< Jāņa Evaņg̒elijs 21 >

1 Pēc tam Jēzus tiem mācekļiem atkal parādījās pie Tiberijas jūras, un Viņš tā parādījās.
Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə oldu:
2 Tur bija kopā Sīmanis Pēteris un Toms, dvīnis saukts, un Natanaēls no Kānas iekš Galilejas un tie Cebedeja dēli un divi citi no Viņa mācekļiem.
Şimon Peter, «Əkiz» adlanan Tomas, Qalileyanın Qana kəndindən olan Natanael, Zavdayın oğulları və Onun başqa iki şagirdi birlikdə idi.
3 Sīmanis Pēteris uz tiem saka: “Es iešu zvejot.” Tad tie uz viņu saka: “Mēs arī iesim tev līdz!” Tad tie izgāja un tūdaļ iekāpa laivā un nekā nedabūja tajā naktī.
Şimon Peter onlara «balıq ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedilər. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər.
4 Bet kad gaisma jau bija aususi, Jēzus stāvēja malā, un tie mācekļi nezināja, to esam Jēzu.
Günəş doğarkən İsa sahildə dayanmışdı, amma şagirdlər Onun İsa olduğunu bilmədilər.
5 Tad Jēzus uz tiem saka: “Bērni, vai jums nav ko ēst?” Tie Viņam atbildēja: “Nav nekā!”
İsa onlara dedi: «Uşaqlar, yeməyə bir şey tutmusunuzmu?» Ona «xeyr» deyə cavab verdilər.
6 Bet Viņš uz tiem sacīja: “Metiet tīklu pa laivas labo pusi, tad jūs atradīsiet.” Tad tie izmeta tīklu un vairs nespēja to vilkt tā pulka zivju dēļ.
İsa yenə dedi: «Toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız». Eləcə də atdılar və o qədər balıq tutdular ki, toru çəkə bilmirdilər.
7 Tad tas māceklis, ko Jēzus mīlēja, uz Pēteri saka: “Tas ir Tas Kungs!” Tad Pēteris dzirdēdams, ka Tas esot Tas Kungs, drēbi apvilka (jo viņš bija noģērbies) un iemetās jūrā.
Onda İsanın sevimli şagirdi Peterə «Bu, Rəbdir» söylədi. Şimon Peter Onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb gölə atıldı.
8 Bet tie citi mācekļi nāca ar laivu, jo tie nebija tālu no malas, bet pie divsimt olekšu nost, un vilka to tīklu ar tām zivīm.
O biri şagirdlər isə balıq torunu çəkə-çəkə qayıqda gəldilər, çünki sahildən uzaq deyildilər, cəmi iki yüz qulac məsafədə idilər.
9 Kad tie nu izkāpa pie malas, tad tie redzēja ogles liktas un zivis uz tām un maizi.
Onlar quruya çıxanda orada közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər.
10 Jēzus uz tiem saka: “Atnesiet šurp no tām zivīm, ko jūs tagad esat dabūjuši.”
İsa onlara dedi: «İndi tutduğunuz balıqlardan gətirin».
11 Sīmanis Pēteris iekāpa un to tīklu izvilka malā pilnu ar lielām zivīm, pusotru simts un trīs. Un jebšu to tik daudz bija, tomēr tas tīkls nesaplīsa.
Şimon Peter qayığa minib yüz əlli üç böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı.
12 Jēzus uz tiem saka: “Nāciet un turiet azaidu.” Bet neviens no tiem mācekļiem nedrīkstēja Viņam jautāt, kas Tu esi? Jo tie gan zināja, ka Viņš bija Tas Kungs.
İsa onlara dedi: «Gəlin, səhər yeməyi yeyin». Şagirdlərdən heç biri Ondan «Sən kimsən?» deyə soruşmağa cəsarət etmirdi, çünki Onun Rəbb olduğunu bilirdilər.
13 Tad Jēzus nāk un to maizi ņem un tiem to dod, tā arī no tām zivīm.
İsa gəlib çörəyi götürdü və onlara verdi, eləcə balığı da verdi.
14 Šī nu trešā reize, ka Jēzus Saviem mācekļiem parādījies pēc Savas augšām celšanās no miroņiem.
İsa ölülər arasından dirildikdən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərə görünürdü.
15 Kad tie nu to azaidu bija noturējuši, tad Jēzus uz Sīmani Pēteri saka: “Sīmani, Jonas dēls, vai tu Mani vairāk mīli nekā šie?” Tas uz Viņu saka: “Tiešām, Kungs, Tu zini, ka es Tevi mīlēju.” Viņš uz to saka: “Gani Manus jērus!”
Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə».
16 Atkal otru reiz Viņš uz to saka: “Sīmani, Jonas dēls, vai tu Mani mīli?” Tas uz Viņu saka: “Tiešām, Kungs, Tu zini, ka es Tevi mīlēju.” Viņš uz to saka: “Gani Manas avis!”
İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar».
17 Trešo reiz Viņš uz to saka: “Sīmani, Jonas dēls, vai tu Mani mīli?” Pēteris noskuma, ka Viņš trešo lāgu uz to sacīja: “Vai tu Mani mīli?” Un sacīja uz Viņu: “Kungs Tu visas lietas zini; Tu zini, ka es Tevi mīlēju.” Jēzus uz to saka: “Gani Manas avis!
Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə.
18 Patiesi, patiesi, Es tev saku: tu, jaunāks būdams, pats esi jozies un esi gājis, kur gribēdams; bet, vecs tapis, tu savas rokas izstiepsi, un cits tevi jozīs un tevi vedīs, kur tu negribi.”
Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq».
19 Bet to Viņš sacīja, gribēdams rādīt, ar kādu nāvi tam bija Dievu godāt. Un to runājis Viņš uz to saka: “Nāc Man pakaļ!”
İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi.
20 Un Pēteris apgriezies redz to mācekli, ko Jēzus mīlēja, pakaļ nākam, kas arī pie tā vakariņa pie Viņa krūtīm bija gulējis un sacījis: Kungs, kurš ir tas, kas Tevi nodos?
Peter də arxaya dönüb İsanın sevimli şagirdinin onların ardınca gəldiyini gördü. Bu həmin şagird idi ki, axşam yeməyi zamanı İsanın sinəsinə əyilib «Ya Rəbb, Sənə xəyanət edəcək adam kimdir?» demişdi.
21 Kad Pēteris to redzēja, tad viņš saka uz Jēzu: “Kungs, kas tad būs ar šo?”
Peter bu şagirdi görüb İsaya dedi: «Ya Rəbb, bəs o necə olacaq?»
22 Jēzus uz to saka: “Ja Es gribu, ka šis paliek, kamēr Es nāku, kas tev par to? Nāc tu Man pakaļ!”
İsa ona dedi: «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl».
23 Tad šī valoda cēlās starp tiem brāļiem: “Šis māceklis nemirs.” Bet Jēzus viņam nebija sacījis, ka viņš nemirs, bet: “Ja Es gribu, ka viņš paliek, kamēr Es nāku, kas tev par to?”
Beləcə o şagirdin ölməyəcəyi barədə imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma İsa onun ölməyəcəyini deməmişdi, sadəcə olaraq «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə?» demişdi.
24 Šis ir tas māceklis, kas liecību dod par šīm lietām un tās ir sarakstījis; un mēs zinām, ka viņa liecība uzticama.
Bu hadisələrə şəhadət edərək bunları yazan həmin şagirddir. Biz də bilirik ki, onun şəhadəti etibarlıdır.
25 (Un vēl daudz citas lietas Jēzus ir darījis, un ja visas tās pēc kārtas uzrakstītu, tad man šķiet, ka arī visa pasaule tās sarakstītas grāmatas nevarētu saņemt. Āmen.)
İsanın etdiyi çoxlu başqa şeylər də var. Əgər bunlar da bir-bir yazılsaydı, fikrimcə, yazılan kitablar heç dünyaya sığmazdı.

< Jāņa Evaņg̒elijs 21 >