< Jāņa Evaņg̒elijs 20 >
1 Pirmā nedēļas dienā rīta agrumā, kad vēl bija tumšs, Marija Maddaļa nāk pie kapa un redz to akmeni no kapa noveltu.
Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb.
2 Tad tā tek un nāk pie Sīmaņa Pētera un pie tā otra mācekļa, ko Jēzus mīlēja, un uz tiem saka: “Tie To Kungu ir izņēmuši no kapa, un mēs nezinām, kur tie Viņu nolikuši.”
Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik».
3 Tad Pēteris un tas otrs māceklis izgāja un nāca pie kapa.
Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər.
4 Un tie divi tecēja kopā, un tas otrs tecēja priekša, čaklāki nekā Pēteris, un nāca papriekš pie kapa.
İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı.
5 Un pieliekdamies viņš redzēja tos linu autus tur noliktus, tomēr negāja iekšā.
Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi.
6 Tad arī Sīmanis Pēteris, tam pakaļ iedams, nāk un ieiet kapā un redz tos linu autus tur noliktus.
O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri
7 Un tas sviedru auts, kas ap Viņa galvu bija, nebija likts pie tiem linu autiem, bet savrup citā malā satīts.
və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı.
8 Tad arī tas otrs māceklis gāja iekšā, kas papriekš bija nācis pie kapa, un redzēja un ticēja.
Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi.
9 Jo tie vēl nezināja tos rakstus, ka Viņam bija augšāmcelties no miroņiem.
Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən Müqəddəs Yazını hələ anlamırdılar.
10 Tad tie mācekļi atkal aizgāja.
Beləcə şagirdlər yenə evlərinə qayıtdılar.
11 Un Marija stāvēja ārā kapa priekšā raudādama. Kad nu viņa raudāja, tad viņa paliecās pie kapa
Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı.
12 Un redz divus eņģeļus baltās drēbēs sēžam, vienu galvgalā, otru kājgalā, kur Jēzus miesas bija gulējušas.
Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu.
13 Un tie uz viņu saka: “Sieva, ko tu raudi?” tā uz tiem saka: “Tie manu Kungu paņēmuši, un es nezinu, kur tie Viņu likuši.”
Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm».
14 Un to sacījusi viņa apgriezās un redz Jēzu stāvam, un nezināja, to esam Jēzu.
Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi.
15 Jēzus uz to saka: “Sieva, ko tu raudi? Ko tu meklē?” Viņa šķizdama, ka viņš tas dārznieks, uz To saka: “Kungs, ja tu Viņu esi aiznesis, tad saki man, kur tu Viņu noliki, ka es Viņu varu dabūt.”
İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm».
16 Jēzus uz to saka: “Marija!” tā apgriezusies uz Viņu saka: “Rabbuni!” (Tas ir: Mācītājs.)
İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir.
17 Jēzus uz to saka: “Neaizskar Mani; jo Es vēl neesmu uzbraucis pie Sava Tēva, bet noej pie Maniem brāļiem un saki tiem: Es uzbraucu pie Sava Tēva un pie jūsu Tēva, pie Sava Dieva un pie jūsu Dieva.”
İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram».
18 Marija Maddaļa nāk un pasludina tiem mācekļiem, ka viņa To Kungu redzējusi, un ko Tas viņai sacījis.
Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi.
19 Šai pirmā nedēļas dienā, kad vakars bija meties, kad tie mācekļi aiz aizslēgtām durvīm bija sapulcējušies, bīdamies no tiem Jūdiem, tad Jēzus nāca un iestājās viņu vidū un uz tiem saka: “Miers ar jums!”
O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi.
20 Un to sacījis, Viņš tiem rādīja Savas rokas un Savus sānus; tad tie mācekļi tapa līksmi, To Kungu redzēdami.
Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər.
21 Tad Jēzus atkal uz tiem sacīja: “Miers ar jums! Kā Mani Tas Tēvs ir sūtījis, tā arī Es jūs sūtu.”
İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm».
22 Un to teicis, Viņš pūta uz tiem un saka: “Ņemiet To Svēto Garu!
Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın!
23 Kam jūs grēkus piedosiet, tiem tie piedoti, un kam jūs grēkus paturēsiet, tiem tie paturēti.”
Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».
24 Bet Toms, viens no tiem divpadsmit, dvīnis saukts, nebija pie tiem, kad Jēzus nāca.
Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi.
25 Tad tie citi mācekļi uz to sacīja: “Mēs To Kungu esam redzējuši.” Un viņš uz tiem sacīja: “Ja es neredzu tās naglu zīmes Viņa rokās un nelieku savu pirkstu tanīs naglu zīmēs un nelieku savu roku Viņa sānos, tad es neticēšu.”
O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram».
26 Un pēc astoņām dienām Viņa mācekļi atkal tur bija iekšā un Toms pie viņiem. Jēzus nāk, kad tās durvis bija aizslēgtas, un iestājās vidū starp tiem un sacīja: “Miers ar jums.”
Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi.
27 Pēc tam Viņš saka uz Tomu: “Stiep šurp savu pirkstu un aplūko Manas rokas, un sniedz šurp savu roku un liec to Manos sānos, un neesi neticīgs, bet ticīgs.”
Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!»
28 Toms atbildēja un uz Viņu sacīja: “Mans Kungs un mans Dievs.”
Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi.
29 Jēzus uz to saka: “Tāpēc ka tu Mani esi redzējis, Tom, tu tici. Svētīgi tie, kas neredz un tomēr tic.”
İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»
30 Arī vēl daudz citas zīmes Jēzus darījis Savu mācekļu priekšā, kas nav rakstītas šinī grāmatā.
İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb.
31 Bet šīs ir rakstītas, lai jūs ticat, ka Jēzus ir Tas Kristus, Dieva Dēls, un lai jums, kad jūs ticat, dzīvība ir iekš Viņa Vārda.
Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız.