< Psalmi 2 >

1 Kāpēc pagāni trako, un ļaudis domā uz nelietību?
Nə üçün millətlər belə vurnuxmaya düşür, Ümmətlər boş şeylər düşünür?
2 Ķēniņi virs zemes saceļas un valdnieki sadomājās kopā pret To Kungu un pret Viņa svaidīto.
Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir.
3 Sarausim viņu saites un atmetīsim viņu virves!
Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, Üstümüzdəki zəncirlərini ataq».
4 Bet kas debesīs valda, smejas, un Tas Kungs tos tur par nieku.
Göylərin sakini gülür, Xudavənd onlara istehza edir.
5 Tad Viņš runās uz tiem Savās dusmās, un ar Savu bardzību Viņš tos iztrūcinās.
Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, Qəzəbi ilə onları dəhşətə gətirəcək.
6 Bet Es Savu ķēniņu esmu svaidījis pār Ciānu, Savu svēto kalnu.
O deyir: «Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm».
7 Es sludināšu likumu: Tas Kungs uz mani sacījis: tu esi Mans Dēls, šodien Es tevi esmu dzemdinājis.
Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum.
8 Prasi Man, tad Es tev došu tautas par mantību, un pasaules galus par īpašumu.
Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm.
9 Tu tos satrieksi ar dzelzs rīksti, kā podnieka trauku tu tos sadauzīsi.
Onları dəmir əsa ilə qıracaqsan, Saxsı qab kimi çilik-çilik edəcəksən».
10 Nu tad, jūs ķēniņi, paliekat prātīgi, liekaties pamācīties, jūs soģi virs zemes.
İndi, ey şahlar, müdrik olun! Ey dünya hakimləri, ibrət alın!
11 Kalpojiet Tam Kungam ar bijāšanu un priecājaties ar drebēšanu.
Rəbdən qorxub Ona xidmət edin, Həm titrəyin, həm sevinin.
12 Skūpstāt To Dēlu, lai Viņš nedusmo un jūs bojā neejat uz ceļa, jo drīz Viņa dusmas iedegsies, bet svētīgi visi, kas pie Viņa tveras.
Oğulu öpün ki, qəzəblənməsin, Yoxsa tutduğunuz yolda məhv olarsınız. Çünki qəzəbi tezliklə alovlanar. Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!

< Psalmi 2 >