< مزامیر 27 >
مزمور داوود. خداوند نور و نجات من است، از که بترسم؟ خداوند حافظ جان من است از که هراسان شوم؟ | 1 |
Davudun məzmuru. Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
هنگامی که بدکاران بر من هجوم آوردند تا مرا نابود کنند، لغزیدند و افتادند. | 2 |
Ətimi yemək üçün hücum edən şər adamlar – Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar.
حتی اگر لشکری بر ضد من برخیزد، ترسی به دل راه نخواهم داد! اگر علیه من جنگ بر پا کنند، به خدا توکل خواهم کرد و نخواهم ترسید! | 3 |
Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz, Mənimlə döyüşsələr də, arxayınam.
تنها خواهش من از خداوند این است که اجازه دهد تمام روزهای عمرم در حضور او زیست کنم و در خانهٔ او به او تفکر نمایم و جمال او را مشاهده کنم. | 4 |
Rəbdən bir arzum, bir istəyim var: Bütün ömrüm boyu Rəbbin evində yaşayım, Məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim.
در روزهای سخت زندگی، او مرا در خانهٔ خود پناه خواهد داد، مرا حفظ خواهد کرد و بر صخرهای بلند و مطمئن استوار خواهد ساخت. | 5 |
Dar gündə məni çardağında gizlər, Çadırının örtüyü ilə örtər, Qaya başındakı yüksək yerə gətirər.
آنگاه بر دشمنانی که مرا احاطه کردهاند پیروز خواهم شد؛ با فریاد شادی در خیمهٔ او قربانیها تقدیم خواهم نمود و برای خداوند سرود شکرگزاری خواهم خواند. | 6 |
İndi ətrafımdakı düşmənlərimin üzərində Qələbələr çalacağam, Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm, Onu ilahilərlə tərənnüm edəcəyəm.
ای خداوند، فریاد مرا بشنو و رحمت فرموده، دعایم را اجابت کن. | 7 |
Ya Rəbb, dinlə, Səni çağırıram, Lütf edib mənə cavab ver.
تو گفتهای که تو را بطلبم، من نیز از ته دل میگویم که ای خداوند تو را خواهم طلبید. | 8 |
Sən dedin: «Üzümü axtarın». Ya Rəbb, mən Sənin üzünü axtarıram.
خود را از من پنهان نکن؛ بر من خشمگین مشو و مرا از حضورت نران. تو مددکار من بودهای، مرا طرد نکن؛ ای خدای نجاتدهندۀ من، مرا ترک نکن! | 9 |
Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Mənə Sən kömək etmisən, Məni atma, tərk etmə, Ey məni qurtaran Allahım!
حتی اگر پدر و مادرم مرا از خود برانند، خداوند مرا نزد خود خواهد پذیرفت. | 10 |
Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər.
ای خداوند، مرا به راه راست خود هدایت کن تا از گزند دشمن در امان باشم. | 11 |
Ya Rəbb, yolunu mənə öyrət, Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.
مرا به دست بدخواهانم نسپار، زیرا این ظالمان میخواهند با شهادت دروغ خود، بر ضد من قیام کنند. | 12 |
Məni düşmənlərin əlinə salma, Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar.
به یقین باور دارم که نیکویی خداوند را بار دیگر در این دنیا، در دیار زندگان خواهم دید. | 13 |
Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, Buna şübhəm yoxdur.
به خداوند امیدوار باش و بر او توکل کن. ایمان داشته باش و ناامید نشو. | 14 |
Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!