< اول تواریخ 11 >
رهبران اسرائیل به حبرون نزد داوود رفتند و به او گفتند: «ما گوشت و استخوان تو هستیم؛ | 1 |
Bütün İsraillilər Xevrona, Davudun yanına toplaşıb dedilər: «Bax biz sənin sümüyündən, sənin ətindənik.
حتی زمانی که شائول پادشاه بود، سپاهیان ما را تو به جنگ میبردی و به سلامت بر میگرداندی؛ و خداوند، خدایت فرموده است که تو باید شبان و رهبر قوم او باشی.» | 2 |
Əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan».
پس در حبرون داوود در حضور خداوند با رهبران اسرائیل عهد بست و ایشان همانطور که خداوند به سموئیل فرموده بود، او را به عنوان پادشاه اسرائیل انتخاب کردند. | 3 |
İsrailin bütün ağsaqqalları Xevrona, padşahın yanına gəldilər. Davud Xevronda, Rəbbin önündə onlarla əhd bağladı və onlar Şamuel vasitəsilə Rəbbin söylədiyi sözə görə Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.
سپس داوود و آن رهبران به اورشلیم که محل سکونت یبوسیها بود و یبوس نیز نامیده میشد، رفتند. | 4 |
Davud və bütün İsraillilər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı.
ولی اهالی یبوس از ورود آنها به شهر جلوگیری کردند. پس داوود قلعهٔ صهیون را که بعد به «شهر داوود» معروف شد، تسخیر کرد | 5 |
Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı.
و به افراد خود گفت: «اولین کسی که به یبوسیها حمله کند، فرماندهٔ سپاه خواهد شد.» یوآب پسر صرویه اولین کسی بود که به یبوسیها حمله کرد؛ پس مقام فرماندهی سپاه داوود به او داده شد. | 6 |
Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu.
داوود در آن قلعه ساکن شد و به همین جهت آن قسمت از شهر اورشلیم را شهر داوود نامیدند. | 7 |
Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar.
داوود بخش قدیمی شهر را که اطراف قلعه بود به سمت بیرون وسعت داد و یوآب بقیهٔ شهر اورشلیم را تعمیر کرد. | 8 |
O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi.
به این ترتیب روزبهروز بر قدرت و نفوذ داوود افزوده میشد، زیرا خداوند لشکرهای آسمان با او بود. | 9 |
Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi.
این است اسامی سربازان شجاع داوود که همراه قوم اسرائیل او را مطابق کلام خداوند، پادشاه خود ساختند و سلطنت او را استوار نمودند: | 10 |
Davudun igid döyüşçülərinin başçıları bütün İsraillilərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər.
یشبعام (مردی از اهالی حکمون) فرماندهٔ افسران شجاع داوود پادشاه بود. او یکبار با نیزه خود سیصد نفر را کشت. | 11 |
Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü.
العازار پسر دودو، از خاندان اخوخ در رتبهٔ دوم قرار داشت. | 12 |
Ondan sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi.
او در جنگی که با فلسطینیها در فَسدَمیم درگرفت، داوود را همراهی میکرد. در محلی که مزرعهٔ جو بود، سپاه اسرائیل در برابر فلسطینیها تاب نیاوردند و پا به فرار گذاشتند، | 13 |
Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı.
ولی العازار و افرادش در آن مزرعهٔ جو در برابر فلسطینیها ایستادگی کردند و آنها را شکست دادند و خداوند پیروزی بزرگی نصیب ایشان نمود. | 14 |
Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsrailliləri xilas edib böyük zəfər qazandırdı.
در حالی که عدهای از فلسطینیها در درهٔ رفائیم اردو زده بودند، سه نفر از سی سردار شجاع داوود پیش او که در غار عدولام پنهان شده بود، رفتند. | 15 |
Otuz başçı arasından «üç igid» qayaya, Davudun yanına, Adullam mağarasına enib gəldi. Filiştlilərin ordusu Refaim vadisində ordugah qurmuşdu.
داوود در پناهگاه خود بود و اردوی فلسطینیها در بیتلحم مستقر شده بود. | 16 |
Bu zaman Davud qalada idi, Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi.
در این هنگام داوود گفت: «چقدر دلم میخواهد از آب چاهی که نزدیک دروازهٔ بیتلحم است بنوشم!» | 17 |
Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazasının yanındakı quyudan mənə içmək üçün su gətirəydi!»
پس آن سه سردار قلب اردوی فلسطینیها را شکافته، از آن گذشتند و از آن چاه آب کشیدند و برای داوود آوردند. ولی داوود آن آب را ننوشید، بلکه آن را چون هدیه به حضور خداوند ریخت | 18 |
Bu üç nəfər Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdilər və onu götürüb Davuda gətirdilər. Lakin Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü.
و گفت: «نه ای خدا، من این آب را نمینوشم! این آب، خون این سه نفر است که برای آوردنش جان خود را به خطر انداختند.» | 19 |
O dedi: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər». Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.
ابیشای برادر یوآب، فرماندهٔ آن سه نفر بود. او یکبار با کشتن سیصد نفر با نیزهٔ خود، مانند آن سه نفر معروف شد. | 20 |
Yoavın qardaşı Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi.
هر چند ابیشای رئیس آن سه دلاور و معروفتر از ایشان بود، ولی جزو آن سه نفر محسوب نمیشد. | 21 |
Əslində «üç igid»dən ikiqat artıq şöhrəti var idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.
بنایا پسر یهویاداع اهل قبصئیل، سرباز معروفی بود و کارهای متهورانه انجام میداد. بنایا دو سردار معروف موآبی را کشت. او همچنین در یک روز برفی به حفرهای داخل شد و شیری را کشت. | 22 |
Yehoyada oğlu Benaya da böyük işlər görmüş igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü.
یکبار با یک چوبدستی یک جنگجوی مصری را که قدش دو متر و نیم و نیزهاش به کلفتی چوب نساجان بود، از پای درآورد. آن مصری نیزهای در دست داشت و بنایا نیزه را از دست او ربود و وی را با آن نیزه کشت. | 23 |
O həm də boyu beş qulac olan bir Misirlini öldürdü. Misirlinin əlində toxucu dəzgahının əriş ağacı boyda nizə var idi. Benaya onun üstünə dəyənəklə getdi, nizəni Misirlinin əlindən çəkib aldı və onu öz nizəsi ilə öldürdü.
این بود کارهای بنایا که او را مانند سه سردار ارشد معروف ساخت. | 24 |
Bunları Yehoyada oğlu Benaya etdi, buna görə də onun «üç igid» qədər şöhrəti var idi.
او از آن سی نفر معروفتر بود ولی جزو سه سردار ارشد محسوب نمیشد. داوود او را به فرماندهی گارد سلطنتی گماشت. | 25 |
O, «otuz igid»dən daha şöhrətli idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.
سربازان معروف دیگر داوود پادشاه اینها بودند: عسائیل (برادر یوآب)، الحانان (پسر دودو) اهل بیتلحم، شموت اهل هرور، حالص اهل فلونی، عیرا (پسر عقیش) اهل تقوع، ابیعزر اهل عناتوت، سبکای اهل حوشات، عیلای اهل اخوخ، مهرای اهل نطوفات، حالد (پسر بعنه) اهل نطوفات، اتای (پسر ریبای) از جِبعهٔ بنیامین، بنایا اهل فرعاتون، حورای اهل وادیهای جاعش، ابیئیل اهل عربات، عزموت اهل بحروم، الیحبای اهل شعلبون، پسران هاشم اهل جزون، یوناتان (پسر شاجای) اهل حرار، اخیام (پسر ساکار) اهل حرار، الیفال (پسر اور)، حافر اهل مکرات، اخیا اهل فلون، حصرو اهل کرمل، نعرای (پسر ازبای)، یوئیل (برادر ناتان)، مبحار (پسر هجری)، صالق اهل عمون، نحرای اهل بیروت (او سلاحدار سردار یوآب بود)، عیرا اهل یتر، جارب اهل یتر، اوریا اهل حیت، زاباد (پسر احلای)، عدینا (پسر شیزا) از قبیلهٔ رئوبین (او جزو سی و یک رهبر قبیلهٔ رئوبین بود.) حانان (پسر معکه)، یوشافاط از اهالی متنا، عزیا اهل عشتروت، شاماع و یعوئیل (پسران حوتام) اهل عروعیر، یدیعیئیل (پسر شمری)، یوخا (برادر یدیعیئیل) از اهالی تیص، الیئیل اهل محوی، یریبای و یوشویا (پسران الناعم)، یتمه اهل موآب، الیئیل، عوبید و یعسیئیل اهل مصوبات. | 26 |
Ordunun igid döyüşçüləri bunlardır: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan,
Harorlu Şammot, Pelonlu Xeles,
Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer,
Xuşalı Sibbekay, Axoahlı İlay,
Netofalı Mahray, Netofalı Baana oğlu Xeled,
Binyamin övladlarından Givealı Rivay oğlu Yetay, Piratonlu Benaya,
Qaaş vadisindən olan Xuray, Aravalı Aviel,
Baxarumlu Azmavet, Şaalvonlu Elyaxba,
Gizonlu Haşemin oğulları, Hararlı Şage oğlu Yonatan,
Hararlı Sakar oğlu Axiam, Ur oğlu Elifal,
Mekeralı Xefer, Pelonlu Axiya,
Karmelli Xesro, Ezbay oğlu Naaray,
Natanın qardaşı Yoel, Haqri oğlu Mivxar,
Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray,
Yeterli İra, Yeterli Qarev,
Xetli Uriya, Axlay oğlu Zavad,
Ruvenlilərin başçısı Ruvenli Şiza oğlu Adina və onunla birgə otuz nəfər,
Maaka oğlu Xanan və Metenli Yehoşafat,
Aşteratlı Uzziya, Aroerli Xotamın oğulları Şama və Yeiel,
Şimri oğlu Yediael və qardaşı Tisli Yoxa,
Maxavlı Eliel və Elnaamın oğulları Yerivay, Yoşavya və Moavlı Yetma,
Eliel, Oved və Mesovalı Yaasiel.