< Числа 24 >
1 Валаам увидел, что Господу угодно благословлять Израиля, и не пошел, как прежде, для волхвования, но обратился лицем своим к пустыне.
Bilam Rəbbin gözündə İsrailə xeyir-dua verməyin yaxşı olduğunu gördükdə əvvəlki kimi baxıcılıq etmədi, amma üzünü səhraya doğru çevirdi.
2 И взглянул Валаам и увидел Израиля, стоявшего по коленам своим, и был на нем Дух Божий.
Bilam gözlərini qaldırdı və İsraili qəbilələrinə görə yerləşmiş görəndə onun üzərinə Allahın Ruhu endi.
3 И произнес он притчу свою и сказал: говорит Валаам, сын Веоров, говорит муж с открытым оком,
O, gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı, Uzaq görən adamın kəlamı,
4 говорит слышащий слова Божии, который видит видения Всемогущего; падает, но открыты глаза его:
Allahın sözlərini eşidən, Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın kəlamı:
5 как прекрасны шатры твои, Иаков, жилища твои, Израиль!
“Ey Yaqub, sənin çadırların, Ey İsrail, məskənlərin nə gözəldir!
6 расстилаются они как долины, как сады при реке, как алойные дерева, насажденные Господом, как кедры при водах;
Yayılırlar vadilər tək, Çay kənarındakı bağ-bağçalar tək, Rəbbin bitirdiyi əzvay ağacları tək, Çay kənarındakı sidr ağacları tək.
7 польется вода из ведр его, и семя его будет как великие воды, превзойдет Агага царь его и возвысится царство его.
Satıllarından sular axacaq, Toxumları bol su ilə sulanacaq, Padşahları Aqaqdan böyük olacaq, Padşahlıqları ucalacaq.
8 Бог вывел его из Египта, быстрота единорога у него, пожирает народы, враждебные ему, раздробляет кости их и стрелами своими разит врага.
Allah onları Misirdən çıxartdı; Onların çöl öküzü kimi qüvvəti var. Onlar düşmən millətləri yeyib qurtaracaq. Sümüklərini qıracaq, Oxları ilə onları dələcək.
9 Преклонился, лежит как лев и как львица, кто поднимет его? Благословляющий тебя благословен, и проклинающий тебя проклят!
Onlar pusub şir kimi yatar, Dişi aslana oxşar. Onları oyandırmağa kim cürət edər? Sizə xeyir-dua verən xeyir-dualı olsun, Sizə lənət oxuyan qoy lənətli olsun!”»
10 И воспламенился гнев Валака на Валаама, и всплеснул он руками своими, и сказал Валак Валааму: я призвал тебя проклясть врагов моих, а ты благословляешь их вот уже третий раз;
Bilama qarşı Balaqın qəzəbi alovlandı. Balaq əllərini bir-birinə vurdu və Bilama dedi: «Səni düşmənlərimə lənət etmək üçün çağırdım və budur, üçüncü dəfədir ki, onlara ancaq xeyir-dua verirsən.
11 итак, беги в свое место; я хотел почтить тебя, но вот, Господь лишает тебя чести.
İndi tez get, yerinə qayıt. Demişdim ki, səni çox mükafatlandıracağam, amma Rəbb səni mükafatdan məhrum etdi».
12 И сказал Валаам Валаку: не говорил ли я послам твоим, которых ты присылал ко мне:
Bilam Balaqa dedi: «Yanıma göndərdiyin qasidlərə demədimmi,
13 “хотя бы давал мне Валак полный свой дом серебра и золота, не могу преступить повеления Господня, чтобы сделать что-либо доброе или худое по своему произволу: что скажет Господь, то и буду говорить”?
Balaq mənə qızıl və gümüşlə dolu evini versə belə, Rəbbin sözündən bilə-bilə yan keçib yaxşılıq yaxud pislik edə bilmərəm. Rəbb nə desə, onu deyəcəyəm.
14 Итак, вот, я иду к народу своему; пойди, я возвещу тебе, что сделает народ сей с народом твоим в последствие времени.
İndi mən xalqımın yanına qayıdıram. Qoy mən bu xalqın gələcəkdə sənin xalqının başına nə gətirəcəyini bildirim».
15 И произнес притчу свою и сказал: говорит Валаам, сын Веоров, говорит муж с открытым оком,
Sonra Bilam gələcəkdən xəbər verib dedi: «Budur, Beor oğlu Bilamın kəlamı, Uzaq görən adamın kəlamı,
16 говорит слышащий слова Божии, имеющий ведение от Всевышнего, который видит видения Всемогущего, падает, но открыты очи его.
Allahın sözlərini eşidən, Haqq-Taalanın biliyinə qovuşan, Külli-İxtiyarın görüntüsünü görən, Gözləri açıq, yerə sərilən adamın kəlamı:
17 Вижу Его, но ныне еще нет; зрю Его, но не близко. Восходит звезда от Иакова и восстает жезл от Израиля, и разит князей Моава и сокрушает всех сынов Сифовых.
“Onu mən görürəm, amma indi deyil, Mən ona baxıram, amma yaxından deyil. Yaqubdan bir ulduz çıxacaq, İsraildən bir Əsa ucalacaq, Moavlıların alınlarını, Şet övladlarının başlarını əzəcək.
18 Едом будет под владением, Сеир будет под владением врагов своих, а Израиль явит силу свою.
Onun düşməni Edomla Seir təslim olacaq, İsrail isə get-gedə güclənəcək.
19 Происшедший от Иакова овладеет и погубит оставшееся от города.
Yaqubun nəslindən olan o adam Səltənət sürəcək, Şəhərdə sağ qalanları məhv edəcək”».
20 И увидел он Амалика, и произнес притчу свою, и сказал: первый из народов Амалик, но конец его - гибель.
Bilam Amaleqliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Amaleq millətlərin birincisi idi, Ancaq axırda məhv olacaq».
21 И увидел он Кенеев, и произнес притчу свою, и сказал: крепко жилище твое, и на скале положено гнездо твое;
Qenliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Məskəniniz möhkəm, Yuvanız qayada qurulub.
22 но разорен будет Каин, и недолго до того, что Ассур уведет тебя в плен.
Amma, ey Qenlilər, Aşşurlular sizi əsir alanda Yanıb yox olacaqsınız».
23 И увидев Ога, произнес притчу свою, и сказал: горе, горе, кто уцелеет, когда наведет сие Бог!
Bilam gələcəkdən xəbər verməyə belə davam etdi: «Vay, Allah bunu etdiyi zaman kim yaşaya biləcək?
24 придут корабли от Киттима, и смирят Ассура, и смирят Евера; но и им гибель!
Kittim sahillərindən gəmilər gələcək, Aşşur ilə Everi ram edəcək, Amma onlar da məhv olacaq».
25 И встал Валаам и пошел обратно в свое место, а Валак также пошел своею дорогою.
Bundan sonra Bilam yola çıxıb evinə qayıtdı. Balaq da öz yoluna davam etdi.