< 시편 135 >
1 할렐루야 여호와의 이름을 찬송하라! 여호와의 종들아 찬송하라!
Rəbbə həmd edin! Rəbbin isminə həmd edin, Ey Rəbbin qulları, həmd edin!
2 여호와의 집 우리 하나님의 전정에 섰는 너희여,
Ey Rəbbin evində xidmət edənlər, Allahımızın evinin həyətində duranlar,
3 여호와를 찬송하라! 여호와는 선하시며 그 이름이 아름다우니 그 이름을 찬양하라!
Rəbb yaxşıdır, Rəbbə həmd edin, O nə qədər şirindir, isminə tərənnüm oxuyun!
4 여호와께서 자기를 위하여 야곱 곧 이스라엘을 자기의 특별한 소유로 택하셨음이로다
Çünki Rəbb Özü üçün Yaqubu seçdi, İsraili Özünə məxsus xalq olaraq seçdi.
5 내가 알거니와 여호와께서는 광대하시며 우리 모든 신보다 높으시도다
Bilirəm, Rəbb əzəmətlidir, Xudavəndimiz bütün allahlardan üstündür.
6 여호와께서 무릇 기뻐하시는 일을 천지와 바다와 모든 깊은 데서 행하셨도다
Göylərdə, yer üzündə, Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.
7 안개를 땅 끝에서 일으키시며 비를 위하여 번개를 만드시며 바람을 그 곳간에서 내시는도다
Yerin ucqarlarından buludları qaldırar, Şimşəkləri çaxdırar, yağış yağdırar, Küləkləri öz mənbələrindən çıxarar.
8 저가 애굽의 처음 난 자를 사람부터 짐승까지 치셨도다
Rəbb Misirlilərin ilk oğullarını qırdı, Hər insanın, hər heyvanın ilk balasını öldürdü.
9 애굽이여, 여호와께서 너의 중에 징조와 기사를 보내사 바로와 그 모든 신복에게 임하게 하셨도다
Ey Misir, sənin daxilində, Fironla bütün əyanlarının üzərində O, əlamətlərini, möcüzələrini göstərdi.
10 저가 많은 나라를 치시고 강한 왕들을 죽이셨나니
Nə qədər millətləri qırdı, Qüdrətli padşahları öldürdü.
11 곧 아모리인의 왕 시혼과 바산 왕 옥과 가나안의 모든 국왕이로다
Emorluların padşahı Sixonu, Başan padşahı Oqu, Bütün Kənan padşahlarını qırdı.
12 저희의 땅을 기업으로 주시되 자기 백성 이스라엘에게 기업으로 주셨도다
Onların torpaqlarını, mülklərini Öz xalqı İsrailə irs olaraq verdi.
13 여호와여, 주의 이름이 영원하시니이다 여호와여, 주의 기념이 대대에 이르리이다
Ya Rəbb, Sənin adın əbədidir! Ey Rəbb, ismin nəsillərdən-nəsillərə çatır!
14 여호와께서 자기 백성을 판단하시며 그 종들을 긍휼히 여기시리로다
Rəbb xalqına haqq verəcək, Qullarına rəhm edəcək.
15 열방의 우상은 은, 금이요 사람의 수공물이라
Amma millətlərin bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.
16 입이 있어도 말하지 못하며 눈이 있어도 보지 못하며
Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür,
17 귀가 있어도 듣지 못하며 그 입에는 아무 기식도 없나니
Qulaqları var, eşitmir, Ağızlarından nəfəs gəlmir.
18 그것을 만든자와 그것을 의지하는 자가 다 그것과 같으리라
Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar.
19 이스라엘 족속아 여호와를 송축하라! 아론의 족속아 여호와를 송축하라!
Ey İsraillilər, Rəbbə alqış edin! Ey Harun nəsli, Rəbbə alqış söyləyin!
20 레위 족속아 여호와를 송축하라! 여호와를 경외하는 너희들아 여호와를 송축하라!
Ey Levi nəsli, Rəbbə alqış edin! Ey Rəbdən qorxanlar, Ona alqış söyləyin!
21 예루살렘에 거하신 여호와는 시온에서 찬송을 받으실지어다! 할렐루야
Rəbbə Siondan alqış oxunsun! Rəbb Yerusəlimdə yaşayır! Rəbbə həmd edin!