< Apustuļu Darbi 25 >
1 Tad nu Festus, to zemes valdību uzņēmis, gāja pēc trim dienām no Cezarejas uz Jeruzālemi.
Vilayətə çatandan üç gün sonra Fest Qeysəriyyədən Yerusəlimə getdi.
2 Un tur viņam tas augstais priesteris un tie augstākie no tiem Jūdiem sūdzēja pret Pāvilu un viņu lūdza,
Başçı kahinlərlə Yəhudilərin nüfuzlu adamları Paulla bağlı şikayətlərini ona açıqladılar.
3 Želastības prasīdami pret viņu, ka tas viņu uz Jeruzālemi sūtītu, glūnēdami, ka viņu uz ceļa nokautu.
Onlara bir yaxşılıq etsin deyə Festə yalvararaq Paulun Yerusəlimə gətirilməsini xahiş etdilər, çünki onu öldürmək üçün yolda pusqu qururdular.
4 Tad Festus atbildēja, ka Pāvils topot sargāts Cezarejā, un ka viņš pats gribot drīz turp aiziet.
Fest cavab verdi: «Paul Qeysəriyyədə həbsdədir və tezliklə özüm də oraya gedəcəyəm.
5 Kas nu jūsu starpā to var (tā viņš sacīja), tie lai līdz noiet un to apsūdz, ja kāda vaina ir pie šā vīra.
Aranızda səlahiyyəti olanlar mənimlə getsin və əgər bu kişi haqsızlıq edibsə, onu ittiham etsin».
6 Un kad viņš pie tiem vairāk kā desmit dienas bija palicis, tad viņš nāca uz Cezareju un otrā dienā, uz soģa krēsla sēdēdams, viņš pavēlēja, Pāvilu atvest.
Fest onların yanında səkkiz ya on gündən artıq qalmadı və Qeysəriyyəyə qayıtdı. Ertəsi gün hökm kürsüsünə çıxıb Paulun gətirilməsini əmr etdi.
7 Un kad tas bija atnācis, tad tie no Jeruzālemes nākušie Jūdi apkārt stāvēja, daudz un grūtas vainas pret Pāvilu nesdami, ko tie nevarēja pierādīt.
Paul içəri girəndə Yerusəlimdən gələn Yəhudilər onun ətrafını bürüdü və onun barəsində dəlil-sübutsuz bir çox ağır ittihamlar irəli sürdülər.
8 Jo tas tā aizbildinājās: “Es neko neesmu grēkojis, ne pret Jūdu bauslību, ne pret Dieva namu, ne pret ķeizaru.”
Paul «nə Yəhudilərin Qanununa, nə məbədə, nə də qeysərə qarşı heç bir günah işlətməmişəm» deyərək özünü müdafiə etdi.
9 Bet Festus gribēdams tiem Jūdiem pa prātam darīt, atbildēja un uz Pāvilu sacīja: “Vai tu gribi uz Jeruzālemi iet, lai es tevi tur tiesāju par šīm lietām?”
Yəhudilərin rəğbətini qazanmaq üçün Fest Paula belə dedi: «Bu iş üzrə mənim qarşımda mühakimənin Yerusəlimdə olmasını istəyirsənmi?»
10 Bet Pāvils sacīja: “Es stāvu priekš ķeizara soģa krēsla, tur man pienākas tapt tiesātam, tiem Jūdiem es nekādu netaisnību neesmu darījis, kā arī tu jo labi zini.
Paul dedi: «Mən qeysərin hökm kürsüsünün qarşısında dayanmışam. Mənim məhkəməm burada olmalıdır. Sən özün də yaxşı bilirsən ki, Yəhudilərə qarşı heç bir haqsızlıq etməmişəm.
11 Bet ja es netaisnību esmu darījis un nāvi kaut kā pelnījis, tad es neliedzos mirt; bet ja tas nav nekas, par ko tie mani apsūdz, tad neviens pēc viņu patikšanas mani viņiem nevar nodot. Es ķeizaru piesaucu.”
Əgər haqsızlıq etmişəmsə, ölüm cəzasına layiq bir iş tutmuşamsa, ölümdən qaçmıram. Yox, əgər bunların ittihamları əsassızdırsa, məni onların əlinə təslim etmək üçün heç kimin səlahiyyəti yoxdur. Mən qeysərin məhkəməsinə müraciət etmək istəyirəm».
12 Tad Festus ar tiem runas kungiem sarunājies atbildēja: “Ķeizaru tu esi piesaucis, pie ķeizara tev būs noiet.”
Fest öz məsləhət şurası ilə müşavirə keçirəndən sonra cavab verdi: «Sən qeysərin məhkəməsinə müraciət etmək istədiyin üçün qeysərin yanına gedəcəksən».
13 Bet kad kādas dienas bija pagājušās, tad ķēniņš Agrippa un Berniķe nāca uz Cezareju, Festu apsveicināt.
Bir neçə gündən sonra padşah Aqrippa ilə Berniki Festi təbrik etmək üçün Qeysəriyyəyə gəldi.
14 Un kad tie kādas dienas tur bija pakavējušies, Festus ķēniņam stāstīja Pāvila lietas sacīdams: “Še ir viens vīrs no Felika atstāts cietumā;
Bir müddət orada qaldılar. Fest bu ərəfədə Paulun işini padşaha danışdı. O dedi: «Bir kişi var, Feliks onu məhbus saxlayaraq gedib.
15 Par to, kad es biju Jeruzālemē, tie augstie priesteri un Jūdu vecaji pienesa sūdzību un lūdza spriedumu pret viņu;
Yerusəlimdə olduğum ərəfədə Yəhudilərin başçı kahinləri ilə ağsaqqalları onunla bağlı şikayətlərini açıqladı və onu cəzalandırmağımı istədi.
16 Tiem es atbildēju: Romiešiem nav ieradums, kādu cilvēku nodot uz nomaitāšanu, pirms tas, kas apsūdzēts, tos sūdzētājus nav redzējis savā priekšā un nav vaļu dabūjis par to sūdzību aizbildināties.
Mən dedim ki, ittiham edilən şəxsi ittihamçılarla üzləşdirmədən, ona edilən ittihamlara müdafiə imkanı vermədən, onlara təslim etmək Romalıların adətinə xas deyil.
17 Kad nu tie šeitan bija sanākuši, tad es bez nekādas kavēšanās otrā dienā uz soģa krēsla sēdēdams pavēlēju, to vīru atvest;
Onlar mənimlə buraya toplananda heç bir vaxt itirmədən ertəsi gün hökm kürsüsünə çıxıb bu kişinin gətirilməsini əmr etdim.
18 Pret to tie sūdzētāji stāvēdami nekādu lietu nav pienesuši, ko es par ļaunu būtu uzskatījis.
Amma ittihamçılar qalxıb danışanda mənim gözlədiyim cinayətlərin heç biri ilə onu təqsirləndirmədilər.
19 Bet tiem bija kādas apjautāšanas pret viņu par savu pašu māņu ticību un par kādu Jēzu, kas esot nomiris, par ko Pāvils sacīja, Viņu esam dzīvu.
Lakin onunla öz dinləri barədə bir neçə məsələ qaldırdılar. Bunlar ölmüş və Paulun iddiasına görə sağ olan İsa adlı bir şəxslə bağlı məsələlərdir.
20 Un šo strīdus lietu labi nesaprazdams, es sacīju: vai tas gribot uz Jeruzālemi iet un tur par šīm lietām likties tiesāties.
Bunları necə tədqiq edəcəyimdən şübhələndiyim üçün ondan soruşdum ki, Yerusəlimə gedib bu iş üçün orada mühakimə olmağa razıdır ya yox.
21 Bet kad Pāvils prasīja, lai uz paša ķeizara spriedumu taptu sargāts; tad es pavēlēju to sargāt, tiekams es viņu pie ķeizara sūtīšu.”
Amma Paul imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə qalması barədə əmr verdim».
22 Un Agrippa sacīja uz Festu: “Es pats arīdzan šo cilvēku gribētu dzirdēt;” un viņš sacīja: “Rīt tu to dzirdēsi.”
Aqrippa Festə dedi: «Bu adama mən də qulaq asmaq istəyirəm». Fest dedi: «Sabah qulaq asarsan».
23 Tad nu otrā dienā, kad Agrippa un Berniķe ar lielu greznību nāca un ar tiem virsniekiem un tās pilsētas augstiem vīriem iegāja tiesas namā, Pāvils pēc Festus pavēles tapa atvests.
Ertəsi gün Aqrippa ilə Berniki təntənəli surətdə gəlib minbaşılar və şəhərin nüfuzlu şəxsləri ilə birlikdə iclas otağına daxil oldular. Festin əmrinə əsasən Paulu içəri gətirdilər.
24 Un Festus sacīja: “Agrippa ķēniņ un visi jūs vīri, kas klāt esat, jūs šo redzat, par ko visa Jūdu draudze tā Jeruzālemē kā arī šeitan mani ir piesaukusi un brēc, ka tam nebūs vairs dzīvot.
Fest dedi: «Ey padşah Aqrippa və burada bizimlə olan bütün cənablar, istər Yerusəlimdə, istərsə də burada, bütün Yəhudi xalqının şikayət etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha yaşamamalıdır!” deyə Yəhudilər hay-küy salırdı.
25 Bet es esmu atradis, ka tas neko nav darījis, ar ko nāvi būtu pelnījis; un tādēļ, ka tas pats ķeizaru ir piesaucis, tad es esmu spriedis, viņu sūtīt.
Amma mən nəticəyə gəldim ki, bu adam ölümə layiq heç bir iş görməyib. Lakin imperatorun məhkəməsinə müraciət etmək istədiyinə görə onu göndərmək qərarına gəldim.
26 Bet man par šo nav nekādas skaidrības, ko Tam Kungam lai rakstu. Tādēļ es jums to esmu priekšā vedis un visvairāk tev, ķēniņ Agrippa, lai es pēc notikušas izklausīšanas zinu, kas jāraksta.
Amma onun barəsində qəti bir sözüm yoxdur ki, cənabıma yazam. Ona görə də onu sizin qarşınıza, xüsusən, padşah Aqrippa, sənin qarşına çıxarıram ki, bu işin istintaqından sonra yazmağa sözüm olsun.
27 Jo man šķiet, aplamu lietu esam, vienu saistītu sūtīt un tās vainas pret to neuzrādīt.”
Çünki bir məhbusu imperatorun qarşısına göndərəndə ona edilən ittihamları göstərməmək mənə məntiqsiz göründü».