< Dzieje 16 >

1 Przybył do Derbe i Listry. A oto był tam pewien uczeń imieniem Tymoteusz, syn pewnej Żydówki, która uwierzyła, ojca natomiast Greka.
Paul Derbe və Listraya gəldi. Listrada Timotey adlı bir İsa şagirdi var idi. Onun anası imanlı bir Yəhudi, atası isə Yunan idi.
2 Bracia z Listry i Ikonium dawali o nim [dobre] świadectwo.
Listra və Konyadakı imanlı bacı-qardaşlar onun barəsində xoş sözlər deyirdi.
3 Paweł chciał go zabrać ze sobą, więc obrzezał go ze względu na Żydów, którzy mieszkali w tamtych stronach. Wszyscy bowiem wiedzieli, że jego ojciec był Grekiem.
Timoteyi özü ilə aparmaq istəyən Paul bu şəhərlərdəki Yəhudilərə görə onu sünnət etdi. Çünki hamı onun atasının Yunan olduğunu bilirdi.
4 A gdy chodzili po miastach, przekazywali im nakazy ustanowione przez apostołów i starszych w Jerozolimie, których mieli przestrzegać.
Onlar şəhərbəşəhər gəzib-dolaşır, Yerusəlimdəki həvarilərlə ağsaqqalların qərara aldığı qaydaları imanlılara deyir və göstərirdi ki, bunlara riayət etsinlər.
5 I tak kościoły utwierdzały się w wierze i każdego dnia wzrastały liczebnie.
Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı.
6 Gdy przeszli Frygię i krainę galacką, Duch Święty zabronił im głosić słowo [Boże] w Azji.
Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdilər.
7 Gdy przybyli do Myzji, próbowali pójść do Bitynii, ale im Duch nie pozwolił.
Misiya sərhədinə gələrkən Bitinyaya getməyə çalışdılar. Amma İsanın Ruhu onlara izin vermədi.
8 Przeszli więc Myzję i zeszli do Troady.
Ona görə Misiyadan keçib Troasa getdilər.
9 I w nocy Paweł miał widzenie: jakiś Macedończyk stał i prosił go: Przepraw się do Macedonii i pomóż nam!
O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir nəfər onun qarşısında durub yalvarırdı: «Makedoniyaya gəl və bizə kömək et!»
10 Zaraz po tym widzeniu staraliśmy się wyruszyć do Macedonii, będąc tego pewni, że Pan nas powołał, abyśmy im głosili ewangelię.
Paul bu görüntünü görəndən sonra Makedoniyaya getmək üçün dərhal bir yol axtardıq. Bundan nəticə çıxartdıq ki, Allah bizi orada Müjdə yaymaq üçün çağırır.
11 Odpłynąwszy więc z Troady, zdążaliśmy wprost do Samotraki, a nazajutrz do Neapolu;
Troasdan yelkən açıb birbaşa Samotraki adasına və ertəsi gün isə Neapolisə gəldik.
12 Stamtąd zaś do Filippi, [rzymskiej] kolonii i głównego miasta tej części Macedonii, i zostaliśmy w tym mieście przez kilka dni.
Oradan Filipiyə keçdik. Bura Makedoniya bölgəsində əhəmiyyətli bir şəhərdir, əhalisi əsasən Romalılardır. Bu şəhərdə bir neçə gün qaldıq.
13 A w dzień szabatu wyszliśmy za miasto nad rzekę, gdzie zwykle odbywały się modlitwy. Usiedliśmy i rozmawialiśmy z kobietami, które się [tam] zeszły.
Şənbə günü şəhər darvazasından çıxıb çay kənarına getdik. Elə bildik ki, Yəhudilər adətən oraya dua etmək üçün yığılır. Oturduq, oraya yığılan qadınlarla söhbət etməyə başladıq.
14 Przysłuchiwała się [temu] też pewna bogobojna kobieta, imieniem Lidia, z miasta Tiatyry, sprzedająca purpurę, której to serce otworzył Pan, aby uważnie słuchała tego, co mówił Paweł.
Bizə qulaq asanlar arasında Tiatira şəhərindən tünd qırmızı parça satan, Allaha mömin olan Lidiya adlı bir qadın var idi. Paulun sözlərinə qulaq asmaq üçün Rəbb ona açıq ürək vermişdi.
15 A gdy została ochrzczona razem ze swoim domem, poprosiła: Jeśli uznaliście mnie za wierną Panu, wejdźcie do mojego domu i zamieszkajcie w nim. I wymogła to na nas.
Lidiya ev əhli ilə bərabər vəftiz olunduqdan sonra bizi evinə dəvət edib dedi: «Əgər siz məni Rəbbə sadiq bir insan kimi qəbul edirsinizsə, gəlin, mənim evimdə qalın». O bizi buna razı etdi.
16 I stało się, gdy szliśmy na modlitwę, że zabiegła nam [drogę] pewna dziewczyna, która miała ducha wieszczego i swoimi wróżbami przynosiła wielki dochód swoim panom.
Bir gün biz dua yerinə gedərkən falçılıq ruhuna tutulan bir qarabaş qarşımıza çıxdı. Bu qız baxıcılıq edərək öz ağalarına nə qədər qazanc gətirmişdi.
17 A chodząc za Pawłem i za nami, wołała: Ci ludzie są sługami Boga Najwyższego i zwiastują nam drogę zbawienia.
O, Paulun və bizim ardımızca düşərək qışqıra-qışqıra deyirdi: «Bu adamlar Allah-Taalanın qullarıdır. Sizə xilas yolunu bildirirlər».
18 A robiła to przez wiele dni. Lecz Paweł, bolejąc nad tym, odwrócił się i powiedział do ducha: Rozkazuję ci w imię Jezusa Chrystusa, abyś z niej wyszedł. I w tej chwili wyszedł.
Bunu günbəgün təkrar etdi. Bu, Paulu çox bezdirdi. Nəhayət, o çevrilib ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, bu qızdan çıx!» Ruh dərhal qızdan çıxdı.
19 Gdy jej panowie zobaczyli, że przepadła nadzieja ich zysku, schwytali Pawła i Sylasa, zawlekli ich na rynek przed władzę;
Qızın ağaları görəndə ki bu qazancdan ümidləri kəsildi, Paulla Silanı tutub bazar meydanına – rəhbərlərin qarşısına gətirdilər.
20 Stawili ich przed pretorami i powiedzieli: Ci ludzie, którzy są Żydami, sieją zamęt w naszym mieście.
Onları hakimlərin qarşısına çıxararaq dedilər: «Bu adamlar Yəhudidir. Şəhərimizə qarışıqlıq salıblar.
21 I głoszą zwyczaje, których nam, jako Rzymianom, nie wolno przyjmować ani zachowywać.
Biz Romalılara qəbulu və icrası qadağan olunan adətləri yayırlar».
22 I wystąpił tłum przeciwko nim, a pretorzy zdarli z nich szaty i kazali wychłostać [ich] rózgami.
Xalq da Paulla Silanın əleyhinə çıxdı. Hakimlər əmr verdilər ki, onların əyinlərindəki paltarları soyundurub dəyənəklə döysünlər.
23 Po wymierzeniu wielu razów wtrącili [ich] do więzienia, przykazując strażnikowi, żeby ich dobrze pilnował.
Onlara çox zərbə vurdular və sonra zindana atdılar. Zindanın baş mühafizəçisinə əmr etdilər ki, onları möhkəm nəzarət altında saxlasınlar.
24 Otrzymawszy taki rozkaz, wtrącił ich do wewnętrznego lochu, a ich nogi zakuł w dyby.
Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı.
25 O północy Paweł i Sylas modlili się i śpiewem chwalili Boga, a więźniowie słyszeli ich.
Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar.
26 Nagle powstało silne trzęsienie [ziemi], tak że zachwiały się fundamenty więzienia. I natychmiast otworzyły się wszystkie drzwi i wszystkim rozwiązały się więzy.
Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü.
27 A gdy strażnik więzienia obudził się i zobaczył otwarte drzwi więzienia, dobył miecz i chciał się zabić, sądząc, że więźniowie pouciekali.
Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb.
28 Lecz Paweł zawołał donośnym głosem: Nie rób sobie nic złego, bo jesteśmy tu wszyscy.
Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!»
29 Wtedy zażądał światła i wskoczył do środka, a drżąc, padł [do nóg] Pawła i Sylasa.
Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə döşəndi.
30 A wyprowadziwszy ich z więzienia, powiedział: Panowie, co mam czynić, abym był zbawiony?
Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?»
31 A oni odpowiedzieli: Uwierz w Pana Jezusa Chrystusa, a będziesz zbawiony, ty i twój dom.
Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız».
32 I głosili słowo Pańskie jemu i wszystkim jego domownikom.
Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər.
33 Tej samej godziny w nocy wziął [ich ze sobą], obmył ich rany i natychmiast się ochrzcił, on i wszyscy jego [domownicy].
Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu.
34 Wprowadził ich do swego domu, zastawił [przed nimi] stół i weselił się, uwierzywszy Bogu z całym swoim domem.
Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular.
35 Kiedy nastał dzień, pretorzy posłali służbę miejską ze słowami: Zwolnij tych ludzi.
Səhər açılanda hakimlər yasavullar göndərib dedilər: «Bu adamları azad et».
36 I strażnik więzienia oznajmił Pawłowi: Pretorzy przysłali [polecenie], żeby was wypuścić. Teraz więc wyjdźcie i idźcie w pokoju.
Baş mühafizəçi bu sözləri Paula çatdırdı: «Hakimlər xəbər göndərdi ki, siz azad ediləsiniz. İndi çıxın, arxayın gedin».
37 Lecz Paweł powiedział do nich: Publicznie, bez sądu biczowali i wtrącili do więzienia nas, obywateli rzymskich, a teraz potajemnie nas wyrzucają? Nic z tego! Niech sami przyjdą i wyprowadzą nas.
Amma Paul yasavullara belə dedi: «Roma vətəndaşı ola-ola bizi məhkəməsiz hamının qarşısında döyüb zindana atdılar. İndi bizi gizli-gizli qovmaq istəyirlərmi? Belə şey ola bilməz! Özləri gəlsin, bizi buradan çıxarsın!»
38 Słudzy miejscy przekazali te słowa pretorom. A gdy [tamci] usłyszeli, że są Rzymianami, przestraszyli się.
Yasavullar bu sözləri hakimlərə çatdırdılar. Hakimlər Paulla Silanın Roma vətəndaşı olduğunu eşidəndə qorxdular
39 Przyszli, przeprosili ich i wyprowadziwszy, prosili, aby opuścili miasto.
və gəlib onlardan üzr istədilər. Sonra onları bayıra çıxarıb xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər.
40 Kiedy wyszli z więzienia, wstąpili do [domu] Lidii, a gdy zobaczyli się z braćmi, pocieszyli ich i odeszli.
Paulla Sila zindandan çıxandan sonra Lidiyanın evinə getdilər. İmanlı bacı-qardaşlarla görüşüb onları ruhlandırandan sonra yola düşüb getdilər.

< Dzieje 16 >