< یوشع 4 >

وقتی همۀ افراد قوم اسرائیل به سلامت از رودخانه گذشتند، خداوند به یوشع فرمود: 1
Bütün millət tamamilə İordan çayını keçəndən sonra Rəbb Yeşuaya dedi:
«اکنون به آن دوازده نفر که از دوازده قبیله انتخاب شده‌اند 2
«Hər qəbilədən bir adam olmaqla özünüzə xalqdan on iki adam götürün.
بگو که بروند و دوازده سنگ از وسط رودخانه، جایی که کاهنان آنجا ایستاده‌اند، بیرون بیاورند و آن سنگها را با خود به همان مکانی ببرند که امشب اردو می‌زنند تا به عنوان یادبود، آنها را روی هم قرار دهند.» 3
Onlara əmr et ki, buradan, İordan çayının ortasından, kahinlərin ayaqlarının möhkəm durduğu yerdən on iki daş götürsünlər. Bu daşları aparıb bu gecə qaldığınız yerdə qoyun».
پس یوشع آن دوازده نفر را که از میان بنی‌اسرائیل انتخاب کرده بود، فرا خواند 4
Yeşua hər qəbilədən bir adam olmaqla İsrail övladlarının arasından seçdiyi on iki adamı çağırdı.
و به ایشان گفت: «به میان رودخانه، جایی که کاهنان با صندوق عهد یهوه خدایتان ایستاده‌اند، بروید و هر یک از شما یک سنگ بر دوش خود بگذارید و بیاورید، یعنی دوازده سنگ به تعداد دوازده قبیلهٔ اسرائیل. 5
Yeşua onlara dedi: «Allahınız Rəbbin sandığı önündən İordan çayının ortasına keçib İsrail qəbilələrinin sayına görə hərəniz çiyninizə bir daş götürün.
ما آنها را به عنوان یادبود در اینجا می‌گذاریم تا وقتی در آینده فرزندانتان بپرسند: این سنگها چیست؟ 6
Qoy bu sizin aranızda bir əlamət olsun. Sizdən sonra övladlarınız “Bu daşlar nədir?” deyərək soruşanda
به آنها بگویید که این یادگار روزی است که جریان آب رود اردن قطع شد و در میان آن، راه خشکی پدید آمد تا صندوق عهد خداوند از آن عبور کند! این سنگها برای قوم اسرائیل یادگاری جاودانه از این معجزهٔ بزرگ خواهند بود.» 7
onlara belə deyərsiniz: “İordan çayının suları Rəbbin Əhd sandığının önündə kəsildi. Əhd sandığını İordan çayından keçirəndə İordan çayının suları kəsilmişdi”. Bu daşlar İsrail övladlarına əbədi bir xatirə olacaq».
آن دوازده نفر طبق دستور یوشع عمل نمودند و دوازده سنگ از وسط رودخانه آوردند، درست همان‌گونه که خداوند به یوشع فرموده بود، یعنی برای هر قبیلۀ اسرائیل یک سنگ. سنگها را به محلی که در آنجا توقف نموده بودند بردند و یادبودی بنا کردند. 8
İsraillilər Yeşuanın əmr etdiyi kimi etdilər və Rəbbin Yeşuaya dediyi kimi İsrail qəbilələrinin sayına görə İordan çayının ortasından on iki daş götürdülər, özləri ilə gecə qalacaqları yerə aparıb onları orada yerə qoydular.
یوشع در وسط رودخانه، جایی که کاهنان ایستاده بودند نیز دوازده سنگ دیگر به عنوان یادگار روی هم گذاشت که تا به امروز باقیست. 9
Sonra Yeşua İordan çayının ortasında Əhd sandığını daşıyan kahinlərin ayaqlarının möhkəm durduğu yerə on iki daş qoydu. Onlar bu günə qədər oradadır.
کاهنان با صندوق عهد آنقدر در وسط رودخانه ماندند تا قوم اسرائیل آنچه را که خداوند به یوشع فرموده بود به انجام رساندند، درست همان‌گونه که موسی به یوشع توصیه کرده بود. پس قوم اسرائیل با شتاب از رود اردن گذشتند، 10
Musanın Yeşuaya dediyi kimi xalqa demək üçün Rəbbin Yeşuaya əmr etdiyi şeylər qurtarana qədər sandığı daşıyan kahinlər İordan çayının ortasında dayandılar, xalq isə tələsərək çayı keçdi.
و پس از آنکه به آن سوی رودخانه رسیدند، کاهنان هم با صندوق عهد خداوند از رودخانه بیرون آمدند. 11
Xalq çayı keçib qurtarandan sonra Rəbbin sandığı və kahinlər xalqın önünə keçdilər.
مردان جنگی قبایل رئوبین، جاد و نصف قبیلهٔ منسی که چهل هزار نفر بودند مسلح شدند و چنانکه موسی پیش از فوت خود به ایشان گفته بود، پیشاپیش بقیهٔ قوم عبور کرده، در حضور خداوند، به سوی دشت اریحا پیش رفتند. 12
Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı Musanın onlara dediyi kimi silahlanaraq İsrail övladlarının önündə çayı keçdi.
13
Döyüş üçün silahlanmış qırx minə yaxın adam Rəbbin önündə Yerixo düzənliklərinə keçdi.
در آن روز، خداوند یوشع را در نظر تمام قوم اسرائیل سرافراز نمود. قوم اسرائیل، یوشع را در تمام مدت عمرش مانند موسی احترام می‌کردند. 14
O gün Rəbb Yeşuanı bütün İsrail xalqının gözündə ucaltdı. Onlar da Musadan çəkindiyi kimi Yeşuadan da onun ömrü boyu çəkindilər.
یوشع به امر خداوند به کاهنانی که صندوق عهد را حمل می‌کردند گفت: «از بستر رود اردن بیرون بیایید.» 15
Rəbb Yeşuaya söyləyib dedi:
16
«Şəhadət sandığını daşıyan kahinlərə əmr et ki, İordan çayından çıxsınlar».
17
Yeşua da kahinlərə «İordan çayından çıxın!» deyə əmr etdi.
به محض اینکه کاهنان بیرون آمدند، آب رودخانه دوباره به جریان افتاد و مانند قبل بر کناره‌هایش نیز جاری شد. 18
Rəbbin Əhd sandığını daşıyan kahinlər İordan çayının ortasından çıxanda kahinlərin ayaqları quru torpağa dəyən kimi İordan çayının suları öz yerinə qayıtdı. Yenə əvvəlki kimi bütün sular daşıb sahilləri basdı.
این معجزه در روز دهم ماه اول اتفاق افتاد. آن روز، تمام مردم اسرائیل از رود اردن گذشتند و در جلجال، در سمت شرقی شهر اریحا اردو زدند. 19
Birinci ayın onuncu günündə xalq İordan çayından çıxıb Yerixonun şərq sərhədində olan Qilqalda ordugah qurdu.
آنجا در جلجال یوشع دوازده سنگی را که از وسط رودخانه آورده بود، به عنوان یادبود روی هم گذاشت. 20
Yeşua İordan çayından götürülmüş həmin on iki daşı Qilqalda qoydu.
بار دیگر یوشع مفهوم آن سنگها را برای قوم اسرائیل بیان کرد: «در آینده اگر فرزندانتان بپرسند: این تودۀ سنگها در اینجا برای چیست؟ 21
O, İsrail övladlarına dedi: «Sonra övladlarınız atalarından “Bu daşlar nəyə görədir?” deyib soruşanda
به آنها بگویید که این سنگها یادآور عبور معجزآسای قوم اسرائیل از میان رود اردن است!» 22
övladlarınıza bəyan edin: “İsraillilər İordan çayını quru yer üzərində keçib”.
برای ایشان توضیح دهید که چگونه خداوند جریان آب را قطع کرد و از وسط رودخانه، راه خشکی پدید آورد تا همهٔ شما عبور کنید! این شبیه معجزه‌ای است که خداوند چهل سال قبل انجام داد، وقتی دریای سرخ را شکافت و از وسط آن، راه خشکی برای عبور بنی‌اسرائیل پدید آورد. 23
Çünki Allahınız Rəbb biz keçənə qədər qarşımızda qurutduğu Qırmızı dəniz kimi İordan çayının sularını da siz keçənə qədər qarşımızda qurutdu ki,
خداوند این معجزه را انجام داد تا همهٔ مردم جهان بدانند که قدرت او عظیم است و همچنین شما نیز همیشه او را اطاعت کنید. 24
yer üzünün bütün xalqları Rəbbin əlinin qüdrətli olduğunu bilsin və siz də bütün ömrünüz boyu Rəbdən qorxasınız».

< یوشع 4 >