< Salomos Høisang 8 >
1 Gid du var mig som en bror, ammet ved min mors bryst! Om jeg da fant dig der ute, skulde jeg kysse dig, og ingen skulde forakte mig for det.
Kaş ki mənə ananın döşlərindən süd əmən Bir qardaş kimi olaydın, Küçədə səninlə rastlaşarkən səni öpərdim, Heç kim məni qınamazdı.
2 Jeg skulde lede dig, jeg skulde føre dig til min mors hus, du skulde lære mig; jeg skulde skjenke dig den krydrede vin, mosten av mitt granatepletre.
Qarşına düşəydim, mənə öyüd verən Anamın evinə aparaydım. Şirin şərabdan, narımın şirəsindən Sənə içirəydim.
3 Hans venstre hånd er under mitt hode, og hans høire hånd favner mig.
Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır.
4 Jeg ber eder inderlig, I Jerusalems døtre! Hvorfor vil I vekke, og hvorfor vil I egge kjærligheten, før den selv vil?
Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
5 Hvem er hun som kommer op fra ørkenen, støttende sig på sin elskede? - Under epletreet vekket jeg dig; der blev din mor forløst med dig, der blev hun forløst, hun som fødte dig.
Sevgilisinə söykənib çöldən gələn Bu gözəl kimdir? Qız: Alma ağacı altda səni oyatdım. Sən orada ananın bətninə düşmüsən, Orada anan ağrı çəkib, səni doğub.
6 Sett mig som et segl på ditt hjerte, som et segl på din arm; for sterk som døden er kjærligheten, hård som dødsriket er dens nidkjærhet; dens glød er som ildens glød, en Herrens lue. (Sheol )
Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, Qısqanclıq ölülər diyarı kimi möhkəmdir, Onun odu alovlanır, O, atəşdir, tamamilə yandırıb-yaxır. (Sheol )
7 Mange vann kan ikke utslukke kjærligheten, og strømmer ikke overskylle den; om nogen vilde gi alt han har i sitt hus, for kjærligheten, vilde han bare bli foraktet.
Sevgini ümman sular söndürə bilməz, Onu çağlayan çaylar batıra bilməz. Bir insan sevgisi uğrunda var-yoxunu versə belə, Hamı ona xor baxar.
8 Vi har en liten søster, hun har ennu ikke bryster. Hvad skal vi gjøre med vår søster når den tid kommer at hun får beilere?
Bir kiçik bacımız var, Hələ döşləri çıxmayıb. Bacımıza elçi gələn gün Onun üçün nə edək?
9 Er hun en mur, vil vi bygge på den tinder av sølv; er hun en dør, vil vi stenge den med en sederplanke.
Əgər o, bir hasar olsaydı, Biz üstünə gümüşdən bürc vurardıq. Əgər o, bir qapı olsaydı, Onu sidrdən xonça bağlayıb dövrəyə alardıq.
10 Jeg var en mur, og mine bryster som tårner; da vant jeg yndest for hans øine og fikk fred.
Mən bir hasaram, Döşlərim qüllələrə oxşar, Ona görə yarımın gözləri məndən razı qalar.
11 En vingård hadde Salomo i Ba'al-Hamon, han overgav vingården til voktere; hver skulde gi tusen sekel sølv for dens frukt.
Süleymanın Baal-Hamonda bir üzüm bağı var idi, O bu bağı kirayəyə verirdi. Məhsula görə hər kirayə alan Ona min parça gümüş gətirməli idi.
12 Over min vingård råder jeg selv; de tusen sekel tilhører dig, Salomo, og to hundre dem som vokter dens frukt.
Mənim də bağım var, onun sahibiyəm, Ey Süleyman, min parça gümüş sənin olsun, İki yüz gümüş kirayə alanlara qalsın.
13 Du som bor i havene! Venner lytter til din røst; la mig høre den!
Sən, ey bağçalarda məskən salan gözəl, Dostlar səni dinləyir, Mənə də səsini eşitdir.
14 Fly, min elskede! Vær som et rådyr eller en ung hjort på fjell med duftende urter!
Ey sevgilim, qaç, Ətir saçan dağların üstündə, Bir ahu, bir maral balası kimi ol.