< Jozuas 21 >
1 Tad Levitu cilts tēvi piegāja pie priestera Eleazara un pie Jozuas, Nuna dēla, un pie Israēla bērnu cilts tēviem,
O zaman Levililərin nəsil başçıları kahin Eleazara, Nun oğlu Yeşuaya və İsrail övladları qəbilələrinin nəsil başçılarına yaxınlaşdılar.
2 Un runāja uz tiem Šīlo Kanaāna zemē, sacīdami: Tas Kungs caur Mozu pavēlējis, mums dot pilsētas, kur varam dzīvot, ar ganībām priekš mūsu lopiem.
Kənan torpağında yerləşən Şiloda onlara belə dedilər: «Rəbb Musa vasitəsilə bizə yaşamaq üçün şəhərlər, heyvanlarımız üçün otlaqlar verməyi əmr edib».
3 Tad Israēla bērni Levitiem deva no savām daļām pēc Tā Kunga vārda šīs pilsētas un viņu ganības.
İsrail övladları Rəbbin əmrinə görə öz irs torpaqlarından bu şəhərləri və oranın otlaqlarını Levililərə verdilər.
4 Un mesli krita Kehāta radiem. Un priestera Ārona bērniem no Levitiem caur mesliem krita trīspadsmit pilsētas no Jūda cilts un no Sīmeana cilts un no Benjamina cilts.
Püşk Qohatdan olan nəsillərə düşdü. Levililərdən olan kahin Harun övladlarına Yəhuda, Şimeon və Binyamin qəbilələrindən püşk ilə on üç şəhər verildi.
5 Un tiem citiem Kehāta bērniem caur mesliem krita desmit pilsētas no Efraīma cilts radiem un no Dana cilts un no Manasus puscilts.
Digər Qohat övladlarına isə Efrayim qəbiləsinin nəsillərindən, Dan qəbiləsindən və Menaşşe qəbiləsinin yarısından püşk ilə on şəhər verildi.
6 Un Geršona bērniem caur mesliem krita trīspadsmit pilsētas no Īsašara cilts radiem un no Ašera cilts un no Naftalus cilts un no Manasus puscilts Basanā.
Gerşon övladlarına İssakar qəbiləsi nəsillərindən, Aşer, Naftali qəbilələrindən, Başanda Menaşşe qəbiləsinin yarısından püşk ilə on üç şəhər verildi.
7 Merarus bērniem pēc viņu radiem krita divpadsmit pilsētas no Rūbena cilts un no Gada cilts un no Zebulona cilts.
Nəsillərinə görə Merari övladlarına Ruven, Qad, Zevulun qəbilələrindən on iki şəhər verildi.
8 Tā Israēla bērni Levitiem deva caur meslošanu šīs pilsētas un viņu ganības, kā Tas Kungs caur Mozu bija pavēlējis.
İsrail övladları Musa vasitəsilə Rəbbin əmr etdiyinə görə bu şəhərləri və onların otlaqlarını püşk ilə Levililərə verdilər.
9 Un no Jūda bērnu cilts un no Sīmeana bērnu cilts tie deva šīs pilsētas, ko pie vārda nosauca,
Onlara Yəhuda və Şimeon övladlarının qəbilələrindən adları göstərilən bu şəhərləri verdilər.
10 Ka tie piederētu Ārona bērnu bērniem, no Kehāta radiem, no Levja bērniem; jo tie pirmie mesli viņiem krita.
Bunlar Levililərdən olan Qohat övladlarından Harun övladları üçün idi, çünki ilk püşk onların idi.
11 Un tie tiem deva Kiriat-Arbu, Enaka tēva pilsētu, tā ir Hebrone Jūda kalnos un viņas apkārtējās ganības.
Yəhudanın dağlıq bölgəsindəki Anaqlıların atası Arbanın adı ilə adlanan Qiryat-Arba şəhərini, yəni Xevronu və ətrafında olan otlaqları onlara verdilər.
12 Bet tās pilsētas tīrumu un līdz ar viņas ciemiem tie deva Kālebam, Jefunna dēlam, par dzimtu.
Amma şəhərin tarlaları ilə kəndlərini mülk olaraq Yefunne oğlu Kalevə verdilər.
13 Un tie deva priestera Ārona bērniem to glābšanas pilsētu priekš nokāvējiem, Hebroni un viņas ganības, un Libnu un viņas ganības,
Kahin Harun övladlarına qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Xevronla otlaqlarını, Livna ilə otlaqlarını,
14 Un Jatiru un viņas ganības, un Estemou un viņas ganības,
Yattirlə otlaqlarını, Eştemoa ilə otlaqlarını,
15 Un Holonu un viņas ganības, un Debiru un viņas ganības,
Xolonla otlaqlarını, Devirlə otlaqlarını,
16 Un Aīnu un viņas ganības, un Jūtu un viņas ganības, un BetŠemesu un viņas ganības, - deviņas pilsētas no šīm divām ciltīm.
Ayin, Yutta, Bet-Şemeş şəhərləri ilə otlaqlarını. Bu, iki qəbilədən cəmi doqquz şəhər idi.
17 Un no Benjamina cilts: Gibeonu un viņas ganības, Ģebu un viņas ganības,
Binyamin qəbiləsindən isə bu şəhərləri verdilər: Giveonla otlaqlarını, Geva ilə otlaqlarını,
18 Un Anatotu un viņas ganības, un Almonu un viņas ganības, - četras pilsētas.
Anatotla otlaqlarını, Almonla otlaqlarını. Bu, dörd şəhər idi.
19 Pavisam priestera Ārona dēliem bija trīspadsmit pilsētas ar savām ganībām.
Harun övladlarının, kahinlərin bütün şəhərləri otlaqları ilə birgə on üç şəhər idi.
20 Bet Kehāta bērnu radiem, tiem Levitiem, tiem citiem Kehāta bērniem krita caur mesliem tās pilsētas no Efraīma cilts.
Levililərdən olan digər Qohat övladlarına nəsillərinə görə püşklə düşən Efrayim qəbiləsinə aid şəhərləri verdilər.
21 Un tiem deva Šehemi, to glābšanās pilsētu priekš nokāvējiem, un viņas ganības Efraīma kalnos, un Ģezeru un viņas ganības,
Onlara Efrayimin dağlıq bölgəsində qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Şekemlə otlaqlarını, Gezerlə otlaqlarını,
22 Un Ķibcaīm un viņas ganības, un Bet-Oronu un viņas ganības, četras pilsētas.
Qivsayimlə otlaqlarını, Bet-Xoronla otlaqlarını verdilər. Bunlar cəmi dörd şəhər idi.
23 Un no Dana cilts: Elteku un viņas ganības, un Ģibetonu un viņas ganības,
Dan qəbiləsindən bu şəhərləri verdilər: Elteqe ilə otlaqlarını, Gibbetonla otlaqlarını,
24 Un Ajaloni un viņas ganības, Gat-Rimonu un viņas ganības, - četras pilsētas.
Ayyalonla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar da dörd şəhər idi.
25 Un no Manasus puscilts: Taēnaku un viņas ganības, un Gat-Rimonu un viņas ganības, divas pilsētas:
Menaşşe qəbiləsinin yarısından isə bu şəhərləri verdilər: Taanakla otlaqlarını, Qat-Rimmonla otlaqlarını. Bunlar isə iki şəhər idi.
26 Pavisam kopā priekš tiem citiem Kehāta bērnu radiem desmit pilsētas ar savām ganībām.
Digər Qohat övladlarına nəsillərinə görə verilən bütün şəhərlər otlaqları ilə birlikdə on şəhər idi.
27 Un Geršona bērniem no Levitu radiem (krita) no Manasus puscilts tā glābšanās pilsēta priekš nokāvējiem, Golana Basanā un viņas ganības un Beēstra un viņas ganības, - divas pilsētas.
Levililərin nəsillərindən Gerşon övladlarına Menaşşe qəbiləsinin yarısından qatillər üçün bu sığınacaq şəhərləri verdilər: Başandakı Qolanla otlaqlarını, Beeştera ilə otlaqlarını verdilər. Bunlar iki şəhər idi.
28 Un no Īsašara cilts Ķisjone un viņas ganības, un Dobrate un viņas ganības,
İssakar qəbiləsindən Qişyonla otlaqlarını, Davratla otlaqlarını,
29 Jarmute un viņas ganības, Enganim un viņas ganības, - četras pilsētas,
Yarmutla otlaqlarını, En-Qannimlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.
30 Un no Ašera cilts Mizeale un viņas ganības, Abdone un viņas ganības.
Aşer qəbiləsindən Mişalla otlaqlarını, Avdonla otlaqlarını,
31 Elkata un viņas ganības, un Reoba un viņas ganības, - četras pilsētas.
Xelqatla otlaqlarını, Rexovla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.
32 Un no Naftalus cilts tā glābšanās pilsēta priekš nokāvējiem Ķedesā Galilejā un viņas ganības, Amot-Dore un viņas ganības, un Kartane un viņas ganības, - trīs pilsētas.
Naftali qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Qalileyadakı Qedeşlə otlaqlarını, Xammot-Dorla otlaqlarını və Qartanla otlaqlarını verdilər. Bunlar üç şəhər idi.
33 Pavisam Geršona bērniem pēc viņu radiem ir trīspadsmit pilsētas ar savām ganībām.
Nəsillərinə görə Gerşonluların bütün şəhərləri otlaqları ilə birlikdə on üç şəhər idi.
34 Un Merarus bērnu radiem, tiem citiem Levitiem, (krita) no Zebulona cilts Jokneane un viņas ganības, un Karta un viņas ganības,
Levililərdən olan Merari övladlarının nəsillərinə bu şəhərləri verdilər: Zevulun qəbiləsindən Yoqneamla otlaqlarını, Qarta ilə otlaqlarını,
35 Dimna un viņas ganības, Naālale un viņas ganības, - četras pilsētas.
Dimna ilə otlaqlarını, Nahalalla otlaqlarını. Bunlar dörd şəhər idi.
36 Un no Rūbena cilts Becere un viņas ganības, Jāca un viņas ganības.
Onlara Ruven qəbiləsindən Beserlə otlaqlarını, Yahsa ilə otlaqlarını,
37 Ķedemota un viņas ganības, un Mepaāta un viņas ganības, - četras pilsētas.
Qedemotla otlaqlarını, Mefaatla otlaqlarını verdilər. Bunlar dörd şəhər idi;
38 Un no Gada cilts krita tā glābšanās pilsēta priekš nokāvējiem, Rāmote Gileādā un viņas ganības,
Qad qəbiləsindən qatillər üçün sığınacaq şəhəri olan Gileaddakı Ramotla otlaqlarını, Maxanayimlə otlaqlarını,
39 Un Mahānaīm un viņas ganības, Hešbona un viņas ganības, Jaēzere un viņas ganības, pavisam četras pilsētas.
Xeşbonla otlaqlarını, Yazerlə otlaqlarını verdilər. Bunlar dörd şəhər idi.
40 Visas šīs pilsētas piederēja Merarus bērniem pēc viņu radiem, kas arī vēl bija no Levitu radiem, un caur mesliem tiem krita divpadsmit pilsētas.
Bunların hamısı Merari övladlarının, yəni Levililərdən qalan nəsillərin şəhərləri idi. Onların püşkü on iki şəhərə düşmüşdü.
41 Pavisam Levitu pilsētu Israēla bērnu zemē bija četrdesmit un astoņas ar savām ganībām.
İsrail övladlarının irsi arasında Levililərin bütün şəhərləri otlaqları ilə birlikdə qırx səkkiz şəhər idi.
42 Visas šīs pilsētas bija savrup ar savām apkārtējām ganībām; tā bija ar visām šīm pilsētām.
Bu şəhərlərin hər birinin ətrafında otlaqları var idi. Şəhərlərin hamısı belə idi.
43 Tā Tas Kungs Israēlim deva visu to zemi, ko Viņš bija zvērējis dot viņu tēviem, un tie to uzņēma un tur dzīvoja.
Rəbb atalarına etdiyi anda görə vəd etdiyi bütün torpağı İsraillilərə verdi. Onlar bu torpağa sahib oldular və orada məskən saldılar.
44 Un Tas Kungs tiem deva mieru visapkārt, tā kā Tas Kungs viņu tēviem bija zvērējis, un no visiem viņu ienaidniekiem neviens nepastāvēja viņu priekšā, visus viņu ienaidniekus Tas Kungs deva viņu rokā.
Rəbb atalarına etdiyi anda görə hər şeydə onlara hər tərəfdən dinclik verdi və bütün düşmənlərindən heç biri onların qarşısında dura bilmədi. Rəbb bütün düşmənlərini onlara təslim etdi.
45 Un neviena vārda netrūka no visiem tiem labiem vārdiem, ko Tas Kungs uz Israēla namu bija runājis, - viss tas notika.
Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı, hamısı yerinə yetdi.