< Deuteronomii 1 >

1 haec sunt verba quae locutus est Moses ad omnem Israhel trans Iordanem in solitudine campestri contra mare Rubrum inter Pharan et Thophel et Laban et Aseroth ubi auri est plurimum
İordan çayının şərq tərəfində səhrada Paranla Tofel, Lavan, Xaserot və Di-Zahav arasında, Sufun qarşısında olan Arava vadisində Musanın bütün İsraillilərə söylədiyi sözlər bunlar idi:
2 undecim diebus de Horeb per viam montis Seir usque Cadesbarne
Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi.
3 quadragesimo anno undecimo mense prima die mensis locutus est Moses ad filios Israhel omnia quae praeceperat illi Dominus ut diceret eis
Misirdən çıxdıqlarının qırxıncı ilində, on birinci ayın birində Musa Rəbbin İsrail övladları üçün ona əmr etdiyi hər şeyi söylədi.
4 postquam percussit Seon regem Amorreorum qui habitavit in Esebon et Og regem Basan qui mansit in Aseroth et in Edrai
Musa Xeşbonda yaşayan Emorluların padşahı Sixonu və Aştarotda, Edreidə yaşayan Başan padşahı Oqu məğlub edəndən sonra bu nitqi söylədi.
5 trans Iordanem in terra Moab coepitque Moses explanare legem et dicere
İordan çayının şərq tərəfində yerləşən Moav torpağında Musa bu Qanunu izah etməyə başladı.
6 Dominus Deus noster locutus est ad nos in Horeb dicens sufficit vobis quod in hoc monte mansistis
«Xorevdə olanda Allahımız Rəbb bizə belə dedi: “Bəsdir bu dağda yaşadığınız!
7 revertimini et venite ad montem Amorreorum et ad cetera quae ei proxima sunt campestria atque montana et humiliora loca contra meridiem et iuxta litus maris terram Chananeorum et Libani usque ad flumen magnum Eufraten
Qalxın buradan köçüb Emorluların dağlıq bölgəsinə, Arava vadisində, dağlarda, yamaclı-düzənlikli bölgədə, Negevdə və dəniz kənarında yaşayan bütün qonşu xalqların arasına, böyük Fərat çayına qədər uzanan Kənan torpağına və Livana gedin.
8 en inquit tradidi vobis ingredimini et possidete eam super qua iuravit Dominus patribus vestris Abraham et Isaac et Iacob ut daret illam eis et semini eorum post eos
Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”.
9 dixique vobis illo in tempore
O vaxt mən sizə belə dedim: “Təkbaşına sizin yükünüzü daşıya bilmərəm.
10 non possum solus sustinere vos quia Dominus Deus vester multiplicavit vos et estis hodie sicut stellae caeli plurimae
Allahınız Rəbb sizi çoxaltdı və budur, bu gün siz göydəki ulduzlar qədər çoxsunuz.
11 Dominus Deus patrum vestrorum addat ad hunc numerum multa milia et benedicat vobis sicut locutus est
Qoy atalarınızın Allahı Rəbbin söylədiyi kimi olsun, sizə xeyir-dua verərək olduğunuzdan min qat artıq etsin.
12 non valeo solus vestra negotia sustinere et pondus ac iurgia
Axı mən təkbaşına zəhmətinizə, əziyyətinizə və münaqişələrinizə necə tab gətirim?
13 date e vobis viros sapientes et gnaros et quorum conversatio sit probata in tribubus vestris ut ponam eos vobis principes
Özünüz üçün hər qəbilədən müdrik, uzaqgörən və təcrübəli adamlar seçin. Mən onları sizə başçı təyin edəcəyəm”.
14 tunc respondistis mihi bona res est quam vis facere
Siz də “sən deyən yaxşıdır” dediniz.
15 tulique de tribubus vestris viros sapientes et nobiles et constitui eos principes tribunos et centuriones et quinquagenarios ac decanos qui docerent vos singula
Mən qəbilələrinizin müdrik və təcrübəli ağsaqqallarından götürüb sizə minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları təyin etdim.
16 praecepique eis dicens audite illos et quod iustum est iudicate sive civis sit ille sive peregrinus
O vaxt hakimlərinizə belə əmr etdim: “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yadelli arasında olsun, hökm çıxararkən ədalətli olun.
17 nulla erit distantia personarum ita parvum audietis ut magnum nec accipietis cuiusquam personam quia Dei iudicium est quod si difficile vobis aliquid visum fuerit referte ad me et ego audiam
Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”.
18 praecepique omnia quae facere deberetis
O vaxt edəcəyiniz şeylərin hamısını sizə əmr etdim.
19 profecti autem de Horeb transivimus per heremum terribilem et maximam quam vidistis per viam montis Amorrei sicut praeceperat Dominus Deus noster nobis cumque venissemus in Cadesbarne
Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq.
20 dixi vobis venistis ad montem Amorrei quem Dominus Deus noster daturus est nobis
Mən orada sizə dedim: “Allahınız Rəbbin bizə verdiyi Emorluların dağlıq bölgəsinə çatdınız.
21 vide terram quam Dominus Deus tuus dat tibi ascende et posside eam sicut locutus est Dominus Deus patribus tuis noli metuere nec quicquam paveas
Budur, Allahınız Rəbb torpağı sizə verdi. Atalarınızın Allahı Rəbbin sizə söylədiyi kimi qalxın, oranı mülk edin. Heç nədən qorxub çəkinməyin”.
22 et accessistis ad me omnes atque dixistis mittamus viros qui considerent terram et renuntient per quod iter debeamus ascendere et ad quas pergere civitates
O zaman hamınız yanıma gəlib dediniz: “Adamlar göndərək, qoy əvvəlcə torpağı onlar nəzərdən keçirsinlər. Qoy gedəcəyimiz yol və çatacağımız şəhərlər barədə bizə məlumat gətirsinlər”.
23 cumque mihi sermo placuisset misi e vobis duodecim viros singulos de tribubus suis
Bu fikir xoşuma gəldi. Hər qəbilədən bir nəfər olmaqla aranızdan on iki nəfər götürdüm.
24 qui cum perrexissent et ascendissent in montana venerunt usque ad vallem Botri et considerata terra
Onlar dağlıq bölgəsinə qalxdılar. Eşkol vadisinə qədər gəlib oranı gözdən keçirdilər.
25 sumentes de fructibus eius ut ostenderent ubertatem adtulerunt ad nos atque dixerunt bona est terra quam Dominus Deus noster daturus est nobis
Bu torpağın məhsullarından əllərinə götürüb yanımıza qayıtdılar və belə məlumat verdilər: “Allahımız Rəbbin bizə vermək istədiyi münbit torpaqdır”.
26 et noluistis ascendere sed increduli ad sermonem Domini Dei nostri
Siz isə Allahımız Rəbbin əmrinə qarşı çıxaraq oraya qalxmaq istəmədiniz.
27 murmurati estis in tabernaculis vestris atque dixistis odit nos Dominus et idcirco eduxit nos de terra Aegypti ut traderet in manu Amorrei atque deleret
Öz çadırlarınızda deyindiniz: “Rəbb bizə nifrət edir. Bizi Misir ölkəsindən ona görə çıxartdı ki, Emorlulara təslim etsin və həlak etsin.
28 quo ascendemus nuntii terruerunt cor nostrum dicentes maxima multitudo est et nobis in statura procerior urbes magnae et ad caelum usque munitae filios Enacim vidimus ibi
Axı biz hara gedirik? Soydaşlarımız ‹o xalq sayca bizdən çox və ucaboydur, böyük şəhərləri, göyə çatan hasarları var, Anaqlıları da orada gördük› deyə-deyə bizdə ürək qoymadılar”.
29 et dixi vobis nolite metuere nec timeatis eos
Onda mən sizə dedim: “Onlardan qorxub çəkinməyin.
30 Dominus Deus qui ductor est vester pro vobis ipse pugnabit sicut fecit in Aegypto videntibus cunctis
Allahınız Rəbb qarşınızca gedir. Sizin üçün Özü döyüşəcək. Misirdə və səhrada gözünüz qarşısında sizin üçün etdiyi hər şeyi yenə də edəcəkdir.
31 et in solitudine ipse vidisti portavit te Dominus Deus tuus ut solet homo gestare parvulum filium suum in omni via per quam ambulasti donec veniretis ad locum istum
İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”.
32 et nec sic quidem credidistis Domino Deo vestro
Buna baxmayaraq, sizə düşərgə salmağa yer axtarmaq və gedəcəyiniz yolu göstərmək üçün gecə alovla, gündüz buludla
33 qui praecessit vos in via et metatus est locum in quo tentoria figere deberetis nocte ostendens vobis iter per ignem et die per columnam nubis
qarşınızca yol gedən Rəbbə etibar etmədiniz.
34 cumque audisset Dominus vocem sermonum vestrorum iratus iuravit et ait
Rəbb bu danışığınızı eşidib qəzəbləndi və and içərək dedi:
35 non videbit quispiam de hominibus generationis huius pessimae terram bonam quam sub iuramento pollicitus sum patribus vestris
“Atalarınıza vermək üçün and etdiyim bu gözəl torpağı Yefunne oğlu Kalevdən başqa bu iyrənc nəslin adamlarından heç biri görməyəcək.
36 praeter Chaleb filium Iepphonne ipse enim videbit eam et ipsi dabo terram quam calcavit et filiis eius quia secutus est Dominum
Oranı Kalev görəcək. Tamamilə Rəbbin ardınca getdiyi üçün ayaq basdığı torpağı ona və övladlarına verəcəyəm”.
37 nec miranda indignatio in populum cum mihi quoque iratus Dominus propter vos dixerit nec tu ingredieris illuc
Sizin ucbatınızdan Rəbb mənə də qəzəbləndi və belə dedi: “Sən də oraya girməyəcəksən.
38 sed Iosue filius Nun minister tuus ipse intrabit pro te hunc exhortare et robora et ipse terram sorte dividat Israheli
Oraya sənin köməkçin Nun oğlu Yeşua girəcək. Onu cəsarətləndir, çünki torpağı İsraillilərə irs olaraq o böləcək.
39 parvuli vestri de quibus dixistis quod captivi ducerentur et filii qui hodie boni ac mali ignorant distantiam ipsi ingredientur et ipsis dabo terram et possidebunt eam
‹Əsir olacaqlar› dediyiniz balalarınız, yaxşını pisdən hələ ayıra bilməyən uşaqlarınız oraya girəcəklər. Ölkəni onlara verəcəyəm, oranı onlar mülk olaraq alacaqlar.
40 vos autem revertimini et abite in solitudinem per viam maris Rubri
Siz isə dönüb Qırmızı dəniz yolundan səhraya köçün”.
41 et respondistis mihi peccavimus Domino ascendemus atque pugnabimus sicut praecepit Dominus Deus noster cumque instructi armis pergeretis in montem
Sonra siz mənə belə cavab verdiniz: “Rəbbə qarşı günah etdik. Allahımız Rəbbin bizə etdiyi əmrə əsasən çıxıb döyüşəcəyik”. Hamınız dağlığa çıxmağın asan olduğunu düşünərək döyüş silahlarına sarıldınız.
42 ait mihi Dominus dic ad eos nolite ascendere neque pugnetis non enim sum vobiscum ne cadatis coram inimicis vestris
Rəbb mənə dedi: “Onlara de ki, aralarında Mən yoxam. Döyüşə çıxmasınlar, yoxsa düşmənlərinə məğlub olarlar”.
43 locutus sum et non audistis sed adversantes imperio Domini et tumentes superbia ascendistis in montem
Siz isə mənim sözümə qulaq asmadınız. Rəbbin əmrinə qarşı çıxaraq döyüşə çıxmağa cürət etdiniz.
44 itaque egressus Amorreus qui habitabat in montibus et obviam veniens persecutus est vos sicut solent apes persequi et cecidit de Seir usque Horma
Bu dağlıq bölgəsində yaşayan Emorlular müqavimət göstərərək sizi arı kimi qovdular və sizi Seirdən Xormaya qədər qırdılar.
45 cumque reversi ploraretis coram Domino non audivit vos nec voci vestrae voluit adquiescere
Belə olanda qayıdıb Rəbbin hüzurunda ağladınız, lakin Rəbb səsinizi eşitmədi və sizə qulaq asmadı.
46 sedistis ergo in Cadesbarne multo tempore
Uzun müddət yerinizdəcə – Qadeşdə qaldınız.

< Deuteronomii 1 >