< ၁ ကရိန္ထိနး 12 >

1 ဟေ ဘြာတရး, ယူယံ ယဒ် အာတ္မိကာန် ဒါယာန် အနဝဂတာသ္တိၐ္ဌထ တဒဟံ နာဘိလၐာမိ၊
Qardaşlar, indi isə ruhani ənamlara gəlincə, bixəbər olmağınızı istəmirəm.
2 ပူရွွံ ဘိန္နဇာတီယာ ယူယံ ယဒွဒ် ဝိနီတာသ္တဒွဒ် အဝါက္ပြတိမာနာမ် အနုဂါမိန အာဓ္ဗမ် ဣတိ ဇာနီထ၊
Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz.
3 ဣတိ ဟေတောရဟံ ယုၐ္မဘျံ နိဝေဒယာမိ, ဤၑွရသျာတ္မနာ ဘာၐမာဏး ကော'ပိ ယီၑုံ ၑပ္တ ဣတိ န ဝျာဟရတိ, ပုနၑ္စ ပဝိတြေဏာတ္မနာ ဝိနီတံ ဝိနာနျး ကော'ပိ ယီၑုံ ပြဘုရိတိ ဝျာဟရ္တ္တုံ န ၑက္နောတိ၊
Buna görə sizi xəbərdar edirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz.
4 ဒါယာ ဗဟုဝိဓား ကိန္တွေက အာတ္မာ
Müxtəlif ənamlar var, amma Ruh eynidir.
5 ပရိစရျျာၑ္စ ဗဟုဝိဓား ကိန္တွေကး ပြဘုး၊
Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir.
6 သာဓနာနိ ဗဟုဝိဓာနိ ကိန္တု သရွွေၐု သရွွသာဓက ဤၑွရ ဧကး၊
Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir.
7 ဧကဲကသ္မဲ တသျာတ္မနော ဒရ္ၑနံ ပရဟိတာရ္ထံ ဒီယတေ၊
Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur.
8 ဧကသ္မဲ တေနာတ္မနာ ဇ္ဉာနဝါကျံ ဒီယတေ, အနျသ္မဲ တေနဲဝါတ္မနာဒိၐ္ဋံ ဝိဒျာဝါကျမ်,
Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir.
9 အနျသ္မဲ တေနဲဝါတ္မနာ ဝိၑွာသး, အနျသ္မဲ တေနဲဝါတ္မနာ သွာသ္ထျဒါနၑက္တိး,
Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir.
10 အနျသ္မဲ ဒုးသာဓျသာဓနၑက္တိရနျသ္မဲ စေၑွရီယာဒေၑး, အနျသ္မဲ စာတိမာနုၐိကသျာဒေၑသျ ဝိစာရသာမရ္ထျမ်, အနျသ္မဲ ပရဘာၐာဘာၐဏၑက္တိရနျသ္မဲ စ ဘာၐာရ္ထဘာၐဏသာမရျံ ဒီယတေ၊
Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir.
11 ဧကေနာဒွိတီယေနာတ္မနာ ယထာဘိလာၐမ် ဧကဲကသ္မဲ ဇနာယဲကဲကံ ဒါနံ ဝိတရတာ တာနိ သရွွာဏိ သာဓျန္တေ၊
Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır.
12 ဒေဟ ဧကး သန္နပိ ယဒွဒ် ဗဟွင်္ဂယုက္တော ဘဝတိ, တသျဲကသျ ဝပုၐော 'င်္ဂါနာံ ဗဟုတွေန ယဒွဒ် ဧကံ ဝပု ရ္ဘဝတိ, တဒွတ် ခြီၐ္ဋး၊
Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir;
13 ယတော ဟေတော ရျိဟူဒိဘိန္နဇာတီယဒါသသွတန္တြာ ဝယံ သရွွေ မဇ္ဇနေနဲကေနာတ္မနဲကဒေဟီကၖတား သရွွေ စဲကာတ္မဘုက္တာ အဘဝါမ၊
çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.
14 ဧကေနာင်္ဂေန ဝပု ရ္န ဘဝတိ ကိန္တု ဗဟုဘိး၊
Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir.
15 တတြ စရဏံ ယဒိ ဝဒေတ် နာဟံ ဟသ္တသ္တသ္မာတ် ၑရီရသျ ဘာဂေါ နာသ္မီတိ တရှျနေန ၑရီရာတ် တသျ ဝိယောဂေါ န ဘဝတိ၊
Ayaq «mən əl olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil.
16 ၑြောတြံ ဝါ ယဒိ ဝဒေတ် နာဟံ နယနံ တသ္မာတ် ၑရီရသျာံၑော နာသ္မီတိ တရှျနေန ၑရီရာတ် တသျ ဝိယောဂေါ န ဘဝတိ၊
Qulaq «mən göz olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil.
17 ကၖတ္သ္နံ ၑရီရံ ယဒိ ဒရ္ၑနေန္ဒြိယံ ဘဝေတ် တရှိ ၑြဝဏေန္ဒြိယံ ကုတြ သ္ထာသျတိ? တတ် ကၖတ္သ္နံ ယဒိ ဝါ ၑြဝဏေန္ဒြိယံ ဘဝေတ် တရှိ ဃြဏေန္ဒြိယံ ကုတြ သ္ထာသျတိ?
Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iy bilərdik?
18 ကိန္တွိဒါနီမ် ဤၑွရေဏ ယထာဘိလၐိတံ တထဲဝါင်္ဂပြတျင်္ဂါနာမ် ဧကဲကံ ၑရီရေ သ္ထာပိတံ၊
Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi.
19 တတ် ကၖတ္သ္နံ ယဒျေကာင်္ဂရူပိ ဘဝေတ် တရှိ ၑရီရေ ကုတြ သ္ထာသျတိ?
Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə qalardı?
20 တသ္မာဒ် အင်္ဂါနိ ဗဟူနိ သန္တိ ၑရီရံ တွေကမေဝ၊
Doğrudan da, üzv çox, bədən isə birdir.
21 အတဧဝ တွယာ မမ ပြယောဇနံ နာသ္တီတိ ဝါစံ ပါဏိံ ဝဒိတုံ နယနံ န ၑက္နောတိ, တထာ ယုဝါဘျာံ မမ ပြယောဇနံ နာသ္တီတိ မူရ္ဒ္ဓါ စရဏော် ဝဒိတုံ န ၑက္နောတိး;
Göz ələ «sən mənə lazım deyilsən» və yaxud baş da ayaqlara «siz mənə lazım deyilsiniz» deyə bilməz.
22 ဝသ္တုတသ္တု ဝိဂြဟသျ ယာနျင်္ဂါနျသ္မာဘိ ရ္ဒုရ္ဗ္ဗလာနိ ဗုဓျန္တေ တာနျေဝ သပြယောဇနာနိ သန္တိ၊
Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazımlıdır,
23 ယာနိ စ ၑရီရမဓျေ'ဝမနျာနိ ဗုဓျတေ တာနျသ္မာဘိရဓိကံ ၑောဘျန္တေ၊ ယာနိ စ ကုဒၖၑျာနိ တာနိ သုဒၖၑျတရာဏိ ကြိယန္တေ
dəyəri az saydığımız bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayğı göstəririk.
24 ကိန္တု ယာနိ သွယံ သုဒၖၑျာနိ တေၐာံ ၑောဘနမ် နိၐ္ပြယောဇနံ၊
Görünən üzvlərimizin isə buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki,
25 ၑရီရမဓျေ ယဒ် ဘေဒေါ န ဘဝေတ် ကိန္တု သရွွာဏျင်္ဂါနိ ယဒ် အဲကျဘာဝေန သရွွေၐာံ ဟိတံ စိန္တယန္တိ တဒရ္ထမ် ဤၑွရေဏာပြဓာနမ် အာဒရဏီယံ ကၖတွာ ၑရီရံ ဝိရစိတံ၊
bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin.
26 တသ္မာဒ် ဧကသျာင်္ဂသျ ပီဍာယာံ ဇာတာယာံ သရွွာဏျင်္ဂါနိ တေန သဟ ပီဍျန္တေ, ဧကသျ သမာဒရေ ဇာတေ စ သရွွာဏိ တေန သဟ သံဟၖၐျန္တိ၊
Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir.
27 ယူယဉ္စ ခြီၐ္ဋသျ ၑရီရံ, ယုၐ္မာကမ် ဧကဲကၑ္စ တသျဲကဲကမ် အင်္ဂံ၊
Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz.
28 ကေစိတ် ကေစိတ် သမိတာဝီၑွရေဏ ပြထမတး ပြေရိတာ ဒွိတီယတ ဤၑွရီယာဒေၑဝက္တာရသ္တၖတီယတ ဥပဒေၐ္ဋာရော နိယုက္တား, တတး ပရံ ကေဘျော'ပိ စိတြကာရျျသာဓနသာမရ္ထျမ် အနာမယကရဏၑက္တိရုပကၖတော် လောကၑာသနေ ဝါ နဲပုဏျံ နာနာဘာၐာဘာၐဏသာမရ္ထျံ ဝါ တေန ဝျတာရိ၊
Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi.
29 သရွွေ ကိံ ပြေရိတား? သရွွေ ကိမ် ဤၑွရီယာဒေၑဝက္တာရး? သရွွေ ကိမ် ဥပဒေၐ္ဋာရး? သရွွေ ကိံ စိတြကာရျျသာဓကား?
Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi?
30 သရွွေ ကိမ် အနာမယကရဏၑက္တိယုက္တား? သရွွေ ကိံ ပရဘာၐာဝါဒိနး? သရွွေ ဝါ ကိံ ပရဘာၐာရ္ထပြကာၑကား?
Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi?
31 ယူယံ ၑြေၐ္ဌဒါယာန် လဗ္ဓုံ ယတဓွံ၊ အနေန ယူယံ မယာ သရွွောတ္တမမာရ္ဂံ ဒရ္ၑယိတဝျား၊
Amma daha böyük ənamları səylə istəyin. İndi isə sizə bundan da əla yol göstərəcəyəm.

< ၁ ကရိန္ထိနး 12 >