< Псалтирь 97 >
1 Псалом Давида, когда устроялась земля его. Господь царствует: да радуется земля; да веселятся многочисленные острова.
Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin, Qoy bütün adalar sevinsin.
2 Облако и мрак окрест Его; правда и суд - основание престола Его.
Buludlar və zülmət Onun ətrafındadır, Salehliklə ədalət taxtının təməlidir.
3 Пред Ним идет огонь и вокруг попаляет врагов Его.
Onun önündən alov çıxar, Ətrafındakı düşmənləri yandırıb-yaxar.
4 Молнии Его освещают вселенную; земля видит и трепещет.
Şimşəkləri dünyaya işıq saçar, Yer üzü bunu görəndə sarsılar.
5 Горы, как воск, тают от лица Господа, от лица Господа всей земли.
Dağlar Rəbbin hüzurunda – Bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər.
6 Небеса возвещают правду Его, и все народы видят славу Его.
Göylər salehliyini bəyan edər, Əzəmətini bütün xalqlar görər.
7 Да постыдятся все служащие истуканам, хвалящиеся идолами. Поклонитесь пред Ним, все боги.
Bütün bütpərəstlər, Xeyirsiz bütlərlə öyünənlər rüsvay olacaq! Ey bütün allahlar, Rəbbə səcdə edin!
8 Слышит Сион и радуется, и веселятся дщери Иудины ради судов Твоих, Господи,
Ya Rəbb, Sənin hökmlərini Sion eşidib sevinir, Yəhuda qızları cuşa gəlir.
9 ибо Ты, Господи, высок над всею землею, превознесен над всеми богами.
Çünki bütün yer üzərində, Ya Rəbb, Haqq-Taala Sənsən! Bütün allahların üzərində Sən nə qədər yüksəksən!
10 Любящие Господа, ненавидьте зло! Он хранит души святых Своих; из руки нечестивых избавляет их.
Ey Rəbbi sevənlər, şərə nifrət edin! O, möminlərinin canını qoruyar, Onları pislərin əlindən qurtarar.
11 Свет сияет на праведника, и на правых сердцем - веселие.
Salehlərin üstünə nur tökülər, Ürəyidüz olanların üstünə sevinc səpilər.
12 Радуйтесь, праведные, о Господе и славьте память святыни Его
Ey salehlər, Rəbbə görə sevinin, Onun müqəddəs adına şükür edin!