< Isaías 49 >

1 Ouvi-me, ilhas, e escutai vós, povos de longe: O Senhor me chamou desde o ventre, desde as entranhas de minha mãe fez menção do meu nome.
Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, Ana bətnindən adımı yadına saldı.
2 E fez a minha boca como uma espada aguda, com a sombra da sua mão me cobriu: e me pôs como uma flecha limpa, e me escondeu na sua aljava.
Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi. O məni iti ox edib Öz oxdanında saxladı.
3 E me disse: Tu és meu servo: e Israel aquele por quem hei de ser glorificado.
Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm».
4 Porém eu disse: Debalde tenho trabalhado, inútil e vãmente gastei as minhas forças: todavia o meu direito está perante o Senhor, e o meu galardão perante o meu Deus
Amma mən dedim: «Mən boş yerə çalışdım, Gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, Mükafatım Allahımdadır».
5 E agora diz o Senhor, que me formou desde o ventre para seu servo, que lhe tornasse a trazer Jacob a ele; porém Israel não se deixará ajuntar: contudo aos olhos do Senhor serei glorificado, e o meu Deus será a minha força.
Rəbb məni qulu etmək üçün Ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, Qüdrətim Allahım oldu. Rəbb indi belə deyir.
6 Disse mais: Pouco é que sejas o meu servo, para restaurares as tribos de Jacob, e tornares a trazer os guardados em Israel: também te dei para luz dos gentios, para seres a minha salvação até à extremidade da terra.
O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün Qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».
7 Assim diz o Senhor, o redentor de Israel, o seu Santo, à alma desprezada, ao que a gente abomina, ao servo dos que dominam: Os reis o verão, e se levantarão, também os príncipes, e diante de ti se inclinarão, por amor do Senhor, que é fiel, e do Santo de Israel, que te escolheu.
Adamların nifrət etdiyi, Millətin həqarətlə baxdığı, Hökmdarların qulu olan şəxsə, İsrailin Satınalanı, Müqəddəsi, Rəbb belə deyir: «İsrailin Müqəddəsi, Sadiq Rəbb səni seçdiyinə görə Padşahlar səni görüb ayağa qalxacaq, Əmirlər qarşında yerə səriləcək».
8 Assim diz o Senhor: No tempo favorável te ouvi e no dia da salvação te ajudei, e te guardarei, e te darei por concerto do povo, para restaurares a terra, para fazer possuir as herdades assoladas;
Rəbb belə deyir: «Münasib vaxtda sənə cavab verdim, Xilas günü sənə kömək etdim. Səni hifz edəcəyəm. Səni xalqım üçün əhd edəcəyəm ki, Dağılmış ölkəni bərpa edəsən, İrs olaraq yenə sahiblərinə verəsən.
9 Para dizeres aos presos: saí; e aos que estão em trevas: aparecei: pastarão nos caminhos, e em todos os lugares altos haverá o seu pasto.
Dustaqlara “çıxın”, Zülmətdə oturanlara “Özünüzü göstərin!” deyəsən. Onlar yol boyunca quzu kimi bəslənəcək, Hər çılpaq təpədə otlaq tapacaq.
10 Nunca terão fome nem sede, nem a calma nem o sol os afligirá; porque o que se compadece deles os guiará, e os levará mansamente aos mananciais das águas.
Onlar nə ac, nə də susuz qalacaq, Qızmar isti və günəş onları vurmayacaq. Çünki onlara mərhəmət edən yol göstərəcək, Onları bulaqlara doğru yönəldəcək.
11 E tornarei a todos os meus montes em caminho; e as minhas veredas serão levantadas.
Mən bütün dağlarımı yola döndərəcəyəm, Yollarımı hamar edəcəyəm.
12 Eis que estes virão de longe, e eis que aqueles do norte, e do ocidente, e aqueles outros da terra Sinim.
Budur, xalqım uzaq yerlərdən, Kimisi şimaldan, kimisi qərbdən, Kimisi isə Sinim ölkəsindən gələcək».
13 Exultai, ó céus, e alegra-te tu, terra, e vós, montes, estalai com júbilo, porque já o Senhor consolou o seu povo, e dos seus aflitos se compadecerá.
Tərənnüm edin, ey göylər, Ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, İztirab çəkənlərinə rəhm edəcək.
14 Porém Sião diz: Já me desamparou o Senhor, e o Senhor se esqueceu de mim.
Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu».
15 Porventura pode uma mulher esquecer-se tanto de seu filho que cria, que se não compadeça dele, do filho do seu ventre? ora ainda que esta se esquecesse dele, contudo eu me não esquecerei de ti
Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram.
16 Eis que em ambas as palmas das minhas mãos te tenho gravado: os teus muros estão continuamente perante mim.
Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion, divarların daima önümdədir.
17 Os teus filhos apressuradamente virão, porém os teus destruidores e os teus assoladores sairão para fora de ti.
Oğulların tələsib yanına gələcək, Səni qarət edənlər, soyğunçular çıxıb-gedəcək.
18 Levanta os teus olhos ao redor, e olha: todos estes que se ajuntam veem a ti: vivo eu, diz o Senhor, que de todos estes te vestirás, como dum ornamento, e te cingirás deles como noiva.
Qaldır başını, bax ətrafına: Hamı yığılıb yanına gəlir. Mən Rəbb Varlığıma and içib bəyan edirəm ki, Onların hamısı sənin üçün bər-bəzək olacaq, Gəlin kimi onları taxıb fəxr edəcəksən!
19 Porque nos teus desertos, e nos teus lugares solitários, e na tua terra destruída, agora te verás apertada de moradores, e os que te devoravam se apartarão para longe de ti.
Xarabalığa, viranəliyə dönmüşdün, Ölkən yerlə yeksan olmuşdu. Amma indi bu torpaq sakinlərin üçün dar olacaq, Səni xaraba qoyanlar səndən uzaqda duracaq.
20 E ainda até os filhos da tua orfandade dirão aos teus ouvidos: Mui estreito é para mim este lugar; aparta-te de mim, para que possa habitar nele.
Sənin sürgündə doğulmuş övladların Səsini ucaldıb belə deyəcək: “Bu yer bizim üçün dar gəlir, Yaşamaq üçün bizə yer ver”.
21 E dirás no teu coração: Quem me gerou estes? pois eu estava desfilhada e solitária; entrara em cativeiro, e me retirara; pois quem me criou estes? eis que eu só fui deixada de resto? e estes onde estavam?
Sən qəlbində deyəcəksən: “Axı bunları mənim üçün kim doğdu? Övladlarım itkin düşmüşdü, sonsuz oldum, Sürgün edilmişdim, qovulmuşdum. Belə isə bunları kim böyütdü? Mən tək-tənha qalmışdım, Bəs bunlar haradan gəlib-çıxdı?”»
22 Assim diz o Senhor: Eis que levantarei a minha mão para as nações, e aos povos arvorarei a minha bandeira: então trarão os teus filhos nos braços, e as tuas filhas serão levadas sobre os ombros.
Xudavənd Rəbb belə deyir: «Budur, Mən əlimi millətlərə Bir işarə kimi uzadacağam, Bayrağımı xalqlar arasında qaldıracağam. Onlar sənin oğullarını qucağında, Qızlarını çiyinlərində gətirəcək.
23 E os reis serão os teus aios, e as suas princezas as tuas amas; diante de ti se inclinarão com o rosto em terra, e lamberão o pó dos teus pés, e saberás que eu sou o Senhor, que os que confiam em mim não serão confundidos.
Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq».
24 Porventura se tiraria a preza ao valente? ou os presos dum justo escapariam?
Məgər güclünün əlindən qənimət alına bilərmi? Zorakının əlindən əsirlər qurtula bilərmi?
25 Porém assim diz o Senhor: Por certo que os presos se tirarão ao valente, e a preza do tirano escapará; porque eu contenderei com os teus contendedores, e os teus filhos eu remirei.
Amma Rəbb belə deyir: «Bəli, güclünün əlindən əsirlər də alına bilər, Zorakının əlindən qənimət də götürülə bilər, Səninlə çəkişənlərlə Mən çəkişəcəyəm, Övladlarını Mən qurtaracağam.
26 E sustentarei os teus opressores com a sua própria carne, e com o seu próprio sangue se embriagarão, como com mosto; e toda a carne saberá que eu sou o Senhor, o teu Salvador e o teu redentor, o Forte de Jacob.
Sənə zülm edənlərə öz ətlərini yedirəcəyəm, Öz qanları ilə sərxoş olub Şirin şərab içənlərin halına düşəcəklər. Beləcə bütün bəşər biləcək ki, Səni qurtaran Rəbb Mənəm. Səni Satınalan, Yaqubun qüdrətli Allahı Mənəm».

< Isaías 49 >