< Proverbiorum 10 >

1 Filius sapiens lætificat patrem, filius vero stultus mœstitia est matris suæ.
Süleymanın məsəlləri: Hikmətli oğul atasını sevindirər, Axmaq oğul anasına dərd gətirər.
2 Nil proderunt thesauri impietatis, justitia vero liberabit a morte.
Şər yolla yığılan xəzinədən fayda götürmək olmaz, Amma salehlik insanı ölümdən qurtarar.
3 Non affliget Dominus fame animam justi, et insidias impiorum subvertet.
Rəbb saleh insanı ac qoymaz, O, acgöz pisləri doydurmaz.
4 Egestatem operata est manus remissa; manus autem fortium divitias parat. Qui nititur mendaciis, hic pascit ventos; idem autem ipse sequitur aves volantes.
Tənbəlin əlləri onu yoxsullaşdırar, Çalışqanın əli sərvət qazanar.
5 Qui congregat in messe, filius sapiens est; qui autem stertit æstate, filius confusionis.
Ağıllı oğul yayda məhsul yığar, Biçin vaxtı yatan oğul rüsvay olar.
6 Benedictio Domini super caput justi; os autem impiorum operit iniquitas.
Saleh insanın başından bərəkət yağar, Şər adamın dili zorakılığı gizli saxlar.
7 Memoria justi cum laudibus, et nomen impiorum putrescet.
Saleh insanın adı xeyir-dua ilə çağırılar, Şər adamın adı isə çürüyər.
8 Sapiens corde præcepta suscipit; stultus cæditur labiis.
Qəlbən hikmətli olan əmrləri qəbul edər, Səfeh boşboğazlığı üzündən itib-batar.
9 Qui ambulat simpliciter ambulat confidenter; qui autem depravat vias suas manifestus erit.
Kamalla gəzib-dolaşan dinc yaşar, Yolu əyri olanlar üzə çıxar.
10 Qui annuit oculo dabit dolorem; et stultus labiis verberabitur.
Göz vuran başına bəla açar, Səfeh boşboğazlığı üzündən itib-batar.
11 Vena vitæ os justi, et os impiorum operit iniquitatem.
Salehin ağzı həyat qaynağı olar, Amma şər adamın dili zorakılığı gizli saxlar.
12 Odium suscitat rixas, et universa delicta operit caritas.
Nifrət nifaq yaradar, Lakin məhəbbət bütün günahları örtər.
13 In labiis sapientis invenitur sapientia, et virga in dorso ejus qui indiget corde.
Dərrakəlinin dilindən hikmət tökülər, Qanmaz kürəyindən kötəklənər.
14 Sapientes abscondunt scientiam; os autem stulti confusioni proximum est.
Hikmətli adamlar bilik toplar, Səfehin boşboğazlığı onu bəlaya yaxınlaşdırar.
15 Substantia divitis, urbs fortitudinis ejus; pavor pauperum egestas eorum.
Zənginin var-dövləti ona qalalı şəhərdir, Kasıbı yoxsulluq bəlaya salar.
16 Opus justi ad vitam, fructus autem impii ad peccatum.
Salehin mükafatı həyatdır, Şər adamınsa qazancı günahdır.
17 Via vitæ custodienti disciplinam; qui autem increpationes relinquit, errat.
Tərbiyəyə bağlanan həyat yolunda olar, Məzəmməti rədd edən yolunu azar.
18 Abscondunt odium labia mendacia; qui profert contumeliam, insipiens est.
Nifrətini gizlədən yalan danışar, Axmaq hər yana böhtanlar yayar.
19 In multiloquio non deerit peccatum, qui autem moderatur labia sua prudentissimus est.
Çox sözlərlə günahı azaltmaq olmaz, Dilini saxlayan ağıllıdır.
20 Argentum electum lingua justi; cor autem impiorum pro nihilo.
Saleh insanın dili saf gümüşə oxşar, Şər adamın qəlbinin dəyəri az olar.
21 Labia justi erudiunt plurimos; qui autem indocti sunt in cordis egestate morientur.
Saleh öz dili ilə çox adamı doydurar, Səfeh qanmazlığı üzündən həlak olar.
22 Benedictio Domini divites facit, nec sociabitur eis afflictio.
Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
23 Quasi per risum stultus operatur scelus, sapientia autem est viro prudentia.
Axmaq üçün şər iş görmək bir əyləncədir, Dərrakəlininsə hikməti var.
24 Quod timet impius veniet super eum; desiderium suum justus dabitur.
Şər adam nədən qorxursa, başına gələr, Saleh isə muradına çatar.
25 Quasi tempestas transiens non erit impius; justus autem quasi fundamentum sempiternum.
Qopan tufan şəri süpürüb aparar, Salehin təməli əbədi qalar.
26 Sicut acetum dentibus, et fumus oculis, sic piger his qui miserunt eum.
Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə, Tənbələ iş buyuran bunu elə hiss edər.
27 Timor Domini apponet dies, et anni impiorum breviabuntur.
Rəbb qorxusu ömür uzadar, Şər insanların ömründən illər azalar.
28 Exspectatio justorum lætitia, spes autem impiorum peribit.
Salehləri sevinc gözlər, Şər insanların ümidi boşa çıxar.
29 Fortitudo simplicis via Domini, et pavor his qui operantur malum.
Kamilin pənahı Rəbbin yoludur. Şər iş görənin başı bəla ilə doludur.
30 Justus in æternum non commovebitur, impii autem non habitabunt super terram.
Saleh heç vaxt sarsılmaz, Şər insanlar yer üzündə qalmaz.
31 Os justi parturiet sapientiam; lingua pravorum peribit.
Salehin ağzı hikmətlə çiçəklənər, Hiyləli dillər kəsilər.
32 Labia justi considerant placita, et os impiorum perversa.
Saleh insanın dili razı salmağı bacarar, Şər insanın ağzından hiyləli sözlər çıxar.

< Proverbiorum 10 >