< جامعه 11 >

از مال خود با سخاوتمندی به دیگران ببخش، چون بخشش تو بدون عوض نمی‌ماند. 1
Çörəyini suların üzünə burax, Çünki uzun müddət sonra yenə onu taparsan.
مالی را که می‌خواهی ببخشی به چندین نفر ببخش، زیرا نمی‌دانی چه پیش خواهد آمد. 2
Yeddi ya səkkiz adama pay ver, Çünki bilmirsən ki, Ölkədə necə bir pis gün olacaq.
درخت به هر طرف که سقوط کند در همان جا نیز روی زمین خواهد افتاد. وقتی ابر از آب پر شود، بر زمین خواهد بارید. 3
Əgər buludlar su ilə dolu olsa, Yağışlarını yer üzünə səpər. Əgər bir ağac cənub ya şimal Səmtinə yıxılsa, Elə yıxıldığı yerdə də qalar.
کشاورزی که برای کار کردن منتظر هوای مساعد بماند، نه چیزی خواهد کاشت و نه چیزی درو خواهد کرد. 4
Küləyə baxan toxum səpməz, Buludlara baxan əkdiyini biçməz.
همان‌طور که نمی‌دانی باد چگونه می‌وزد و یا بدن کودک چگونه در رحم مادرش شکل می‌گیرد، همچنین نمی‌توانی کارهای خدا را که خالق همه چیز است درک کنی. 5
Küləyin səmtini, Hamilə qadının qarnında Sümüklərin necə böyüdüyünü bilmədiyin kimi Hər şeyi yaradan Allahın işlərindən də xəbərsizsən.
تو روز و شب بذر خود را بکار، چون نمی‌دانی کدام قسمت از بذرها ثمر خواهد داد؛ شاید هر چه کاشته‌ای ثمر بدهد. 6
Toxumunu səhər vaxtı səp, Axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq Yoxsa sonrakı Yaxud hər ikisi birlikdə.
نور، شیرین است؛ چه لذتبخش است دیدن طلوع آفتاب! 7
Həqiqətən, işıq gözəldir, Günəşi görmək gözlərə xoşdur.
انسان تا می‌تواند باید از سالهای عمرش لذت ببرد و نیز بداند که سرانجام خواهد مرد و روزهای بسیاری در تاریکی و بیهودگی به سر خواهد برد. 8
Əgər insan uzun ömür sürürsə, Qoy sevinclə yaşasın. Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın, Çünki onlar daha çox olacaq. Baş verəcək hər şey puçdur.
ای جوان، روزهای جوانیت را با شادی بگذران و از آن لذت ببر و هر چه دلت می‌خواهد انجام بده، ولی به یاد داشته باش که برای هر کاری که انجام می‌دهی باید به خدا پاسخ دهی. 9
Ey gənc, cavanlığında sevin, Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin. Ürəyinin istədiyi ilə, Gözlərinin gördüyü ilə get. Ancaq bil ki, Allah Bunların hamısına görə Səni mühakimə edəcək.
روزهای جوانی زود می‌گذرد، پس نگذار جوانیت با غم و سختی سپری شود. 10
Buna görə də təşvişi ürəyindən qov, Əzabı bədənindən uzaqlaşdır. Çünki cavanlıq da, Cavanlıqdakı güc də puçdur.

< جامعه 11 >