< داوران 13 >
قوم اسرائیل بار دیگر نسبت به خداوند گناه ورزیدند. بنابراین خداوند ایشان را مدت چهل سال به دست فلسطینیها گرفتار نمود. | 1 |
İsrail övladları yenə də Rəbbin gözündə pis işlər etdilər. Rəbb onları qırx il Filiştlilərə təslim etdi.
روزی فرشتهٔ خداوند بر همسر مانوح از قبیلهٔ دان که در شهر صرعه زندگی میکرد ظاهر شد. این زن، نازا بود و فرزندی نداشت، اما فرشته به او گفت: «هر چند تا به حال نازا بودهای، ولی بهزودی حامله شده، پسری خواهی زایید. | 2 |
Dan qəbiləsindən Manoah adlı Soralı bir adam var idi. Onun arvadı doğmurdu, sonsuz idi.
Rəbbin mələyi bu qadına görünüb dedi: «Bax indi sən sonsuzsan, doğmursan, amma hamilə olub bir oğlan doğacaqsan.
مواظب باش شراب و مسکرات ننوشی و چیز حرام و ناپاک نخوری. | 4 |
İndidən diqqətli ol: sən nə şərab, nə də başqa kefləndirici içki içmə və dilinə heç bir haram şey dəyməsin.
موی سر پسرت هرگز نباید تراشیده شود، چون او نذیره بوده، از بدو تولد وقف خدا خواهد بود. او شروع به رهانیدن اسرائیلیها از دست فلسطینیها خواهد کرد.» | 5 |
Ona görə ki sən hamilə olub bir oğul doğacaqsan və qoy onun başına ülgüc dəyməsin. Çünki uşaq ana bətnindən Allaha həsr olunmuş Nəziri olacaq. O, İsraili Filiştlilərin əlindən qurtarmağa başlayacaq».
آن زن با شتاب پیش شوهرش رفت و به او گفت: «مرد خدایی به من ظاهر شد که صورتش مانند فرشتهٔ خدا مهیب بود. من نام و نشانش را نپرسیدم و او هم اسم خود را به من نگفت. | 6 |
Qadın gedib ərinə belə dedi: «Mənim yanıma bir Allah adamı gəlmişdi. O, Allahın mələyi görkəmində çox zəhmli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə adını da bildirmədi.
اما گفت که من صاحب پسری خواهم شد. او همچنین به من گفت که نباید شراب و مسکرات بنوشم و چیز حرام و ناپاکی بخورم؛ زیرا کودک نذیره بوده، از شکم مادر تا دم مرگ وقف خدا خواهد بود!» | 7 |
Lakin dedi ki, sən hamilə olub bir oğul doğacaqsan. İndidən sən nə şərab, nə də başqa kefləndirici içki iç və dilinə heç bir haram şey dəyməsin, çünki uşaq ana bətnindən ölən gününə qədər Allahın Nəzirisi olacaq».
آنگاه مانوح چنین دعا کرد: «ای خداوند، خواهش میکنم تو آن مرد خدا را دوباره نزد ما بفرستی تا او به ما یاد دهد با فرزندی که به ما میبخشی چه کنیم.» | 8 |
Manoah Rəbbə yalvarıb dedi: «Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin».
خدا دعای وی را اجابت فرمود و فرشتهٔ خدا بار دیگر بر زن او که در صحرا نشسته بود، ظاهر شد. این بار هم شوهرش مانوح نزد وی نبود. | 9 |
Allah Manoahın səsini eşitdi. Qadın çöldə oturanda Allahın mələyi yenə onun yanına gəldi. Lakin qadının əri Manoah yanında deyildi.
پس او دویده، به شوهرش گفت: «آن مردی که به من ظاهر شده بود، باز هم آمده است!» | 10 |
Qadın cəld qaçıb ərinə xəbər verərək dedi: «Budur, ötən gün yanıma gələn o adam yenə mənə göründü».
مانوح شتابان همراه همسرش نزد آن مرد آمده، از او پرسید: «آیا تو همان مردی هستی که با زن من صحبت کرده بودی؟» فرشته گفت: «بله.» | 11 |
Manoah durub arvadının arxasınca getdi və o adamın yanına gəlib soruşdu: «Arvadımla söhbət edən adam sənsənmi?» O «mənəm» dedi.
پس مانوح از او پرسید: «بعد از تولد بچه چگونه باید او را بزرگ کنیم؟» | 12 |
Manoah dedi: «Sənin sözlərin yerinə yetəndə uşağın həyat tərzi və işi nə olacaq?»
فرشته جواب داد: «زن تو باید از آنچه که او را منع کردم، پرهیز کند. او نباید از محصول درخت انگور بخورد یا شراب و مسکرات بنوشد. او همچنین نباید چیز حرام و ناپاک بخورد. او باید هر چه به او امر کردهام بجا آورد.» | 13 |
Rəbbin mələyi Manoaha dedi: «Arvadın ona tapşırdığım şeylərdən özünü qorusun.
Tənəkdən emal olunan şeylərdən heç nə yeməsin. Nə şərab, nə də başqa kefləndirici içki içsin və dilinə heç bir haram şey dəyməsin. Qoy ona əmr etdiyim hər şeydən özünü qorusun».
آنگاه مانوح به فرشته گفت: «خواهش میکنم همین جا بمان تا بروم و برایت غذایی بیاورم.» | 15 |
Manoah Rəbbin mələyinə dedi: «Rica edirəm, bir ayaq saxla, sənin üçün bir oğlaq kəsib yemək hazırlayaq».
فرشته جواب داد: «در اینجا منتظر میمانم، ولی چیزی نمیخورم. اگر میخواهی چیزی بیاوری، هدیهای بیاور که به عنوان قربانی سوختنی به خداوند تقدیم گردد.» (مانوح هنوز نمیدانست که او فرشتهٔ خداوند است.) | 16 |
Rəbbin mələyi Manoaha dedi: «Məni burada saxlasan belə, sənin çörəyindən yemərəm. Əgər yandırma qurbanı vermək istəyirsənsə, onu Rəbbə təqdim et». Amma Manoah bilmirdi ki, bu, Rəbbin mələyidir.
سپس مانوح نام او را پرسیده، گفت: «وقتی هر آنچه گفتهای واقع گردد میخواهیم به مردم بگوییم که چه کسی این پیشگویی را کرده است!» | 17 |
O, Rəbbin mələyinə dedi: «Sənin adın nədir ki, sözlərin yerinə yetəndə səni şərəfləndirək?»
فرشته گفت: «نام مرا نپرس، زیرا نام عجیبی است!» | 18 |
Rəbbin mələyi ona dedi: «Niyə adımı soruşursan? Ecazkar adım var».
پس مانوح بزغاله و هدیهای از آرد گرفته، آن را روی مذبحی سنگی به خداوند تقدیم کرد و فرشته عمل عجیبی انجام داد. | 19 |
Manoah oğlağı və taxıl təqdimini götürüb qaya üzərində Rəbbə təqdim etdi. Mələk də Manoah ilə arvadının gözü önündə qeyri-adi bir şey etdi.
وقتی شعلههای آتش مذبح به سوی آسمان زبانه کشید فرشته در شعلهٔ آتش به آسمان صعود نمود! مانوح و زنش با دیدن این واقعه رو بر زمین نهادند و مانوح فهمید که او فرشتهٔ خداوند بوده است. این آخرین باری بود که آنها او را دیدند. | 20 |
Qurbangahın üstündən alov göyə qalxanda Rəbbin mələyi də qurbangahın alovu ilə bərabər göyə qalxdı. Manoahla arvadı bunu görəndə ikisi də üzüstə yerə döşəndi.
Rəbbin mələyi bundan sonra Manoahla arvadına bir daha görünmədi. Manoah o zaman bildi ki, bu, Rəbbin mələyidir.
مانوح به همسر خود گفت: «ما خواهیم مرد، زیرا خدا را دیدیم!» | 22 |
Manoah arvadına dedi: «Biz mütləq öləcəyik, çünki Allahı gördük».
ولی زنش به او گفت: «اگر خداوند میخواست ما را بکشد هدیه و قربانی ما را قبول نمیکرد، این وعدهٔ عجیب را به ما نمیداد و این کار عجیب را به عمل نمیآورد.» | 23 |
Arvadı ona dedi: «Əgər Rəbb bizi öldürmək istəsəydi, bizdən yandırma qurbanı və taxıl təqdimi qəbul etməzdi. Bu şeyləri bizə göstərməz və indi eşitdiklərimizi deməzdi».
آن زن پسری به دنیا آورد و او را «سامسون» نام نهاد. او رشد کرد و بزرگ شد و خداوند او را برکت داد. | 24 |
Beləliklə, qadın bir oğul doğdu və adını Şimşon qoydu. Uşaq böyüdükcə Rəbb ona xeyir-dua verdi.
هر وقت که سامسون به لشکرگاه دان که بین صرعه و اِشتائُل قرار داشت میرفت، روح خداوند وی را به غیرت میآورد. | 25 |
Sora ilə Eştaol arasında, Maxane-Danda Rəbbin Ruhu onu idarə etməyə başladı.