< 민수기 14 >
1 온 회중이 소리를 높여 부르짖으며 밤새도록 백성이 곡하였더라
Bütün icma uca səslə fəryad qoparıb gecə boyu ağladı.
2 이스라엘 자손이 다 모세와 아론을 원망하며 온 회중이 그들에게 이르되 `우리가 애굽 땅에서 죽었거나 이 광야에서 죽었더면 좋았을 것을
İsrail övladları Musaya və Haruna qarşı deyindilər; bütün icma onlara dedi: «Kaş Misir torpağında ya da bu səhrada öləydik!
3 어찌하여 여호와가 우리를 그 땅으로 인도하여 칼에 망하게 하려하는고 우리 처자가 사로 잡히리니 애굽으로 돌아가는 것이 낫지 아니하랴'
Nə üçün Rəbb bizi bu torpağa aparır? Yəni biz qılıncla qırılaq? Arvadlarımız və uşaqlarımız əsir olacaqlar. Misirə qayıtmaq bizim üçün daha yaxşı olmazdımı?»
4 이에 서로 말하되 `우리가 한 장관을 세우고 애굽으로 돌아가자' 하매
Sonra bir-birlərinə dedilər: «Özümüzə başçı seçək və Misirə qayıdaq».
5 모세와 아론이 이스라엘 자손의 온 회중 앞에서 엎드린지라
O zaman Musa ilə Harun orada toplanmış bütün İsrail icmasının camaatının önündə üzüstə yerə sərildi.
6 그 땅을 탐지한 자 중 눈의 아들 여호수아와 여분네의 아들 갈렙이 그 옷을 찢고
Ölkəyə nəzər salanlardan Nun oğlu Yeşua və Yefunne oğlu Kalev paltarlarını cırdılar;
7 이스라엘 자손의 온 회중에 일러 가로되 `우리가 두루 다니며 탐지한 땅은 심히 아름다운 땅이라
bütün İsrail övladlarının icmasına belə dedilər: «Nəzərdən keçirmək üçün içərisindən keçdiyimiz ölkə çox yaxşı bir ölkədir.
8 여호와께서 우리를 기뻐하시면 우리를 그 땅으로 인도하여 들이시고 그 땅을 우리에게 주시리라 이는 과연 젖과 꿀이 흐르는 땅이니라
Əgər Rəbb bizdən razı qalarsa, bizi o ölkəyə aparacaq, süd və bal axan torpağı bizə verəcək.
9 오직 여호와를 거역하지 말라! 또 그 땅 백성을 두려워하지 말라! 그들은 우리 밥이라! 그들의 보호자는 그들에게서 떠났고 여호와는 우리와 함께 하시느니라! 그들을 두려워 말라!' 하나
Ancaq Rəbbə qarşı üsyankarlıq etməyin. Ölkənin xalqından qorxmayın, onları məğlub edə bilərik. Müdafiəçiləri onları atıb getmişdir, amma Rəbb bizimlədir. Onlardan qorxmayın!»
10 온 회중이 그들을 돌로 치려하는 동시에 여호와의 영광이 회막에서 이스라엘 모든 자손에게 나타나시니라
Lakin bütün icma «Onları daşqalaq edin!» deyəndə Rəbbin izzəti Hüzur çadırında bütün İsrail övladlarına göründü.
11 여호와께서 모세에게 이르시되 이 백성이 어느 때까지 나를 멸시하겠느냐? 내가 그들 중에 모든 이적을 행한 것도 생각하지 아니하고 어느 때까지 나를 믿지 않겠느냐?
Rəbb Musaya belə dedi: «Nə vaxtadək bu xalq Mənə hörmətsizlik edəcək? Aralarında etdiyim əlamətləri görə-görə nə vaxta qədər Mənə iman gətirməyəcəklər?
12 내가 전염병으로 그들을 쳐서 멸하고 너로 그들보다 크고 강한 나라를 이루게 하리라
Onları vəba ilə cəzalandıracağam. İrsdən məhrum edəcəyəm. Onlardan çox böyük və güclü bir milləti səndən törədəcəyəm».
13 모세가 여호와께 여짜오되 `애굽인 중에서 주의 능력으로 이 백성을 인도하여 내셨거늘 그리하시면 그들이 듣고
Musa Rəbbə dedi: «O zaman Misirlilər eşidəcək, çünki bu xalqı onların arasından qüdrətinlə Sən çıxartdın.
14 이 땅 거민에게 고하리이다 주 여호와께서 이 백성 중에 계심을 그들도 들었으니 곧 주 여호와께서 대면하여 보이시며 주의 구름이 그들 위에 섰으며 주께서 낮에는 구름기둥 가운데서 밤에는 불기둥 가운데서 그들 앞에서 행하시는 것이니이다
Bunu ölkənin əhalisinə anladacaqlar. Eşitdilər ki, Sən Rəbb bu xalqın arasındasan. Çünki, ya Rəbb, Sən onlarla üzbəüz görüşürsən, Sənin buludun onların üzərində durur. Sən gündüz bulud sütunu və gecə alov sütunu ilə onlara yol göstərirsən.
15 이제 주께서 이 백성을 한 사람 같이 죽이시면 주의 명성을 들은 열국이 말하여 이르기를
Əgər bu xalqın hamısını bir nəfər kimi öldürsən, Sənin şöhrətini eşidən millətlər belə deyəcəklər:
16 여호와가 이 백성에게 주기로 맹세한 땅에 인도할 능이 없는고로 광야에서 죽였다 하리이다
“Rəbb and içərək vəd etdiyi ölkəyə bu xalqı apara bilmədiyi üçün onları səhrada öldürdü”.
17 이제 구하옵나니 이미 말씀하신 대로 주의 큰 권능을 나타내옵소서 이르시기를
İstəyirəm ki, qoy indi Xudavəndin böyük qüdrəti göstərilsin, necə ki Sən dedin:
18 여호와는 노하기를 더디하고 인자가 많아 죄악과 과실을 사하나 형벌 받을 자는 결단코 사하지 아니하고 아비의 죄악을 자식에게 갚아 삼사대까지 이르게 하리라 하셨나이다
“Rəbb hədsiz səbirli, bol məhəbbətli, cəzanı və qanunsuzluğu bağışlayandır, lakin cəzasız da qoymaz, ataların cəzasını üçüncü-dördüncü nəslə çəkdirər”.
19 구하옵나니 주의 인자의 광대하심을 따라 이 백성의 죄악을 사하시되 애굽에서부터 지금까지 이 백성을 사하신것 같이 사하옵소서!'
İstəyirəm ki, Misirdən çıxdıqları gündən bu günə kimi bu xalqı necə bağışlamısansa, onların günahını böyük məhəbbətinə görə bağışlayasan».
20 여호와께서 가라사대 내가 네 말대로 사하노라!
Rəbb dedi: «Sənin ricana görə bağışladım,
21 그러나 진실로 나의 사는 것과 여호와의 영광이 온 세계에 충만할 것으로 맹세하노니
amma Varlığıma və Rəbbin bütün dünyanı dolduran izzətinə and olsun ki,
22 나의 영광과 애굽과 광야에서 행한 나의 이적을 보고도 이같이 열 번이나 나를 시험하고 내 목소리를 청종치 아니한 그 사람들은
izzətimi və Misirdə, eləcə də səhrada etdiyim əlamətləri görüb Məni on dəfə sınayan, Mənim sözümü dinləməyən bu adamların heç biri
23 내가 그 조상들에게 맹세한 땅을 결단코 보지 못할 것이요 또 나를 멸시하는 사람은 하나라도 그것을 보지 못하리라
atalarına and içərək vəd etdiyim torpağı görməyəcək və Mənə hörmətsizlik edənlərin heç biri oranı görməyəcək.
24 오직! 내 종 갈렙은 그 마음이 그들과 달라서 나를 온전히 좇았은즉 그의 갔던 땅으로 내가 그를 인도하여 들이리니 그 자손이 그 땅을 차지하리라
Ancaq qulum Kalevdə başqa ruh var. O bütün qəlbi ilə ardımca getdi. Onu gəzdiyi torpağa aparacağam və onun nəsli oranı irs olaraq alacaq.
25 아말렉인과 가나안인이 골짜기에 거하나니 너희는 내일 돌이켜 홍해 길로 하여 광야로 들어갈지니라
Amaleqlilər və Kənanlılar dərədə yaşayırlar. Ona görə sabah qayıdın və Qırmızı dənizin yolu ilə səhraya gedin».
26 여호와께서 모세와 아론에게 일러 가라사대
Rəbb Musaya və Haruna dedi:
27 나를 원망하는 이 악한 회중을 내가 어느 때까지 참으랴? 이스라엘 자손이 나를 향하여 원망하는 바 그 원망하는 말을 내가 들었노라
«Nə vaxta qədər bu pis icma Mənə qarşı deyinəcək? İsrail oğullarının Mənə deyinmələrini eşitdim.
28 그들에게 이르기를 여호와의 말씀에 나의 삶을 가리켜 맹세하노라 너희 말이 내 귀에 들린 대로 내가 너희에게 행하리니
Onlara de ki, Rəbb deyir: “Varlığıma and olsun ki, Mənə qarşı dediklərinizin eynisini sizə edəcəyəm.
29 너희 시체가 이 광야에 엎드러질 것이라 너희 이십세 이상으로 계수함을 받은 자 곧 나를 원망한 자의 전부가
Meyitləriniz bu səhraya səriləcək. Mənə deyinən iyirmi və ondan yuxarı yaşda olub siyahıya alınanların hamısı səhrada öləcək,
30 여분네의 아들 갈렙과 눈의 아들 여호수아 외에는 내가 맹세하여 너희로 거하게 하리라 한 땅에 결단코 들어가지 못하리라
sizi sakin edəcəyimə əlimi qaldırıb and içdiyim torpağa girməyəcəksiniz. Oraya yalnız Yefunne oğlu Kalev və Nun oğlu Yeşua girəcək.
31 너희가 사로 잡히겠다고 말하던 너희의 유아들은 내가 인도하여 들이리니 그들은 너희가 싫어하던 땅을 보려니와
Lakin ‹əsir olacaqlar› dediyiniz uşaqlarınızı oraya aparacağam və sizin rədd etdiyiniz ölkəni onlar tanıyacaqlar.
Sizə gəldikdə isə meyitləriniz bu səhraya səriləcək.
33 너희 자녀들은 너희의 패역한 죄를 지고 너희의 시체가 광야에서 소멸되기까지 사십년을 광야에서 유리하는 자가 되리라
Övladlarınız qırx il səhrada çobanlıq edəcəklər. Nə vaxta qədər ki siz səhrada məhv olmamısınız, sizin xəyanətinizin acısını çəkəcəklər.
34 너희가 그 땅을 탐지한 날수 사십일의 하루를 일년으로 환산하여 그 사십년간 너희가 너희의 죄악을 질지니 너희가 나의 싫어 버림을 알리라 하셨다 하라
Ölkəni nəzərdən keçirdiyiniz günlərin sayına görə qırx gün, hər gün üçün bir il olmaqla, qırx il günahlarınızın cəzasını çəkəcəksiniz və sizdən üz döndərdiyimi biləcəksiniz”.
35 나 여호와가 말하였거니와 모여 나를 거역하는 이 악한 온 회중에게 내가 단정코 이같이 행하리니 그들이 이 광야에서 소멸되어 거기서 죽으리라
Mən Rəbb söylədim: “Həqiqətən, Mənə qarşı birləşən bu pis icmaya belə də edəcəyəm. Bu səhrada ölüb tələf olacaqlar”».
36 모세의 보냄을 받고 땅을 탐지하고 돌아와서 그 땅을 악평하여 온 회중으로 모세를 원망케 한 사람
Musanın ölkəni nəzərdən keçirmək üçün göndərdiyi adamlar qayıdıb ölkə haqqında pis xəbər gətirərək bütün icmanın Rəbbə qarşı deyinməsinə səbəb oldular.
37 곧 그 땅에 대하여 악평한 자들은 여호와 앞에서 재앙으로 죽었고
Ölkə haqqında pis xəbər gətirənlər Rəbbin önündə vəbadan öldü.
38 그 땅을 탐지하러 갔던 사람들 중에 오직 눈의 아들 여호수아와 여분네의 아들 갈렙은 생존하니라
Ölkəni nəzərdən keçirmək üçün gedənlərdən yalnız Nun oğlu Yeşua və Yefunne oğlu Kalev sağ qaldılar.
39 모세가 이 말로 이스라엘 모든 자손에게 고하매 백성이 크게 슬퍼하여
Musa bu sözləri bütün İsrail övladlarına danışdı və xalq çox kədərləndi.
40 아침에 일찌기 일어나 산꼭대기로 올라가며 가로되 '보소서 우리가 여기 있나이다 우리가 여호와의 허락하신 곳으로 올라 가리니 우리가 범죄하였음이니이다'
Onlar səhər tezdən qalxıb dağın təpəsinə çıxaraq dedilər: «Günah etmişik, indi Rəbbin vəd verdiyi yerə çıxırıq».
41 모세가 가로되 `너희가 어찌하여 이제 여호와의 명령을 범하느냐? 이 일이 형통치 못하리라
Musa dedi: «Nə üçün Rəbbin əmrinə qarşı çıxırsınız? Bunu bacara bilməzsiniz.
42 여호와께서 너희 중에 계시지 아니하니 올라가지 말라 너희 대적앞에서 패할까 하노라
Döyüşə çıxmayın, çünki Rəbb aranızda deyil. Düşmənlərinizə məğlub olacaqsınız.
43 아말렉인과 가나안인이 너희 앞에 있으니 너희가 그 칼에 망하리라 너희가 여호와를 배반하였으니 여호와께서 너희와 함께 하지 아니하시리라' 하나
Çünki Amaleqlilər və Kənanlılar orada önünüzdədir və qılıncla öləcəksiniz; madam ki Rəbbin ardınca getməkdən vaz keçdiniz, Rəbb sizinlə bərabər olmayacaq».
44 그들이 그래도 산꼭대기로 올라갔고 여호와의 언약궤와 모세는 진을 떠나지 아니하였더라
Ancaq onlar özlərinə güvənərək dağlığın ən yüksək təpəsinə çıxdılar. Lakin nə Rəbbin Əhd sandığı, nə də Musa düşərgədən ayrılmadı.
45 아말렉인과 산지에 거하는 가나안인이 내려와 쳐서 파하고 호르마까지 이르렀더라
O zaman həmin dağlıqda yaşayan Amaleqlilər və Kənanlılar enib onlara hücum etdilər və Xorma şəhərinədək qovub məğlubiyyətə uğratdılar.