< 시편 24 >

1 다윗의 시 땅과 거기 충만한 것과 세계와 그 중에 거하는 자가 다 여호와의 것이로다
Davudun məzmuru. Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar.
2 여호와께서 그 터를 바다 위에 세우심이여 강들 위에 건설하셨도다
O, yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı.
3 여호와의 산에 오를 자 누구며 그 거룩한 곳에 설 자가 누군고
Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər?
4 곧 손이 깨끗하며 마음이 청결하며 뜻을 허탄한 데 두지 아니하며 거짓 맹세치 아니하는 자로다
– Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan.
5 저는 여호와께 복을 받고 구원의 하나님께 의를 얻으리니
O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq.
6 이는 여호와를 찾는 족속이요 야곱의 하나님의 얼굴을 구하는 자로다(셀라)
Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar. (Sela)
7 문들아 너희 머리를 들지어다 영원한 문들아 들릴지어다 영광의 왕이 들어가시리로다
Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!
8 영광의 왕이 뉘시뇨 강하고 능한 여호와시요 전쟁에 능한 여호와시로다
Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb.
9 문들아 너희 머리를 들지어다 영원한 문들아 들릴지어다 영광의 왕이 들어가시리로다
Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!
10 영광의 왕이 뉘시뇨 만군의 여호와께서 곧 영광의 왕이시로다(셀라)
Bu əzəmətli Padşah kimdir? – Ordular Rəbbi, Odur əzəmətli Padşah! (Sela)

< 시편 24 >