< Otra Ķēniņu 12 >
1 Jeūs septītā gadā Joas palika par ķēniņu un valdīja četrdesmit gadus Jeruzālemē. Un viņa mātei bija vārds Cibea no Bēršebas.
Yehunun padşahlığının yeddinci ilində Yoaş padşah oldu və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi.
2 Un Joas darīja, kas Tam Kungam labi patika, visu savu mūžu, kamēr priesteris Jojada viņu mācīja.
Kahin Yehoyada Yoaşı öyrətdiyi dövr ərzində Rəbbin gözündə doğru olan işlər etdi.
3 Tikai kalnu altāri netapa nopostīti; jo tie ļaudis upurēja un kvēpināja vēl uz tiem kalnu altāriem.
Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.
4 Un Joas sacīja uz tiem priesteriem: visu naudu, kas top dota Dievam par godu un nāk Tā Kunga namā, naudu, kas iet uz galvām, visu naudu, ko spriež par dvēseli, un visu naudu, ko dod no labprātības Tā Kunga namā,
Yoaş kahinlərə dedi: «Müqəddəs şeylər kimi Rəbbin məbədinə gətirilən gümüşü, siyahıyaalma zamanı toplanmış gümüşü, hər kəsin öz canı əvəzinə verdiyi gümüşü və Rəbbin məbədinə gətirmək üçün hər kəsin ürəyi istədiyi qədər verdiyi gümüşün hamısını
5 To priesteriem būs ņemt, ikkatram no sava pazīstama, un tiem būs izlabot tā nama plīsumus visur, kur tie plīsumus atrod.
kahinlərin hər biri öz xəzinədarından götürsün və məbəddə harada uçuq bir yer varsa, o uçuqları özləri təmir etsin».
6 Un notikās ķēniņa Joasa divdesmit un trešā gadā, ka tie priesteri nebija labojuši tā nama plīsumus,
Ancaq padşah Yoaşın padşahlığının iyirmi üçüncü ilində kahinlər hələ məbədin uçuqlarını təmir etməmişdilər.
7 Tad ķēniņš Joas aicināja priesteri Jojadu un tos citus priesterus un uz tiem sacīja: kāpēc jūs nelabojiet tā nama plīsumus. Un nu jums vairs nebūs ņemt naudu no saviem pazīstamiem, bet to dot priekš tā nama plīsumiem.
Padşah Yoaş kahin Yehoyadanı və o biri kahinləri çağırıb onlara dedi: «Nə üçün siz məbədin uçuqlarını təmir etmirsiniz? İndi daha xəzinədarlarınızdan özünüz üçün gümüş almayın, qoy bu gümüş məbədin uçuqlarının təmiri üçün verilsin».
8 Tad tie priesteri bija mierā, naudas no ļaudīm vairs neņemt, nedz nama plīsumus izlabot.
Kahinlər razı oldular ki, daha xalqdan gümüş almasınlar və məbədin uçuqlarını da özləri təmir etməsinlər.
9 Un priesteris Jojada ņēma šķirstu un ieurba tā vākā caurumu, un to lika sānis altārim pa labo roku; kad kāds nāca Tā Kunga namā, tad tie priesteri, kas slieksni sargāja, tur ielika to naudu, ko ienesa Tā Kunga namā.
Kahin Yehoyada bir sandıq götürdü və onun qapağında dəlik açdı. Onu qurbangahın yanına, Rəbbin məbədinə girən yerdə sağ tərəfə qoydu. Astana keşikçisi olan kahinlər Rəbbin məbədinə gətirilən gümüşün hamısını oraya qoyardı.
10 Kad nu redzēja daudz naudas šķirstā esam, tad ķēniņa skrīveris un augstais priesteris nāca un sasēja un skaitīja to naudu, ko atrada Tā Kunga namā.
Sandıqda çoxlu gümüş olduğunu görəndə padşahın mirzəsi və baş kahin gələrək Rəbbin məbədində tapılan gümüşü torbalara doldurub tərəzidə çəkirdilər.
11 Un tie to naudu ieskaitīja rokā darba uzraugiem, kas bija iecelti pār Tā Kunga namu. Un tie to izdeva amatniekiem un nama būvētājiem, kas pie Tā Kunga nama strādāja,
Çəkilən gümüşü Rəbbin məbədinin işinə nəzarət edən rəislərə verirdilər. Onlar da bunu Rəbbin məbədində işləyən dülgərlərə, ustalara,
12 Un mūrniekiem un akmeņu cirtējiem, pirkt kokus un cirstus akmeņus, izlabot Tā Kunga nama plīsumus un izdot par visu, kas bija vajadzīgs, izlabot Tā Kunga namu.
bənnalara, daşyonanlara, Rəbbin məbədinin uçuqlarını təmir etmək üçün taxta və yonulmuş daşlar satın alan adamlara verir və məbədin bütün təmir işlərinə xərcləyirdilər.
13 Bet sudraba kausus, nažus, bļodas, trumetes un visādas zelta un sudraba lietas priekš Tā Kunga nama netaisīja no tās naudas, ko sanesa Tā Kunga namā,
Ancaq Rəbbin məbədinə gətirilmiş gümüşdən məbəd üçün gümüş kasalar, maqqaşlar, piyalələr, kərənaylar və qızıl yaxud gümüş qablar düzəldilmirdi.
14 Bet tie to deva strādniekiem, izlabot ar to Tā Kunga namu.
Çünki gümüşü iş görənlərə verirdilər və onunla Rəbbin məbədini təmir edirdilər.
15 Un atbildēšanu neprasīja no tiem vīriem, kam tā nauda bija dota, to dot strādniekiem, bet tie to darīja uz ticību.
İş görənlərə vermək üçün əllərinə gümüş verdikləri adamlardan hesabat istəmirdilər, çünki onlar sədaqətlə çalışırdılar.
16 Nauda no noziegumu upuriem un nauda no grēku upuriem netapa nesta Tā Kunga namā, tā nācās priesteriem.
Təqsir təqdimlərinin və günah təqdimlərinin gümüşü Rəbbin məbədinə gətirilmədi, çünki o, kahinlərin idi.
17 To brīdi Azaēls, Sīriešu ķēniņš, cēlās un karoja pret Gatu un to uzņēma. Un Azaēls griezās iet pret Jeruzālemi.
O vaxt Aram padşahı Xazael gəldi və Qata hücum edib oranı aldı. Sonra o, Yerusəlimə hücum etməyə yönəldi.
18 Tad Joas, Jūda ķēniņš, ņēma visas svētās dāvanas, ko viņa tēvi Jehošafats un Jehorams un Ahazija, Jūda ķēniņi, Dievam bija dāvinājuši, ir tās dāvanas, ko viņš pats bija devis, un visu zeltu, kas atradās Tā Kunga namā un pie ķēniņa nama mantām, un to sūtīja Azaēlim, Sīriešu ķēniņam. Tad šis aizgāja no Jeruzālemes.
Yəhuda padşahı Yoaş babaları olan Yəhuda padşahları Yehoşafatın, Yehoramın və Axazyanın təqdis etdiyi bütün şeyləri, özünün təqdis etdiyi şeyləri, Rəbbin məbədinin və sarayın xəzinələrində tapılan bütün qızılı götürüb Aram padşahı Xazaelə göndərdi. O da Yerusəlimdən geri çəkildi.
19 Un kas vēl par Joasu stāstāms, un viss, ko viņš darījis, tas ir rakstīts Jūda ķēniņu laiku grāmatā.
Yoaşın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
20 Un viņa kalpi cēlās un derēja derību un nokāva Joasu Millus namā, kur iet uz Sillu.
Əyanları qalxıb ona qəsd hazırladılar və Sillaya enən yoldakı Bet-Milloda Yoaşı vurdular.
21 Jo Jozakars, Šimeata dēls, un Jozabats, Šomera dēls, viņa kalpi, to nokāva, ka tas nomira; un viņu apraka pie viņa tēviem Dāvida pilī. Un viņa dēls Amacīja palika par ķēniņu viņa vietā.
Onu vuranlar əyanları Şimeat oğlu Yozakar və Şomer oğlu Yehozavad idi. Yoaş ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Amasya padşah oldu.