< Ceturtā Mozus 12 >
1 Tad Mirjame un Ārons runāja pret Mozu tās etiopiešu sievas dēļ ko viņš bija ņēmis, jo viņš vienu etiopieti bija ņēmis par sievu, un tie sacīja:
Məryəm ilə Harun Kuşlu qadından ötrü Musadan giley edirdilər. Çünki Musa özünə arvad olaraq həmin Kuşlu qadını almışdı.
2 Vai Tas Kungs tikai caur Mozu vien runājis? Vai tas nav arī caur mums runājis? Un Tas Kungs to dzirdēja.
Onlar dedilər: «Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim vasitəmizlə də danışmadımı?» Rəbb bunu eşitdi.
3 Bet tas vīrs Mozus bija ļoti lēnprātīgs, vairāk nekā visi cilvēki virs zemes.
Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi.
4 Tad Tas Kungs piepeši runāja uz Mozu un uz Āronu un uz Mirjami: nāciet ārā jūs trīs pie saiešanas telts; un tie trīs nāca ārā.
Rəbb bir anlıq Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırına gəlin». Üçü də oraya getdilər.
5 Tad Tas Kungs nonāca padebeša stabā un stāvēja saiešanas telts durvīs; un viņš sauca Āronu un Mirjami, un tie abi nāca ārā.
O zaman Rəbb bulud dirəyində endi və çadırın girişində durub Harunla Məryəmi çağırdı; hər ikisi önə çıxanda
6 Un Viņš sacīja: klausiet jel Manu vārdu! Ja jūsu starpā viens pravietis, tad Es, Tas Kungs, viņam parādos parādīšanā, caur sapni Es ar viņu runāju.
Rəbb onlara dedi: «İndi sözlərimi dinləyin; Əgər aranızda bir peyğəmbər varsa, Mən Rəbb görüntüdə ona Özümü bildirərəm, Yuxuda onunla danışaram.
7 Tāds nav Mans kalps Mozus, kas visā Manā namā ir uzticīgs.
Qulum Musa isə elə deyil, O bütün evimdə sadiqdir.
8 Muti pret muti Es ar viņu runāju un ne caur tumšiem vārdiem, bet redzēdams viņš redz Tā Kunga vaigu; kādēļ tad jūs neesat bijušies runāt pret Manu kalpu, pret Mozu?
Mən onunla müəmmalarla deyil, Üzbəüz açıq danışaram və O, Rəbbin surətini görür. Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?»
9 Un Tā Kunga bardzība iedegās pret tiem, un Viņš aizgāja.
Rəbb onlara bərk qəzəbləndi və oradan getdi.
10 Un tas padebesis atstājās no telts virsas, un redzi, Mirjame bija spitālīga kā sniegs, un Ārons uzlūkoja Mirjami, un redzi, tā bija spitālīga.
Bulud çadırın üzərindən çəkiləndə Məryəm cüzama tutulmuş, qar kimi ağarmışdı. Harun Məryəmə baxdıqda gördü ki, o cüzama tutulub.
11 Tad Ārons sacīja uz Mozu: lūdzams, mans kungs, nepielīdzini mums tos grēkus, ar ko mēs ģeķīgi esam darījuši un ar ko esam apgrēkojušies.
Harun Musaya dedi: «Ey ağam, rica edirəm ki, axmaqlıq və günah işlədiyimizə görə bizi bu cəzanı çəkməyə qoyma.
12 Lai viņa nav kā tas, kas nedzīvs iziet no mātes miesām, kam puse no miesas jau saēsta.
Rica edirəm, qoyma ki onun bədəni ananın bətnindən çıxan ölü doğulmuş uşağın yarı çürümüş bədəninə bənzəsin».
13 Tad Mozus brēca uz To Kungu un sacīja: Ak Dievs, lūdzams, dziedini jel viņu!
Musa Rəbbə fəryad edib dedi: «Yalvarıram, ay Allah, ona şəfa ver!»
14 Un Tas Kungs sacīja uz Mozu: kad viņas tēvs spļaudams viņas vaigā būtu spļāvis, vai tā septiņas dienas nekaunētos? Lai tā septiņas dienas ārā aiz lēģera top ieslēgta un pēc tam lai tā atkal top pieņemta.
Rəbb Musaya dedi: «Əgər atası onun üzünə tüpürmüş olsaydı, yeddi gün gözdən düşməyəcəkdimi?»
15 Tad Mirjame tapa ieslēgta ārā aiz lēģera septiņas dienas, un tie ļaudis negāja tālāki, kamēr Mirjame atkal tapa pieņemta.
Məryəm yeddi gün düşərgədən kənar yerdə saxlandı. O geri gətirilənə qədər camaat köçmədi.
16 Bet pēc tam tie ļaudis cēlās no Hacerotas un apmetās Pārana tuksnesī.
Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar.