< Псалтирь 62 >
1 Начальнику хора Идифумова. Псалом Давида. Только в Боге успокаивается душа моя: от Него спасение мое.
Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru. Susan qəlbim yalnız Allahı gözləyir, Ondadır qurtuluşum.
2 Только Он - твердыня моя, спасение мое, убежище мое: не поколеблюсь более.
Yalnız Odur qayam, qurtuluşum, O mənim qalamdır, mən əsla sarsılmaram.
3 Доколе вы будете налегать на человека? Вы будете низринуты, все вы, как наклонившаяся стена, как ограда пошатнувшаяся.
İnsan divar kimi əyiləndə, Hasar kimi laxlayanda Nə vaxtadək üstünə hücum edəcəksiniz? Nə vaxtadək onu əzəcəksiniz?
4 Они задумали свергнуть его с высоты, прибегли ко лжи; устами благословляют, а в сердце своем клянут.
Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq, Çünki yalandan zövq alırsınız. Diliniz xeyir-dua söyləsə də, Qəlbiniz lənət yağdırır. (Sela)
5 Только в Боге успокаивайся, душа моя! ибо на Него надежда моя.
Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır.
6 Только Он - твердыня моя и спасение мое, убежище мое: не поколеблюсь.
Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram.
7 В Боге спасение мое и слава моя; крепость силы моей и упование мое в Боге.
Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır.
8 Народ! надейтесь на Него во всякое время; изливайте пред Ним сердце ваше: Бог нам прибежище.
Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! (Sela)
9 Сыны человеческие - только суета; сыны мужей - ложь; если положить их на весы, все они вместе легче пустоты.
Bəşər övladları yalnız bir nəfəsdir – İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, Çəkisi bir nəfəsdən yüngül gəlir.
10 Не надейтесь на грабительство и не тщеславьтесь хищением; когда богатство умножается, не прилагайте к нему сердца.
Heç zaman zorakılığınıza güvənməyin, Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın.
11 Однажды сказал Бог, и дважды слышал я это, что сила у Бога,
Allah bir dəfə dedi, Bunu iki dəfə eşitdim: Qüdrət Allahındır,
12 и у Тебя, Господи, милость, ибо Ты воздаешь каждому по делам его.
Ey Xudavənd, məhəbbət Sənindir! Sən hər kəsə əməlinə görə əvəz verirsən!