları içində yazdım.
5 ယေနာဟံ ၑောကယုက္တီကၖတသ္တေန ကေဝလမဟံ ၑောကယုက္တီကၖတသ္တန္နဟိ ကိန္တွံၑတော ယူယံ သရွွေ'ပိ ယတော'ဟမတြ ကသ္မိံၑ္စိဒ် ဒေါၐမာရောပယိတုံ နေစ္ဆာမိ၊
Əgər kimsə kədər gətiribsə, şişirtmədən deyim ki, mənə deyil, haradasa hamınıza kədər gətirib.
6 ဗဟူနာံ ယတ် တရ္ဇ္ဇနံ တေန ဇနေနာလမ္ဘိ တတ် တဒရ္ထံ ပြစုရံ၊
Beləsinə ictimaiyyətin verdiyi bu cəza bəsdir.
7 အတး သ ဒုးခသာဂရေ ယန္န နိမဇ္ဇတိ တဒရ္ထံ ယုၐ္မာဘိး သ က္ၐန္တဝျး သာန္တွယိတဝျၑ္စ၊
Hədsiz kədərə qərq olmasın deyə yaxşı olar ki, o insanı indi bağışlayasınız və təsəlli verəsiniz.
8 ဣတိ ဟေတေား ပြရ္ထယေ'ဟံ ယုၐ္မာဘိသ္တသ္မိန် ဒယာ ကြိယတာံ၊
Buna görə sizdən xahiş edirəm ki, yenidən ona məhəbbət göstərin.
9 ယူယံ သရွွကရ္မ္မဏိ မမာဒေၑံ ဂၖဟ္လီထ န ဝေတိ ပရီက္ၐိတုမ် အဟံ ယုၐ္မာန် ပြတိ လိခိတဝါန်၊
Bunu da sizə yazdım ki, hər vəziyyətdə sizin itaətli olmağınızı yoxlayım.
10 ယသျ ယော ဒေါၐော ယုၐ္မာဘိး က္ၐမျတေ တသျ သ ဒေါၐော မယာပိ က္ၐမျတေ ယၑ္စ ဒေါၐော မယာ က္ၐမျတေ သ ယုၐ္မာကံ ကၖတေ ခြီၐ္ဋသျ သာက္ၐာတ် က္ၐမျတေ၊
Kimi bağışlasanız, mən də bağışlayaram. Əgər mən bir şeyi bağışlamışamsa, Məsihin hüzurunda sizin xeyriniz üçün bağışlamışam ki,
11 ၑယတာနး ကလ္ပနာသ္မာဘိရဇ္ဉာတာ နဟိ, အတော ဝယံ ယတ် တေန န ဝဉ္စျာမဟေ တဒရ္ထမ် အသ္မာဘိး သာဝဓာနဲ ရ္ဘဝိတဝျံ၊
Şeytan bizdən mənfəət qazanmasın. Çünki onun niyyətlərindən xəbərsiz deyilik.
12 အပရဉ္စ ခြီၐ္ဋသျ သုသံဝါဒဃောၐဏာရ္ထံ မယိ တြောယာနဂရမာဂတေ ပြဘေား ကရ္မ္မဏေ စ မဒရ္ထံ ဒွါရေ မုက္တေ
Məsihin Müjdəsini yaymaq məqsədi ilə Troasa gələndə Rəbdən mənim üçün bir qapı açıldı.
13 သတျပိ သွဘြာတုသ္တီတသျာဝိဒျမာနတွာတ် မဒီယာတ္မနး ကာပိ ၑာန္တိ ရ္န ဗဘူဝ, တသ္မာဒ် အဟံ တာန် ဝိသရ္ဇ္ဇနံ ယာစိတွာ မာကိဒနိယာဒေၑံ ဂန္တုံ ပြသ္ထာနမ် အကရဝံ၊
Amma qardaşım Titi orada tapmayanda ürəyim narahat oldu. Ona görə oradakılarla xudahafizləşib Makedoniyaya gəldim.
14 ယ ဤၑွရး သရွွဒါ ခြီၐ္ဋေနာသ္မာန် ဇယိနး ကရောတိ သရွွတြ စာသ္မာဘိသ္တဒီယဇ္ဉာနသျ ဂန္ဓံ ပြကာၑယတိ သ ဓနျး၊
Bizi həmişə Məsihin zəfər təntənəsində addımladan, Onu tanımaqdan yaranan ətri bizim vasitəmizlə hər tərəfə yayan Allaha şükür olsun!
15 ယသ္မာဒ် ယေ တြာဏံ လပ္သျန္တေ ယေ စ ဝိနာၑံ ဂမိၐျန္တိ တာန် ပြတိ ဝယမ် ဤၑွရေဏ ခြီၐ္ဋသျ သော်ဂန္ဓျံ ဘဝါမး၊
Çünki biz həm xilas, həm də həlak olanlar arasında Allaha xoş olan Məsih ətriyik.
16 ဝယမ် ဧကေၐာံ မၖတျဝေ မၖတျုဂန္ဓာ အပရေၐာဉ္စ ဇီဝနာယ ဇီဝနဂန္ဓာ ဘဝါမး, ကိန္တွေတာဒၖၑကရ္မ္မသာဓနေ ကး သမရ္ထော'သ္တိ?
Həlak olanlar üçün ölümə aparan ölüm qoxusu, xilas olanlar üçünsə həyata aparan həyat ətriyik. Belə bir iş üçün kim yararlıdır?
17 အနျေ ဗဟဝေါ လောကာ ယဒွဒ် ဤၑွရသျ ဝါကျံ မၖၐာၑိက္ၐယာ မိၑြယန္တိ ဝယံ တဒွတ် တန္န မိၑြယန္တး သရလဘာဝေနေၑွရသျ သာက္ၐာဒ် ဤၑွရသျာဒေၑာတ် ခြီၐ္ဋေန ကထာံ ဘာၐာမဟေ၊
Axı biz çoxları kimi Allah kəlamının alverçiləri deyilik; əksinə, Allah tərəfindən göndərilib Allahın hüzurunda, Məsihdə olaraq səmimi qəlbdən danışırıq.

< ၂ ကရိန္ထိနး 2 >