< Proverbiorum 3 >

1 Fili mi, ne obliviscaris legis meæ, et præcepta mea cor tuum custodiat.
Oğlum, təlimimi unutma, Qoy qəlbin əmrlərimə bağlansın.
2 longitudinem enim dierum, et annos vitæ, et pacem apponent tibi.
Onlar ömrünü uzadar, Həyatına illər, firavanlıq artırar.
3 Misericordia, et veritas te non deserant, circumda eas gutturi tuo, et describe in tabulis cordis tui:
Qoy səni xeyirxahlıq və sədaqət tərk etməsin, Onları boynuna bağla, ürəyinin lövhəsinə yaz.
4 et invenies gratiam, et disciplinam bonam coram Deo et hominibus.
Onda Allahın və insanların gözündə Lütf tapıb şərəfə çatarsan.
5 Habe fiduciam in Domino ex toto corde tuo, et ne innitaris prudentiæ tuæ.
Bütün qəlbinlə Rəbbə güvən, Öz idrakına etibar etmə.
6 In omnibus viis tuis cogita illum, et ipse diriget gressus tuos.
Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.
7 Ne sis sapiens apud temetipsum: time Deum, et recede a malo:
Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin.
8 sanitas quippe erit umbilico tuo, et irrigatio ossium tuorum.
Bu, bədəninə şəfa verər, Sümüklərinə ilik olar.
9 Honora Dominum de tua substantia, et de primitiis omnium frugum tuarum da ei:
Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir.
10 et implebuntur horrea tua saturitate, et vino torcularia tua redundabunt.
Onda anbarların nemətlə dolar, Şərab çənlərin təzə şərabla daşar.
11 Disciplinam Domini, fili mi, ne abiicias: nec deficias cum ab eo corriperis:
Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətinə nifrət etmə.
12 quem enim diligit Dominus, corripit: et quasi pater in filio complacet sibi.
Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər.
13 Beatus homo, qui invenit sapientiam, et qui affluit prudentia:
Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır!
14 melior est acquisitio eius negotiatione argenti, et auri primi et purissimi fructus eius:
Bunları qazanmaq gümüş qazanmaqdan yaxşıdır, Bu qazanc saf qızıldan dəyərlidir.
15 pretiosior est cunctis opibus: et omnia, quæ desiderantur, huic non valent comparari.
Hikmət yaqutlardan qiymətlidir, Xoşladığın bütün şeylər ona tay deyil.
16 Longitudo dierum in dextera eius, et in sinistra illius divitiæ, et gloria.
Onun sağ əlində uzun ömür, Sol əlində sərvət və şərəf var.
17 Viæ eius viæ pulchræ, et omnes semitæ illius pacificæ.
Onun yolları bəyənilir, Bütün yolları əmin-amandır.
18 Lignum vitæ est his, qui apprehenderint eam: et qui tenuerit eam, beatus.
Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır!
19 Dominus sapientia fundavit terram, stabilivit cælos prudentia.
Rəbb dünyanın təməlini hikmətlə qurub, Dərrakə vasitəsilə göyləri bərqərar edib.
20 Sapientia illius eruperunt abyssi, et nubes rore concrescunt.
Biliyi ilə dərinliklər yarılıb, Göylərdən şeh çilənir.
21 Fili mi, ne effluant hæc ab oculis tuis: Custodi legem atque consilium:
Oğlum, sağlam şüura, dərrakəyə bağlan, Bunlardan gözünü çəkmə.
22 et erit vita animæ tuæ, et gratia faucibus tuis.
Onlar sənin həyatın olar, Gözəl naxış kimi boynuna bağlanar.
23 tunc ambulabis fiducialiter in via tua, et pes tuus non impinget:
O zaman rahat gəzərsən, Ayaqların büdrəməz.
24 si dormieris, non timebis: quiesces, et suavis erit somnus tuus.
Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.
25 ne paveas repentino terrore, et irruentes tibi potentias impiorum.
Qəfil fəlakətdən, Pislərə gələn bəladan qorxma.
26 Dominus enim erit in latere tuo, et custodiet pedem tuum ne capiaris.
Çünki güvəndiyin Rəbdir, O qoymaz ki, sən tələyə düşəsən.
27 Noli prohibere benefacere eum, qui potest: si vales, et ipse benefac:
Əlindən yaxşılıq gəlirsə, Buna layiq insanlardan əsirgəmə.
28 Ne dicas amico tuo: Vade, et revertere: cras dabo tibi: cum statim possis dare.
İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm».
29 Ne moliaris amico tuo malum, cum ille in te habeat fiduciam.
Yanında sakit yaşayan qonşun üçün Şər qurma.
30 Ne contendas adversus hominem frustra, cum ipse tibi nihil mali fecerit.
Sənə pislik etməyənlə Nahaq yerə çəkişmə.
31 Ne æmuleris hominem iniustum, nec imiteris vias eius:
Zorakıya qibtə etmə, O gedən yolların heç birini seçmə.
32 quia abominatio Domini est omnis illusor, et cum simplicibus sermocinatio eius.
Çünki azğınlar Rəbdə ikrah yaradar, Rəbb əməlisalehlərlə dost olar.
33 Egestas a Domino in domo impii: habitacula autem iustorum benedicentur.
Rəbb pislərin ocağına lənət edər, Salehlərin yurduna xeyir-dua verər.
34 Ipse deludet illusores, et mansuetis dabit gratiam.
Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər.
35 Gloriam sapientes possidebunt: stultorum exaltatio, ignominia.
Hikmətlilər şərəfi irs alacaq, Axmağın nəsibi şərəfsizlik olacaq.

< Proverbiorum 3 >