< 시편 132 >

1 (성전에 올라가는 노래) 여호와여, 다윗을 위하여 그의 모든 근심한 것을 기억하소서
Ziyarət nəğməsi. Ya Rəbb, Davudu, Çəkdiyi bütün əzabları,
2 저가 여호와께 맹세하며 야곱의 전능자에게 서원하기를
Rəbbə etdiyi andı, Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal.
3 내가 실로 나의 거하는 장막에 들어가지 아니하며 내 침상에 오르지 아니하며
O dedi: «Öz evimdə yaşamaram, Yatağımda yatmaram,
4 내 눈으로 잠들게 아니하며 내 눈꺼풀로 졸게 아니하기를
Gözümə yuxu getməz, Gözlərimi yummaram
5 여호와의 처소 곧 야곱의 전능자의 성막을 발견하기까지 하리라 하였나이다
Rəbbə layiq bir yer, Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».
6 우리가 그것이 에브라다에 있다 함을 들었더니 나무 밭에서 찾았도다
Əhd sandığının Efratada olduğunu eşitdik, Onu Yaar tarlalarında tapdıq.
7 우리가 그의 성막에 들어가서 그 발등상 앞에서 경배하리로다
Dedik: «Gəlin, Onun məkanına gedək, Kətilində səcdə edək».
8 여호와여, 일어나사 주의 권능의 궤와 함께 평안한 곳으로 들어가소서
Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə İstirahət edəcəyin yerə qalx.
9 주의 제사장들은 의를 입고 주의 성도들은 즐거이 외칠지어다
Kahinlərin həqiqətə bürünsün, Möminlərin Səni mədh etsin.
10 주의 종 다윗을 위하여 주의 기름 받은 자의 얼굴을 물리치지 마옵소서
Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə.
11 여호와께서 다윗에게 성실히 맹세하셨으니 변치 아니하실지라 이르시기를 네 몸의 소생을 네 위에 둘지라
Rəbb Davuda sədaqətlə and içdi, Bu andından dönməz: «Belindən gələn oğullarından birini Səndən sonra taxtında oturdacağam.
12 네 자손이 내 언약과 저희에게 교훈하는 내 증거를 지킬진대 저희 후손도 영원히 네 위에 앉으리라 하셨도다
Əgər övladların əhdimə, Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, Onların oğulları da Sonsuza qədər sənin taxtında oturacaq».
13 여호와께서 시온을 택하시고 자기 거처를 삼고자 하여 이르시기를
Çünki Rəbb Sionu seçdi, Orada Öz məskənini salmaq istədi.
14 이는 나의 영원히 쉴 곳이라 내가 여기 거할 것은 이를 원하였음이로다
Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, İstəyirəm ki, burada məskən salım.
15 내가 이 성의 식료품에 풍족히 복을 주고 양식으로 그 빈민을 만족케 하리로다
Bu yerə bol ruzi-bərəkət verəcəyəm, Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.
16 내가 그 제사장들에게 구원으로 입히리니 그 성도들은 즐거움으로 외치리로다
Kahinlərini zəfərə bürüyəcəyəm, Möminləri sevinclə mədh oxuyacaq.
17 내가 거기서 다윗에게 뿔이 나게 할 것이라 내가 내 기름 부은 자를 위하여 등을 예비하였도다
Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.
18 내가 저의 원수에게는 수치로 입히고 저에게는 면류관이 빛나게 하리라 하셨도다
Düşmənlərini xəcalətə salacağam, Lakin onun tacı nur saçacaq».

< 시편 132 >