< 에스겔 48 >

1 모든 지파의 이름대로 이 같을지니라 극북에서부터 헤들론 길로 말미암아 하맛 어귀를 지나서 다메섹 지계에 있는 하살에논까지 곧 북으로 하맛 지계에 미치는 땅 동편에서 서편까지는 단의 분깃이요
«Qəbilələrin adları belədir: şimal sərhədində olan Dana bir pay veriləcək. Danın sərhədi Xetlon yolundan Xamat keçidinə qədər uzanacaq. Xasar-Enon və Xamata yaxın Dəməşqin şimal sərhədi şərqdən qərbə qədər uzanan sərhədin bir hissəsini tutacaq.
2 단 지계 다음으로 동편에서 서편까지는 아셀의 분깃이요
Aşerə bir pay veriləcək. Sərhədi Danın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
3 아셀 지계 다음으로 동편에서 서편까지는 납달리의 분깃이요
Naftaliyə bir pay veriləcək. Sərhədi Aşerin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
4 납달리 지계 다음으로 동편에서 서편까지는 므낫세의 분깃이요
Menaşşeyə bir pay veriləcək. Sərhədi Naftalinin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
5 므낫세 지계 다음으로 동편에서 서편까지는 에브라임의 분깃이요
Efrayimə bir pay veriləcək. Sərhədi Menaşşenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
6 에브라임 지계 다음으로 동편에서 서편까지는 르우벤의 분깃이요
Ruvenə bir pay veriləcək. Sərhədi Efrayimin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
7 르우벤 지계 다음으로 동편에서 서편까지는 유다의 분깃이요
Yəhudaya bir pay veriləcək. Sərhədi Ruvenin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
8 유다 지계 다음으로 동편에서 서편까지는 너희가 예물로 드릴 땅이라 광이 이만 오천 척이요 장은 다른 분깃의 동편에서 서편까지와 같고 성소는 그 중앙에 있을지니
Yəhudanın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik torpaqlar ayıracağınız xüsusi pay olacaq. Eni iyirmi beş min qulac, şərqdən qərbə uzunluğu isə bir qəbiləyə düşən pay qədər olacaq. Müqəddəs məkan oranın ortasında olacaq.
9 곧 너희가 여호와께 드려 예물로 삼을 땅의 장이 이만 오천 척이요 광이 일만 척이라
Rəbbə xüsusi olaraq verəcəyiniz payın uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq.
10 이 드리는 거룩한 땅은 제사장에게 돌릴지니 북편으로 장이 이만 오천 척이요 서편으로 광이 일만 척이요 동편으로 광이 일만 척이요 남편으로 장이 이만 오천 척이라 그 중앙에 여호와의 성소가 있게 하고
Bu, kahinlər üçün müqəddəs pay olacaq. Şimalda uzunluğu iyirmi beş min qulac, qərbdə eni on min qulac, şərqdə eni on min qulac, cənubda uzunluğu iyirmi beş min qulac olacaq. Rəbbin Müqəddəs məkanı oranın ortasında olacaq.
11 이 땅으로 사독의 자손 중 거룩히 구별한 제사장에게 돌릴지어다 그들은 직분을 지키고 이스라엘 족속이 그릇할 때에 레위 사람의 그릇한 것처럼 그릇하지 아니하였느니라
Bu bölgə Sadoq nəslindən təqdis olunmuş kahinlər üçün olacaq. Onlar buyruğumu yerinə yetirdi, İsrail xalqı yoldan azan zaman Levililər də yoldan azdı, ancaq onlar yoldan azmadı.
12 이 온 땅 중에서 예물로 드리는 땅 곧 레위 지계와 연접한 땅을 그들이 지극히 거룩한 것으로 여길지니라
O yer ölkənin müqəddəs payından xüsusi bir pay olaraq onlara veriləcək. Ora Levililərin torpaqlarına bitişik çox müqəddəs bir bölgə olacaq.
13 제사장의 지계를 따라 레위 사람의 분깃을 주되 장이 이만 오천 척이요 광이 일만 척으로 할지니 이 구역의 장이 이만 오천 척이요 광이 각기 일만 척이라
Kahinlərin sərhədi yaxınlığında Levililərin iyirmi beş min qulac uzunluğunda, on min qulac enində bir payları olacaq. Bu bölgənin uzunluğu iyirmi beş min qulac, eni on min qulac olacaq.
14 그들이 그 땅을 팔지도 못하며 바꾸지도 못하며 그 땅의 처음 익은 열매를 남에게 주지도 못하리니 이는 나 여호와에게 거룩히 구별한 것임이니라
Levililər oranı satmasın və başqa yerə dəyişməsin. Bu, ölkənin ən yaxşı hissəsidir və başqa adamın əlinə keçməməlidir, çünki ora Rəbbə həsr edilmişdir.
15 이 이만 오천 척 다음으로 광 오천 척은 속된 땅으로 하여 성읍을 세우며 거하는 곳과 들을 삼되 성이 그 중앙에 있게 할지니
Rəbbə verdiyiniz bu xüsusi payın qalan iyirmi beş min qulac uzunluqda və beş min qulac enindəki hissəsi müqəddəs deyil və şəhər üçündür. Bu yer evlərə, otlaqlara ayrılacaq. Şəhər onun ortasında olacaq.
16 그 척수는 북편도 사천오백 척이요 남편도 사천오백 척이요 동편도 사천오백 척이요 서편도 사천오백 척이며
Şəhərin ölçüləri belə olacaq: şimal tərəfi dörd min beş yüz qulac, cənub tərəfi dörd min beş yüz qulac, şərq tərəfi dörd min beş yüz qulac, qərb tərəfi dörd min beş yüz qulac.
17 그 성의 들은 북으로 이백오십 척이요 남으로 이백오십 척이요 동으로 이백오십 척이요 서으로 이백오십 척이며
Şəhər üçün ayrılan otlağın ölçüləri belə olacaq: şimalda iki yüz əlli qulac, cənubda iki yüz əlli qulac, şərqdə iki yüz əlli qulac, qərbdə iki yüz əlli qulac.
18 예물을 삼아 거룩히 구별할 땅과 연접하여 남아 있는 땅의 장이 동으로 일만 척이요 서으로 일만 척이라 곧 예물을 삼아 거룩히 구별할 땅과 연접하였으며 그 땅의 소산은 성읍에서 역사하는 자의 양식을 삼을지라
Müqəddəs bölgənin sərhədində qalan yerin həm şərq tərəfi, həm də qərb tərəfi on min qulac olacaq. Müqəddəs bölgəyə bitişik torpaqlarda yetişən məhsul şəhərdə işləyənlərə məxsus olacaq.
19 이스라엘 모든 지파 중에 그 성읍에서 역사하는 자는 그 땅을 기경할지니라
İsrailin hər qəbiləsindən şəhərdə işləyənlər torpağı şumlayacaq.
20 그런즉 예물로 드리는 땅의 도합은 장도 이만 오천 척이요 광도 이만 오천 척이라 너희가 거룩히 구별하여 드릴 땅은 성읍의 기지와 합하여 네모 반듯할 것이니라
Bu bölgənin ərazisi dördbucaqlı şəklindədir, hər yanı iyirmi beş min qulacdır. Siz xüsusi bir pay olaraq şəhərin mülkü ilə birlikdə müqəddəs bölgəyə düşən payı ayırın.
21 거룩히 구별할 땅과 성읍의 기지 좌우편에 남은 땅은 왕에게 돌릴지니 곧 거룩히 구별할 땅의 동향한 그 지계 앞 이만 오천 척이라 다른 분깃들과 연접한 땅이니 이것을 왕에게 돌릴 것이며 거룩히 구별할 땅과 전의 성소가 그 중간에 있으리라
Müqəddəs bölgəyə aid olan hissə ilə şəhərə aid olan hissədən başqa, ayırdığınız xüsusi paydan hər iki tərəfdə qalan torpaqlar rəhbərə veriləcək. Bu torpaqlar müqəddəs bölgəyə aid olan iyirmi beş min qulaclıq hissənin şərqindən və qərbindən ölkənin şərq və qərb sərhədlərinə qədər uzanacaq. Qəbilələrə düşən paylar boyunca uzanan bu iki bölgə rəhbərə məxsus olacaq. Müqəddəs yerə aid olan hissə ilə məbədin Müqəddəs məkanı oranın ortasında olacaq.
22 그런즉 왕에게 돌려 그에게 속할 땅은 레위 사람의 기업 좌우편과 성읍의 기지 좌우편이며 유다 지경과 베냐민 지경 사이에 있을지니라
Beləcə Levililərə düşən mülklə şəhərə aid olan mülk rəhbərə verilən torpaqların arasında qalacaq. Rəhbərə veriləcək torpaqlar Yəhuda ilə Binyaminin sərhədi arasında olacaq.
23 그 나머지 모든 지파는 동편에서 서편까지는 베냐민의 분깃이요
Qalan qəbilələrə düşən pay belədir: Binyaminə bir pay veriləcək. Sərhədi şərqdən qərbə qədər uzanacaq.
24 베냐민 지계 다음으로 동편에서 서편까지는 시므온의 분깃이요
Şimeona bir pay veriləcək. Sərhədi Binyaminin şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
25 시므온 지계 다음으로 동편에서 서편까지는 잇사갈의 분깃이요
İssakara bir pay veriləcək. Sərhədi Şimeonun şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
26 잇사갈 지계 다음으로 동편에서 서편까지는 스불론의 분깃이요
Zevuluna bir pay veriləcək. Sərhədi İssakarın şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
27 스불론 지계 다음으로 동편에서 서편까지는 갓의 분깃이며
Qada bir pay veriləcək. Sərhədi Zevulunun şərqdən qərbə qədər uzanan sərhədinə bitişik olacaq.
28 갓 지계 다음으로 남편 지계는 다말에서부터 므리바가데스 물에 이르고 애굽 시내를 따라 대해에 이르나니
Qadın sərhədi ölkənin cənub sərhədi olub Tamardan Meriva-Qadeş sularına, oradan da Misir vadisi boyunca Böyük dənizə qədər uzanacaq.
29 이것은 너희가 제비 뽑아 이스라엘 지파에게 나누어 주어 기업이 되게 할 땅이요 또 이것들은 그들의 분깃이니라 나 주 여호와의 말이니라
İrs olaraq İsrail qəbilələri arasında bölüşdürəcəyiniz torpaq budur. Onlara düşəcək paylar bunlardır» Xudavənd Rəbb belə bəyan edir.
30 그 성읍의 출입구는 이러하니라 북편의 광이 사천오백 척이라
«Şəhərin çıxış yerləri bunlardır: dörd min beş yüz qulac uzunluğunda olan şimal tərəfdə darvazalar olacaq.
31 그 성읍의 문들은 이스라엘 지파들의 이름을 따를 것인데 북으로 문이 셋이라 하나는 르우벤 문이요 하나는 유다 문이요 하나는 레위 문이며
Şəhərin darvazalarına İsrail qəbilələrinin adları veriləcək. Şimal tərəfdə üç darvaza olacaq: bir Ruven darvazası, bir Yəhuda darvazası, bir Levi darvazası.
32 동편의 광이 사천오백 척이니 또한 문이 셋이라 하나는 요셉 문이요 하나는 베냐민 문이요 하나는 단 문이며
Dörd min beş yüz qulac uzunluğunda olan şərq tərəfdə üç darvaza olacaq: bir Yusif darvazası, bir Binyamin darvazası, bir Dan darvazası.
33 남편의 광이 사천오백 척이니 또한 문이 셋이라 하나는 시므온 문이요 하나는 잇사갈 문이요 하나는 스불론 문이며
Dörd min beş yüz qulac uzunluğunda olan cənub tərəfdə üç darvaza olacaq: bir Şimeon darvazası, bir İssakar darvazası, bir Zevulun darvazası.
34 서편도 사천오백 척이니 또한 문이 셋이라 하나는 갓 문이요 하나는 아셀 문이요 하나는 납달리 문이며
Dörd min beş yüz qulac uzunluğunda olan qərb tərəfdə üç darvaza olacaq: bir Qad darvazası, bir Aşer darvazası, bir Naftali darvazası.
35 그 사면의 도합이 일만 팔천 척이라 그 날 후로는 그 성읍의 이름을 여호와삼마라 하리라
Şəhərin dairəsi on səkkiz min qulac olacaq və o gündən sonra şəhər Yahve-Şamma adlanacaq».

< 에스겔 48 >