< Jeremijas 27 >
1 Jojaķima (Cedeķijas), Josijas dēla, Jūda ķēniņa valdīšanas iesākumā šis vārds no Tā Kunga notika uz Jeremiju:
Yəhuda padşahı Yoşiya oğlu Sidqiyanın padşahlığının əvvəlində Rəbdən Yeremyaya bu söz nazil oldu:
2 Tā saka Tas Kungs uz mani: taisi sev saites un jūgus un liec tos pie sava kakla,
«Rəbb mənə belə dedi: “Özünə qayışlarla bağlanan taxta bir boyunduruq düzəlt və boynuna tax.
3 Un sūti tos pie Edoma ķēniņa, pie Moaba ķēniņa, pie Amona bērnu ķēniņa un pie Tirus ķēniņa un pie Sidonas ķēniņa ar tiem vēstnešiem, kas nākuši uz Jeruzālemi pie Jūda ķēniņa Cedeķijas;
Sonra Yerusəlimə, Yəhuda padşahı Sidqiyanın yanına gələn qasidlər vasitəsilə Edomun, Moavın, Ammon övladlarının, Surun və Sidonun padşahlarına xəbər göndər”.
4 Un pavēli tiem sacīt uz saviem kungiem: tā saka Tas Kungs Cebaot, Israēla Dievs: tā jums saviem kungiem būs sacīt:
Ağalarına söyləmək üçün onlara bildir ki, İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Ağalarınıza söyləyin ki,
5 Es esmu radījis zemi un cilvēkus un lopus, kas virs zemes, ar Savu lielo spēku un ar Savu izstiepto elkoni, un Es to dodu tam, kas Manām acīm patiks.
dünyanı da, yer üzündə olan insanı da, heyvanı da böyük gücümlə və uzanan qolumla Mən yaratdım və kimə istəsəm, ona da verərəm.
6 Nu tad visas šās zemes Es dodu rokā Nebukadnecaram, Bābeles ķēniņam, Savam kalpam, un pat zvērus laukā Es dodu viņam kalpot.
Bəli, bütün bu ölkələri Babil padşahı qulum Navuxodonosorun ixtiyarına verirəm. Hətta vəhşi heyvanları da xidmət etmək üçün ona verirəm.
7 Un visiem ļaudīm būs kalpot viņam un viņa dēlam un viņa dēla dēlam, tiekams laiks nāks arī viņa zemei, tad lielas tautas un lieli ķēniņi viņu sev kalpinās.
Ölkəsinin axırı çatana qədər bütün millətlər ona, oğluna və nəvəsinə qulluq edəcək. Sonra isə bir çox millətlər və böyük padşahlar onu özlərinə qul edəcək.
8 Un tos ļaudis un to valsti, kas viņam, Nebukadnecaram, Bābeles ķēniņam, nekalpos, un kas savu kaklu negribēs likt apakš Bābeles ķēniņa jūga, to tautu Es piemeklēšu ar zobenu un ar badu un ar mēri, saka Tas Kungs, tiekams Es tos būšu izdeldējis caur viņa roku.
Hansı millət və ölkə Babil padşahı Navuxodonosora qulluq etməsə, onun boyunduruğuna girməsə, həmin milləti onun əli ilə qırıb-çatana qədər qılınc, aclıq və vəba ilə cəzalandıracağam” Rəbb bəyan edir.
9 Jūs tad neklausiet saviem praviešiem un saviem zīlniekiem un saviem sapņotājiem un saviem vārdotājiem un saviem burvjiem, kas uz jums runā un saka: jūs nekalposiet Bābeles ķēniņam.
“Siz isə öz peyğəmbərlərinizə, falçılarınıza, yuxugörənlərinizə, gələcəyideyənlərinizə və cadugərlərinizə qulaq asmayın. Onlar sizə ‹Babil padşahına qulluq etməyəcəksiniz› söyləyir.
10 Jo tie jums sludina melus, lai Es jūs tālu aizvedu no jūsu zemes, un lai Es jūs izdzenu, un lai jūs ejat bojā.
Onlar sizə yalandan peyğəmbərlik edir. Bunun nəticəsində öz ölkənizdən qovulacaqsınız. Sizi sürgün edəcəyəm və məhv olacaqsınız.
11 Bet tiem ļaudīm, kas savu kaklu pados Bābeles ķēniņa jūgam un viņam kalpos, tiem Es likšu palikt savā zemē, saka Tas Kungs, un tie to apkops un tur dzīvos.
Ancaq Babil padşahının boyunduruğuna girən və ona qulluq edən milləti öz torpağında saxlayacağam. Torpağı əkib orada yaşayacaqlar” Rəbb belə bəyan edir».
12 Un Es runāju pēc visiem šiem vārdiem uz ķēniņu Cedeķiju, Jūda ķēniņu, un sacīju: padodiet savus kaklus Bābeles ķēniņa jūgam un kalpojiet viņam un viņa ļaudīm, tad jūs dzīvosiet.
Mən bütün bu sözləri Yəhuda padşahı Sidqiyaya bildirib dedim: «Babil padşahının boyunduruğuna girin, özünə və xalqına qulluq edin ki, sağ qalasınız.
13 Kāpēc jūs gribat mirt, tu un tavi ļaudis, caur zobenu, caur badu un caur mēri, kā Tas Kungs runājis par tiem ļaudīm, kas Bābeles ķēniņam nekalpos?
Babil padşahına qulluq etmək istəməyən hər millət Rəbbin dediyi kimi məhv olacaq. Sən və xalqın qılınc, aclıq və vəbadan nə üçün öləsiniz?
14 Tad neklausiet to praviešu vārdiem, kas uz jums runā un saka: jūs nekalposiet Bābeles ķēniņam, - jo tie jums sludina melus.
Sizə “Babil padşahına qulluq etməyəcəksiniz” deyən peyğəmbərlərə qulaq asmayın, çünki onlar sizə yalandan peyğəmbərlik edir.
15 Jo Es tos neesmu sūtījis, saka Tas Kungs, un tie Manā Vārdā sludina melus, lai Es jūs izdzenu, un jūs ejat bojā, jūs un tie pravieši, kas jums sludina.
Rəbb bəyan edir: “Onları Mən göndərmədim, onlar Mənim adımla yalandan peyğəmbərlik edir. Bunun nəticəsində Mən sizi sürgün edəcəyəm, siz də, sizə peyğəmbərlik edən peyğəmbərlər də həlak olacaqsınız”».
16 Es runāju arī uz tiem priesteriem un uz visiem šiem ļaudīm un sacīju: tā saka Tas Kungs: neklausiet savu praviešu vārdiem, kas jums sludina un saka: redzi, Tā Kunga nama trauki drīz taps pārvesti no Bābeles, jo tie jums sludina melus.
Mən kahinlərə və bütün bu xalqa söylədim: «Rəbb belə deyir: “‹Rəbbin məbədindən götürülən əşyalar tezliklə Babildən geri qaytarılacaq› deyib sizə peyğəmbərlik edən peyğəmbərlərinizin sözlərinə qulaq asmayın. Çünki sizə yalandan peyğəmbərlik edirlər.
17 Neklausiet tiem, kalpojiet Bābeles ķēniņam, tad jūs dzīvosiet. Kāpēc tad šai pilsētai būs tapt postītai?
Onlara qulaq asmayın, Babil padşahına qulluq edin ki, sağ qalasınız. Bu şəhər niyə viran olsun?
18 Bet ja tie ir pravieši, un ja Tā Kunga vārds ir pie viņiem, tad lai tie jel To Kungu Cebaot pielūdz, ka tie trauki, kas Tā Kunga namā un Jūda ķēniņa namā un Jeruzālemē atlikuši, nenāk uz Bābeli.
Əgər onlar peyğəmbərdirsə, Rəbbin sözünü söyləyirlərsə, qoy indi Ordular Rəbbinə yalvarsınlar ki, Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar Babilə aparılmasın”.
19 Jo tā saka Tas Kungs Cebaot par tiem pīlāriem un par to jūru un par tiem krēsliem un par tiem atlikušiem traukiem, kas šai pilsētā atlikuši,
Sütunlar, hovuz, ayaqlıqlar və bu şəhərdə qalan başqa əşyalar barədə Ordular Rəbbi belə deyir.
20 Ko Nebukadnecars, Bābeles ķēniņš, nav paņēmis, kad viņš Jekaniju, Jojaķima dēlu, Jūda ķēniņu, no Jeruzālemes aizveda uz Bābeli līdz ar visiem Jūda un Jeruzālemes cienīgiem -
Bəli, Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Yəhuda ilə Yerusəlimin bütün əyanlarını Yerusəlimdən Babilə sürgün etdiyi zaman Babil padşahı Navuxodonosorun aparmadığı,
21 Jo tā saka Tas Kungs Cebaot, Israēla Dievs, par tiem rīkiem, kas atlikuši Tā Kunga namā un Jūda ķēniņa namā un Jeruzālemē:
Rəbbin məbədində, Yəhuda padşahının sarayında və Yerusəlimdə qalan əşyalar barədə İsrailin Allahı Ordular Rəbbi belə deyir:
22 Tie taps aizvesti uz Bābeli, un tur tie būs līdz tai dienai, kad Es tos piemeklēšu, saka Tas Kungs, jo Es tos atvedīšu atpakaļ uz šo vietu.
“Onlar Babilə aparılacaq və Babillilərin işinə baxacağım günə qədər orada qalacaq. O zaman onları oradan çıxaracağam və bu yerə qaytaracağam” Rəbb belə bəyan edir».