< حِزِقیال 32 >

در سال دوازدهم تبعیدمان، در روز اول ماه دوازدهم، این پیغام از جانب خداوند به من رسید: 1
Sürgünlüyümüzün on ikinci ilində, on ikinci ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:
«ای پسر انسان، برای پادشاه مصر ماتم بگیر و به او بگو: تو در میان قومهای جهان خود را یک شیر ژیان می‌دانی، در حالی که شبیه تمساحی هستی که در رود نیل می‌گردی و آبها را گل‌آلود می‌کنی. 2
«Ey bəşər oğlu, Misir padşahı firon üçün mərsiyə oxuyub ona söylə: “Millətlər içində özünü cavan bir aslana bənzətdin, Amma sən bir dəniz əjdahası kimisən. Çayları qarışdırırsan, Ayaqlarınla suları çalxalayıb Çayları bulandırırsan”.
«پس خداوند یهوه می‌فرماید: لشکری بزرگ می‌فرستم تا تو را به دام من انداخته، به ساحل بکشند. 3
Xudavənd Rəbb belə deyir: “Çoxlu xalqdan ibarət bir qoşun göndərib Torumu üstünə atacağam. Onlar səni torumla dartıb çıxaracaq.
من تو را در آنجا روی خشکی رها می‌کنم تا بمیری. تمام پرندگان و جانوران وحشی بر سر تو می‌ریزند و تو را خورده، سیر می‌شوند. 4
Səni quruya çıxaracağam, Çölün üzünə atacağam, Göydəki quşları üstünə qonduracağam. Yer üzünün vəhşi heyvanlarını Səninlə doyduracağam.
تمام تپه‌ها را از گوشت تو می‌پوشانم و از استخوانهایت دره‌ها را پر می‌سازم. 5
Bədənini dağların üstünə sərəcəyəm, Dərələri leşinlə dolduracağam.
از خون تو زمین را سیراب می‌کنم و با آن کوهها را می‌پوشانم و دره‌ها را لبریز می‌گردانم. 6
Ölkəni dağlara qədər axan qanınla sulayacağam, Vadilər meyitinlə dolacaq.
وقتی تو را خاموش کردم، پرده‌ای بر آسمان می‌کشم و ستاره‌ها را تاریک می‌گردانم، آفتاب را با ابرها می‌پوشانم و نور ماه بر تو نمی‌تابد. 7
Səni məhv etdiyim zaman Göyləri bağlayacağam, Ulduzları qaraldacağam, Günəşi buludla örtəcəyəm, Ay işığını verməyəcək.
بله، سراسر سرزمین تو تاریک می‌گردد. حتی ستارگان درخشان آسمان تو نیز تاریک می‌شوند. 8
Sənin üzərində nur saçan Bütün səma cisimlərini qaraldacağam, Ölkəni qaranlığa qərq edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir.
«وقتی تو را از بین ببرم، دل بسیاری از قومهای دور دست که هرگز آنها را ندیده‌ای، محزون می‌شود. 9
“Sənin məhv olmaq xəbərini, Millətlərin arasına, Tanımadığın ölkələrə çatdırdığım zaman Bir çox xalqların ürəyini kədərləndirəcəyəm.
بله، بسیاری از ممالک هراسان می‌شوند و پادشاهان آنها به سبب آنچه که بر سرت می‌آورم به شدت می‌ترسند. وقتی شمشیر خود را در برابر آنها تاب دهم، به وحشت می‌افتند. در روزی که سقوط کنی همهٔ آنها از ترس جان خود خواهند لرزید.» 10
Sənin başına gələnlərlə Bir çox xalqı heyrətə salacağam. Onların önündə qılıncımı yellədiyim zaman Sənə görə padşahlarının tükləri biz-biz olacaq. Yıxıldığın gün Onların hamısı öz canları üçün Durmadan qorxu içində titrəyəcək”.
خداوند یهوه به پادشاه مصر می‌فرماید: «شمشیر پادشاه بابِل بر تو فرود می‌آید. 11
Xudavənd Rəbb belə deyir: “Babil padşahının qılıncı sənin üstünə gələcək.
با سپاه بزرگ بابِل که مایهٔ وحشت قومهاست، تو را از بین می‌برم. غرور تو در هم می‌شکند و قومت هلاک می‌شوند. 12
İzin verəcəyəm ki, millətlərin rəhmsiz igidləri Sənin xalqını qılıncdan keçirsin. Onlar Misirin qürurunu qıracaqlar, Bütün ordusunu məhv edəcəklər.
تمام گله‌ها و رمه‌هایت را که در کنار آبها می‌چرند، از بین می‌برم و دیگر انسان یا حیوانی نخواهد بود که آن آبها را گل‌آلود سازد. 13
Bol suların yanında otlayan Bütün mal-qaranı yox edəcəyəm. Bundan sonra insan ayağı da, heyvan ayağı da Suları qarışdırıb bulandırmayacaq.
پس آبهای مصر شفاف و روان و مثل روغن زیتون صاف خواهند بود؛ این را من که خداوند یهوه هستم می‌گویم. 14
O zaman onların sularını duruldacağam, Çaylarını yağ kimi axıdacağam” Xudavənd Rəbb belə bəyan edir.
هنگامی که مصر را ویران کنم و هر آنچه در آن است از بین ببرم، آنگاه او خواهد دانست که من خداوند یهوه هستم.» 15
“Misiri xarabalığa çevirəndə, Ölkəni hər şeydən məhrum edəndə, Orada yaşayan hər kəsi məhv edəndə Biləcəklər ki, Rəbb Mənəm”.
خداوند یهوه می‌فرماید: «برای بدبختی و اندوه مصر گریه کنید. بگذارید همهٔ قومها برای آن و ساکنانش ماتم گیرند.» 16
Misir üçün oxunan mərsiyə budur. Millətlərin qızları bu mərsiyəni oxuyacaq. Misir və onun xalqı üçün bu mərsiyəni oxuyacaqlar. Xudavənd Rəbb belə bəyan edir».
دو هفته بعد پیغامی دیگر از جانب خداوند به من رسید: 17
Sürgünlüyümüzün on ikinci ilində, ayın on beşinci günü mənə yenə Rəbbin sözü nazil oldu:
«ای پسر انسان، برای مردم مصر و سایر قومهای بزرگ گریه کن و آنها را به دنیای مردگان بفرست. 18
«Ey bəşər oğlu, Misir xalqı üçün yas tut. Onları və güclü millətlərin qızlarını qəbirə enənlərlə birgə yerin dərinliklərinə endir.
به مصر بگو:”تو به زیبایی خود افتخار می‌کنی، ولی بدان که به دنیای مردگان خواهی رفت و در کنار آنانی که حقیر می‌شمردی قرار خواهی گرفت.“ 19
Onlara söylə: “Məgər sən başqalarından daha gözəlsən? Yerin altına en və oradakı sünnətsizlərlə birgə uzan”.
مصری‌ها نیز مانند بقیهٔ کسانی که با شمشیر کشته شده‌اند، خواهند مرد. همهٔ آنها از دم شمشیر خواهند گذشت. 20
Misir xalqı qılıncla öldürülənlərin arasına düşəcək. Bu xalq qılıncın ixtiyarına verildi. Qoy Misir bütün camaatı ilə birgə sürüklənsin.
وقتی همراه هم‌پیمانانش به دنیای مردگان وارد شود، جنگاوران بزرگ خواهند گفت که مصر و هم‌پیمانانش آمده‌اند تا در کنار کسانی که تحقیر کرده و کشته‌اند قرار گیرند. (Sheol h7585) 21
Qüdrətli başçılar ölülər diyarından Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən sünnətsizlər kimi indi burada yatırlar”. (Sheol h7585)
«بزرگان آشور در آنجا خفته‌اند و قبرهای مردم آشور که همه با شمشیر کشته شده‌اند، گرداگرد ایشان است. 22
Aşşur və bütün ordusu oradadır. Qılıncdan keçirilmiş, ölmüş əsgərlərinin məzarları ətrafını bürümüşdür.
قبرهای آنها در قعر دنیای مردگان است و هم‌پیمانانشان در اطراف ایشان قرار دارند. این مردانی که زمانی در دل بسیاری ترس و وحشت ایجاد می‌کردند، حال مرده‌اند. 23
Onların məzarları qəbirin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür.
«بزرگان عیلام در آنجا خفته‌اند و قبرهای مردم عیلام که با شمشیر کشته شده‌اند، گرداگرد ایشان است. این مردانی که در زمان حیات خود باعث ترس قومها می‌شدند، حال، با خجالت و رسوایی به قعر دنیای مردگان رفته، در کنار کشته‌شدگان قرار گرفته‌اند. 24
Elam oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin dərinliklərinə enmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşuldular.
25
Elam üçün öldürülənlər arasında bir yataq hazırlandı. Bütün xalqı məzarının ətrafındadır. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşulub öldürülənlərin arasına qoyuldular.
«بزرگان ماشک و توبال در آنجا خفته‌اند و قبرهای مردمانشان گرداگرد ایشان است. این مردانی که زمانی در دل همه رعب و وحشت ایجاد می‌کردند، حال با رسوایی مرده‌اند. 26
Meşek, Tuval oradadır və bütün xalqı öz məzarlarının ətrafında uzanıb. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar.
آنها مانند سرداران نامور که با سلاحها، شمشیرها و سپرهای خود، باشکوه فراوان به خاک سپرده می‌شوند، دفن نشده‌اند بلکه مثل اشخاص عادی دفن شده و به دنیای مردگان رفته‌اند، زیرا در زمان حیات خود باعث رعب و وحشت بودند. (Sheol h7585) 27
Onlar da döyüş silahları ilə ölülər diyarına enən, qılıncları başlarının altına qoyulan, sünnətsiz igidlərlə birgə məzara uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu salmışdılar. (Sheol h7585)
«تو نیز ای پادشاه مصر، از پای درآمده، به کسانی که با رسوایی کشته شده‌اند، ملحق خواهی شد. 28
Sən də, ey firon, qırılacaqsan, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında uzanacaqsan.
«ادوم نیز با پادشاهان و بزرگانش در آنجا است. آنها نیز با وجود عظمت و قدرتشان به قعر دنیای مردگان رفته و در کنار کسانی که با رسوایی کشته شده‌اند قرار گرفته‌اند. 29
Edom, padşahları və bütün rəhbərləri oradadır. Güclü olmalarına baxmayaraq, qılıncla öldürülənlərin yanına qoyuldular. Qəbirə enənlərin, sünnətsizlərin yanına uzanırlar.
«تمام بزرگان شمال و همهٔ صیدونی‌ها در آنجا هستند؛ مردانی که زمانی با قدرت خود مایهٔ وحشت و هراس مردم بودند، حال، با خجالت و رسوایی به قعر دنیای مردگان رفته و در کنار کشته‌شدگان قرار گرفته‌اند.» 30
Bütün şimal ölkələrinin başçıları, bütün Sidonlular oradadır. Gücləri ilə qorxu saldıqları halda öldürülənlərlə birgə rüsvayçılıq içində yerin altına endilər. Sünnətsiz halda qılıncla öldürülənlərlə birgə xəcalət içində qəbirə enənlərin yanına uzandılar.
خداوند یهوه می‌فرماید: «وقتی پادشاه مصر با سپاه خود به دنیای مردگان برسد به این دلخوش خواهد شد که تنها او نبوده که با تمام سپاهش کشته شده است. 31
“Firon və onun bütün ordusu qılıncla öldürülmüş bu böyük kütləni görəndə təsəlli tapacaq” Xudavənd Rəbb belə bəyan edir.
هر چند من پادشاه مصر را مایهٔ رعب و وحشت ساخته‌ام، ولی او و تمام سپاهش از پای درآمده، به کسانی که با رسوایی کشته شده‌اند ملحق خواهند شد.» 32
“Dirilər arasına qorxu salmasına izin verdiyimə baxmayaraq, firon və onun bütün xalqı qılıncla öldürülənlərlə birgə sünnətsizlərin yanına uzanacaq” Xudavənd Rəbb belə bəyan edir».

< حِزِقیال 32 >