< Genesis 21 >

1 Visitavit autem Dominus Saram, sicut promiserat: et implevit quæ locutus est.
Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi:
2 Concepitque et peperit filium in senectute sua, tempore quo prædixerat ei Deus.
Sara hamilə oldu və İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu.
3 Vocavitque Abraham nomen filii sui, quem genuit ei Sara, Isaac:
İbrahim Saradan doğulan oğluna İshaq adını qoydu.
4 et circumcidit eum octavo die, sicut præceperat ei Deus,
Allahın İbrahimə əmr etdiyi kimi o, oğlu İshaqı doğulandan səkkiz gün sonra sünnət etdi.
5 cum centum esset annorum: hac quippe ætate patris, natus est Isaac.
İshaq doğulanda İbrahimin yüz yaşı var idi.
6 Dixitque Sara: Risum fecit mihi Deus: quicumque audierit, corridebit mihi.
Sara dedi: «Allah mənim üzümü güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə güləcək».
7 Rursumque ait: Quis auditurus crederet Abraham quod Sara lactaret filium, quem peperit ei jam seni?
O yenə dedi: «Kim İbrahimə deyərdi ki, Sara uşaq əmizdirəcək? Amma qocalıq çağında mən ona bir oğul doğmuşam».
8 Crevit igitur puer, et ablactatus est: fecitque Abraham grande convivium in die ablactationis ejus.
Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət verdi.
9 Cumque vidisset Sara filium Agar Ægyptiæ ludentem cum Isaac filio suo, dixit ad Abraham:
Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür.
10 Ejice ancillam hanc, et filium ejus: non enim erit hæres filius ancillæ cum filio meo Isaac.
Sara İbrahimə dedi: «Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq».
11 Dure accepit hoc Abraham pro filio suo.
Bu iş İbrahimi çox narahat etdi, çünki İsmail də onun oğlu idi.
12 Cui dixit Deus: Non tibi videatur asperum super puero, et super ancilla tua: omnia quæ dixerit tibi Sara, audi vocem ejus: quia in Isaac vocabitur tibi semen.
Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin adlanacaq.
13 Sed et filium ancillæ faciam in gentem magnam, quia semen tuum est.
Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir».
14 Surrexit itaque Abraham mane, et tollens panem et utrem aquæ, imposuit scapulæ ejus, tradiditque puerum, et dimisit eam. Quæ cum abiisset, errabat in solitudine Bersabee.
İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı.
15 Cumque consumpta esset aqua in utre, abjecit puerum subter unam arborum, quæ ibi erant.
Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu.
16 Et abiit, seditque e regione procul quantum potest arcus jacere: dixit enim: Non videbo morientem puerum: et sedens contra, levavit vocem suam et flevit.
Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı.
17 Exaudivit autem Deus vocem pueri: vocavitque angelus Dei Agar de cælo, dicens: Quid agis Agar? noli timere: exaudivit enim Deus vocem pueri de loco in quo est.
Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi.
18 Surge, tolle puerum, et tene manum illius: quia in gentem magnam faciam eum.
Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət törədəcəyəm».
19 Aperuitque oculos ejus Deus: quæ videns puteum aquæ, abiit, et implevit utrem, deditque puero bibere.
Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi.
20 Et fuit cum eo: qui crevit, et moratus est in solitudine, factusque est juvenis sagittarius.
Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və mahir oxatan oldu.
21 Habitavitque in deserto Pharan, et accepit illi mater sua uxorem de terra Ægypti.
O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı.
22 Eodem tempore dixit Abimelech, et Phicol princeps exercitus ejus, ad Abraham: Deus tecum est in universis quæ agis.
O zaman Avimelek və onun ordu başçısı Pikol İbrahimə dedilər: «Sən nə etsən, Allah səninlədir.
23 Jura ergo per Deum, ne noceas mihi, et posteris meis, stirpique meæ: sed juxta misericordiam, quam feci tibi, facies mihi, et terræ in qua versatus es advena.
İndi burada Allahın haqqına mənə and iç ki, nə mənə, nə oğluma, nə də nəvəmə xəyanət edəcəksən: mən sənə sadiq olduğum kimi sən də mənə və qaldığın torpağın adamlarına sadiq ol».
24 Dixitque Abraham: Ego jurabo.
İbrahim «mən and içirəm» dedi.
25 Et increpavit Abimelech propter puteum aquæ quem vi abstulerunt servi ejus.
Avimelekin adamlarının qəsb etdiyi su quyusundan ötrü İbrahim Avimeleki məzəmmət etdi.
26 Responditque Abimelech: Nescivi quis fecerit hanc rem: sed et tu non indicasti mihi, et ego non audivi præter hodie.
Avimelek dedi: «Bilmirəm, bu işi kim etdi. Sən də mənə bildirmədin, mən ancaq indi eşidirəm».
27 Tulit itaque Abraham oves et boves, et dedit Abimelech: percusseruntque ambo fœdus.
İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd bağladı.
28 Et statuit Abraham septem agnas gregis seorsum.
İbrahim sürüsündən yeddi dişi quzunu ayırıb qoydu.
29 Cui dixit Abimelech: Quid sibi volunt septem agnæ istæ, quas stare fecisti seorsum?
Avimelek İbrahimə dedi: «Ayırıb qoyduğun bu yeddi dişi quzu nə üçündür?»
30 At ille: Septem, inquit, agnas accipies de manu mea: ut sint mihi in testimonium, quoniam ego fodi puteum istum.
O dedi: «Bu yeddi dişi quzunu məndən götür ki, bu quyunu qazdığıma şəhadət olsun».
31 Idcirco vocatus est locus ille Bersabee: quia ibi uterque juravit.
Buna görə də o buranı Beer-Şeva adlandırdı, çünki onların ikisi də orada and içdi.
32 Et inierunt fœdus pro puteo juramenti.
Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar.
33 Surrexit autem Abimelech, et Phicol princeps exercitus ejus, reversique sunt in terram Palæstinorum. Abraham vero plantavit nemus in Bersabee, et invocavit ibi nomen Domini Dei æterni.
İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin adını çağırdı.
34 Et fuit colonus terræ Palæstinorum diebus multis.
İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı.

< Genesis 21 >