< Proverbiorum 11 >
1 Statera dolosa, abominatio est apud Deum: et pondus aequum, voluntas eius.
Aldadıcı tərəzi Rəbdə ikrah yaradar, Rəbb düz çəki daşından razı qalar.
2 Ubi fuerit superbia, ibi erit et contumelia: ubi autem est humilitas, ibi et sapientia.
Lovğalıq gələndə şərəfsizlik gətirər, Hikmət itaətkarın yanına gələr.
3 Simplicitas iustorum diriget eos: et supplantatio perversorum vastabit illos.
Əməlisalehi kamillik yolu aparar, Xəyanətkar əyriliyindən məhv olar.
4 Non proderunt divitiae in die ultionis: iustitia autem liberabit a morte.
Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, Amma salehlik insanı ölümdən qurtarar.
5 Iustitia simplicis diriget viam eius: et in impietate sua corruet impius.
Kamil insanın yolunu salehliyi düz edər, Şər adamı pisliyi yıxar.
6 Iustitia rectorum liberabit eos: et in insidiis suis capientur iniqui.
Əməlisalehi salehliyi qurtarar, Xaini acgözlüyü tələyə salar.
7 Mortuo homine impio, nulla erit ultra spes: et expectatio solicitorum peribit.
Şər insan ölər, ümidi də boşa çıxar, Pislərin arzusu itib-batar.
8 Iustus de angustia liberatus est: et tradetur impius pro eo.
Saleh dardan qurtular, Onun yerinə pis insan dara düşər.
9 Simulator ore decipit amicum suum: iusti autem liberabuntur scientia.
Allahsızın dili qonşusunu məhv edər, Bilik salehi xilas edər.
10 In bonis iustorum exultabit civitas: et in perditione impiorum erit laudatio.
Salehlər xeyrə çatanda bütün şəhər şad olar, Şər adamlar öləndə sevinc harayı qalxar.
11 Benedictione iustorum exaltabitur civitas: et ore impiorum subvertetur.
Əməlisalehlərin alqışı şəhəri şərəfə çatdırar, Lakin şərin qarğışı oranı viran qoyar.
12 Qui despicit amicum suum, indigens corde est: vir autem prudens tacebit.
Qanmaz qonşusuna xor baxar, Dərrakəli insan dinc dayanar.
13 Qui ambulat fraudulenter, revelat arcana: qui autem fidelis est, celat amici commissum.
Sözgəzdirən sirləri açıb yayar, Etibarlı adam sözü gizli saxlar.
14 Ubi non est gubernator, populus corruet: salus autem, ubi multa consilia.
Düz məsləhət verilməyən yerdə xalq yıxılar, Doğru nəsihət verən çoxdursa, xalq qurtuluşa çatar.
15 Affligetur malo, qui fidem facit pro extraneo: qui autem cavet laqueos, securus erit.
Özgəyə zamin duran özünü bəlaya salar, Belə zaminlikdən zəhləsi gedən dinc yaşar.
16 Mulier gratiosa inveniet gloriam: et robusti habebunt divitias.
Mehriban qadın şərəfdən, Zalım insan isə sərvətdən yapışar.
17 Benefacit animae suae vir misericors: qui autem crudelis est, etiam propinquos abiicit.
İnsanın sadiqliyi ona xeyir gətirər, Qəddar adam özünə əzab verər.
18 Impius facit opus instabile: seminanti autem iustitiam merces fidelis.
Şər adam saxta mükafat qazanar, Salehlik toxumu əkən, həqiqətən, onun əvəzini alar.
19 Clementia praeparat vitam: et sectatio malorum mortem.
Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar.
20 Abominabile Domino cor pravum: et voluntas eius in iis, qui simpliciter ambulant.
Əyri ürəkli olmaq Rəbdə ikrah yaradar, O, yolu kamil olanlardan razı qalar.
21 Manus in manu non erit innocens malus: semen autem iustorum salvabitur.
Doğrudan da, pis cəzasız qalmaz, Salehlərin nəsli xilas olar.
22 Circulus aureus in naribus suis, mulier pulchra et fatua.
Bir gözəl qadının xoş rəftarı olmazsa, Burnuna qızıl halqa taxılmış donuza bənzər.
23 Desiderium iustorum omne bonum est: praestolatio impiorum furor.
Salehlər yalnız yaxşılıq arzular, Şər adama qəzəb nəsib olar.
24 Alii dividunt propria, et ditiores fiunt: alii rapiunt non sua, et semper in egestate sunt.
Əliaçıq adamın bərəkəti artar, Başqasının qazancını yeyən ehtiyaca düşər.
25 Anima, quae benedicit, impinguabitur: et qui inebriat, ipse quoque inebriabitur.
Comərd bolluğa yetişər, Su verənə su verilər.
26 Qui abscondit frumenta, maledicetur in populis: benedictio autem super caput vendentium.
Taxılı anbarda gizlədənə camaat lənət oxuyar, Onu satanın başına bərəkət yağar.
27 Bene consurgit diluculo qui quaerit bona: qui autem investigator malorum est, opprimetur ab eis.
Səylə yaxşılığın ardınca gedən lütf axtarar, Şər ardınca düşən isə başını bəlaya salar.
28 Qui confidit in divitiis suis, corruet: iusti autem quasi virens folium germinabunt.
Sərvətinə güvənənlər yıxılar, Salehlər isə yaşıl yarpaq kimi təzələnər.
29 Qui conturbat domum suam, possidebit ventos: et qui stultus est, serviet sapienti.
Külfətini əzaba salanın nəsibi yel tək sovrular, Qəlbində hikmət olana səfeh qul olar.
30 Fructus iusti lignum vitae: et qui suscipit animas, sapiens est.
Salehin barı həyat ağacıdır, Hikmətli insan canları qurtarar.
31 Si iustus in terra recipit, quanto magis impius et peccator?
Əgər bu dünyada salehlərə belə, cəza verilirsə, Pislərə, günahkarlara gör nə qədər cəza verilər!