< Притчи 31 >

1 Слова Лемуила царя. Наставление, которое преподала ему мать его:
Lemuel padşahın sözləri, anasının ona öyrətdiyi kəlam.
2 что, сын мой? что, сын чрева моего? что, сын обетов моих?
Nə deyim, oğlum, ey doğduğum oğul, Nəzir-niyazla əldə etdiyim oğul?
3 Не отдавай женщинам сил твоих, ни путей твоих губительницам царей.
Gücünü qadınlara, Yollarını padşahları məhvə aparanlara sərf etmə.
4 Не царям, Лемуил, не царям пить вино, и не князьям - сикеру,
Ey Lemuel, şərab içmək padşahlara yaraşmaz, Kefləndirici içkiyə aludə olmaq hökmdarlara yaraşmaz.
5 чтобы, напившись, они не забыли закона и не превратили суда всех угнетаемых.
İçəndə qayda-qanunu unudarlar, Bütün məzlumların haqqını pozarlar.
6 Дайте сикеру погибающему и вино огорченному душою;
Kefləndirici içkini düşkünə, Şərabı dərdliyə verin.
7 пусть он выпьет и забудет бедность свою и не вспомнит больше о своем страдании.
Qoy içib yoxsulluğunu unutsun, Öz dərdini daha yada salmasın.
8 Открывай уста твои за безгласного и для защиты всех сирот.
Dilsizə görə ağız aç, Bütün möhtacların haqqını qoru.
9 Открывай уста твои для правосудия и для дела бедного и нищего.
Ağzını aç, ədalətlə hökm ver, Məzlumların, fəqirlərin haqqını yerinə yetir.
10 Кто найдет добродетельную жену? цена ее выше жемчугов;
Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir.
11 уверено в ней сердце мужа ее, и он не останется без прибытка;
Ərinin qəlbi ondan arxayındır, Dayanmadan bərəkət qazanır.
12 она воздает ему добром, а не злом, во все дни жизни своей.
Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir,
13 Добывает шерсть и лен, и с охотою работает своими руками.
Yunu, kətanı tapıb seçir, Əlindən hər iş zövqlə gəlir.
14 Она, как купеческие корабли, издалека добывает хлеб свой.
Ticarət gəmilərinə bənzəyir, Uzaqlardan gələn ruzini gətirir.
15 Она встает еще ночью и раздает пищу в доме своем и урочное служанкам своим.
Alaqaranlıqda yuxudan durur, Ailəsinə yemək hazırlayır, Kənizlərinə də paylayır.
16 Задумает она о поле, и приобретает его; от плодов рук своих насаждает виноградник.
Tarlaya baxandan sonra satın alır, Əlinin zəhməti ilə bağ salır.
17 Препоясывает силою чресла свои и укрепляет мышцы свои.
Belini möhkəm bağlayır, Qolları güc üstündən güc alır.
18 Она чувствует, что занятие ее хорошо, и - светильник ее не гаснет и ночью.
Ticarətin şirinliyindən dadır, Bütün gecə boyu çırağı yanır.
19 Протягивает руки свои к прялке, и персты ее берутся за веретено.
Əlləri ilə cəhrə əyirir, İyini bərkidir.
20 Длань свою она открывает бедному, и руку свою подает нуждающемуся.
Məzlumlar üçün əliaçıqdır, Fəqirlərə əl tutur.
21 Не боится стужи для семьи своей, потому что вся семья ее одета в двойные одежды.
Qar yağanda ailəsi üçün qayğısı olmaz, Çünki hamısı qırmızı paltar geyinib.
22 Она делает себе ковры; виссон и пурпур - одежда ее.
Yorğan-döşək üçün örtük toxuyur, Öz libası tünd qırmızı incə kətandandır.
23 Муж ее известен у ворот, когда сидит со старейшинами земли.
Əri şəhər darvazalarında yaxşı tanınır, El ağsaqqalları ilə oturub-durur.
24 Она делает покрывала и продает, и поясы доставляет купцам Финикийским.
Qadın tacirlərə qurşaqları, Toxuduğu kətan paltarları satır.
25 Крепость и красота - одежда ее, и весело смотрит она на будущее.
Qüvvəyə, şərəfə bürünür, Gələcək üzünə gülür.
26 Уста свои открывает с мудростью, и кроткое наставление на языке ее.
Ağzını açanda hikmət axır, Dilindən sədaqət təlimi çıxır.
27 Она наблюдает за хозяйством в доме своем и не ест хлеба праздности.
Ailəsinin işini idarə edir, Tənbələ layiq olan çörəyi yemir.
28 Встают дети и ублажают ее, - муж, и хвалит ее:
Övladları ayağa qalxıb onu alqışlayır, Əri onu tərifləyir:
29 “много было жен добродетельных, но ты превзошла всех их”.
«Xeyirxah qadınlar çoxdur, Amma sənin tayın yoxdur».
30 Миловидность обманчива и красота суетна; но жена, боящаяся Господа, достойна хвалы.
Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir.
31 Дайте ей от плода рук ее, и да прославят ее у ворот дела ее.
Ona əlinin bəhrəsini verin, Qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin.

< Притчи 31 >