< داوران 21 >

رهبران اسرائیل وقتی در مصفه جمع شده بودند، قسم خوردند که هرگز اجازه ندهند دختران آنها با مردان قبیلهٔ بنیامین ازدواج کنند. 1
İsraillilər «bizdən heç kim qızını Binyaminliyə ərə verməyəcək» deyə Mispada and içmişdilər.
سپس به بیت‌ئیل آمده تا غروب آفتاب در حضور خدا نشستند. آنها به شدت گریه می‌کردند و می‌گفتند: 2
Xalq Bet-Elə gedib orada axşama qədər Allahın hüzurunda oturaraq və fəryad edərək bərkdən ağladı.
«ای خداوند، خدای اسرائیل، چرا این حادثه رخ داد و ما یکی از قبایل خود را از دست دادیم؟» 3
Onlar dedilər: «Ey İsrailin Allahı Rəbb, niyə İsraildə belə hadisə baş verdi? Nə üçün bu gün İsraildən bir qəbilə əskildi?»
روز بعد، صبح زود برخاسته، مذبحی ساختند و بر روی آن قربانیهای سلامتی و سوختنی تقدیم کردند. 4
Ertəsi gün xalq tezdən qalxıb orada Rəbbə bir qurbangah tikərək yandırma və ünsiyyət qurbanları təqdim etdi.
آنها می‌گفتند: «وقتی که برای مشورت در حضور خداوند در مصفه جمع شدیم آیا قبیله‌ای از اسرائیل بود که به آنجا نیامده باشد؟» (در آن موقع همه با هم قسم خورده بودند که اگر یکی از قبایل، از آمدن به حضور خداوند خودداری نماید، حتماً باید نابود گردد.) 5
İsrail övladları dedi: «Bütün İsrail qəbilələrindən Rəbbin önündəki toplantımıza gəlməyən varmı?» Çünki Mispada olan Rəbbin önündəki toplantıya gəlməyənlər haqqında möhkəm and içmişdilər ki, onlar öldürülməlidirlər.
قوم اسرائیل به سبب نابود شدن قبیلهٔ بنیامین، سوگوار و غمگین بودند و پیوسته با خود می‌گفتند: «از قبایل اسرائیل یک قبیله نابود شد. 6
İsrail övladları öz soydaşları Binyaminlilərdən ötrü kədərlənib dedilər: «Bu gün İsraildən bir qəbilə kəsildi.
اکنون برای آن عده‌ای که باقی مانده‌اند از کجا زن بگیریم؟ زیرا ما به خداوند قسم خورده‌ایم که دختران خود را به آنها ندهیم؟» 7
Onlardan sağ qalanlara arvad tapmaq üçün nə edək? Axı onlara qızlarımızı ərə verməmək üçün Rəbbin haqqına and içmişik».
برای اینکه معلوم شود کدام قبیله از قبایل اسرائیل از آمدن به نزد خداوند در مصفه خودداری کرده بود، آنها به شمارش قوم پرداختند. سرانجام معلوم شد که از یابیش جلعاد هیچ‌کس نیامده بود. 8
Sonra İsrail övladları soruşdu: «İsrail qəbilələrindən Mispaya, Rəbbin hüzuruna kim gəlməyib?» Toplantı üçün ordugaha Yaveş-Gileaddan heç kimin gəlmədiyini öyrəndilər,
9
çünki xalq siyahıya alınanda orada Yaveş-Gilead əhalisindən heç kimin olmadığı məlum oldu.
پس اسرائیلی‌ها دوازده هزار نفر از بهترین جنگاوران خود را فرستادند تا مردم یابیش جلعاد را نابود کنند. آنها رفته، تمام مردان و زنان و بچه‌ها را کشتند و فقط دختران باکره را که به سن ازدواج رسیده بودند باقی گذاردند. تعداد این دختران چهارصد نفر بود که آنها را به اردوگاه اسرائیل در شیلوه آوردند. 10
İcma oraya on iki min igid cəngavər göndərərək onlara əmr edib dedi: «Gedin, qadınlar və uşaqlar da daxil olmaqla Yaveş-Gilead əhalisinin hamısını qılıncdan keçirin.
11
Edəcəyiniz iş belə olacaq: hər kişini və kişi ilə yatan qadınların hamısını tamamilə məhv edin».
12
Yaveş-Gilead əhalisi arasında ərə getməmiş dörd yüz qız tapdılar və onları Kənan torpağında olan Şilodakı ordugaha gətirdilər.
آنگاه اسرائیلی‌ها نمایندگانی جهت صلح نزد بازماندگان قبیلهٔ بنیامین که به صخرهٔ رمون گریخته بودند، فرستادند. 13
Bütün icma Rimmon qayasında olan Binyamin övladlarının yanına adam göndərib danışdı və onları barışığa çağırdı.
مردان قبیلهٔ بنیامین به شهر خود بازگشتند و اسرائیلی‌ها آن چهارصد دختر را که از یابیش جلعاد بودند به ایشان دادند. ولی تعداد این دختران برای آنها کافی نبود. 14
O vaxt Binyaminlilər qayıtdılar və Yaveş-Gilead qadınlarından sağ qalan qadınlar onlara verildi, lakin gətirilənlər onların hamısına çatmadı.
قوم اسرائیل برای قبیلهٔ بنیامین غمگین بود، زیرا خداوند در میان قبایل اسرائیل جدایی به وجود آورده بود. 15
Xalq Binyaminlilərdən ötrü kədərləndi, çünki Rəbb İsrail qəbilələri arasında bir yarıq açmışdı.
رهبران اسرائیل می‌گفتند: «برای باقی ماندگان از کجا زن بگیریم، چون همهٔ زنان قبیلهٔ بنیامین مرده‌اند؟ باید در این باره چاره‌ای بیندیشیم تا نسل این قبیله از بین نرود و قبیله‌ای از اسرائیل کم نشود. 16
İcmanın ağsaqqalları dedi: «Qalanlar üçün necə arvad tapaq? Çünki Binyamindəki qadınlar həlak olmuşdu».
17
Ağsaqqallar sözlərinə davam etdi: «İsraildən bir qəbilə silinməsin deyə Binyamində sağ qalan oğulların varisi olmalıdır.
ولی ما نمی‌توانیم دختران خود را به آنها بدهیم، چون کسی را که دختر خود را به قبیلهٔ بنیامین بدهد لعنت کرده‌ایم.» 18
Biz qızlarımızı onlara ərə verə bilmərik, çünki İsrail övladları “Binyaminliyə qız verən lənətə gəlsin” deyə and içmişdilər».
ولی بعد به یاد آوردند که هر سال در شیلوه عیدی برای خداوند برگزار می‌شود. (شیلوه در سمت شرقی راهی که از بیت‌ئیل به شکیم می‌رود در میان لبونه و بیت‌ئیل واقع شده بود.) 19
Onlar sonra dedilər: «Baxın Bet-Elin şimalında, Bet-Eldən Şekemə çıxan əsas yolun şərqində və Levonanın cənubunda olan Şiloda ilbəil Rəbbin bayramı olur».
پس به مردان بنیامینی گفتند: «بروید و خود را در تاکستانها پنهان کنید. 20
Beləliklə, Binyamin övladlarına belə əmr etdilər: «Gedib üzüm bağlarında pusquda durun,
وقتی دختران شیلوه برای رقصیدن بیرون آیند، شما از تاکستانها بیرون بیایید و آنها را بربایید و به زمین بنیامین ببرید تا همسران شما گردند. 21
baxın, güdün, Şilo qızları rəqsə çıxanda cəld bağlardan çıxın, hər kəs özünə arvad etmək üçün bir Şilo qızı götürüb Binyamin torpağına qaçsın.
اگر پدران و برادران آنها برای شکایت نزد ما بیایند به ایشان خواهیم گفت: آنها را ببخشید و بگذارید دختران شما را پیش خود نگه دارند؛ زیرا در این جنگ آنها بدون زن مانده بودند و شما نیز نمی‌توانستید برخلاف عهد خود رفتار کرده، به آنها زن بدهید.» 22
Əgər onların ataları ya da qardaşları bizim yanımıza şikayətə gəlsələr, onlara belə deyərik: “Bizim xatirimizə Binyaminliləri bağışlayın, çünki əsir aldığımız qızlar hamısına çatmadı. Siz də onlara qız vermədiyinizə görə təqsirkar deyilsiniz”».
پس مردان بنیامینی چنین کردند و از میان دخترانی که در شیلوه می‌رقصیدند، هر یک برای خود زنی گرفته، به سرزمین خود برد. سپس ایشان شهرهای خود را از نو بنا کرده، در آنها ساکن شدند. 23
Binyamin övladları belə də etdilər və öz saylarına görə rəqs edən qızlardan götürüb qaçdılar. Sonra öz irs olan torpaqlarına qayıtdılar və şəhərləri bərpa edib o yerlərdə yaşadılar.
بنی‌اسرائیل پس از این واقعه، آن مکان را ترک گفته، هر یک به قبیله و خاندان و ملک خود بازگشتند. 24
O vaxt İsrail övladları oranı tərk etdilər. Hər biri öz qəbiləsinə və öz nəslinin yanına qayıtdı, hər biri öz irs olan torpağına getdi.
در آن زمان بنی‌اسرائیل پادشاهی نداشت و هر کس هر چه دلش می‌خواست می‌کرد. 25
O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi.

< داوران 21 >