< Thessalonicenses I 1 >
1 Paulus, et Silvanus, et Timotheus Ecclesiæ Thessalonicensium in Deo Patre, et Domino Iesu Christo.
Paul, Sila və Timoteydən Ata Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! Sizə lütf və sülh olsun!
2 Gratia vobis, et pax. Gratias agimus Deo semper pro omnibus vobis, memoriam vestri facientes in orationibus nostris sine intermissione,
Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik.
3 memores operis fidei vestræ, et laboris, et charitatis, et sustinentiæ spei Domini nostri Iesu Christi, ante Deum et Patrem nostrum:
Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq.
4 scientes fratres, dilecti a Deo, electionem vestram:
Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib.
5 quia Evangelium nostrum non fuit ad vos in sermone tantum, sed et in virtute, et in Spiritu sancto, et in plenitudine multa, sicut scitis quales fuerimus in vobis propter vos.
Ona görə ki yaydığımız Müjdə yalnız sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandırıcılıqla sizə çatıb. Aranızda ikən sizin üçün necə bir adam olduğumuzu bildiniz.
6 Et vos imitatores nostri facti estis, et Domini, excipientes verbum in tribulatione multa, cum gaudio Spiritus sancti:
Siz də böyük əziyyət içində Müqəddəs Ruhun verdiyi sevinclə kəlamı qəbul edib bizdən və Rəbdən nümunə götürdünüz.
7 ita ut facti sitis forma omnibus credentibus in Macedonia, et in Achaia.
Beləliklə, siz Makedoniya və Axayyadakı bütün imanlılar üçün nümunə oldunuz.
8 A vobis enim diffamatus est sermo Domini, non solum in Macedonia, et in Achaia, sed et in omni loco fides vestra, quæ est ad Deum, profecta est, ita ut non sit nobis necesse quidquam loqui.
Çünki Rəbbin kəlamının sədası sizdən yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya və Axayyaya deyil, hər yerə çatıb. Daha bizə söz deməyə ehtiyac qalmadı.
9 Ipsi enim de nobis annunciant qualem introitum habuerimus ad vos: et quomodo conversi estis ad Deum a simulacris, servire Deo vivo, et vero,
Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz.
10 et expectare Filium eius de cælis (quem suscitavit a mortuis) Iesum, qui eripuit nos ab ira ventura.