< Числа 7 >

1 Когда Моисей поставил скинию, и помазал ее, и освятил ее и все принадлежности ее, и жертвенник и все принадлежности его, и помазал их и освятил их,
Musa məskəni qurub qurtaranda onu və bütün avadanlığını məsh və təqdis etdi. Qurbangah və bütün avadanlığını da məsh və təqdis etdi.
2 тогда пришли двенадцать начальников Израилевых, главы се- мейств их, начальники колен, заведовавшие исчислением,
Sonra İsrail rəhbərləri təqdimləri gətirdilər. Onlar nəsil başçıları, siyahıya alınan xalqa nəzarət edən qəbilə rəhbərləri idi.
3 и представили приношение свое пред Господа, шесть крытых повозок и двенадцать волов, по одной повозке от двух начальников и по одному волу от каждого, и представили сие пред скинию.
Rəbbə təqdim olaraq üstü örtülü altı araba və on iki öküz gətirdilər; hər iki rəhbər üçün bir araba və hər rəhbər üçün bir öküz. Bu təqdimləri məskənin önünə gətirdilər.
4 И сказал Господь Моисею, говоря:
Rəbb Musaya belə dedi:
5 возьми от них; это будет для отправления работ при скинии собрания; и отдай это левитам, смотря по роду службы их.
«Onları bu adamlardan götür ki, Hüzur çadırındakı xidmətlərdə işlənilsin. Onları Levililərə, hər birinin vəzifəsinə görə ver».
6 И взял Моисей повозки и волов, и отдал их левитам:
Musa arabaları və öküzləri götürüb Levililərə verdi.
7 две повозки и четырех волов отдал сынам Гирсоновым, по роду служб их:
Gerşonlulara vəzifələrinə görə iki araba və dörd öküz verdi;
8 и четыре повозки и восемь волов отдал сынам Мерариным, по роду служб их, под надзором Ифамара, сына Аарона, священника;
Merarililərə isə vəzifələrinə görə dörd araba və səkkiz öküz verdi. Onların hamısı kahin Harun oğlu İtamarın nəzarəti altında idi.
9 а сынам Каафовым не дал, потому что служба их - носить святилище; на плечах они должны носить.
Lakin Qohatlılara bir şey vermədi, çünki onların vəzifəsi müqəddəs əşyaları çiyinlərində daşımaqdır.
10 И принесли начальники жертвы освящения жертвенника в день помазания его, и представили начальники приношение свое пред жертвенник.
Qurbangah məsh edilən gün rəhbərlər onun təqdisi üçün təqdimlər gətirdilər; onlar təqdimlərini qurbangahın qabağına gətirdilər.
11 И сказал Господь Моисею: по одному начальнику в день пусть приносят приношение свое для освящения жертвенника.
Çünki Rəbb Musaya demişdi: «Qurbangahın təqdisi üçün hər gün bir rəhbər öz təqdimini gətirsin».
12 В первый день принес приношение свое Наассон, сын Аминадавов, от колена Иудина;
Birinci gün təqdimi gətirən Yəhuda qəbiləsindən Amminadav oğlu Naxşon oldu.
13 приношение его было: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
14 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
15 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
16 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
17 и в жертву мирную два вола, пять овнов, пять козлов, пять однолетних агнцев; вот приношение Наассона, сына Аминадавова.
ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Amminadav oğlu Naxşonun gətirdiyi təqdimlər bunlar idi.
18 Во второй день принес Нафанаил, сын Цуара, начальник колена Иссахарова;
İkinci gün İssakarlıların rəhbəri Suar oğlu Netanel təqdimlərini gətirdi.
19 он принес от себя приношение: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одну серебряную чашу в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini; yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
20 одну золотую кадильницу в десять сиклей, наполненную курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
21 одного тельца, одного овна, одного однолетнего агнца, во всесожжение,
yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
22 одного козла в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
23 и в жертву мирную двух волов, пять овнов, пять козлов, пять однолетних агнцев; вот приношение Нафанаила, сына Цуарова.
qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Suar oğlu Netanelin gətirdiyi təqdimlər bunlar idi.
24 В третий день начальник сынов Завулоновых Елиав, сын Хелона;
Üçüncü gün Zevulunluların rəhbəri Xelon oğlu Eliav təqdimlərini gətirdi.
25 приношение его: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
26 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
27 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
28 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
29 и в жертву мирную два вола, пять овнов, пять козлов, пять однолетних агнцев; вот приношение Елиава, сына Хелонова.
qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Xelon oğlu Eliavın gətirdiyi təqdimlər bunlar idi.
30 В четвертый день начальник сынов Рувимовых Елицур, сын Шедеуров;
Dördüncü gün Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur təqdimlərini gətirdi.
31 приношение его: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
32 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
33 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
34 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
35 и в жертву мирную два вола, пять овнов, пять козлов и пять однолетних агнцев; вот приношение Елицура, сына Шедеурова.
qurban ediləcək ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Şedeur oğlu Elisurun gətirdiyi təqdimlər bunlar idi.
36 В пятый день начальник сынов Симеоновых Шелумиил, сын Цуришаддая;
Beşinci gün Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel təqdimlərini gətirdi.
37 приношение его: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın un ilə dolu idi;
38 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
39 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
40 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
41 и в жертву мирную два вола, пять овнов, пять козлов и пять однолетних агнцев; вот приношение Шелумиила, сына Цуришаддаева.
ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Surişadday oğlu Şelumielin gətirdiyi təqdimlər bunlar idi.
42 В шестой день начальник сынов Гадовых Елиасаф, сын Регуила;
Altıncı gün Qadlıların rəhbəri Deuel oğlu Elyasaf təqdimlərini gətirdi.
43 приношение его: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
44 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
45 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
46 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
47 и в жертву мирную два вола, пять овнов, пять козлов и пять однолетних агнцев; вот приношение Елиасафа, сына Регуилова.
ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Deuel oğlu Elyasafın gətirdiyi təqdimlər bunlar idi.
48 В седьмой день начальник сынов Ефремовых Елишама, сын Аммиуда.
Yeddinci gün Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama təqdimlərini gətirdi.
49 Приношение его: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
50 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
51 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
52 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
53 и в жертву мирную два вола, пять овнов, пять козлов, пять однолетних агнцев; вот приношение Елишамы, сына Аммиудова.
ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammihud oğlu Elişamanın gətirdiyi təqdimlər bunlar idi.
54 В восьмой день начальник сынов Манассииных Гамалиил, сын Педацура.
Səkkizinci gün Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel təqdimlərini gətirdi.
55 Приношение его: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
56 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
57 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
58 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
59 и в жертву мирную два вола, пять овнов, пять козлов, пять однолетних агнцев; вот приношение Гамалиила, сына Педацурова.
ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Pedahsur oğlu Qamlielin gətirdiyi təqdimlər bunlar idi.
60 В девятый день начальник сынов Вениаминовых Авидан, сын Гидеония;
Doqquzuncu gün Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan təqdimlərini gətirdi.
61 приношение его: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
62 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
63 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
64 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
65 и в жертву мирную два вола, пять овнов, пять козлов, пять однолетних агнцев; вот приношение Авидана, сына Гидеониева.
ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Gidoni oğlu Avidanın gətirdiyi təqdimlər bunlar idi.
66 В десятый день начальник сынов Дановых Ахиезер, сын Аммишаддая;
Onuncu gün Danlıların rəhbəri Ammişadday oğlu Axiezer təqdimlərini gətirdi.
67 приношение его: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
68 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
69 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu;
70 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
71 и в жертву мирную два вола, пять овнов, пять козлов, пять однолетних агнцев; вот приношение Ахиезера, сына Аммишаддаева.
ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Ammişadday oğlu Axiezerin gətirdiyi təqdimlər bunlar idi.
72 В одиннадцатый день начальник сынов Асировых Пагиил, сын Охрана;
On birinci gün Aşerlilərin rəhbəri Okran oğlu Pagiel təqdimlərini gətirdi.
73 приношение его: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş narın unla dolu idi;
74 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
75 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir dana, bir qoç, bir erkək toğlu;
76 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
77 и в жертву мирную два вола, пять овнов, пять козлов, пять однолетних агнцев; вот приношение Пагиила, сына Охранова.
ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, birillik beş erkək toğlu. Okran oğlu Pagielin gətirdiyi təqdimlər bunlar idi.
78 В двенадцатый день начальник сынов Неффалимовых Ахира, сын Енана;
On ikinci gün Naftalililərin rəhbəri Enan oğlu Axira təqdimlərini gətirdi.
79 приношение его: одно серебряное блюдо, весом в сто тридцать сиклей, одна серебряная чаша в семьдесят сиклей, по сиклю священному, наполненные пшеничною мукою, смешанною с елеем, в приношение хлебное,
Onun təqdimləri bunlar idi: Müqəddəs yerdəki şekelə görə yüz otuz şekel ağırlığında bir gümüş sini, yetmiş şekellik bir gümüş ləyən – bunların ikisi də taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş unla dolu idi;
80 одна золотая кадильница в десять сиклей, наполненная курением,
buxur dolu on şekel ağırlığında bir qızıl nimçə;
81 один телец, один овен, один однолетний агнец, во всесожжение,
yandırma qurbanı olaraq bir buğa, bir qoç, bir erkək toğlu;
82 один козел в жертву за грех,
günah qurbanı olaraq bir təkə;
83 и в жертву мирную два вола, пять овнов, пять козлов, пять однолетних агнцев; вот приношение Ахиры, сына Енанова.
ünsiyyət qurbanı olaraq iki öküz, beş qoç, beş təkə, beş erkək toğlu. Enan oğlu Axiranın gətirdiyi təqdimlər bunlar idi.
84 Вот приношения от начальников Израилевых при освящении жертвенника в день помазания его: двенадцать серебряных блюд, двенадцать серебряных чаш, двенадцать золотых кадильниц;
Qurbangah məsh ediləndə İsrail rəhbərlərinin onun təqdisi üçün gətirdiyi təqdimlər bunlardır: on iki gümüş sini, on iki gümüş ləyən, on iki qızıl nimçə;
85 по сто тридцати сиклей серебра в каждом блюде и по семидесяти в каждой чаше: итак всего серебра в сих сосудах две тысячи четыреста сиклей, по сиклю священному;
hər gümüş nimçənin ağırlığı yüz otuz şekel və hər ləyənin ağırlığı isə yetmiş şekel idi; bütün gümüş qabların ağırlığı Müqəddəs yerdəki şekelə görə iki min dörd yüz şekel idi;
86 золотых кадильниц, наполненных курением, двенадцать, в каждой кадильнице по десяти сиклей, по сиклю священному: всего золота в кадильницах сто двадцать сиклей;
buxurla dolu on iki qızıl nimçədən hər birinin ağırlığı Müqəddəs yerdəki şekelə görə on şekel olub. Beləliklə, nimçələrdəki bütün qızılın ağırlığı yüz iyirmi şekel idi;
87 во всесожжение всего двенадцать тельцов из скота крупного, двенадцать овнов, двенадцать однолетних агнцев и при них хлебное приношение, и в жертву за грех двенадцать козлов,
yandırma qurbanı olaraq, taxıl təqdimləri ilə birlikdə heyvanların cəmi on iki buğa, on iki qoç, on iki erkək toğlu və günah qurbanı olaraq on iki təkə;
88 и в жертву мирную всего из крупного скота двадцать четыре тельца, шестьдесят овнов, шестьдесят однолетних козлов, шестьдесят однолетних агнцев без порока; вот приношения при освящении жертвенника после помазания его.
ünsiyyət qurbanı üçün heyvanların cəmi iyirmi dörd buğa, altmış qoç, altmış təkə, altmış erkək toğlu. Qurbangah məsh ediləndən sonra onun təqdisi üçün verilən təqdimlər bunlar idi.
89 Когда Моисей входил в скинию собрания, чтобы говорить с Господом, слышал голос, говорящий ему с крышки, которая над ковчегом откровения между двух херувимов, и он говорил ему.
Musa Rəbb ilə danışmaq üçün Hüzur çadırına girdiyi zaman Şəhadət sandığında olan kəffarə qapağının üzərindəki iki keruvun arasından ona xitab edən Rəbbin səsini eşidərdi. Rəbb Musa ilə danışardı.

< Числа 7 >