< Proverbiorum 2 >

1 fili mi si susceperis sermones meos et mandata mea absconderis penes te
Oğlum, əgər sözlərimi qəbul etsən, Əmrlərimi qorusan,
2 ut audiat sapientiam auris tua inclina cor tuum ad noscendam prudentiam
Qulağını hikmətə tərəf çevirsən, Ürəyini dərrakəyə tərəf meyl etdirsən,
3 si enim sapientiam invocaveris et inclinaveris cor tuum prudentiae
Sən, həqiqətən, idrakı çağırsan, Səs ucaldıb dərrakəni səsləsən,
4 si quaesieris eam quasi pecuniam et sicut thesauros effoderis illam
Bunları gümüş kimi axtarsan, Gizli xəzinə kimi arasan,
5 tunc intelleges timorem Domini et scientiam Dei invenies
Onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan.
6 quia Dominus dat sapientiam et ex ore eius scientia et prudentia
Çünki Rəbb hikmət verir, Onun ağzından bilik və dərrakə çıxır.
7 custodiet rectorum salutem et proteget gradientes simpliciter
O, əməlisalehlərin sağlam şüurunu qoruyur, Kamalla gəzənlərə sipər olur.
8 servans semitas iustitiae et vias sanctorum custodiens
O, ədalətin yollarını qoruyur, Möminlərin yollarını hifz edir.
9 tunc intelleges iustitiam et iudicium et aequitatem et omnem semitam bonam
Onda salehlik və ədaləti dərk edərsən, İnsafı, bütün yaxşı yolları tanıyarsan.
10 si intraverit sapientia cor tuum et scientia animae tuae placuerit
Hikmət qəlbinə dolar, Bilikdən könlün xoş olar.
11 consilium custodiet te prudentia servabit te
İdrak səni hifz edər, Dərrakə səni qoruyar.
12 ut eruaris de via mala ab homine qui perversa loquitur
Hikmət səni pislərin yolundan, Sözü məkrli adamlardan qurtarar.
13 qui relinquunt iter rectum et ambulant per vias tenebrosas
Onlar düz yolları atıblar, Qaranlıq yollarda dolanırlar.
14 qui laetantur cum malefecerint et exultant in rebus pessimis
Şər iş görəndə şad olurlar, Şərin məkrindən xoşhallanırlar.
15 quorum viae perversae et infames gressus eorum
Bu adamların yolları əyridir, Onlar dolaşıq yollarla gedir.
16 ut eruaris a muliere aliena et ab extranea quae mollit sermones suos
Hikmət səni yad arvaddan, Şirin dilli əxlaqsız qadından qurtarar.
17 et relinquit ducem pubertatis suae
Bu qadın gənc vaxtı getdiyi ərini atıb, Allahının əhdini unudub.
18 et pacti Dei sui oblita est inclinata est enim ad mortem domus eius et ad impios semitae ipsius
Onun evi ölümə, Yolları qəbiristanlığa aparar.
19 omnes qui ingrediuntur ad eam non revertentur nec adprehendent semitas vitae
Yanına gələn kimsə geri qayıtmaz, Bir daha həyat yollarına çatmaz.
20 ut ambules in via bona et calles iustorum custodias
Beləliklə, yaxşıların yolu ilə gedərsən, Salehlərin yollarına bağlı qalarsan.
21 qui enim recti sunt habitabunt in terra et simplices permanebunt in ea
Çünki əməlisalehlər yer üzündə sakin olacaq, Kamillər burada qalacaq.
22 impii vero de terra perdentur et qui inique agunt auferentur ex ea
Pis adamlar bu torpaqdan atılacaq, Xainlərin kökü buradan qoparılacaq.

< Proverbiorum 2 >