< Jeremias 25 >

1 Dette er det ord som kom til Jeremias om hele Judas folk i Judas konge Jojakims, Josias' sønns fjerde år, det er Babels konge Nebukadnesars første år,
Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində bütün Yəhuda xalqı barədə Yeremyaya söz nazil oldu. Bu, Babil padşahı Navuxodonosorun padşahlığının birinci ilində oldu.
2 og som profeten Jeremias talte til hele Judas folk og til alle Jerusalems innbyggere:
Yeremya peyğəmbər bütün Yəhuda xalqına və Yerusəlimdə yaşayanların hamısına bu sözü bildirib dedi:
3 Fra Judas konge Josias', Amons sønns trettende år og like til denne dag, nu i tre og tyve år, er Herrens ord kommet til mig, og jeg har talt til eder tidlig og sent, men I hørte ikke.
«İyirmi üç il ərzində – Yəhuda padşahı Amon oğlu Yoşiyanın padşahlığının on üçüncü ilindən bu günə qədər Rəbbin sözü mənə nazil oldu. Mən də dəfələrlə bu sözləri sizə bildirdim, amma siz qulaq asmadınız.
4 Og Herren sendte til eder alle sine tjenere, profetene, tidlig og sent; men I hørte ikke, og I bøide ikke eders øre til å høre.
Rəbb peyğəmbər qullarını dəfələrlə yanınıza göndərdi, amma eşitmədiniz, qulaq asmadınız.
5 Han sa: Vend om, hver fra sin onde vei, og fra eders onde gjerninger! Så skal I få bo i det land Herren gav eder og eders fedre, fra evighet og til evighet.
Onlar sizə belə söylədi: “İndi öz pis yolunuzdan, pis əməllərinizdən dönün ki, Rəbbin əbədi olaraq sizə və atalarınıza verdiyi torpaqda yaşayasınız.
6 Følg ikke andre guder, så I dyrker dem og tilbeder dem, og vekk ikke min harme ved eders henders verk, forat jeg ikke skal gjøre eder noget ondt!
Başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olmayın, əl işiniz olan bütlərlə Məni qəzəbləndirməyin ki, Mən də sizə pislik etməyim”.
7 Men I hørte ikke på mig, sier Herren, I vakte min harme ved eders henders verk, til ulykke for eder selv.
Rəbb bəyan edir: “Ancaq siz Mənə qulaq asmadınız, əl işiniz olan bütlərlə Məni qəzəbləndirib özünüzə ziyan vurdunuz”.
8 Derfor sier Herren, hærskarenes Gud, så: Fordi I ikke har hørt på mine ord,
Buna görə də Ordular Rəbbi deyir: “İndi ki sözlərimə qulaq asmadınız,
9 se, så sender jeg bud og henter alle Nordens folkeslag, sier Herren, og jeg sender bud til Babels konge Nebukadnesar, min tjener, og jeg lar dem komme over dette land og over dets innbyggere og over alle folkeslagene her rundt omkring, og jeg slår dem med bann og gjør dem til en forferdelse og til en spott og deres land til evige ørkener,
Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm.
10 og jeg lar fryds røst og gledes røst, brudgoms røst og bruds røst, lyd av kvern og lys av lampe bli borte hos dem.
Sevinc və şadlıq sədasını, bəy-gəlin səsini, dəyirman daşlarının taqqıltısını, çıraq işığını onların içindən yox edəcəyəm.
11 Og hele dette land skal bli til en ørken, til en ødemark, og disse folkeslag skal tjene Babels konge i sytti år.
Bütün bu ölkə xarabaya, dəhşətli bir yerə çevriləcək. Bu millətlər Babil padşahına yetmiş il qulluq edəcək”.
12 Men når sytti år er til ende, da vil jeg hjemsøke kongen i Babel og folket der, sier Herren, for deres misgjernings skyld, og jeg vil hjemsøke kaldeernes land og gjøre det til evige ørkener.
Rəbb bəyan edir: “Yetmiş il bitəndən sonra isə günahlarına görə Babil padşahını, onun millətini və Xaldey ölkəsini cəzalandıracağam. Oranı əbədi olaraq viranəliyə çevirəcəyəm.
13 Og jeg vil la komme over det land alle de ord som jeg har talt om det, alt det som er skrevet i denne bok, det som Jeremias har profetert om alle folkeslagene.
O ölkə üçün söylədiklərimin hamısını, Yeremyanın bütün millətlər barəsində bu kitabda yazılmış peyğəmbərlik sözlərinin hamısını oranın başına gətirəcəyəm.
14 For mange folkeslag og store konger skal gjøre også dem til træler, og jeg vil gjengjelde dem efter deres gjerning og efter deres henders verk.
Bir çox millət, böyük padşahlar onları özlərinə qul edəcək. Əməllərinə və əllərinin işinə görə onlara əvəz verəcəyəm”».
15 For så sa Herren, Israels Gud, til mig: Ta dette beger med vredesvin av min hånd og gi alle de folk jeg sender dig til, å drikke av det!
Bəli, İsrailin Allahı Rəbb mənə belə dedi: «Budur, qəzəbimlə dolu bir şərab kasası! Onu əlimdən al və səni yanına göndərəcəyim bütün millətlərə içirt.
16 Og de skal drikke og rave og te sig som rasende for det sverd jeg sender iblandt dem.
Onlar içən kimi səndələyəcəklər, üstlərinə göndərəcəyim qılıncın qorxusundan ağılları çaşacaq».
17 Og jeg tok begeret av Herrens hånd, og jeg gav alle de folk å drikke som Herren hadde sendt mig til:
Onda mən kasanı Rəbbin əlindən aldım və Onun məni yanlarına göndərdiyi bütün millətlərə içirtdim.
18 Jerusalem og Judas byer og dets konger og dets høvdinger, for å gjøre dem til en ørken, til en ødemark, til en spott og til en forbannelse, således som det er på denne dag,
Kasadan bunlar içdi: indiki kimi viranəliyə, dəhşətə, rişxənd hədəfinə və lənətə düçar olsunlar deyə Yerusəlim əhalisi, Yəhuda şəhərləri, padşahları və başçıları,
19 Egyptens konge Farao og hans tjenere og hans høvdinger og hele hans folk
Misir padşahı firon, əyanları, başçıları və bütün xalqı,
20 og alle hans fremmede undersåtter og alle kongene i landet Us og alle kongene i filistrenes land, i Askalon og Gasa og Ekron og det som er tilbake av Asdod,
Misirdə yaşayan bütün yadellilər, Us ölkəsinin bütün padşahları, Filişt ölkəsinin bütün padşahları – Aşqelon, Qəzzə, Eqron padşahları və Aşdodda sağ qalanlar,
21 Edom og Moab og Ammons barn
Edom, Moav, Ammon övladları,
22 og alle Tyrus' konger og alle Sidons konger og kongene over kystlandet på hin side havet,
bütün Sur və Sidon padşahları, dənizin o tayındakı ölkələrin padşahları,
23 Dedan og Tema og Bus og alle med rundklippet hår
Dedan, Tema, Buz və kəkillərini qırxanların hamısı,
24 og alle Arabias konger og alle kongene over de fremmede folk som bor i ørkenen,
bütün Ərəbistan padşahları, səhrada yaşayan yadelli xalqın padşahları,
25 og alle Simris konger og alle Elams konger og alle Medias konger
bütün Zimri, Elam və Midiya padşahları,
26 og alle Nordens konger, nær og fjern, den ene med den andre, og alle verdens riker utover hele jorden; og Sesaks konge skal drikke efter dem.
sıra ilə bütün yaxın və uzaq şimal padşahları, yer üzünün bütün padşahları. Hamıdan sonra bu kasanı Şeşak padşahı da içəcək.
27 Og du skal si til dem: Så sier Herren, hærskarenes Gud, Israels Gud: Drikk og bli drukne og spy og fall og reis eder ikke mere - for det sverd jeg sender iblandt eder!
«Sən onlara söylə ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “İçib sərxoş olun, sonra qusun, üstünüzə göndərəcəyim qılıncla vurulub-yıxılın və bir daha ayağa qalxmayın”.
28 Men dersom de ikke vil ta begeret av din hånd og drikke, da skal du si til dem: Så sier Herren, hærskarenes Gud: Drikke skal I.
Əgər onlar kasanı əlindən alıb içmək istəməsələr, söylə ki, Ordular Rəbbi belə deyir: “Mütləq içməlisiniz!
29 For se, den by som er kalt med mitt navn, lar jeg ulykken ramme først, og så skulde I bli ustraffede? Nei, I skal ikke bli ustraffede; for sverd kaller jeg hit over alle dem som bor på jorden, sier Herren, hærskarenes Gud.
Bax Mənim adımla çağırılan şəhərin üstünə fəlakət gətirməyə başlayıram. Elə sanırsınız ki, siz cəzasız qalacaqsınız? Sizi cəzasız qoymayacağam. Mən yer üzündə yaşayan hər kəsin üstünə qılınc gətirəcəyəm” Ordular Rəbbi belə bəyan edir.
30 Og du skal profetere for dem alt dette og si til dem: Herren skal brøle fra det høie og la sin røst høre fra sin hellige bolig; ja, brøle skal han over sin beitemark, et skrik lik deres som treder vinpersen, skal han opløfte over alle dem som bor på jorden.
Buna görə də bütün bu peyğəmbərlik sözlərini onlara bildirib söylə: “Rəbb uca yerdən nərə çəkəcək, Müqəddəs məskənindən gurlayacaq. Öz otlağına qarşı şiddətlə nərə çəkəcək, Dünyada yaşayanların hamısına qarşı hayqıracaq, Üzüm əzənlər kimi bağıracaq.
31 Bulderet når til jordens ende, for Herren har strid med folkene, han går i rette med alt kjød; de ugudelige overgir han til sverdet, sier Herren.
Hay-küy dünyanın ucqarlarına qədər yayılacaq, Çünki Rəbbin millətlərlə davası var. Bütün bəşəri mühakimə edəcək, Pisləri qılınca təslim edəcək” Rəbb belə bəyan edir.
32 Så sier Herren, hærskarenes Gud: Se, ulykke går ut fra folk til folk, og en svær storm reiser sig fra jordens ytterste ende.
Ordular Rəbbi belə deyir: “Bax millətdən millətə bəla yayılır, Dünyanın uzaq yerlərindən Böyük qasırğa qopur”.
33 Og de som Herren har drept, skal på den dag ligge fra jordens ene ende til den andre; ingen skal gråte over dem, ingen skal samle dem op og begrave dem; til gjødsel utover jorden skal de bli.
O gün Rəbb dünyanı bir ucundan o biri ucuna qədər öldürülənlərlə dolduracaq. Onlar üçün yas tutulmayacaq, bir yerə yığılıb basdırılmayacaqlar, torpağın üstündə peyin kimi olacaqlar.
34 Hyl, I hyrder, og skrik og velt eder i støvet, I som er de gjeveste i hjorden! For tiden er kommet da I skal slaktes, og jeg vil adsprede eder, og I skal falle som et kostelig kar,
Ey çobanlar, ağlayıb fəryad edin, Ey sürü başçıları, torpaqda eşələnin. Çünki qətl olunma, Pərən-pərən salınma vaxtınız çatdı. Siz qiymətli bir qab kimi yıxılacaqsınız.
35 og hyrdene skal ikke mere ha noget tilfluktssted, og de gjeveste i hjorden skal ikke finne redning.
Çobanlar qaça bilməyəcək, Sürü başçıları qurtula bilməyəcək.
36 Hør hvorledes hyrdene skriker og de gjeveste i hjorden hyler! For Herren ødelegger deres beite,
Çobanların fəryadını, Sürü başçılarının bağırtısını eşit, Çünki Rəbb onların otlaqlarını viran edir.
37 og de fredelige enger blir øde for Herrens brennende vrede.
Rəbbin qızğın qəzəbindən Dinc pəyələr də məhv oldu.
38 Som en ung løve går han frem fra sitt skjul; ja, deres land blir til en ødemark for det herjende sverd og for hans brennende vrede.
Rəbb cavan aslan kimi Yuvasını tərk etdi. Rəbbin qəzəbi üzündən – Zor işlədənin qızğın qəzəbi üzündən Ölkələri viran oldu».

< Jeremias 25 >